Azerbaycanda Movcud Olmus Siyasi Partiyalarin Siyahisi - Wikipedia
Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı — Azərbaycanda fəaliyyət göstərmiş rəsmi dövlət qeydiyyatlı partiyaların siyahısı.
Azərbaycanda siyasi partiyaların tarixi 1900-cü illərdən başlayır. O dövrdə Rusiya İmperiyasının Dövlət Duması yaradıldı və bu dumaya seçkilər təyin olundu. Bu proseslər siyasi partiyaların yaranmasına təkan verdi.[1]
Çar Rusiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın ali qanunverici orqanı-Azərbaycan parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətinə təkan verdi.[2][3]
1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti 11-ci Qırmızı Ordu tərəfindən işğal edildi və bütün partiyaların fəaliyyətinə son qoyuldu. SSRİ dönəmində leqal olaraq tək fəaliyyət göstərən partiya Azərbaycan Kommunist Partiyası oldu.[4][5]
1980-ci illərin sonundan etibarən xalq Kommunist Partiyasına və ümumiliksə hökumətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalarda etiraz əlaməti olaraq vətəndaşlar Azərbaycan Kommunist Partiyasının biletlərini cırırdılar və 1991-ci ilin sentyabr ayında partiya bütün strukturlarını buraxaraq ləğv olunduğunu elan etdi.[4]
SSRİ dönəmində qeyri qanuni şəkildə fəaliyyət göstərən bir neçə siyasi partiya və ya ictimai təşkilatlar da olmuşdur. Bu təşkilatlar Rafiq Turabxanoğlu liderliyində 1960-cı illərdə yaradılan Azərbaycan Xalq Demokratik Partiyası, Azər Qasımzadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Dirçəliş Partiyası və 1990-cı idə Azərbaycan Xalq Partiyası ilə birləşməsindən yaranan Azərbaycan Xalq Dirçəliş Partiyası, Əbülfəz Elçibəy liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi, Araz Əlizadə liderliyində 1989-cu ildə yaradılan Azərbaycan Sosial Demokrat Partiyası, 1990-cı ildə Rauf Arifoğlu və bir qrup şəxs tərəfindən yaradılan və Müsavat Partiyasının bərpasından öncə fəaliyyət göstərən Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyası, Birlik Partiyası və Fəzail Ağamalı liderliyində 1990-cı ildə yaradılan Ana Vətən Partiyası olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən (18 oktyavbr 1991-ci il) sonra 66 siyasi partiya qeydiyyata alınıb. 1993-cü ildə həmin partiyalardan ikisi məhkəmə qərarı ilə ləğv edilib.
2021-ci ildə 6 partiya hakim Yeni Azərbaycan Partiyasına qoşulduğunu bildirib və qeydiyyata alınmış partiyaların sayı 58 olub.
2023-cü ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra həmin 58 partiyadan 31-i ləğv barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 partiya yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.
"Siyasi partiyalar haqqında" qanun
redaktə2022-ci ildə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün layihə üzərində iş başlanıldı. 26 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi siyasi partiyaların parlamentə qanun layihəsi hazırlanması ilə bağlı müraciətlər etdiyini, bu səbəbdən dövlət qeydiyyatında olan siyasi partiyalardan parlamentə təkliflərini təqdim etməsini ehtiva edən elanını nəşr etmişdir.[6]
Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Aydınlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Təkamül Partiyası, Milli Demokrat İdrak Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Yüksəliş Partiyası 15 avqusta olan məlumata görə öz layihələrini parlamentə təqdim etmişdir.[7] 6 sentyabra olan məlumata əsasən isə Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası da öz təkliflərini parlamentə təqdim etmişdir.[8] 7 sentyabr 2022-ci ildə 39 siyasi partiyanın yeni qanun layihəsi ilə bağlı təklifləri də nəzərə alaraq, 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilərək tərtib olunan qanun layihəsinin ilkin versiyası parlamentin rəsmi veb saytına yerləşdirildi.[9] 28 sentyabrda isə layihəylə bağlı ilk ictimai dinləmə keçirilməsi nəzərdə tutulsa da,[10] yeni təkliflərin daxil olması və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu keçirilməsi səbəbi ilə bu təxirə salınmışdır.[11] Müxalifət bu qanun layihəsindəki yeni müddəalara etiraz etmişdir. Belə ki, yeni layihədə siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması, üzvlərinin sayı 4 500-dən aşağı olarsa, bu, partiyanın qeydiyyatının ləğvinə səbəb ola biləcəyi, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv ediləcəyi, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olması, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması, yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim ediləcəyi, dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayacağı, nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edəcəyi, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparılacağı, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcəcəyi, siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edəcəyi haqqında müddəalar ehtiva etmişdir. Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 5 minə çatdırılması üçün tədbirlər görməlidir.[12] Daha sonra parlamentdə 24 oktyabr və 4 noyabrda ictimai dinləmələr keçirilmişdir.[13][14] Yekunda layihəyə düzəlişlər edilmiş və 21 noyabr tarixində yeni versiyası parlamentin rəsmi veb-saytında dərc olunmuşdur.[15] Bu layihədə əvvəlki redaksiyaya 66 düzəliş edilmiş, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilmiş, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılmış, partiyanın yaradılması üçün gərəkli təsisçi sayısı 200-dən 50-yə endirilmiş, siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi çıxarılmış, partiya reyestrlərinin yoxlanması üçün ildə iki dəfə olan məlumatlandırma ildə 1 dəfəyə endirilmiş, mövcud partiyaların yeni qanuna uyğunlaşması üçün verilən vaxt 90 gündən 180 günə artırılmışdır.[16][12] Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.[16] Müsavat Partiyasının sədri Arif Hacılı layihənin hər iki versiyasını "mürtəce", mövcud qanunu isə "daha pozitiv" adlandırmışdır.[17] Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi isə qanun layihəsini "siyasə fəaliyyəti linç edən" layihə adlandırmışdır.[17] Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov isə layihənin prinsip etibarilə dəyişmədiyini açıqlamışdır.[17] Həmçinin, REAL Partiyası Venesiya Komissiyasına layihə ilə bağlı məktub göndərmiş, məktuba 24 noyabr 2022-ci ildə cavab gəlmişdir. Cavabda Azərbaycan hökumətinin ictimaiyyətə verdiyi məlumatın əksinə, hökumətin Venesiya Komissiyası ilə məsləhətləşmə aparmadığı qeyd olunmuşdur.[18] Parlamentin 26 noyabr 2022-ci il tarixli iclasında qanun layihəsi birinci oxunuşda 95 lehinə, 1 bitərəf səslə keçmişdir.[19] Bitərəf səs verən deputat Erkin Qədirli olmuş, o daha sonra qanun layihəsinin əleyhinə olduğunu, komitə iclasında da əleyhinə səs verdiyini, lakin plenar iclasda yanlışlıqla bitərəf düyməsinə basdığını, bu səbəbdən də protokola səsinin "əleyhinə" olaraq qeyd olunmasını xahiş etmişdir.[19] Parlamentin 6 dekabr 2022-ci il tarixli iclasında qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.[20] AXCP isə 12 dekabrda bəyanat yayaraq xalqı və beynəlxalq birliyi yeni qanuna etiraz etməyə səsləmişdir.[21] 11 yanvar 2023-cü ildə prezident İlham Əliyev qanunu imzalamışdır.[22]
Tarixi partiyalar
redaktəPartiyanın adı | Yaranma tarixi | Ləğv tarixi | Ləğv səbəbi |
---|---|---|---|
1905 | 1907 | Çar hökuməti tərəfindən fəaliyyəti dayandırıldı. | |
1906 | 1908 | ||
1907 | 1909 | ||
1905 | 1916 | Əsasında Ədalət Partiyası yaranmışdır. | |
1905 | 1917 | Əsasında Türk Ədəmi-Mərkəziyyət Firqəsi yaradıldı. | |
1907 | 1917 | Sol Xalqçı Partiyası və sağ Əkinçi Partiyası qanadlarına parçalandı. | |
1917 | 17 iyul 1917 | Müsavat Partiyasına birləşdi. | |
1906 | 15 oktyabr 1917 | Çar hökuməti tərəfindən fəaliyyəti dayandırılsa da, 1907-1917-ci illərdə gizli fəaliyyət göstərmiş, ardından Müsavat Partiyasına birləşmişdir. | |
1918 | 1918 | Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən fəaliyyəti dayandırıldı. | |
1917 | yanvar 1918 | İttihadi-İslam Cəmiyyəti ilə birləşərək İttihad Partiyasının əsasını qoymuşdur. | |
1916 | 11-12 fevral 1920 | Ədalət Partiyası, Əkinçi Partiyası və Hümmət Partiyasının sol qanadının əsasında Azərbaycan Kommunist Partiyası yaradıldı. | |
1917 | |||
1904 | 11-12 fevral 1920 [a] | ||
28 aprel 1920 | Aprel işğalı | ||
1911 | 28 aprel 1920 | ||
yanvar 1918 | |||
1919 | |||
1918 | |||
11-12 fevral 1920 | 1991 | Partiya fəaliyyətini dayandırdı. |
Ləğv edilənlər
redaktəSiyasi partiya | Yaranma tarixi | Qeydiyyat tarixi | Ləğv tarixi | Ləğv səbəbi |
---|---|---|---|---|
(Talış Xalq Partiyası) |
1989 | mart 1993 | 1993 | Separatçılıq[35] |
1992 | aprel 1994 | 1995 | Etnik ayrı-seçkiliyi təbliğ edən çıxışlar etməsi və adının qanunlara uyğun olmaması[36] | |
1991 | 20 sentyabr 1992 | 1995 | Casusluq[36] | |
Fəaliyyətini dayandıranlar
redaktəPartiyanın adı | Yaradılma tarixi | Qeydiyyat tarixi | Fəaliyyətini dayandırdığı tarix |
---|---|---|---|
Azərbaycan Naminə Alyans Partiyası | 17 noyabr 1994 | 22 iyun 1995 | 2 mart 2023[38] |
Azərbaycan Təkamül Partiyası | 1995 | 12 may 2005 | 9 mart 2023[39] |
Birlik Partiyası | 1990 | 18 dekabr 1992 | 9 mart 2023[40] |
Milli Vəhdət Partiyası | 2000 | 8 may 2002 | 13 mart 2023[41] |
Azərbaycan Azad Respublikaçılar Partiyası | 2001 | 8 may 2002 | 14 mart 2023[42] |
Azərbaycan Sosial Rifah Partiyası | 1994 | 4 avqust 1995 | 23 mart 2023[43] |
Azərbaycan Liberal Demokrat Partiyası | 30 yanvar 1999 | 9 iyul 1999 | 1 aprel 2023[44] |
Azərbaycan Sosial Demokrat Partiyası | 1989 | 1 sentyabr 1995 | 4 aprel 2023[45] |
Azərbaycan Vahid Kommunist Partiyası | 1993 | 19 sentyabr 1995 | 6 aprel 2023[46] |
Müstəqil Azərbaycan Partiyası | 10 fevral 1993 | 7 aprel 2023[47] | |
Azərbaycan Respublikaçılar Partiyası | 1999 | 9 iyul 1999 | 8 aprel 2023[48] |
Yeni Yol Partiyası | 1992[d] | 24 iyul 1992 | 12 aprel 2023[49] |
Azərbaycan Milli Demokrat Partiyası | 1992[e] | 24 dekabr 2008 | 14 aprel 2023[50] |
Aydınlar Partiyası | dekabr 2008 | 19 noyabr 2009 | 17 aprel 2023[51][52] |
Müstəqil Xalq Partiyası | 7 may 2020 | 18 aprel 2023[53] | |
Vahid Azərbaycan Milli Birlik Partiyası | 28 noyabr 1992 | 13 yanvar 1993 | 26 aprel 2023[54] |
Azərbaycan Tərəqqi Partiyası | 2 fevral 1999 | 12 iyul 2005 | 29 aprel 2023[55] |
"Azərbaycan Mübarizləri" Partiyası | 1998 | 27 may 2000 | 1 may 2023[56] |
Azərbaycan Kommunist Partiyası [f] | 1993 | 2 mart 1994 | 4 may 2023[57] |
Qorqud Partiyası | 1993 | 10 noyabr 1993 | 8 may 2023[58] |
Milli Konqres Partiyası | 1998 | 11 dekabr 1998 | 11 may 2023[59] |
Azərbaycan Vətənpərvərlər Partiyası | 1994 | 12 oktyabr 1994 | 12 may 2023[60] |
Vətəndaş Birliyi Partiyası | 1999 | 12 iyul 2005 | 22 may 2023[61] |
Milli-Demokrat İdrak Partiyası | 1992 | 11 avqust 1992 | 5 iyun 2023[62] |
Milli Həmrəylik Partiyası | 1992[g] | 10 fevral 1993 | 9 iyun 2023[63] |
Cümhuriyyət Xalq Partiyası | 2010 | 7 may 2020 | 22 iyun 2023[64] |
Sosial Ədalət Partiyası | 1998 | 11 dekabr 1998 | 22 iyun 2023[65] |
Azərbaycan Yüksəliş Partiyası[66] | 16 iyul 2020 | 15 oktyabr 2021 | 23 iyun 2023[67] |
Azərbaycan Liberal Partiyası | 3 iyun 1995 | 14 avqust 1995 | 24 iyun 2023[68][69] |
Vətəndaş və İnkişaf Partiyası | 28 may 2006 | 10 avqust 2008 | 25 iyun 2023[70][71] |
Azərbaycan Milli Dövlətçilik Partiyası | 2 iyul 1994 | 12 oktyabr 1994 | 15 avqust 2023[72] |
Azad Demokratlar Partiyası | 6 iyul 2014 | 16 aprel 2010 | Bilinmir[73] |
Ad dəyişənlər
redaktəAşağıdakı partiyalar adlarını dəyişərək əvvəlki partiyanın fəaliyyətinə xitam vermiş, qurultay vasitəsilə yeni partiya yaradıblar.
Partiyanın əvvəlki adı | Partiyanın yeni adı | Ad dəyişmə tarixi |
---|---|---|
Azərbaycan Kommunist Partiyası | Azərbaycan Vahid Kommunist Partiyası | 1993[h] |
Azərbaycan Vahid Kommunist Partiyası | Azərbaycan Kommunist Partiyası | 1995[h] |
Bozqurd Partiyası | Azərbaycan Milli Demokrat Partiyası | 1999[74] |
Vahid Azərbaycan Partiyası | Ağ Partiyası | 26 iyun 2016[75] |
Demokratik Azərbaycan Dünyası Partiyası | Milli Həmrəylik Partiyası | 22 avqust 2020 |
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası | Yeni Yol Partiyası[d] | 2022[76] |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Ədalət, Hüquq, Demokratiya Partiyası | 16 mart 2024[77] |
Birləşənlər
redaktəFəaliyyətini dayandıran partiya | Birləşdiyi partiya | Birləşmə tarixi |
---|---|---|
Azərbaycan Ana Torpaq Partiyası | Müsavat Partiyası | 1995[78] |
Doğru Yol Partiyası | ||
Ədalət Partiyası | Azərbaycan Demokrat Partiyası | 1996[79] |
Demokratik Azərbaycan Partiyası | 1998[79] | |
Demokratik Yol Partiyası | 2000[79] | |
Azərbaycan Demokratik Sahibkarlar Partiyası | Yeni Azərbaycan Partiyası | 2021[80] |
Azərbaycan Xalq Demokratik Partiyası | ||
Azərbaycan Kəndli Partiyası | ||
Azərbaycan Milli Hərəkat Partiyası | ||
Azərbaycan Yurddaş Partiyası | ||
Milli Qurtuluş Partiyası |
Həmçinin bax
redaktəQeydlər
redaktə- ↑ Sol Hümmət
- ↑ 1992-ci ildə Azərbaycanda fəaliyyəti təkrar bərpa olununcayadək mühacirətdə fəaliyyət göstərmişdir.[31][32]
- ↑ 1 ay sonra Ali Məhkəmənin qərarı ləğv edilmişdir.[37]
- ↑ 1 2 Rəsmi dövlət qeydiyyatı olmayan Yeni Yol Partiyası 1992-ci ildə yaradılmış dövlət qeydiyyatlı Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə 2022-ci il tarixində birləşmə qurultayı keçirərək vahid ad altında birləşdi. Lakin rəsmi sənədlərdə proses ad dəyişmə olaraq qeydə alındı.
- ↑ 1992-ci ildə yaradılmış Bozqurd Partiyasının 1995-ci ildə Ali Məhkəmə tərəfindən fəaliyyətinə son qoyulmasından sonra partiyanın əsasında 1999-cu ildə ad dəyişmə ilə yaradılmışdır.
- ↑ Rəsmi qeydiyyatda olan 2 qanaddan biri — Hacı Hacıyevin sədrlik etdiyi qol fəaliyyətini dayandırdığını elan etdi, Rauf Qurbanovun sədrlik etdiyi qanad isə qeydiyyatın yenilənməsi üçün müraciət etmədi.
- ↑ 1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyası 2020-ci ildə adını Milli Həmrəylik Partiyası olaraq dəyişmişdir.
- ↑ 1 2 Elçibəy höküməti tərəfindən SSRİ yönlü olduğu iddiasıyla AKP-nin fəaliyyəti dayandırılmışdır. AKP yeni AVKP adıyla siyasətə qayıtmışdır. AVKP 1995-ci ildə bağlandıqdan sonra Ramiz Əhmədov AKP olaraq siyasətə dönmüş, Sayad Sayadovun partiyası isə AVKP adını almışdır.
İstinadlar
redaktə- ↑ Hüseynov, M. C. Партия "Мусават" в прошлом и настоящем (rus).
- ↑ Paşayev, Ataxan. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) (az.). Bakı: Parlament (stenoqrafik hesabatlar). 1998.
- ↑ Paşayev, Ataxan. "Açılmamış səhifələrin izi ilə". Xalq Cəbhəsi (az.). Bakı. 1 may 2013. səh. 14.
- ↑ 1 2 Azərbaycan Kommunist Partiyasının tarixi (az.). 1958.
- ↑ Azərbaycan tarixi (az.). III. 1973.
- ↑ "Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanır". 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üzərində iş davam edir". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "Daha 10 partiya "Siyasi partiyalar haqqında" yeni qanunla bağlı təkliflərini Milli Məclisə təqdim edib". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "Siyasi partiyalar haqqında". 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək
- ↑ ""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı təkliflər Milli Məclisə daxil olmaqda davam edir". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ 1 2 "Siyasi partiyalar haqqında yeni qanun layihəsində nələr var? — 9 suala cavabda". 2023-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ ""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "Siyasi partiyalar haqqında 2". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ 1 2 "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi komitələrin birgə iclasında müzakirə olunub
- ↑ 1 2 3 ""Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni versiyasına siyasi baxışlar". 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "Venesiya Komissiyası yeni qanun layihəsi ilə bağlı ReAl-ın sorğusuna cavab verib". 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ 1 2 ""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi I oxunuşdan keçib". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ ""Siyasi partiyalar haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ "AXCP beynəlxalq birliyi "Siyasi partiyalar haqqında" qanuna etiraz etməyə çağırıb". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ ""Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
- ↑ Seyidzadə D. B., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 2004; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B.. 1999; Вагирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века ,Б., 1997; Ахмедов А., Азербаиджанские тюркивреволюций1905года,Б.,2002.
- ↑ Aslani S.ġ., Ġran "Ġctimaiyyun-amiyyun" (Mücahid) Partiyasına aid yeni sənədlər, ADU-nun Elmi əsərləri (tarix və fəlsəfə elmləri seriyası), 1973,
- ↑ Seyid za d ə D., Azərbaycan XX əsrin əvvəllərində: müstəqillyə aparan yollar, B., 1998; Багирова И.С., Политические партии и организации Азербаиджана в начале XX века, Б., 1997; Ахмедов А., Азербаиджанские тюрки в революции 1905 г., Б., 2001.
- ↑ ;Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
- ↑ Paşayev A., Haqqverilməz, alınar,"'Respublika" qəzeti,1990,22dekabr.
- ↑ 1 2 Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Mustafayev Q., XX əsrin əvvəllərində Azərbaycanda Ġslam ideologiyası və onun tənqidi, B., 1973; Göyüşov A., Azərbaycanda Ġttihadçılıq, B., 1997; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu — XX yüzilliyin əvvəlləri), B., 1999; Агамлиева Н., Худиев Р., Азербаиджанская Республика. Страницы политической истории. 1918–1920, Б., 1994.
- ↑ 1 2 : Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998; Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabi hərəkatı tarixindən, B.,1957; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
- ↑ Müsavat Partiyasının Proqram və nizamnamə sənədləri, Gəncə, 1993; Azərbaycantarixi,7cilddə, c.5, B.,2001;"GəncAzər"(Ġstintaqmateriallarıüzrə), B.,1993;
- ↑ "Müsavat 71 il sonra necə bərpa edildi - siyahı". 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
- ↑ "MÜSAVAT PARTİYASININ 99 YAŞI TAMAM OLDU". 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
- ↑ Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
- ↑ Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958; Azərbaycan tarixi, 3 cilddə. c.3, B., 1973;
- ↑ "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I" ( (az.)). 17.08.1993. 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ 1 2 "Fəaliyyətsiz partiyaların dövlət qeydiyyatı niyə ləğv edilmir?" ( (az.)). 04.05.2009. 2020-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report" (PDF). 27 February 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2022.
- ↑ "SON DƏQİQƏ! Azərbaycanın məşhur partiyası fəaliyyətini dayandırdı". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
- ↑ "Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı: 28 il öncə yaradılmışdı - BƏYANAT". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-18.
- ↑ "Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən partiya fəaliyyətini dayandırdı". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ "Azərbaycanda bu partiya FƏALİYYƏTİNİ DAYANDIRDI". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ "Daha bir partiya fəaliyyətinə xitam verdi: 2002-ci ildən rəsmi qeydiyyatda idi". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
- ↑ "Məşhur siyasi partiya fəaliyyətini DAYANDIRDI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
- ↑ "Ölkənin ən məşhur partiyası özünü buraxdı: Əlizadələrin qurduğu 34 illik ASDP-nin SON BƏYANATI". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- ↑ "Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı - Kommunistlərin SON BƏYANATI". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Nizami Süleymanovun qurduğu partiya da fəaliyyətini dayandırdı - MAP-ın SON BƏYANATI". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Daha bir partiya fəaliyyətini dayandırdı: Respublikaçıların SON BƏYANATl". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-08.
- ↑ "Daha bir partiya öz fəaliyyətini dayandırdı - YENİ YOLun son bəyanatı". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
- ↑ "İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı - Milli Demokratların SON BƏYANATI". 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
- ↑ "Aydınlar Partiyası fəaliyyətini dayandırdı". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ "Bu partiya da bağlandı: Qulamhüseyn Əlibəyli Ədliyyə Nazirliyinə müraciət etdi!". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
- ↑ "Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI - SON BƏYANAT". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
- ↑ "İstiqlalçı deputat Hacıbaba Əzimov partiyasını bağladı: VAMBP-nin SON BƏYANATI". 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: "Tərəqqi"nin son BƏYANATI". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
- ↑ ""Azərbaycan Mübarizləri" Partiyasının BƏYƏNATI". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
- ↑ "Azərbaycan Kommunist partiyası özünü buraxdı - SON BƏYANAT". 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-06.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: 21 oldular - Qorqudun SON BƏYANATI". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "Milli Konqres Partiyası fəaliyyətini dayandırdı - SON BƏYANAT". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "Daha bir partiya özünü buraxdı: Vətənpərvərlərin son BƏYANATI". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
- ↑ "Daha bir partiya fəaliyyətini dayandırdı -Milli Demokrat-İdrak Partiyasının son bəyanatı". www.musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı - SON BƏYANAT". musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
- ↑ "Cümhuriyyət Xalq Partiyası özünü buraxdı: təşkilatın son BƏYANATI". musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
- ↑ "Sosial Ədalət Partiyası özünü buraxdı-təşkilatın son BƏYANATI". www.musavat.com. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
- ↑ "Ölkədə yeni siyasi partiya yaradıldı" ( (az.)). 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.08.2020.
- ↑ "Azərbaycan Yüksəliş Partiyası özünü buraxdı - Təşkilatın son BƏYANATI yayıldı". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: ALP-nin son BƏYANATI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Lalə Şövkətin partiyası fəaliyyətini DAYANDIRDI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Vətəndaş və İnkişaf partiyası özünü buraxdı - VİP-in son BƏYANATI". musavat.com. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-25.
- ↑ "Əfv edilən siyasətçi partiyasız QALDI". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-25.
- ↑ "Ədliyyə Nazirliyi 12 partiyanı ləğv edib - YENİLƏNİB". Apa.az (az.). 2023-11-18. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
- ↑ "Sülhəddin Əkbər: "5 min imza toplaya bilmədik, partiyamız tarixə qovuşur" | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
- ↑ "AMDP siyasi kursunu dəyişmir" ( (az.)). 15.12.2008. 2020-06-29 tarixində arxivləşdirilib.
- ↑ Azadlıq Radiosu. "Vahid Azərbaycan Partiyası qurultayda adını dəyişdi" ( (az.)). 27.06.2016. 2016-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.
- ↑ moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
- ↑ "Siyasi qardaşlaşma tarixi" ( (az.)). Modern.az. 09.12.2010. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.08.2020.
- ↑ 1 2 3 "ADP tarixi" ( (az.)). www.modern.az. 2020-06-26 tarixində arxivləşdirilib.
- ↑ "6 Partiya YAP-a birləşdi" ( (az.)). www.report.az. 2021-03-05 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- Partiyalar özlərindən xəbərsiz buraxılır?
- "AY Partiya sədr müavininin bəyanatı". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.