Boyuk Mogol Imperiyasi - Wikipedia
Böyük Moğol İmperiyası (fars. گورکانیان, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت, translit. Mughliyah Saltanat[3]) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند, translit. Empīrāturī-ye Moġolī-ye Hend[4][5]) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti.[6][7][8][9][10][11] Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Tarixi dövlət | |||
Böyük Moğol imperiyası | |||
---|---|---|---|
fars. گورکانیان Gūrkāniyān urdu مغلیہ سلطنت Mug̱ẖliyah Salṭanat | |||
|
|||
|
|||
|
|||
Paytaxt |
Aqra (1526-1571) Fatehpur Sikri (1571-1585) Lahor (1585-1598) Aqra (1598-1648) Dehli (1648-1857) |
||
Dilləri | fars dili, Cığatay dili, Urdu dili | ||
Rəsmi dilləri |
Çağatay türkcəsi(ilk dövrlər) Urdu dili (sonrakı dövrlər) Fars dili (rəsmi yazışmalar və məhkəmə) |
||
Dövlət dini |
İslam (1526–1582) Din-e İlahi(1582–1605) İslam (1605–1857) |
||
Ərazisi | 3,200,000 km² (1700-ci il)[1] | ||
Əhalisi |
150.000.000 nəfər (1700-cü il)[2] Əhali sıxlığı 46.9 nəfər/km² |
||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Sülalə |
Baburlu sülaləsi (Teymurilər sülaləsinin bir qolu) |
||
Sultan, şah, xan, xaqan, padşah | |||
• 1526 - 1530 | Babur (ilk) | ||
• 1837 - 1857 | II Bahadır Şah (sonuncu) | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü.[12] Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.[12][13] Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər.[14] Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı.[13] Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi,[15] bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi.[13] İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi. Marata, Racput kimi şimali və qərbi Hindistanda məskunlaşan sosial-ictimai qruplar hərbi və idarəedici sahələrdə maraqlı idilər və bu onlara sonradan hərbi təcrübə qazandırdı.[14] İmperiya ərazisində ticarətin genişlənməsi Hindistanın cənub və şərq sahilləri boyu siyasi və iqtisadi elitanın yüksəlməsinə şərait yaratdı.[14] İmperiya parçalandıqca bu elitanın üzvləri öz aralarında mərkəzi hakimiyyətdən xəbərsiz əlaqələr qura bilirdilər.[13]
Dövlətin əsasının qoyulması Baburun Dehli sultanlığının hökmdarı İbrahim Ludi üzərində Panipat döyüşündə (1526) əldə etdiyi qələbə ilə ələqələndirilir. İmperiya öz yüksəlişinin ən pik həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatır və onun ölümündən sonra (1706) səriştəsiz hökmdarların hakimiyyəti altında bu inkişaf sürəti yavaşlamağa başlayır. İmperiyanın parçalanması kiçik Marata İmperiyası ordusu ilə Dekan döyüşündə[16] böyük itki verilməsi ilə başlayır və bu məğlubiyyət Benqal, Bopal, Oud, Karnatik, Rampur və Heydərabadın nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsi ilə nəticələnir.[17] 1818-ci ildə baş vermiş III Anqlo-Marata müharibəsindən sonra imperiyanın sərhədləri Dehli ilə hüdudlanır və taleyi həmin ildə Hindistan üsyanı zamanı Dehlinin ələ keçirilməsi ilə həll olunur.[18]
İmperiyanın "klassik dövr"ü 1556-cı ildə Böyük Əkbərin taxta çıxması ilə başlayır. Əkbərin və oğlu Cahangirin hakimiyyəti dönəmində imperiya dini harmoniya ilə yanaşı iqtisadi inkişaf yaşayır və hökmdarlar yerli dinlər və adət-ənənələrlə maraqlanırlar. Böyük Əkbər həm də eyni zamanda uğur qazanmış bir sərkərdə idi. O, həmçinin hindu racputlardan hərbi birləşmə yaratmışdı. Bəzi Racput hakimləri şimal-qərbi Hindistanda Moğolların hücumlarına müqavimət göstərməyə davam edirdilər, lakin onların əraziləri Böyük Əkbər tərəfindən zəbt edilmişdir. Böyük Moğol İmperiyasının hökmdarlarının böyük əksəriyyəti müsəlman idi. Ancaq Böyük Əkbər ömrünün geri qalan hissəsində və ondan sonra oğlu Cahangir yeni din olan "Din-i-İlahi"nin davamçıları olmuşlar və bu din "Ain-ə-Əkbəri Dabestan-e Mazaheb" kimi dini kitabda qeydə alınmışdır.[19]
Dövlətin beşinci hökmdarı olan Cahan şahın hakimiyyət illəri Moğol memarlığında qızıl dövr idi. O, bir neçə memarlıq abidəsinin yaradılmasına göstəriş vermişdir. Bunlardan ən məşhuru kimi Aqradakı Tac Mahalla yanaşı yenə Aqradakı Moti məscidini, Qırmızı qalanı, Dehlidəki Cama məscidini və Lahor qalasını misal göstərmək olar. Böyük Moğol İmperiyası ərazisinin ən böyük həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatdı və yenə onun hakimiyyəti dövründə Şivaji Bosalın başçılıq etdiyi Marata hərbi üsyanına görə imperiyanın sonuncu eniş dövrü başladı. Hakimiyyəti boyunca cənubda qazanılmış qələbələr hesabına Böyük Moğol imperiyasının əraziləri cənuba doğru genişləndi, ölkənin əhalisi 150 milyona (təxminən bütün dünya əhalisinin ¼-i qədər), ÜDM isə indiki valyuta ilə təqribən 90 milyard ABŞ dollarına çatdı.[20][21]
XVIII əsrin ortalarında Maratalar Böyük Moğol İmperiyasının ordularını məğlub edirdilər və bu qələbələrə görə Dekandan Benqala qədər olan ərazilərə nəzarət edirdilər. Daxili narazılıqlar Benqal, Bopal, Oud, Karnatik, Rampur, Heydərabad nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsinə görə daha da artmışdı. 1739-cu ildə Moğollar Karnal döyüşündə Nadir şahın qüvvələri tərəfindən məğlub edilmişdilər.[22] Bunun nəticəsində paytaxtları qarət edilmiş və əllərindən alınmışdı. Bu isə onların süqutunu sürətləndirmişdir. Növbəti əsr ərzində Böyük Moğol İmperiyasının gücü məhdudlanmış və sonuncu imperator II Bahadır Şahın dövründə isə yalnız Şahcahanabad şəhəri ilə məhdudlanmışdır. O, 1857-ci ildə baş vermiş Sipahilər üsyanına kömək etməkdə günahlandırılmış, sonralar ingilislər tərəfindən xəyanətə məcbur edilmiş və həbs olunaraq Birmaya sürgün edilmişdir.[23] Beləliklə 1859-cu ildə Böyük Moğol İmperiyası süqut etmiş, torpaqları Britaniya Hindistanının tərkibinə qatılmışdır.
Baburilərin mənşəyi haqqında
redaktəBöyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī)[24] tərəfindən qoyulmuşdur.[25][26][27][28] Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[29] Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın[30] qızı Qutluq Nigar xanım idi.[31]
Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[32][33] monqol[34][35] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır.[34] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[36]
Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı.[35] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmiş[37] və çağdaş özbəkcənin[38][39] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər. Baburun ölümündən sonra çağataycanın istifadə olunması getdikcə azalmış və əvəzinə fars dili, daha sonra da urdu dilindən istifadə olunmuşdur.[40]
Baburun ilk illəri və hakimiyyəti
redaktəBabur 14 fevral 1483-cü ildə hal hazırda Özbəkistanda yerləşən Əndican şəhərində anadan olub.[41] Bu müddətdə artıq Teymurilər dövləti özünün keçmiş qüdrətini itirmiş, yanlız Mərkəzi Asiyanın kiçik bir bölgəsində hakimiyyətini qoruya bilmişdi. Babur 1494-cü ildə atasının ölümündən sonra 12 yaşında olərkən Fərqanəyə hakim oldu.[42] O, Fərqanə hakimi olduqdan sonra Səmərqənd hakimi olan əmisi Sultan Əhməd və Daşkənd hakimi olan dayısı Məhəmməd Fərqanəyə hücum etdilər.[43] Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bildi.
Babur 1497-ci ildə Səmərqəndi ələ keçirdi.[44] Buna baxmayaraq Şeybani xanla mübarizədə uğur qazanmayaraq məğlub oldu.[45][46] 1501-ci ildə Səmərqəndi yenidən ələ keçirsə də, 1503-cü ildə özbəklər növbəti dəfə şəhəri tutdular. Şeybani xan Teymurilər soyundan gələn şəxslərin idarə etdiyi bölgələri bir-bir ələ keçirdi. Nəticədə Teymurilər önəmli şəhərləri olan Səmərqənd, Buxara və Heratdakı hakimiyyətini itirdilər. Bölgədə Teymurilər sülaləsindən yanlız Babur hakimiyyətini qoruya bilmişdi. Buna baxmayaraq Babur da Şeybani xanla mübarizədə uğur qazanmayaraq Pamir dağları istiqamətində geri çəkilmişdi. Ətrafına 20000 əsgər topladıqdan sonra Hindiquş dağlarını keçərək Kabilə daxil oldu və burada özünü şah elan etdi.[44] Babur ilk dəfə 1508-ci ilin sentyabr ayında Hindistana yürüş etdi. Üç ay davam edən bu yürüş nəticəsində Babur xeyli qənimət əldə etdi və Hindistanla yaxından tanış olmaq fürsətini qazandı.
Şeybani xan 1510-cu ildə[47] baş vermiş Mərv döyüşündə Şah İsmayıla məğlub oldu və öldürüldü. Babur yaranan fürsətdən istifadə edərək keçmiş torpaqlarını geri qaytarmaq üçün Səfəvilərlə yaxınlaşdı.[48] Səfəvilərin də köməyi ilə 1512–1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi.[49] Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.
Dövlətin əsasının qoyulması
redaktəSəmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etdi. Bu yürüşdə Xeybər keçidini keçərək Sind bölgəsini ələ keçirdi. 1519-cu ilin noyabr ayında 1500 nəfərlik birliklə Sind çayını keçdi və Pişəvər ətrafına yaxınlaşdı. Babur 5 dəfə Pəncab bölgəsinə yürüş edərək buranı özünə tabe etdi.[50][51] 1522-ci ildə Qəndəhar zəbt edildi. Babur 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşdı. İbrahim Ludinin qüvvələri sayca üstün olsa da,[52] Baburun ordusunda odlu silah vardı.[q 1][53] Bu döyüşdə İbrahim Ludi ağır məğlubiyyətə uğradı və öldürüldü.[49][54][55] Babur bu qələbədən sonra Dehli və Aqranı ələ keçirdi. Aqra şəhəri dövlətin mərkəzi oldu. Panipat döyüşündəki qələbə tarixçilər tərəfindən dövlətin əsasının qoyulması kimi qəbul olunur. Qələbədən sonra Aqraya daxil olan Babur özünü Hindistanın hakimi elan etdi.[11][56]
Baburun Panipat döyüşündə qələbə qazanması hinduları narahat edirdi. 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hindu ordusu ilə Baburun qüvvələri arasında Kanya döyüşü baş verdi. Babur sayca özündən üstün olan hindu qüvvələrini məğlub etdi. Bu döyüş Baburun müsəlman olmayan bir hökmdara qarşı qələbə qazandığı ilk döyüş idi. Bu qələbə onu məşhurlaşdırdı və Babur özünə Qazi titulu götürdü.[7][57]
Babur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında olarkən öldü. Yerinə oğlu Hümayun keçdi.
Sultan Hümayunun hakimiyyəti (1530–1540 ; 1555–1556)
redaktəBabur ölməzdən əvvəl Hümayunun hökmdar olacağını elan etmişdi. Babur öldükdən sonra Sultan Hümayun və digər qardaşları arasında hakimiyyət uğrunda mübarizə başladı. Tabeliklərindəki ordulara arxalanan qardaşlar Sultan Hümayunun hakimiyyətini tanımadıqlarını elan etdilər. Qardaşlarının birləşmiş qüvvələri ilə mübarizə aparmaqda çətinlik çəkən Sultan Hümayun onlara geniş ərazilər və səlahiyyətlər verməyə məcbur oldu.[58]
Bu daxili çəkişmələr Böyük Moğol İmperiyasının nüfuzuna ciddi təsir göstərirdi. Yaranan qarışıqlıqdan Baburun dövründə məğlub edilmiş olan Əfqan və Ludi nəslindən olan hakimlər istifadə etdilər. Əfqan və Ludi hakimləri qüvvələrini birləşdirərək Sultan Hümayuna qarşı mübarizə aparsa da, onlar məğlub edildi.[58] Buna baxmayaraq dövlətdə sabitlik yaranmadı. Qucaratın valisi olan Sultan Hümayunun qardaşı Əsgəri xan dövlətin paytaxtı olan Aqra şəhəri üzərinə hücum etdi. Qardaşlar arasında razılaşma əldə olunsa da, bu onlar arasında birliyi təmin etmədi.[59]
Yaranmış qarışıq vəziyyətdən istifadə edən Suri xanədanına mənsub olan Şir şah Aqraya hücum etdi. Qardaşlarından dəstək ala bilməyən Sultan Hümayun Səfəvilər dövlətinin hökmdarı I Təhmasibə sığındı.[59] Şir şah Suri Osmanlı dövləti ilə əlaqələr quraraq Səfəviləri məğlub etmək üçün onlarla razılaşdı. Bundan sonra Səfəvi dövlətinin hökmdarı olan I Təhmasib Sultan Hümayunu ordu ilə dəstəkləyərək Surilərin üzərinə yolladı. Yaranmış fürsətdən istifadə edən Sultan Hümayun Kabil, Qəndəhar və Bədəxşanı geri aldı.[60][61] O, Kabildən öz yürüşləri üçün istinadgah kimi istifadə etdi. Sultan Hümayun 1555-ci ildə qələbə qazanaraq Dehliyə daxil oldu və hakimiyyətini bərpa etdi. Sultan Hümayun 1556-cı ildə yıxılaraq ağır zədələndi. Ölümündən əvvəl onun qonağı olan Osmanlı admiralı Seydi Əli Rəisin məsləhəti ilə Bədəxşanda əfqanlarla mübarizə aparan oğlu Əkbərə məktub yazaraq onu taxtın varisi təyin etdi. Sultan Hümayun 1556-cı ilin yanvar ayında öldü. Onun oğlu olan Əkbər Bədəxşanda apardığı mübarizədə qalib gəldi və geri dönərkən atasının ölüm xəbərini eşidib taxta çıxdı.[58]
Sultan Əkbərin hakimiyyəti (1556–1605)
redaktəƏkbər atasının ölümündən sonra 14 yaşında olarkən hakimiyyətə keçdi.[63][64] 20 yaşına qədər dövlət idarəsində Əkbərin Baş Vəziri olan Bayram xan Baharlının təsiri güclü idi. 1562-ci ildə Əkbər şah Bayram xan Baharlını vəzifəsindən kənarlaşdıraraq həcc ziyarətinə yolladı.[65] Bundan sonra hakimiyyətdəki nüfuzunu gücləndirdi.[58]
Əkbər şah Sultan Hümayun dövründəki özbaşınalıqlar və üsyanlara səbəb olan idarəçilik sistemini ləğv etmək üçün islahatlara başladı.[63][66][67] Mərkəzi hakimiyyətin güclənməsindən narazı olan və üsyan qaldıracaq hakimlərin qüvvələrini məğlub etmək üçün qərərgahlar və ordugahlar qurdu. Mərkəzi hakimiyyəti gücləndirdikdən sonra yürüşlər edərək 1578-ci ildə Benqalı, 1581-ci ildə Kabili, 1587-ci ildə Kəşmiri, 1592-ci ildə Sindi və 1594-cü ildə Qəndəharı tam şəkildə Böyük Moğol İmperiyasına tabe etdi. Qalibiyyətli yürüşlər nəticəsində bölgədə Böyük Moğol İmperiyasının nüfuzu artdı və dövlətin sərhədləri genişləndi.[58][63][68]
Əkbər şaha qədər dövlət idarəsində, sarayda və orduda ən önəmli vəzifələr türklər tərəfindən yerinə yetirilirdi. Dövlətin ərazisi genişləndikcə Böyük Moğol İmperiyasına tabe olan ərazilərdə türklər azlıq təşkil etməyə başladılar. Bu səbəbdən türklərlə yanaşı hindlilər də dövlət vəzifələrində təmsil olunmağa başladılar.[67] Bu daha sonralar dövlətdə türk təsirinin azalmasına gətirib çıxardı.[58]
Əkbər şahın hakimiyyəti illərində ölkədə dini tolerantlıq təmin olundu. Dövlətin yayıldığı geniş ərazilərdə Hinduizm, İslam, Zərdüştlük, Buddizm, Sikhizm, Caynizm, Xristianlıq kimi dinlər yayılmışdı. Əkbər şah ölkədə dini birliyi təmin etmək üçün digər dinlərin sintezindən yaranan Din-i İlahi adlı dinin əsasını qoymuşdur.[63][63]
Əkbər şahın siyasətinin əsasında insana dəyər vermək, yaxşı idarəçilik, iqtisadi potensialın gücləndirilməsi, əhalinin dövlət üçün yox dövlətin əhali üçün var olduğunu göstərmək kimi məsələlər qərar tuturdu.[67] Onun 49 il davam edən hakimiyyətində Böyük Moğol İmperiyası gücləndi. Əkbər şah 1603-cü ildə xəstələndi və danışmaq qabiliyyətini itirdi. Ara müharibələrinin qarşısını almaq üçün oğlu Cahangiri varis təyin etdi və 1605-ci ildə öldü.[58][63]
Sultan Cahangirin hakimiyyəti (1605–1627)
redaktəSultan Cahangir hakimiyyətə keçdiyi dövrdə Böyük Moğol İmperiyası dönəmin ən güclü dövlətlərindən biri idi. Sultan Cahangir Əkbər şahdan fərqli olaraq daha çox zövq və əyləncəyə düşkün hökmdardı. Bu səbəbdən onun hakimiyyəti illərində ciddi bir uğur əldə olunmadı. Sultan Cahangir Əkbər şahın başlatdığı hərbi siyasəti davam etdirdi.[69] Buna baxmayaraq demək olar ki, uğur əldə edə bilmədi. Səfəvilərlə baş verən toqquşmaların gedişində Qəndəhar şəhəri itirildi.[70] Mavardakı racputlarla aparılan mübarizə 1614-cü ildə başa çatdı. Əkbər şahın Əhmədnaqara başlatdığı yürüşlər davam etdirildi, amma bu yürüşlərin çoxunun qarşısı Həbəşi Məlik Ənbər tərəfindən alındı. Daha sonra orduya rəhbərlik Şahzadə Xürrəmə[q 2] tapşırıldı. Şahzadə Xürrəm 1617 və 1621-ci illərdə baş vermiş döyüşlərdə qələbə qazanaraq sülhə nail oldu.
Sultan Cahangirin zəif iradəsi səbəbindən saraydakı intriqalara qadınlar da qarışmağa başladı. Daha sonra idarəetmədəki boşluqlar səbəbindən oğulları ilə də münasibətləri korlandı.[70] 1611-ci ildən sonra Sultan Cahangir həyat yoldaşı Nur Cahan,[72] qayınatası Etimad əd-Dövlə və digər qayınatası Asəf xanın təsiri altına düşdü. Nur Cahan qızı Mümtaz Mahalı Şahzadə Xürrəmlə, bacısını isə Şahzadə Xürrəmin kiçik qardaşı Şahzadə Şəhriyarla evləndirdi.
Sultan Cahangirin hakimiyyətinin zəiflədiyi dövrdə Nur Cahanla Şahzadə Xürrəm arasında mübarizə başladı. Şahzadə Xürrəm 1622 və 1625-ci illərdə açıq-aşkar üsyan qaldırdı. 1621–1627-ci illərdə davam edən taxt-tac müharibələrində Şahzadə Xürrəm qalib oldu və digər rəqiblərini öldürdü. Şahzadə Xürrəmin qardaşı olan Şahzadə Şəhriyarı dəstəkləyən Nur Cahan isə 1645-ci ildə Lahorda sürgündə olarkən öldü. Sultan Cahangir də 1627-ci ildə Kəşmirdən Lahora gedərkən yolda öldü.[73][74]
Sultan Cahangir hakimiyyətinin ilk illərində məşhur 12 hökmünü ilə bölgələrdəki tımar sahiblərinin vergi yığmasının qarşısını aldı. Onun əmri ilə ucqar yerlərdə karvansara və məscidlər, şəhərlərdə isə xəstəxanalar tikildi. O, mirasla bağlı yeni nizamlama üsulu meydana gətirdi. Sultan Cahangir evlərə zorla daxil olmaq, günahkarların burun və qulaqlarının kəsilməsi kimi cəzaları ləğv etdi. Sultan Cahangir atası Əkbər şahın Din-i İlahi siyasətini də davam etdirmişdi.[69][75] Sultan Cahangir Yezuitlərin xalqın önündə İslam din xadimləri ilə mübahisə aparmasına və təbliğatlarına icazə vermişdi.
Sultan Cahan şahın hakimiyyəti (1628–1658)
redaktəSultan Cahan şah öz oğullarından başqa hökmdar nəslindən olan bütün kişiləri öldürərək hakimiyyətini möhkəmləndirmişdi. Sultan Cahan şah bundan sonra dövlətin idarə olunması məsələləri ilə məşğul oldu. O, ciddi hərbi uğurlar qazana bilmədi. Sultan Cahan şah atası Sultan Cahangirin hakimiyyəti illərindən ortaya çıxan ingilislərin fəaliyyətlərinə göz yumdu. İngilislərlə qurulan ticarət əlaqələri Böyük Moğol İmperiyasının vergi gəlirlərini artırsa da, ingilislərin burada möhkəmlənməsi və imtiyazlar qazanması gələcəkdə dövlətin süqutuna səbəb olan prosesləri sürətləndirdi.[70]
Sultan Cahan şahın 30 il davam edən hakimiyyəti illərində dövlətin idarəolunması cəhətdən ciddi bir yenilik olmadı. Ara müharibələri səbəbindən hələ sağlığında hakimiyyətdən məhrum edildi. Tac Mahalın tikintisinin tamamlanmasından qısa müddət sonra Sultan Cahan şahın ağlını itirdiyini bəhanə edən oğlu Övrəngzeb hakimiyyətə keçdi. Sultan Cahan şah 1658-ci ildə həbsdə olduğu Aqra qalasında xəstələnərək öldü.[70][76]
Sultan Övrəngzebin hakimiyyəti (1658–1707)
redaktəSultan Övrəngzeb hakimiyyətə sahib olduqdan sonra bölgələrdə hakimiyyətlərini gücləndirmək istəyən qardaşları mərkəzi hakimiyyətə və dövlətin ərazi bütövlüyünü təhdid edirdi. Sultan Övrəngzeb də atası kimi özünə rəqib ola biləcək bütün namizədləri öldürərək hakimiyyətini qanlı şəkildə möhkəmləndirdi. O, qardaşlarının yaratdığı təhdidi yox etsə də, hakimiyyətin müxtəlif pillələrində möhkəmlənən hindlilərin dövlət və ordudakı nüfuzunu qıra bilmədi.[70] Artıq bu dövrdə həm dövlət, həm də ordu məsələlərinə hindlilərin ciddi təsiri hiss olunurdu. Sarayda nüfuzlarını qorumağa çalışan türklərlə hindlilər arasındakı çəkişmələr dövləti çıxılmaz vəziyyətə salmışdı.[70] Sultan Övrəngzebin sələflərindən fərqli olaraq dini tolerantlığın qarşısını alması da vəziyyəti mürəkkəbləşdirmişdi.[77] Onun ölkədəki hindu məbədlərini dağıtması bu günün özündə də hindular və müsəlmanlar arasındakı münasibətlərin pis olmasının səbəblərindən biridir.
Sultan Övrəngzebin apardığı müharibələr nəticəsində Böyük Moğol İmperiyası özünün ən böyük sərhədlərinə çatmışdı. Hindistan yarımadasının cənubunda yerləşən kiçik bölgədən başqa bütün yarımada dövlətə tabe edilmişdi. Bu dövrdə dövlətin ərazisi 3200000 km²,[78] əhalisi isə təqribən 150000000 nəfərdən[2] ibarətdi.
Böyük Moğol İmperiyasının ciddi probleminə çevrilmiş müstəmləkəçi Avropa dövlətlərinin fəaliyyətləri Sultan Övrəngzebin hakimiyyəti illərində daha da gücləndi. Ölkədə imtiyazlı şərtlərlə fəaliyyət göstərən ingilislərlə yanaşı hollandlar da mövqe qazanmağa çalışırdı. Hollandlara da imtiyazlar verildikdən sonra Böyük Moğol İmperiyası xarici şirkətlərin axınına məruz qaldı.[70] Bütün bunlar növbəti illərdə Böyük Moğol İmperiyası ticarətinin tamamilə avropalıların əlinə keçməsinə şərait yaratmışdı. Müstəmləkəçilərin artan nüfuzu və onların Hindistanda möhkəmlənməsi Böyük Moğol İmperiyasını süquta aparan səbəblərdən olmuşdur. Sultan Övrəngzebin hakimiyyətdə olduğu 48 il Böyük Moğol İmperiyasının müstəqil və qismən sabit keçən son dövrü hesab olunur. Sultan Övrəngzeb 1707-ci ildə öldü və onun yerinə oğlu Məhəmməd Əzəm keçdi.[70]
Böyük Moğol İmperiyasının zəifləməsi və süqutu
redaktəSultan Övrəngzebin ölümündən sonra hakimiyyətə keçən Məhəmməd Əzəm Şah[79] cəmi dörd ay hakimiyyətdə qala bildi.[80] Daha sonra Bahadır şah taxta keçdi.[81] Onun hakimiyyəti illərində yerli hakimliklərin gücü artmışdı və bu mərkəzi hakimiyyətin nüfuzuna ciddi təsir göstərirdi. Bu dövrdə güclənən yerli döyüşçü qəbilələrdən olan racpuclar üsyan qaldıraraq Böyük Moğol İmperiyasının hakimiyyətlərini tanımadıqlarını bildirdilər. Yerli hökmdarların üsyan qaldırmağını fürsət bilən əfqanlar da üsyan qaldırdılar. Əfqanlar hücum edərək şəhərlərdə qarətlər həyata keçirməyə başladılar. Sikhizm tərəfdarları da üsyan qaldırdıqdan sonra Bahadır şah böyük bir daxili qarışıqlıqla mübarizə aparmalı oldu. Yaranmış vəziyyətdən istifadə etməyə çalışaraq mövqelərini möhkəmləndirməyə çalışan ingilis və hollandların fəaliyyətləri vəziyyəti daha da ağırlaşdırırdı. Bahadır şahın 1712-ci ildə ölümündən sonra oğlu Cahandar onun yerinə keçdi.[70][81][82] Üsyanlarla mübarizə apara bilməyən Cahandar hakimiyyətdə uzun müddət qala bilmədi. 1713-cü ildə Cahandarın ölümündən sonra Fərruxsiyar hakimiyyəti ələ aldı.[82][83] Fərruxsiyar 6 ildən bir qədər artıq hakimiyyətdə qalmağı bacardı, amma onun hakimiyyəti illərində də üsyanların qarşısını almaq mümkün olmadı. Əfqanların, racputların, Sikhizm tərəfdarlarının və yerli hakimlər olan racələrin üsyanı onun da hakimiyyətinin başa çatmasına səbəb oldu. 1719-cu ildə hakimiyyətə keçən Rafi ud-Darajat da cəmi 98 gün hakimiyyətdə qala bildi.[83] Həmin il onu əvəz edən II Cahan şahın hakimiyyəti də 105 gün davam edə bildi.[83][84][85] Ondan sonra Məhəmməd şah hakimiyyətə keçdi.[86] 1723-cü ildə hakimiyyət çəkişmələri nəticəsində dövlət faktiki olaraq iki hissəyə bölündü. Taxtın digər varisləri qüvvələrini birləşdirərək Heydərabad xəttindən etibarən öz hakimiyyətlərini elan etdilər.[70][86]
Üsyanlar və daxili çəkişmələr ölkəni xarici müdaxilə üçün müdafiəsiz vəziyyətə gətirmişdi. Yaranmış qarışıq vəziyyətdən Əfşarlar İmperiyasının əsasını qoymuş Nadir şah Əfşar istifadə etdi. 1737-ci ildə üsyan edən əfqanlara qarşı hücuma keçən Nadir şah Əfşar Herat və Qəndəharı tutdu. Əfqanların Böyük Moğol İmperiyasına sığınması nəticəsində Nadir şah Əfşar hücuma keçdi. Dehlinin şimal-qərbində yerləşən Karnala[87] qədər irəliləyən Nadir şah Əfşarla Məhəmməd şahın qüvvələri arasında 24 fevral 1739-cu ildə baş verən döyüş Məhəmməd şahın məğlubiyyəti ilə nəticələndi.[88][89] Məhəmməd şahın məğlubiyyəti dövlətin vəziyyətini daha da ağırlaşdırır. Nadir şah Əfşarın təkcə saray xəzinəsindən əldə etdiyi qənimətin miqdarı 700 milyon rupiyə çatırdı.[70] Böyük Moğol İmperiyası faktiki olaraq ikiyə bölünmüş, həm də paytaxtını itirmişdi.
1748-ci ildə Məhəmməd şah öldükdən sonra yerinə Əhməd şah keçdi.[90] Bu dövrdə artıq Böyük Moğol İmperiyası özünün keçmiş qüdrətini itirmişdi. Əhməd şahın hakimiyyəti illərində əfqanlar müstəqilliklərini elan etdilər. Hücuma keçən əfqanlar bir sıra Moğol şəhərlərini də ələ keçirdilər. İngilis və holland müstəmləkəçilərin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı tamamilə onların nəzarətinə keçmişdi.[70][90]
1754-cü ildə ildə Əhməd şahın yerinə II Aləmgir şah keçdi.[90][91] Onun hakimiyyəti illərində də ciddi bir uğur əldə olunmadı. Əfqanlarla mübarizə aparmaq mümkün olmadı. II Aləmgir şah ölkədə təsirini artırmış ingilislərlə mübarizə aparmağa cəhd göstərsə də buna nail olmadı. Əksinə ingilislərin təsiri daha da artdı. II Aləmgir şahın 1759-cu ildə ölümündən sonra III Cahan şah hakimiyyətə keçdi.[90][91] 1759-cu ildə II Aləmgir şahın oğlu olan II Aləm şah hakimiyyəti ələ keçirdi.[92] Onun uzun müddət (46 il, 330 gün) davam edən hakimiyyəti illərində ciddi bir nailiyyət əldə olunmadı. İngilislərin təzyiqini azaltmağa çalışan II Aləm şahın qüvvələri ilə Britaniya Hindistanının qüvvələri arasında 1764-cü ildə Buksar döyüşü baş verdi. II Aləm şah bu döyüşdə məğlub oldu və nəticədə ölkədə hakimiyyət faktiki olaraq ingilislərin nəzarətinə keçdi. II Aləm şahın 1806-cı ildə ölümündən sonra hakimiyyətə keçən[92] II Əkbər şah 31 il hakimiyyətdə qala bildi.[93] II Əkbər şah hakimiyyəti illərində Böyük Britaniyadan asılı olaraq fəaliyyət göstərib[93] və onun hökmdarlığı formal xarakter daşıyıb. Onun 1837-ci ildə ölümündən sonra yerinə keçən oğlu II Bahadır şah da atası kimi Böyük Britaniyadan asılı idi. II Bahadır şah 1857-ci ildə baş vermiş Sipahilər üsyanına rəhbərlik etməyə məcbur edilmişdi. Sonralar o, ingilislər tərəfindən xəyanət etməyə məcbur edildi və həbs olunaraq ailəsi ilə birlikdə Birmaya sürgün edilmişdir. Beləliklə 1857-ci ildə Böyük Moğol İmperiyası süqut etmiş, torpaqları Britaniya Hindistanının tərkibinə qatılmışdır.[70][94]
İdarəetmə
redaktəBöyük Moğol İmperiyasının əsası qoyulduqdan sonra yerli idarə üsulu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar edildi.[12][13] Böyük Əkbərin hakimiyyəti illərində idarəetmədə bir sıra yeniliklər tətbiq olundu. Böyük Əkbər hakimiyyəti illərində müxtəlif etnik ünsürlərdən təşkil olunmuş ölkəni idarə etmək üçün Mənsəbdari adlanan idarəetmə sistemi qurmuşdu. Bu idarəetmə sistemində önəmli vəzifələr etibarlı şəxslərə verilmişdi.[67]
Mərkəzi hakimiyyət
redaktəBöyük Moğol İmperiyasına qeyri-məhdud səlahiyyətlərə sahib hökmdar rəhbərlik edirdi. Hökmdarlar müxtəlif vaxtlarda Sultan, Şah kimi titullar daşımışdı. Böyük Əkbər idarəetməni nizama salmaq üçün mərkəzi hakimiyyəti bölmələrə ayırmışdı. Hər bölmə ona təyin olunmuş rəhbərə tabe idi. Baş Vəzir (Vəziri Əzəm) önəmli məsələlərdə hökmdarın məsləhətçisi idi. Baş Vəzir digər Vəzirləri təyin edirdi və onlar Baş Vəzirə tabe idi. Dövlətin xəzinə və maliyyəsi Divanbəyinə tabe idi. Hərbi vəzifələrə təyinat, əsgərlərin əmək haqlarının ödənilməsi, əsgər toplanması və qeydiyyatından Miri Bəxşi cavabdeh idi. Dini elmlərin inkişafı, mübahisəli məsələlərin şəriətə uyğun həlli, müsəlman din alimlərinin fəaliyyəti və zəkatı ehtiyacı olanlara paylamaq kimi məsələlərdən Sədr-us-Sudur cavabdeh idi. Sədr-us-Sudur mərkəzi hakimiyyətin dörd önəmli vəzirindən biri idi. Sədr-us-Sudur ölkənin əyalətlərinə qazılar təyin etmək səlahiyyətinə sahib idi. Xani Saman, Mühtəsib, Miri Atiş, Dərgahi Dak Çauki, Dərgahi Tiksal kimi vəzifə sahibləri Sədr-us-Sudura tabe idi. Xani Saman sarayın qida məsələləri ilə məşğul olurdu. O, gəzinti və yoxlamalarda hökmdarı müşayiət edirdi. Yeməyin hazırlanması, çadırların qurulması və mətbəxin nizamlanması kimi işlərdən cavabdeh idi. Əxlaqi dəyərlərin yerinə yetirilməsini yoxlayan nəzarətçiyə Mühtəsib deyilirdi. O, bu dəyərləri pozanları cəzalandırırdı. Hökmdarın topxanasından Miri Atiş cavabdeh idi. Poçt işləri ilə məşğul olan baş nəzarətçiyə Dərgahi Dak Çauki deyilirdi. O, hər cür poçt işlərinə nəzarət etməklə yanaşı, həm də idarəetmənin müxtəlif bölmələrinin fəaliyyətini nəzərdən keçirərək hökmdara məlumat verirdi. Dərgahi Tiksal hökmdarın zərbxanasından cavabdeh idi.[67]
Yerli idarəetmə
redaktəBöyük Əkbər cagirdarlıq sisteminə son qoyaraq dövləti 12 əyalətə bölmüşdü. Qalibiyyətli döyüşlər nəticəsində sonradan bu əyalətlərin sayı 15-ə çatdı. Bu əyalətlərə Allahabad, Aqrah, Oud, Kəşmir, Əhmədabad, Benqal, Bihar, Dehli, Kabil, Lahor, Multan, Malva, Barar, Handeş və Əhmədnaqar daxil idi. Bəzi tarixçilər əyalətlərin sayının 18 olduğunu qeyd edirlər.[67][95]
Əyalətdə ən böyük vəzifə sahibi və hökmdarın əyalətdəki nümayəndəsi Sipahdar (Sipahsa olaraq da adlandırılırdı) hesab olunurdu. O, əyalətdə təhlükəsizlik və sabitlikdən cavabdeh idi. Həmçinin əyalət ordusunun baş komandanı idi. O, hökmdarın qanunlarının əyalətdə icra olunmasına nəzarət edirdi. Hər bir əyalətin Divanbəyi olurdu. Əyalət divanbəyiləri mərkəzi hakimiyyət tərəfindən təyin olunurdu və vergi toplanmasından cavabdeh idi. Bu işdə ona Amil,[q 3] Tabaqçı[q 4] və Xəzinədar kömək edirdi. Sipahdarın əmri ilə əsgər toplamaq, ordunu nizama salmaq və əyalət əsgərlərinin əmək haqlarını ödəməklə Bəxşi məşğul olurdu. Hər bir əyalətdə Bəxşi mərkəzi hakimiyyətdə təmsil olunan Miri Bəxşinin göstərişi ilə təyin olunurdu. Əyalətlərin dini məsələləri və zəkatın bölüşdürülməsindən Sədr cavabdeh idi. Sədrlər Sədr-us-Sudur tərəfindən təyin olunurdu. Sədrlər həmçinin əyalətdəki vəqf torpaqlarına nəzarət edirdi. Əyalət qazıları sərkər və pərganah qazılarının fəaliyyətlərinə nəzarət edirdi. Vaqah Nigar və Savanih Navis vəzifələrinə təyin olunanlar əyalətin idarə olunması və vacib hadisələr haqqında mərkəzi hakimiyyəti məlumatlandırırdı. Əyalət mərkəzlərinin təhlükəsizliyindən cavabdeh olan şəxs Qutval adlanırdı. O, həmçinin şəhərə yeni gələnlərə nəzarət etmək, onların yerlərini müəyyənləşdirmək və varissiz ölənlərin mallarına nəzarət etmək kimi işləri yerinə yetirirdi. Miri Bəhr qayıqlar və körpülərdən istifadə edənlərdən vergi toplamaqla məşğul olurdu. O, həmçinin dəniz yolu ilə aparılan daşımalara da nəzarət edirdi.[67]
Hər bir əyalət sərkərlərə bölünmüşdü. Sərkərlər də öz növbəsində pərganahlara bölünürdü. Pərganahlara Şıkdarlar rəhbərlik edirdi. Pərganahlar kəndlərə bölünürdü və onlara pançayat[q 5] rəhbərlik edirdi.[67]
Xarici siyasət
redaktəMoğol-Səfəvi münasibətləri
redaktəBöyük Moğol İmperiyası ilə Səfəvilər arasındakı münasibətlər bəzi dövrlərdə dostluq və müttəfiqliklə, bəzi dövrlərdə isə düşmənçilik və müharibələrlə müşayiət olunmuşdu. Dövlətin əsasını qoyan Baburla Səfəvilər arasındakı münasibətlər hələ Böyük Moğol İmperiyasının əsası qoyulmadığı dövrdən yaranmışdı. Babur və Şah İsmayıl ortaq düşmənləri olan Şeybani xana qarşı birgə hərəkət edirdi.[48] Səfəvilərin də köməyi ilə 1512–1513-cü illərdə Buxara və Səmərqənd ələ keçirildi.[49] Baburun Səfəvilərlə yaxınlaşması uzun müddət davam etmədi. 1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Səfəvi təzyiqi azaldı. Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Səfəvilərin dəstəyini itirmişdi.
Səfəvi dövlətinin hökmdarı olan I Təhmasib 1537-ci ildə hücum edərək Qəndəharı tutdu. 1538-ci ildə Sultan Hümayun Qəndəharı geri qaytarmağa cəhd göstərsə də buna nail olmadı. Sultan Hümayun Şir şah Suri tərəfindən hakimiyyətdən məhrum edildikdən sonra Səfəvilər dövlətinin hökmdarı I Təhmasibə sığındı.[59] Şir şah Surinin Osmanlılarla yaxınlaşıb, Səfəvilərə düşmən olması səbəbindən I Təhmasibin dəstəyini qazanan Sultan Hümayun 1544-cü ildə Sultaniyyədə əldə olunan razılaşmaya əsasən Qəndəharın Səfəvilər dövlətinin tərkibində qalmasına razı oldu.[60] Bunun müqabilində I Təhmasib Sultan Hümayunu Şir şah Suriyə qarşı müdafiə etdi. Sultan Hümayun Səfəvilərin dəstəyi ilə hakimiyyətini bərpa etdikdən sonra iki dövlət arasında olan yaxın münasibətlər uzun müddət davam etmədi. Bundan sonra Sultan Hümayun Osmanlılara yaxınlaşmağa cəhd göstərdi.
Əkbər şahın hakimiyyəti illərində Səfəvilərlə münasibətlərdə Qəndəhar xüsusi əhəmiyyət daşıyırdı. Qəndəhar şəhəri bölgədə mühüm strateji və hərbi mərkəzdi.[96] 1558-ci ildə şəhər yenidən Səfəvilərin nəzarətinə keçmişdi.[97] Səfəvilərlə Böyük Moğol İmperiyası arasındakı münasibətlərə 1576-cı ildə I Təhmasibin ölümündən sonra son qoyulmuşdu.[98] Yalnız 1587-ci ildə Səfəvilər dövlətində I Abbasın hakimiyyətə keçməsindən sonra əlaqələr bərpa edildi.[99] 1595-ci ildə Əkbər şah Qəndəhara hücum etdi və şəhər müqavimət göstərmədən təslim oldu.[100] Səfəvilərlə Böyük Moğol İmperiyası arasındakı müharibənin ikinci mərhələsi Əkbər şahın ölümündən sonra (1605) oğlu Sultan Cahangirin hakimiyyəti illərində, 1606-cı ildə Böyük Moğol İmperiyasının qələbəsi ilə başa çatdı. Müharibənin üçüncü mərhələsi isə 1622–1623-cü illərə təsadüf edir. Qəndəhar ətrafında baş verən toqquşmalar Səfəvilərin qələbəsi ilə başa çatdı. Səfəvilər və Böyük Moğol İmperiyası arasındakı müharibənin sonuncu, dördüncü mərhələsi 1638-ci ildə başlamışdı. Bu mərhələnin əvvəllərində Sultan Cahan şah Qəndəharı ələ keçirmişdi. Səfəvi hökmdarı Şah Səfi bölgəni geri almaq üçün hücuma keçsə də, Xorasan istiqamətində irəliləyərkən Kaşan yaxınlığında öldü. Səfəvi-Moğol müharibələri 1653-cü ildə Qəndəharın Səfəvilərin tərkibində qalması ilə başa çatdı.
Moğol-Osmanlı münasibətləri
redaktəOsmanlı dövləti ilə münasibətlərin qurulması Böyük Moğol İmperiyasının əsasının qoyulmasına təsadüf etmişdir. 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşan Baburun ordusunda Osmanlı zabiti olan Mustafa Ruminin rəhbərlik etdiyi bir artilleriya taboru mövcuddu. Odlu silahın verdiyi üstünlük Panipat döyüşündə Baburun qələbə qazanmasında önəmli rol oynamışdı.[53] Sultan Hümayun Səfəvilərin dəstəyi ilə hakimiyyətini bərpa etdikdən sonra Osmanlılarla yaxınlaşmağa cəhd göstərmişdi. Sultan Hümayun Sultan Süleyman Qanuniyə "Padşah ata" deyə müraciət etdiyi məktub göndərsə də, onun məktubu cavabsız qalmışdı. 1556-cı ildə yıxılaraq zədələnən Sultan Hümayunun qonağı olan Osmanlı admiralı Seydi Əli Rəisin məsləhəti ilə Bədəxşanda əfqanlarla mübarizə aparan oğlu Əkbərə məktub yazaraq onu taxtın varisi təyin etməsi Osmanlılarla Böyük Moğol İmperiyası arasında münasibətlərin olmasından xəbər verirdi.[70]
1569-cu ildə başqa bir Osmanlı admiralı Qurdoğlu Xızır Rəis Böyük Moğol İmperiyasının sahillərinə yaxınlaşmışdı. Osmanlı admiralların məqsədi Hind okeanında Portuqaliya krallığının artan gücünə qarşı mübarizə aparmaq idi. Əkbər şahın onlar vasitəsi ilə Sultan Süleyman Qanuniyə altı sənəd göndərdiyi məlumdur.[101][102] Əkbər şahın hakimiyyəti illərində Böyük Moğol İmperiyası ilə Osmanlı dövləti arasında ticarət əlaqələri inkişaf etdi. Bəsrə limani vasitəsi ilə Böyük Moğol İmperiyasından Osmanlıya ədviyyat, rəng, pambıq kimi ticarət malları daşınırdı.[103]
Ordu quruluşu
redaktəBöyük Moğol İmperiyasında Böyük Əkbərin islahatlarına qədər ordu quruluşu cagirdarlıq sisteminə əsaslanırdı. Cagirdarlar ordunu nizamlamaq və lazım gəldikdə ordu ilə birlikdə hərəkət etməyə borclu idi. Əsgərlərin əmək haqları, atların təchizatı xərcləri cagirdarın gəlirləri hesabına ödənilirdi. Cagirdarlar böyük ərazilərə sahib olmasına baxmayaraq saxladıqları ordu kiçik olurdu. Bu da onların haqsız qazanc əldə etməsinə səbəb olurdu. Bütün bunlar cagirdarlıq sisteminin qüsurlarından biri idi.[67]
Böyük Əkbərin dövründə digər sahələrdə olduğu kimi ordu quruluşunda da islahatlar aparıldı. Əsgərlərin əmək haqlarının cagirdarların gəlirləri hesabına ödənilməsi qaydası ləğv olundu. Bundan sonra əsgərlərin əmək haqları hər ay dövlət xəzinəsi hesabına nağd şəkildə ödənilirdi. Atların damğalanması sistemi davam etdirildi. İslahatlardan sonra əsgərlərin qeydiyyatı zəruri şəkildə aparılmağa başladı. İslahatlardan sonra ordu beş bölməyə (mənsəbdari, əhədi, dəxli, müstəqil və vergi ödəyən racələrin orduları) ayrıldı.[67]
Mənsəbdari ordu:[104][105] Mənsəb sözü mövqe, dərəcə mənasında işlənirdi. Böyük Əkbərin dövründə dövlət məmurları 33 dərəcəyə ayrılmışdı və hər dərəcənin əmək haqları müəyyənləşdirilmişdi. Ən kiçik rütbəli mənsəb sahibləri 10, ən böyük rütbəli mənsəb sahibləri isə 10000 əsgərə rəhbərlik edirdi. Tabeliyində olan əsgərlərin sayı 100–400 arası olanlar Mənsəbdar titulu daşıyırdı. 500–2500 arası əsgərə rəhbərlik edən mənsəb sahibləri Əmir adlanırdı. Tabeliyindəki əsgərlərin sayı 3000-dən çox olan mənsəb sahibləti Əmir əl-üməra adlanırdı. Əsgər sayı 7000-dən çox hərbi birliklərə əsasən Şahzadələr rəhbərlik edirdi. Böyük Əkbərin dövründə mənsəb verilərkən dini və milli ayrı-seçkilik edilmirdi. Mənsəb sahibləri dərəcələr üzrə zamanla yüksəlirdi. Bəzən dərəcələr hökmdar tərəfindən birbaşa da verilə bilirdi.[67][106]
Əhədi ordu: Bu birliklər yalnız süvarilərdən təşkil olunan xüsusi ordu idi. Əmək haqları hökmdarın xəzinəsi hesabına ödənilirdi. Bu birliklərə daxil olan hər əsgər çox yaxşı cins atlara sahib olmağa borclu idi. Bu birliklər hökmdara ən sadiq ordu hesab olunurdu.[67][107]
Dəxli ordu: Bu birliklərə əsgərlər dövlət tərəfindən cəlb olunurdu. Dəxli ordusunun əsgərlərinin əmək haqları dövlət xəzinəsi hesabına ödənilsə də, onların təlim və nizam-intizamlarından mənsəbdarlar cavabdehlik daşıyırdı.[67][108]
Müstəqil ordu:[108] Böyük Əkbərin hakimiyyəti illərində müstəqil ordunun əsgərlərinin sayı 25000 nəfərə çatırdı. Müstəqil ordu beş bölmədən (piyada, süvari, döyüş filləri, artilleriya və dəniz qüvvələri) ibarət olurdu. Mənsəbdari sisteminin qurulmasında başlıca məqsəd müstəqil ordunu gücləndirməkdən ibarətdi.[67][109]
Vergi ödəyən racələrin orduları: Dövlətə vergi verən racələrin şəxsi orduları tələb olunduğu zaman yürüşlərdə iştirak etməli idi. Böyük Əkbərin hakimiyyəti illərində onun ordusunun tərkibində vergi ödəyən racələrin birlikləri də iştirak edirdi.[67][108]
Elm və texnologiya
redaktəAstronomiya
redaktəNəzəri astronomiyaya diqqət az olsa da, Moğol astronomları təcrübi astronomiyanı inkişaf etdirdilər və yüzə yaxın təqvim traktatı yazdılar. Sultan Hümayun Dehli yaxınlığında şəxsi rəsədxana inşa etdirmişdi. Moğol müşahidəçilər tərəfindən istifadə olunan alətlər və müşahidə qurğuları İslam ənənələrinə əsaslanırdı.[110][111] Xüsusilə Böyük Moğol İmperiyasında hazırlanan təhrifsiz ulduz qlobusu diqqətəlayiqdir.
Kimya
redaktəŞeyx Din Məhəmməd Moğol kimyagərliyindən çoxlu məlumatlar və şampun hazırlamaq üçün qələvi və sabundan necə istifadə etməyin qaydalarını öyrənmişdi. O, həmçinin II Aləm şah haqqında məlumatları qələmə alan önəmli yazıçılardandır. Şeyx Din Məhəmməd Dehli və Allahabad şəhərləri haqqında zəngin məlumatlar yazımışdır.
Şeyx Din Məhəmməd Böyük Britaniya kralları IV Georq və IV Uilyamın saç həkimi olmuşdu. Həmin dövrdə kralların saçlarının tez tökülməsi problemi vardı və Şeyx Din Məhəmməd Moğollardan öyrəndiyi xüsusi şampunlar hazırlamaq metodları ilə kralların saçlarına qulluq edirdi.[112]
Texnologiya
redaktəFətullah Şirazi fars alimi və mexanika mühəndisi idi. O, Əkbər şahın ordusu üçün yaylım atəşi aça bilən topu təkmilləşdirməsi ilə tanınır.[113]
Əkbər şah ilk dəfə Sanbal döyüşündə döyüş fillərinə qarşı silindir formalı metal raketlərdən istifadə etmişdi.[114]
1657-ci ildə Moğol ordusu Bidarın mühasirəsi zamanı da raketlərdən istifadə etmişdi.[115] Şahzadə Övrəngzebin qüvvələri raket və əl qumbaralarından istifadə edərək qala divarlarını dağıtmaq istəyirdi. Sidi Mərcanın raket zərbəsi barıt anbarına dəydiyindən ölümcül yaralandı və 27 gün ağır döyüşdən sonra Bidar Moğol orduları tərəfindən zəbt olundu.[115]
Daha sonralar Maysurların Karnatik bölgəsi nəvvabının qüvvələrinə qarşı Jinci mühasirəsi zamanı istifadə etdiyi raketlər Moğol ordusunda istifadə olunmuş raketlərin təkmilləşdirilmiş versiyası idi.
Memarlıq
redaktəMoğol memarlığının nümunələrinə Hindistan, Pakistan, Əfqanıstan və Banqladeşdə rast gəlmək mümkündür. Beş illik hakimiyyəti ərzində Babur tikintiyə böyük maraq göstərmişdir. Hal hazırda o tikililərin bir neçəsi salamat qalıb. Onun nəvəsi Əkbər şahın dövründə geniş tikinti işləri aparıldı və memarlıq daha da inkişaf etdi. Bu tikililərin arasında atası Sultan Hümayuna tikdirdiyi məqbərə, Aqra qalası və Fatehpur Sikri qala-şəhəri daha məşhurdur. Əkbər şahın oğlu Sultan Cahangir isə Kəşmirdə Şalimar bağını saldırıb.
Moğol memarlığı Sultan Cahan şahın dövründə zirvəyə çatıb. Onun göstərişi ilə Cama məscidi, Qırmızı qala, Lahorda Şalimar bağı və ən məşhur Moğol memarlığı incisi Tac Mahal tikilib.
Sultan Cahan şahın oğlu Sultan Övrəngzebin başçılığı ilə Lahorda Padşah məscidi daxil olmaqla bir neçə tikili inşa olunub. Bu dövrdə imperiya ilə bərabər memarlığın da enişi baş verib.
Sultan Cahangirin dövrü
redaktəSultan Cahangirin dövründə hind memarlığının xüsusiyyətləri arxa plana çəkildi. Onun Lahorda tikdirdiyi mina təbəqəli kirəmitlə örtülmüş böyük məscid fars memarlığı üslübunda tikilib. Aqrada Etimad üd-Dövlə məqbərəsinin üstü pyetra dura mozaikası ilə örtülmüş ağ mərmərdən tikilib. Sultan Cahangir həmçinin Kəşmirdə Dal gölü sahilində ətraf tikililərlə birgə Şalimar bağını və Nişat bağını saldırıb. Bundan əlavə o, özünün ev heyvanı olan ceyran üçün hal hazırda Pakistanda yerləşən Şeyxpura şəhərində Hiran Minar (Ceyran minarəsi) abidəsini tikdirib. Sultan Cahangirin ölümündən sonra isə xanımı Lahorda onun üçün məqbərə tikdirib.
Sultan Cahan şahın dövrü
redaktəSələflərindən fərqli olaraq Sultan Cahan şah böyük yox, zərif və zövqlü abidələr tikdirməyə üstünlük verib. Ondan əvvəlki hökmdarlar malik olduqları qüdrəti göstərmək üçün nəhəng tikililər inşa etdiriblər. Sultan Cahan şahın dövründə tikilən abidələrdə güc-qüdrət və orjinallıq zəriflik, incəlik və nəfisliklə əvəz olundu. Bunun bariz nümunəsi isə xanımı Mümtaz Mahala tikdirdiyi Tac Mahal məqbərəsidir. Aqra qalasındakı Moti məscidi (Mirvari məscidi) və Dehlidəki Cəma məscidi dəqiq simmetriya ilə tikilmiş əzəmətli abidələrdir. Sultan Cahan şah həmçinin Sultan Cahangirin məqbərəsini və Lahor qalasının bəzi hissələrini tikdirib. Moti məscidi, Şiş Mahal və Naulakha pavilyonu bunlara daxildir. O, həmçinin, Tattada öz adına Cahan şah məscidi tikdirib. Sultan Cahan şah taxtda çıxdığı zaman onun saray həkimi olan Şeyx Elməddin Ənsari Vəzir xanın adına Lahorda məscid tikdirib.
Sultan Övrəngzeb və sonrakı hökmdarların dövrü
redaktəSultan Övrəngzebin dövründə hamarlanmış daşlar və mərməri kərpici çınqıl daşları və stukko üslublu ornamentlər əvəz etməyə başladı. Sriranqapatna və Laknauda hind-müsəlman memarlığının nümunələri mövcuddur. Sultan Övrəngzeb Lahor qalasında dəyişikliklər aparıb və indiki 13 qala qapısından birini o tikdirib. Bundan əlavə o, 1674-cü ildə Fidai Kokanın nəzarəti ilə Padşah məscidini tikdirib. Bu məscid Lahor qalasına yaxın tikilib və qırmızı qumdaşı ilə tikilən camaat məscidi seriyasından sonuncudur. Üslub cəhətdən Sultan Cahan şahın Şahcahanabadda tikdirdiyi məscidə çox yaxındır. Qırmızı qumdaşından olan qübbələr ağ mərməri və gözəl oymalarla ahəng yaradır.
Bu dövrə aid digər tikililər hökmdar sayarındakı qadınlarla bağlıdır. Dəryaqanicdəki Zinət məscidinin tikintisi Sultan Övrəngzebin ikinci qızı Zinət əl-Nisanın nəzarəti ilə aparılıb. Sultan Övrəngzebin 1671-ci ildə ölən bacısı Röşənaranın məqbərəsi və bağı uzun müddət baxımsız qalıb, indi isə dağılmaq təhlükəsi var. Bibi Ka məqbərəsi isə Sultan Övrəngzebin oğlu Şahzadə Əzəm tərəfindən anası Dilras Banu Bəyim üçün Övrəngabadda tikilib.
Moğol dövrünə aid başqa tikili isə Lalbağ qalasıdır (Aləmgir qalası kimi də tanınır) ki, Banqladeşin Dəkkə şəhərinin cənub-qərbində, Buriqanqa çayı yaxınlığında yerləşir. İnşasına 1678-ci ildə başlanıb. Bu dövrə aid Aləmgir darvazası isə 1673-cü ildə tikilib və Lahor qalasının əsas girişidir. Darvaza qərbə tərəf, Padşah məscidinə baxır.
Moğol bağları
redaktəMoğol bağları Moğol sülaləsi dövründə İslam memarlıq üslübunda tikilmiş bağlardır. Bağların üslubu fars və Teymuri memarlıq (türk) üslubundan da təsirlənib. Bağların düzxətli planı daş divarlarla hüdudlanıb. Bu bağlara xas xüsusiyyətlər hovuzlar, fəvvarələr və bağın daxilində axan kanalların olmasıdır. Ən məşhur nümunələri Tac Mahalda Çar bağ (çahar bağ – dörd bağ), Lahorda, Dehlidə, Kəşmirdə Şalimar bağları və Haryanada Pincore bağıdır.
Miras
redaktəBöyük Moğol İmperiyası Hindistanın tarixində önəmli rol oynamışdır. Teymurilər dövlətinin mirasının davamçısı olan Böyük Moğol İmperiyası Teymuri memarlığının ənənələrini daha da inkişaf etdirmiş və bu memarlıq abidələrindən bir çoxu günümüzə qədər gəlib çatmışdır. Moğol memarlığının ən önəmli abidəsi hesab olunan Tac Mahal Dünyanın yeni yeddi möcüzəsindən biridir.[116] Hal hazırda Böyük Moğol İmperiyasının irsinə Hindistan, Pakistan, Banqladeş, Özbəkistan və Qırğızıstan sahib çıxır.
Hindistanda Böyük Moğol İmperiyası dövrünə aid filmlər çəkilmişdir. İlk sınaqları 2005-ci ildə həyata keçirilən Pakistana aid qanadlı raket "Babur" adlanırdı.[117] Özbəkistanda Babura heykəllər qoyulmuşdur. Hal hazırda Özbəkistanda yerləşən və Baburun anadan olduğu Əndican şəhəri "Babur yurdu" olaraq tanınır. Bu şəhərdə Babura həsr olunmuş xatirə parkında onun simvolik məzarı və muzeyi vardır.[118][119] Qırğızıstanın Oş şəhərində yerləşən Süleyman dağındakı Baburun evi pir kimi ziyarət olunur. İnanca görə evdəki mehraba istiqəmətlənmiş diz izləri Babura məxsusdur. Baburun Süleyman dağındakı evinə çıxan yolda inanclarla bağlı müxtəlif ayinlər icra olunur. Türkiyə Prezident Forsunda ulduzlarla təmsil olunan 16 tarixi türk dövlətindən biri də Böyük Moğol İmperiyasıdır.[120]
Qalereya
redaktəMemarlıq
redaktə-
Hümayun türbəsi
-
Böyük Əkbərin türbəsi
-
Mirzə Qiyas bəyin məzarı
-
Qızıl qala
-
Lahor qalası
-
Pənc Mahal
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ John F. Richards, The Mughal Empire, (Cambridge University Press, 1995), 1
- ↑ 1 2 Richards, John F. (March 18, 1993). Johnson, Gordon; Bayly, C. A., eds. The Mughal Empire. The New Cambridge history of India: 1.5. I. The Mughals and their Contemporaries. Cambridge: Cambridge University Press. pp. 1, 190. doi:10.2277/0521251192. ISBN 978-0-521-25119-8.
- ↑ Balfour, E. G. (1976). Encyclopaedia Asiatica: Comprising Indian-subcontinent, Eastern and Southern Asia. New Delhi: Cosmo Publications. S. 460, S. 488, S. 897. ISBN 978-81-7020-325-4.
- ↑ L. Canfield, Robert; Jonathan Haas (2002). Turko-Persia in Historical Perspective. Cambridge University Press. ISBN 0-521-52291-9, 9780521522915. ; p. 20;
- ↑ Edward Balfour The Encyclopaedia Asiatica, Comprising Indian Subcontinent, Eastern and Southern Asia, Cosmo Publications 1976, S. 460, S. 488, S. 897
- ↑ "Arxivlənmiş surət". 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-21.
- ↑ 1 2 Roux, Jean Paul (1984). Türklerin Tarihi (Historie des Turks). Ad. ISBN 975-506-018-9.
- ↑ Richards, John F. (1995), The Mughal Empire, Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2, retrieved 31 July 2013
- ↑ Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books, p. 22, ISBN 978-1-86189-185-3,
- ↑ Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia, I. B. Tauris, p. 2, ISBN 978-1-84885-726-1,
- ↑ 1 2 "Arxivlənmiş surət". 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-21.
- ↑ 1 2 3 Robb, P. (2001), A History of India, London: Palgrave, ISBN 978-0-333-69129-8
- ↑ 1 2 3 4 5 Asher, C. B.; Talbot, C (1 January 2008), India Before Europe (1st ed.), Cambridge University Press, ISBN 978-0-521-51750-8
- ↑ 1 2 3 Metcalf, B.; Metcalf, T. R. (9 October 2006), A Concise History of Modern India (2nd ed.), Cambridge University Press, ISBN 978-0-521-68225-1
- ↑ Stein, B. (16 June 1998), A History of India (1st ed.), Oxford: Wiley-Blackwell, ISBN 978-0-631-20546-3
- ↑ Kincaid, Dennis (1937). The Grand Rebel: An Impression of Shivaji, Founder of the Maratha Empire. London: Collins. pp. 72–78, 121–125.
- ↑ Brown, Katherine Butler (January 2007). "Did Aurangzeb Ban Music? Questions for the Historiography of his Reign". Modern Asian Studies 41 (1): 79.
- ↑ Wilson Hunter, Sir William. The Indian Empire: Its People, History, and Products. p. 315.
- ↑ Roy Choudhury, Makhan Lal. The Din-i-Ilahi:Or, The Religion of Akbar.
- ↑ Richards, John F. (March 18, 1993). Johnson, Gordon; Bayly, C. A., eds. The Mughal Empire. The New Cambridge history of India: 1.5. I. The Mughals and their Contemporaries. Cambridge: Cambridge University Press. pp. 1, 190. ISBN 978-0-521-25119-8.
- ↑ Warrior Empire: The Mughals Arxivləşdirilib 2014-01-31 at the Wayback Machine (DVD). The History Channel. October 31, 2006.
- ↑ Dupuy, R. Ernest and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military History, 4th Ed., (HarperCollinsPublishers, 1993), 711.
- ↑ Dalrymple, The Last Mughal, p. 145 fn
- ↑ Emperors new names (title) Mirza Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine, the title of Mirza and not Khan or Padishah, which were the titles of the Mongol rulers.
- ↑ Richards, John F. (1995), The Mughal Empire, Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2
- ↑ Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine, p. 22, ISBN 978-1-86189-185-3
- ↑ Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia Arxivləşdirilib 2016-06-10 at the Wayback Machine, I. B. Tauris, p. 2, ISBN 978-1-84885-726-1
- ↑ Bose, Sugata Bose; Ayesha Jalal (2004). Modern South Asia: History Arxivləşdirilib 2019-12-11 at the Wayback Machine, Culture, Political Economy. Routledge. p. 28. ISBN 978-0-203-71253-5.
- ↑ "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
- ↑ The Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE
- ↑ Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
- ↑ Encyclopædia Britannica, "Timur" Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine, Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …
- ↑ G. R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine)
- ↑ 1 2 B. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"
- ↑ 1 2 M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …"
- ↑ The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I Arxivləşdirilib 2007-02-23 at the Wayback Machine
- ↑ G. Doerfer, "Chaghatay" Arxivləşdirilib 2007-11-18 at the Wayback Machine, in Encyclopædia Iranica
- ↑ Allworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72. ISBN 0-8223-1521-1
- ↑ Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995
- ↑ Robert L. Canfield, Robert L. (1991). Turko-Persia in historical perspective, Cambridge University Press, p.20. "The Mughals-Persianized Turks who invaded from Central Asia and claimed descent from both Timur and Genghis – strengthened the Persianate culture of Muslim India".
- ↑ "Babar" Arxivləşdirilib 2008-05-15 at the Wayback Machine. Manas. University of California Los Angeles.
- ↑ Khair, Tabish (6 January 2006). Other Routes: 1500 Years of African and Asian Travel Writing. Signal Books. p. 162. ISBN 1-904955-11-8.
- ↑ Lal, Ruby (25 September 2005). Domesticity and Power in the Early Mughal World. p. 69. ISBN 0-521-85022-3. "It was over these possessions, provinces controlled by uncles, or cousins of varying degrees, that Babur fought with close and distant relatives for much of his life."
- ↑ 1 2 Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. ss. 26–7. ISBN 0-06-050508-7.
- ↑ Ewans, Martin (September 2002). Afghanistan: A Short History of Its People and Politics. HarperCollins. pp. 26–7. ISBN 0-06-050508-7.
- ↑ "The Memoirs of Babur" Arxivləşdirilib 2019-10-21 at the Wayback Machine. Silk Road Seattle. University of Washington. Retrieved 2006–11–08. "After being driven out of Samarkand in 1501 by the Uzbek Shaibanids…"
- ↑ SAVORY, ROGER. ESMĀʿĪL I ṢAFAWĪ Arxivləşdirilib 2019-07-25 at the Wayback Machine
- ↑ 1 2 Sicker, Martin (August 2000). The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege in Vienna. p. 189. ISBN 0-275-96892-8. "Ismail was quite prepared to lend his support to the displaced Timurid prince, Zahir ad-Din Babur, who offered to accept Safavid suzerainty in return for help in regaining control of Transoxiana."
- ↑ 1 2 3 Mahajan, V. D. (2007). History of medieval India (10th ed.). New Delhi: S Chand. pp. 428–429. ISBN 8121903645.
- ↑ Satish Chandra, Medieval India:From Sultanat to the Mughals, Vol. 2, 28.
- ↑ Eraly 2007, p. 27–29.
- ↑ (Davis 1999, pp. 181, 183, 184 183)
- ↑ 1 2 Butalia, Romesh C. The Evolution of the Artillery in India: From the Battle of Plassey to the Revolt of 1857, (Allied Publishing Limited, 1998), p. 16.
- ↑ Chandra, Satish. Medieval India: From Sultanat to the Mughals, Vol. 2, (Har-Anand, 2009), pp. 27–31.
- ↑ Szczepanski, Kallie. "The First Battle of Panipat" Arxivləşdirilib 2016-12-05 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.
- ↑ Mahajan, V. D. (2007). History of medieval India (10th ed.). New Delhi: S Chand. pp. 432–436. ISBN 8121903645.
- ↑ 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ 1 2 3 Rama Shankar Avasthy: "The Mughal Emperor Humayun".
- ↑ 1 2 John F. Richards, Gordon Johnson (1996). Cambridge University Press, ed. The Mughal Empire (illustrated, reprint ed.). p. 11. ISBN 0-521-56603-7.
- ↑ "X. The Establishment of the Mughal Empire". 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ 1 2 Lal, Ruby (2005). Domesticity and Power in the Early Mughal World. Cambridge University Press. p. 140. ISBN 978-0521850223.
- ↑ 1 2 3 4 5 6 "AKBAR I (949–1014/1542–1605), third and greatest of the Mughal emperors of India". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ Eraly, Abraham (2004). The Mughal Throne: The Saga of India's Great Emperors. Phoenix. pp. 115, 116. ISBN 9780753817582.
- ↑ Smith, Vincent A. (2002). The Oxford History of India. Oxford University Press. ISBN 978-0-19-561297-4.
- ↑ Schimmel, Annemarie (2004). The Empire of the Great Mughals: History, Art, and Culture. Reaktion Books. p. 88. ISBN 978-1861891853.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "XVII. Yüzyıl Başlarında Hint Alt Kıtasında Devlet Yönetiminin Yeniden Oluşturulması" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-05.
- ↑ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. pp. 140–141. ISBN 978-0141001432.
- ↑ 1 2 "HİNT ALT KITASI İSLAM DÜŞÜNCESİNİN TARİHÎ GELİŞİMİ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Babür İmparatorluğu". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ "dealized Portrait of the Mughal Empress Nur Jahan (1577–1645)". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ Mahajan, Vidya Dhar. Muslim Rule In India.
- ↑ "MOĞOLLAR DÖNEMİ". 2011-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ Mahajan, Vidya Dhar. "Jahangir". Muslim Rule In India (fifth ed.). p. 148.
- ↑ Eraly, A. The Mughal Throne: The Saga of India’s Great Emperors. Phoenix, 2004, pp. 202–206.
- ↑ Chandra, Satish (2005). Medieval India: From Sultanat to the Mughals 2. Har-Anand Publications. p. 272. ISBN 9788124110669. Retrieved 29 September 2012.
- ↑ Brown, Katherine Butler (January 2007). "Did Aurangzeb Ban Music? Questions for the Historiography of his Reign". Modern Asian Studies 41 (1): 78.
- ↑ John F. Richards, The Mughal Empire, (Cambridge University Press, 1995), 1
- ↑ Sir Jadunath Sarkar (1933). Studies in Aurangzib's reign: (being Studies in Mughal India, first series). Orient Longman. pp. 43, 53, 56.
- ↑ Abdul Karim, Muhammad Azam (Prince), Banglapedia: The National Encyclopedia of Bangladesh, Asiatic Society of Bangladesh, Dhaka,
- ↑ 1 2 "Бахадур Шах I". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ 1 2 "Джахандар Шах". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ 1 2 3 "Фарук Сийяр". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ "Рафи уд-Даула Султан Мухаммад Шах Джахан". 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ "Шамс уд-Дин Абу-л-Баракат Султан Мухаммад Рафи уд-Дараджат". 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ 1 2 "Насир уд-Дин Абу-л-Фатх Мухаммад". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ Dupuy, 711.
- ↑ "Arxivlənmiş surət". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ "AN OUTLINE OF THE HISTORY OF PERSIA DURING THE LAST TWO CENTURIES (A. D. 1722–1922) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine". Edward G. Browne. London: Packard Humanities Institute. p. 33
- ↑ 1 2 3 4 "Ахмад Шах (Великий Могол)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ 1 2 "Аламгир II". 2020-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ 1 2 "Шах Алам II". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ 1 2 "Акбар Шах II". 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ "Бахадур Шах II". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ K. Ali, A New History of Indo-Pakistan since 1526, Book II, s. 65–66, Dacca 1968.
- ↑ Majumdar 1984, p. 153
- ↑ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. pp. 156–157. ISBN 978-0141001432.
- ↑ Majumdar 1984, p. 154
- ↑ Majumdar 1984, pp. 154–155
- ↑ Majumdar 1984, pp. 153–154
- ↑ Dr Farhan Ahmad Nizami (2014–01–01). "Six Ottoman Documents On Mughal-Ottoman Relations During The Reign Of Akbar" Arxivləşdirilib 2014-01-03 at the Wayback Machine
- ↑ ""Book Reviews : NAIMUR RAHMAN FAROOQI, Mughal-Ottoman Relations: A Study of the Political and Diplomatic Relations between Mughal India and the Ottoman Empire, 1556–1748, Delhi"". 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
- ↑ The Ottoman Empire And the World Around It — Suraiya Faroqhi. Google Books.pk. 2006–03–03. ISBN 9781845111229.
- ↑ "Arxivlənmiş surət". 2019-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ "Arxivlənmiş surət". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ "Arxivlənmiş surət". 2017-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
- ↑ Haşmi Anvar, a.g.e., s.279.
- ↑ 1 2 3 Haşmi Anvar, a.g.e., s.280.
- ↑ "A New History of Indo-Pakistan since 1526 Book II" Bkz., K. Ali, a.g.e., s. 67
- ↑ Sharma, Virendra Nath (1995), Sawai Jai Singh and His Astronomy, Motilal Banarsidass Publ., pp. 8–9, ISBN 81-208-1256-5
- ↑ Baber, Zaheer (1996), The Science of Empire: Scientific Knowledge, Civilization, and Colonial Rule in India, State University of New York Press, pp. 82–9, ISBN 0-7914-2919-9
- ↑ Teltscher, Kate (2000). "The Shampooing Surgeon and the Persian Prince: Two Indians in Early Nineteenth-century Britain". Interventions: International Journal of Postcolonial Studies, 1469–929X 2 (3): 409–23.
- ↑ Bag, A. K. (2005). "Fathullah Shirazi: Cannon, Multi-barrel Gun and Yarghu". Indian Journal of History of Science (New Delhi: Indian National Science Academy) 40 (3): 431–436. ISSN 0019–5235.
- ↑ MughalistanSipahi (2010–06–19). "Islamic Mughal Empire: War Elephants Part 3" Arxivləşdirilib 2022-06-22 at the Wayback Machine. YouTube.
- ↑ 1 2 "The Mughal Empire – Ishwari Prasad – Google Books". 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.
- ↑ "Taj Mahal: Agra, India". 2016-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.
- ↑ "Пакистан повторно испытал крылатую ракету". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.
- ↑ "Stamps in Honor of the Great Leader (in Uzbek)". Arxivləşdirilib 2013-10-18 at the Wayback Machine Uznews. 2008–02–08.
- ↑ "Grandeur and Eternity: Zahiriddin Muhammad Bobur in Minds of People Forever" Arxivləşdirilib 2013-05-22 at the Wayback Machine. Embassy of Uzbekistan in Korea.. 2011–02–22.
- ↑ "Cumhurbaşkanlığı Forsu". 2011-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.
Əlavə oxu
redaktə- Alam, Muzaffar. Crisis of Empire in Mughal North India: Awadh & the Punjab, 1707–48 (1988)
- Ali, M. Athar. "The Passing of Empire: The Mughal Case," Modern Asian Studies (1975) 9#3 pp. 385–396
- Asher, C. B.; Talbot, C (1 January 2008), India Before Europe (1st ed.), Cambridge University Press, ISBN 978-0-521-51750-8
- Black, Jeremy. "The Mughals Strike Twice," History Today (April 2012) 62#4 pp 22–26.
- Blake, Stephen P. "The Patrimonial-Bureaucratic Empire of the Mughals," Journal of Asian Studies (1979) 39#1 pp. 77–94
- Dale, Stephen F. The Muslim Empires of the Ottomans, Safavids and Mughals (Cambridge U. P. 2009)
- Dalrymple, William (2007). The Last Mughal: The Fall of a Dynasty : Delhi, 1857. Random House Digital, Inc.
- Faruqui, Munis D. "The Forgotten Prince: Mirza Hakim and the Formation of the Mughal Empire in India," Journal of the Economic and Social History of the Orient (2005) 48#4 pp 487–523
- Gommans; Jos. Mughal Warfare: Indian Frontiers and Highroads to Empire, 1500–1700 (Routledge, 2002) online edition
- Gordon, S. The New Cambridge History of India, II, 4: The Marathas 1600–1818 (Cambridge, 1993).
- Habib, Irfan. Atlas of the Mughal Empire: Political and Economic Maps (1982).
- Markovits, Claude, ed. (2004). A History of Modern India, 1480–1950. Anthem Press. pp. 79–184.
- Metcalf, B.; Metcalf, T. R. (9 October 2006), A Concise History of Modern India (2nd ed.), Cambridge University Press, ISBN 978-0-521-68225-1
- Richards, John F. (1996). The Mughal Empire. Cambridge University Press.
- Majumdar, Ramesh Chandra (1974). The Mughul Empire. B. V. Bhavan.
- Richards, John F. The Mughal Empire (The New Cambridge History of India) (1996) excerpt and online search
- Richards, J. F. "Mughal State Finance and the Premodern World Economy," Comparative Studies in Society and History (1981) 23#2 pp. 285–308
- Stein, B. (16 June 1998), A History of India (1st ed.), Oxford: Wiley-Blackwell, ISBN 978-0-631-20546-3
- Stein, B. (27 April 2010), Arnold, D., ed., A History of India (2nd ed.), Oxford: Wiley-Blackwell, ISBN 978-1-4051-9509-6
- Orxan Zakiroğlu (Baharlı). Babur İmperatorluğu. Bakı,2015
Mədəniyyət
redaktə- Busch, Allison. Poetry of Kings: The Classical Hindi Literature of Mughal India (2011) excerpt and text search
- Preston, Diana and Michael Preston. Taj Mahal: Passion and Genius at the Heart of the Moghul Empire Walker & Company; ISBN 0-8027-1673-3.
- Schimmel, Annemarie. The Empire of the Great Mughals: History, Art and Culture (Reaktion 2006)
- Welch, S. C. et al (1987). The Emperors' album: images of Mughal India. New York: The Metropolitan Museum of Art. ISBN 0-87099-499-9.
Cəmiyyət və siyasət
redaktə- Chaudhuri, K. N. "Some Reflections on the Town and Country in Mughal India," Modern Asian Studies (1978) 12#1 pp. 77–96
- Habib, Irfan. Agrarian System of Mughal India (1963, revised edition 1999).
- Heesterman, J. C. "The Social Dynamics of the Mughal Empire: A Brief Introduction," Journal of the Economic and Social History of the Orient, (2004) 47#3 pp. 292–297
- Khan, Iqtidar Alam. "The Middle Classes in the Mughal Empire," Social Scientist (1976) 5#1 pp. 28–49
- Rothermund, Dietmar. An Economic History of India: From Pre-Colonial Times to 1991 (1993)
Qədim tarixi
redaktə- Elliot, Sir H. M., Edited by Dowson, John. The History of India, as Told by Its Own Historians. The Muhammadan Period; published by London Trubner Company 1867–1877. (Online Copy Arxivləşdirilib 2009-08-25 at the Wayback Machine at Packard Humanities Institute – Other Persian Texts in Translation; historical books: Author List and Title List)
- Adams, W. H. Davenport (1893). Warriors of the Crescent. London: Hutchinson.
- Holden, Edward Singleton (1895). The Mogul emperors of Hindustan, A. D. 1398 — A. D. 1707. New York : C. Scribner's Sons.
- Malleson, G. B (1896). Akbar and the rise of the Mughal empire. Oxford : Clarendon Press.
- Manucci, Niccolao; tr. from French by François Catrou (1826). History of the Mogul dynasty in India, 1399–1657. London : J. M. Richardson.
- Lane-Poole, Stanley (1906). History of India: From Reign of Akbar the Great to the Fall of Moghul Empire (Vol. 4). London, Grolier society.
- Manucci, Niccolao; tr. by William Irvine (1907). Storia do Mogor; or, Mogul India 1653–1708, Vol. 1. London, J. Murray.
- Manucci, Niccolao; tr. by William Irvine (1907). Storia do Mogor; or, Mogul India 1653–1708, Vol. 2. London, J. Murray.
- Manucci, Niccolao; tr. by William Irvine (1907). Storia do Mogor; or, Mogul India 1653–1708, Vol. 3. London, J. Murray.
- Owen, Sidney J (1912). The Fall of the Mogul Empire. London, J. Murray.
Xarici keçidlər
redaktə- Babür İmparatorluğu
- Mughals and Swat
- Mughal India an interactive experience from the British Museum
- The Mughal Empire from BBC
- Gardens of the Mughal Empire
- Adrian Fletcher's Paradoxplace — PHOTOS — Great Mughal Emperors of India Arxivləşdirilib 2017-09-30 at the Wayback Machine
- A Mughal diamond on BBC
- Some Mughal coins with brief history