Baki Doyusu - Wikipedia
Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Daşnak-Sentrokaspi qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur.[7] Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.[8][9]
Bakı döyüşü | |||
---|---|---|---|
Birinci dünya müharibəsi Azərbaycan-Ermənistan müharibəsi | |||
Tarix | 26 avqust – 14 sentyabr, 1918[1] | ||
Yeri | Bakı | ||
Nəticəsi | AXC və Osmanlı qələbəsi. Qafqaz İslam Ordusu şəhəri azad edir. Bakı Azərbaycanın paytaxtı elan edilir. Sentrokaspi Diktaturası süqut edir.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tərəflərin qüvvələri
redaktəQafqaz İslam Ordusu
redaktəBakı Kommunası
redaktəBolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ Birinci Dünya müharibəsi getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu.
1918-ci il martın əvvəllərində S. Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir. B. Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000–13.000 süngü), 3 yüzlük süvari, topçu və çevik qüvvələr var. Bakı Sovetinə qoşulan L. Biçeraxovun dəstəsində isə 1500 nəfərdən çox döyüşçü var idi. İyulun 1-nə olan vəziyyəti təsvir edən general Denstervilin qeydlərinə görə, vuruşan Qırmızı Ordunun sayı azı on minə çatırdı. Şahidlərdən biri yazır ki, Bakıda zorla səfərbərlik keçirilsə də, toplanan əsgərlər rüşvətlə evlərinə buraxılırdı. Siyahıya görə, Sentrokaspi Diktaturasının 72 min əsgəri var idi ki, onlardan da 40 mininə silah paylanmışdı, reallıqda isə 3–4 min nəfər toplanmışdı. Osmanlı mənbələrinə əsasən, Bakıda son hücum ərəfəsində 12.500 döyüşçü var idi.[10]
Bakı Kommunası qoşunlarında zirehli texnika zirehli qatar və avtomobillərlə təmsil olunmuşdu. Zirehli qatar I Dünya müharibəsinin ağır silahlarına aid edilir, qoşunları atəşlə dəstəkləyən manevrli silahlardan hesab olunurdu. Bundan başqa Bakı dəniz aviasiyası zabit məktəbinin 20-yədək hidrotəyyarəsi var idi. Əsas təyyarə parkı səkkiz ədəd M-5 tipli təyyarədən, iki M-9 və bir ədəd M-30 təyyarəsindən təşkil olunmuşdu. Onlardan başqa burada sınaq təyyarələri də vardı. Məktəbdə D. Qriqoroviçin M-9 hidrotəyyarəsi sınaqdan keçirilmiş və bu təyyarə tədricən M-5-ləri əvəz etməyə başlamışdı. D. Qriqoroviçin M-12 qırıcı və M-15 kəşfiyyatçı hidrotəyyarələri də Bakıda sınaqdan keçirilir, silahlı qüvvələrə qəbul ediləndən sonra hər təyyarədən iki ədədi burada saxlanılır. Lakin Bakı Sovetinin hərbi rəhbərliyi bundan kifayət qədər yararlana bilmədi. Belə ki, hidrotəyyarə və aeroplanların sayı uçmağı bacaran təyyarəçilərin sayından çox idi (Bakı Sovetinin apardığı siyasət nəticəsində çar ordusunun zabitləri kimi pilotlar da "sinfi düşmən" qismində təqib olunmuş, bu isə 1918-ci ilin yay döyüşlərində özünü büruzə vermişdi).
İyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 3 səhra batareyası, 1 dağ və 1 minaatan batareyaları, о cümlədən digər silah və texnika vardı. İyunda Rusiyadan 12 ədəd dörddüymlük top, üç keşikçi gəmisi və üç minadaşıyan gəmi gətirildi. Həmçinin Bakıya yeni "Nyupor" təyyarələri ilə silahlanmış aviadəstə göndərildi. Bu təyyarələri də gətirən üç eşelon həmçinin Ter-Qabrielyanın Saratovdan aldığı zirehli avtomobillər, silah-sursat Həştərxanda gəmilərə yükləndi və iyunun 23-də Bakıya çatdı. İyulun əvvəllərində Həştərxandan Bakı Soveti qoşunlarının avtonəqliyyat dəstəsi üçün 100 pud karbid, həmçinin Saratovdan böyük silah və sursat partiyası göndərildi. Başda Sovet Rusiyası Dəniz işləri üzrə Xalq Komissarlığının tapşırıqlar üzrə komissarı V. F. Poluxin olmaqla 170 nəfərdən ibarət dənizçi dəstəsi gəmilərlə Bakıya gəldi. Dəstə Baltik donanmasından dəniz topları olan üç eşelon və onlar üçün sursat gətirdi. İyulun ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23–24-də Rusiyadan Bakıya yeni silah-sursat partiyası çatdırıldı. İyulun 24-də Həştərxandan dördtoplu atlı batareya, daha sonra silah — sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat, dərman və sarğı materiallarından ibarət böyük karvan göndərildi. İyulun axırlarında Petrovun başçılığı ilə Bakının müdafiəsi üçün göndərilmiş yaxşı silahlanmış dəstə şəhərə bir altıtoplu batareya gətirdi.[11]
Rusiyadan daim silah və sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə əvvəlki döyüşlərdə məğlub olan Bakı Soveti qoşunlarında ruh düşkünlüyü elə həddə çatmışdı ki, texniki vasitələrlə vəziyyətdən çıxmaq mümkün deyildi. Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da əldə olan böyük silah və sursatdan yararlanmağa çalışırdı. Bolşeviklərdən fərqli olaraq keçmiş çar ordusunun zabitlərinə arxalanan, bundan da çox ingilis qoşunlarının köməyinə bel bağlayan Sentrokaspi Diktaturasının hərbi liderləri aviasiyadan, hərbi donanmadan, zirehli qatar və avtomobillərdən, eləcə də artilleriya sistemlərindən daha bacarıqla istifadə edir, texnikanın bütün imkanlarından yararlanmağa çalışırdılar. İngilis təlimatçılarının köməyi, bir çox hallarda isə birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan işlərə öz təsirini göstərirdi. Bununla belə, vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı.
Şimal və Cənub qruplarının hərəkəti
redaktəQafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının köməyinə göndərildi.[12] Petrov və tabeliyindəki qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatdı. Şaumyan tərəfindən Bakı Hərbi Komissarlığına gətirildi. Bakı və ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə xitabən bir bildiriş yayan Petrov, Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsin silaha sarılaraq onlara kömək etmələrini istəmişdi.[12] Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan, Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra, Qafqaz İslam Ordusu Bakının 60–70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə də artmışdı. Qafqaz İslam Ordusunun Cənub qrupu 22 iyul 1918-ci il tarixində Sığır məntəqəsində, Şimal qrupu isə Mərəzə-Qalaçandağı xəttində yerləşmişdi.[13][14]
Qızıl Ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Türk Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. İxtisaslı mütəxəssis tapmaq çətin oluduğundan, işlər ləng gedirdi.[15]
Şərq cəbhəsi komandanlığı, bəzi çatışmazlıqlar səbəbindən irəli getməyə bir az ara vermək fikrindəydi. Bu fikrini Nuru paşaya bildirdi. Bakı üzərinə yerimək üçün ehtiyac duyulan cəbbəxana, su və ərzaq təminatını yoluna qoyana qədər irəli getməyə ara verilməsini xahiş etdi.
Şimal qrupu iaşə maddələrinin təminat mərkəzi olan Kürdəmirdən 100 kilometr uzaqlaşmışdı. Şimal qrupu komandiri, məsafənin uzaqlığını nəzərə alaraq və su sıxıntısının aradan qaldırılması üçün, Şamaxıda 15–20 günlük ərzaq ehtiyatı hazırlanmasının yerində olacağını bildirdi.[13][16] Nuru paşa bu təklifə verdiyi cavabda, dünyadakı siyasi şərtlərin vaxt itkisini qəbul etmədiyini nəzərə çatdıraraq, Bakının tezliklə ələ keçirilməsini bildirdi. Nuru paşanın cavabı belə idi:
"Cəbhədəki düşmən pərişan, gücsüz və mənəviyyatı da pozuqdur. Uşaq-muşaqdan meydana gələn xalq, düşmənin çəkilməsini çətinləşdirir. Bakı ətrafındakı türk kəndlərindən su, ərzaq və çörək tapmamız mümkündür. Lüzumsuz dayanmalar olmadan, tezliklə əməliyyatın bitirilməsi gözlənilir."[17]
Bu əmrə əsasən ordu birləşmələri 26 iyulda olduqları yerdən irəli hərəkətə başladılar. Cənub qrupu Qarasu stansiyasına girdi və minbaşı Əhməd Həmdi bəyin başında durduğu Cavad dəstəsi ilə əlaqə saxlaya bildi. Daşnak və bolşevik birlikləri Qarasu-Hacıkənd istiqamətində geri çəkilirdi.[18][19]
Şimal qrupu isə Mərəzə yaxınlığında bir düşmən birliyinə basqın edərək, biri zirehli olmaqla üç yük maşını ələ keçirdi. Burada gedən mübarizədə ölənlər arasında, bir az əvvəl İrandan Bakıya gələn ingilislərdən, biri zabit olmaqla dörd əsgər də var idi. Əsir götürülənlər arasında isə, biri zabit olmaqla dörd ingilis və bir erməni var idi.
Şimal qrupu hərbi birləşmələri 28 iyulda Cəngibostan bölgəsini aldı. Cəngibostanda olan 150 süvari və 200 piyadadan ibarət düşmən qüvvələri, bir top və iki zirehli maşın qoyaraq geri çəkilmişdi. Kəşfiyyat nəticəsində Cəngibostan ətrafındakı Kosalar kəndinə qədər gedilmişdi.[18][20]
Cənub qrupu da 27 iyulda Hacıqabul məntəqəsini düşməndən aldı. Bu qrupun tabeliyində olan 38-ci piyada alayının 2-ci batalyonu şimal qrupunun tabeliyinə keçərək Boyanata dağı istiqamətində hərəkət etdi. Nuru paşa Bakıya ediləcək həmlədə Şimal qrupunun mümkün qədər güclü olmasını istəyirdi. Bunun üçün Gəncədə dayanan 38-ci piyada alayının 3-cü batalyonunun da Kürdəmirə göndərilməsini əmr etdi.[21]
Şimal qrupunun önündə irəliləyən 2-ci nizami süvari alayı, 28 iyulda Kosalar ətrafında, 150 süvari, iki top və zirehli maşınlardan ibarət düşmən qüvvələri ilə qarşılaşdı. Bolşevik və ermənilərin 200-ə qədər piyada və 50 süvaridən ibarət əlavə qüvvələri 10-cu Qafqaz alayının təzyiqi altında geri çəkilmək məcburiyyətində qaldı. Cənub qrupu da eyni gündə Pirşağı stansiyasının qərbinə çatmışdı. Düşmənin atıcı birlikləri ilə zirehli qatarının bu stansiyada, Xəzər dənizindəki zirehli döyüş gəmilərinin də Ələt yaxınlığında olduğunu təyin etdi. Düşmən təyyarələrindən biri Cəngibostan – Boyanata dağı bölgəsində, digəri isə Hacıqabul və ətrafında kəşfiyyat uçuşları həyata keçirirdi.[20][21]
Qafqaz İslam Ordusu Komandanlığı Bakının ələ keçirilməsi üçün verilən əmrləri dayanmadan təkrarlayırdı. Hərəkət, mənzil təşkilatı, qol və qatarı olmadan yürüdülürdü. Cəbbəxana isə çox uzaqlardan, təhlükəli yollardan keçərək gəlirdi. Əsgərlər, bir çox döyüçlərdə sursat yoxluğundan süngü hücumuna keçmiç, bəzi yerlərdə hərəkəti dayandırmaq məcburiyyətində qalmışdılar. Kürdəmirdə olduğu kimi, qalib gəlmək şansı olan bir əməliyyatda geri çəkilmək əmri verilmişdi. Bu əskikləri nəzərə alan komandanlıq, Mənzil-Qərargahın Şamaxıda qurulmasını əmr etdi. Lazımi işlərin başlanılması üçün 5-ci Qafqaz piyada diviziyası komandanlığı sərəncamındakı qollar Mənzil Müfəttişliyinin tabeçiliyinə verildi.[22]
Qafqaz İslam Ordusu, Bakıya yaxınlaşdıqca, Bakı Xalq Komissarları ətrafındakı siyasi qüvvələr də ayrılmağa, get-gedə parçalanmağa başlamışdı. Azərbaycan türklərinin milli mənafelərini təmsil etməyən bu dairələr, Bakının əldən çıxacağı təqdirdə, etdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxurdular. Bu vəziyyətdən çıxış yolu axtarmağa başladılar. Şaumyana müxalif dairələr, ingilis ordu birləşmələrinin Bakıya gələrək, türklərə qarşı vuruşmasının yeganə çıxış yolu olduğu qənaətinə gəldilər.[23]
Bakı istiqamətində irəliləyən Türk orduları, şəhərin ətrafındakı mühasirəni get-gedə daraldırdı. Bakıda böyük bir gərginlik hökm sürürdü. Düşmən təyyarələri tez-tez havaya qalxır, Türk orduları üzərində kəşfiyyat uçuşları edirdi. Bakıda 32 batalyonluq Rus bolşevik və erməni daşnak qüvvələri toplanmışdı. Böyük bir qorxu içərisində olan Qızıl Ordu birlikləri bu sayın az olduğunu düşünürdülər. Cəngibostan bölgəsində əsir alınan ingilis zabitinin verdiyi ifadəyə görə, ingilislərin kömək təklifini daha əvvəl rədd edən bolşeviklər, bu dəfə onlardan kömək istəmişdilər. Ancaq Qəzvində olan General Deustervil, bunun mümkün olmayacağı cavabını vermişdi. Bolşeviklər, daha sonra, bəzi erməni qrupların da təkidi ilə təkrarən İranda olan ingilislərdən kömək istədilər. İngiltərə bolşevizmə, onların dünyagörüşünə qarşı idi. Lakin Bakının Türk Qafqaz İslam Ordusunun əlinə keçməsini də istəmirdi. Bakıda bir də, bolşeviklərə qarşı olan və çarizm tərəfdarı rus kazakı podpolkovnik Biçeraxovun orduları var idi.[13]
22 iyulda Biçeraxov komandirlik vəzifəsindən ayrıldığını və öz yerini də Avetisova verdiyini bəyan etdi. Biçeraxov Bakının müdafiəsinə isə kömək edəcəyini bildirirdi.[24]
Ələt və Hacıqabul ətrafında min nəfərlik bir bolşevik qüvvələri toplanmışdı. Bakıda olan Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə tərtibatı almışdılar. Bakı istiqamətində Biçeraxovun Qızıl Ordu birliklərinə kömək edəcəyinə inam son dərəcə az idi. Biçeraxovun orduları bəzi hallarda Qızıl Ordu birlikləri ilə kiçik çaplı da olsa, silahlı münaqişəyə girirdilər. Biçeraxovun Dağıstana getmək üçün hazırlıq gördüyü də gələn xəbərlər içərisində idi. Bakıya Biçeraxov ilə birlikdə dörd ingilis zabiti və əlli əsgər gəlmişdi. Yanlarında zirehli maşın və yük maşınları da vardı. Bakıya köməyə gələcək əsl birliklər bundan sonra Ənzəlidən yola çıxacaqdılar. Əsir ingilis zabitinin verdiyi məlumata görə, Şaumyan ilə bəzi bakılı ermənilər arasında ciddi bir anlaşılmazlıq ortaya çıxmışdı. Yerli ermənilər Türk Ordusu ilə sülh imzalamaq istəyirdilər. Buna görə də iki qrup arasında şiddətli bir mübahisə və münaqişə yaşanırdı.[25]
Şaumyan hökumətinin Türk Qafqaz İslam Ordusunun qarşısını kəsmək üçün göstərdiyi cəhdlər bir nəticə vermirdi. Rus bolşevik və erməni daşnak birliklərində fərarilik artaraq davam edirdi. Bakı hərbi komissarı Petrov, Şaumyan və Karqanova 24 iyulda cəbhədən göndərdiyi məktubda bolşevik Sovet əsgərləri arasında olan vəziyyəti bu cür təsvir etmişdi:
"Mən başa düşə bilmirəm, insanların "xalq azadlığı yolunda canlarını fəda etmək" kimi böyük bir mübarizəyə getdiyi cəbhəyə düşmüşəm, yoxsa Allah bilir, haraya gəlmişəm. Amirov ilə Hamazasp öz tabeliklərində olan süvariləri cəbhədən çəkmək istədilər. Mən də onlara, "Cəbhədəki əsgərlər yeni qüvvələrlə əvəz olunmayana qədər cəbhədəki əsgərlərin çəkilməsi, cəbhəni boşaltmaq məğlubiyyət deməkdir, əgər belə olarsa, mən də vəziyyəti Moskvadakı Xalq Komissarları Sovetinə bildirəcəyəm,"- dedim".[23]
Erməni daşnakları Böyük Ermənistan dövləti qura bilmək üçün əvvəllər Çar Rusiyası ilə əməkdaşlıq etmişdilər. İndi də Rus bolşevik təşkilatları ilə ortaq hərəkət edirdilər. Hansı dövlət və quruluş olursa-olsun, ideallarına çata bilmək üçün hər yoldan istifadə edirdilər. Bolşevik Qızıl Ordu birləşmələri ilə ortaq hərəkət edərək, Qafqazdakı türkləri qətlə yetirmişdilər. Qafqaz İslam Ordusunun Bakı yaxınlığında dayanması, şəhərdə yaşayan erməni daşnaklar və bolşevik ruslarda olduğu qədər, bu qruplara daxil olmayan erməni və ruslarda da bir qorxu və həyəcan meydana gətirmişdi. Bu səbəbdən də Şaumyanın liderliyində Böyük Ermənistan dövləti qurmaq istəyinə çatmayacaqlarını anlayan ermənilər, bu dəfə də İranda olan ingilislərdən kömək istəmişdilər.[26]
Mühasirədə olan Bakıda siyasi və hərbi vəziyyət
redaktəQafqaz İslam Ordusu, Bakı yaxınlığına qədər irəliləmiş və şəhəri mühasirəyə almışdı. Bakının ətraf aləmlə əlaqəsi tamam kəsilmişdi. Bakıya giriş yalnız Xəzər dənizi vasitəsilə mümkün idi. İqtidarda olan kommunist bolşeviklərin Şaumyan liderliyindəki hökuməti və 26 Bakı komissarı iqtidarı çox çətin günlərini yaşayırdı. Şaumyan, Çiçerinə göndərdiyi bir teleqramda cəbhədəki vəziyyətin get-gedə pisləşdiyini, Bakı Sovetinin sağçı qanadından bəzi qrupların ingilisləri dəvət etmək qərarına gəldiklərini və şəhərin üzərinə hücum edən qüvvələrin nizami Türk Ordusu olduğunu bildirərək, Rusiyadan təcili kömək göndərilməsini istəyirdi. Bu aralarda Rusiyanın əlində tutduğu İdil (Volqa) boylarında üsyan qalxmışdı. Qırmızılar bölgədəki hakimiyyətlərini itirmək təhlükəsi ilə qarşılaşmışdılar. Bu səbəbdən Həştərxan və Saritsin (Volqaqrad) kimi şəhərlərin müdafiəsini təmin etmək üçün Stalin dərhal bu bölgəyə getmişdi. Stalin Saritsindən Şaumyana bir-birinin ardınca təlimatlar göndərərək, Bakının türklərin əlinə keçməməsinin vacibliyini bildirir və nəyin bahasına olursa-olsun, şəhərin müdafiə olunmasını tələb edirdi.
Bakı Xalq Komissarları və Şaumyan, Petrov silahlı qüvvələrinin də Qafqaz İslam Ordusunun qarşısında dura bilməyəcəyini başa düşürdülər. Ukrayna cəbhəsindən köməyə gələn birliyin komandir və əsgərlərinin soyğun, qarət, talanla məşğul olduqlarını düşünürdülər. Ona görə də böyük bir qorxu və təlaş içində idilər. Leninə göndərdiyi 20 iyul tarixli teleqramda, hərbi qüvvələrin say və silah yardımının artırılmasını xahiş edirdi. İstər Leninə, istərsə də Moskvadakı hərbi təmsilçilərə göndərdiyi yazılarda Qafqaza bacarıqlı komandirlər və ordu başçıları göndərilməsini rica edirdi. Lenin və Stalinin ordunun döyüş qabiliyyətini möhkəmlətmək üçün göndərdikləri ərzaq və yardım isə 23–24 iyulda artıq Bakıya çatmışdı.[27]
Şaumyan Bakıdakı rus və ermənilər vasitəsilə türk olmayan xalqlara ünvanlanan vərəqələr yayaraq, onların milli hislərini oyatmağa çalışırdı, əli silah tutanı cəbhəyə çağırırdı.
24 iyul tarixli bildiriş belə idi:
"Yoldaşlar! Vəhşi Türkiyə bizim üstümüzə ordu göndərmişdir. Silaha sarılan Bakı fəhlə və kəndliləri bu orduya qarşı ayağa qalxdılar və qəhrəmanca döyüşərək isbat etdilər ki, inqilab uğrunda mübarizə aparmağı və ölməyi bacarırlar. Müharibəyə gedərkən yalnız zəfəri deyil, məğlubiyyəti də düşünmək lazımdır. Biz indi məğlubiyyət anlarını yaşayırıq. Bizim yorulan və gücləndirilməyən hərbi birliklərimiz, sağ cinahda geri çəkilməkdədirlər. Ancaq bu vəziyyət çarəsizliyə və bədbinliyə səbəb olmamalıdır. Silahı ataraq düşmənin şəhərə girməsinə icazəmi verəcəyik? Xeyr, yoldaşlar! Bizim aramızda, silahı ataraq türklərin təzyiqinə baş əyməyi təklif edən satqınlar yoxdur. İndi cəbhədə yeni qüvvələrimiz var. Öz aramızda yeni birliklər qura bilərik. Bu surətlə, yorulan və geri çəkilən birliklərimiz, bir müddət dincəlmək imkanı əldə edər. Sonra yenidən gəlib silaha sarılar və düşmənlə savaşar."[28]
Rus bolşevik və erməni daşnak qüvvələri Şamaxı yaxınlığında da duruş gətirə bilməyincə, Bakıdakı təlaş və fikir ayrılıqları daha da dərinləşdi. Bir az əvvəl qurtuluş ordusu kimi qələmə verilən Qızıl Orduya olan xalq inamı get-gedə itirdi. Bakı Soveti 25 iyulda fövqəladə iclas çağırdı. Şaumyan iclasdakı çıxışında Bakıya dəvət ediləcək ingilis hərbi qüvvələrinin, türk hərbçilərinin qarşısında dura bilməyəcəyini, tək çıxış yolunun Sovet Rusiyasında olduğunu bildirirdi. Lenin və Stalinin beş gəmi ilə 80 top, 160 pulemyot, 10 min piyada tüfəngi, 20 min top mərmisi və çox sayda geyim əşyası göndərdiyini vurğuladı. Həştərxandan çıxan gəmilərin də Bakıya çatmaq üzrə olduqlarını qeyd etdi. Şaumyan, xarici ölkələrdən kömək istəmək əvəzinə, Rusiyadan yardım istəməyin daha düzgün olduğunu, üstəlik proletarların bütün qüvvələri ilə ordu və donanmanın səfərbər ediləcəyini söylədi. Görüləcək tədbirlər haqqında məlumat verdi. Buna baxmayaraq daşnaklar və menşeviklər ingilislərin Bakıya dəvət edilməsinə qərar verdilər. Yaranmış bu gərginlikdən bolşeviklər şok vəziyyətinə düşdülər.[29]
Şaumyan və silahdaşları, belə olduğu halda rəhbərlikdən gedəcəklərini bəyan etdilər. Lakin buna baxmayaraq rəhbərlikdə qalmaq üçün hər yola əl atırdılar. Şaumyan Leninə göndərdiyi 26 iyul tarixli teleqramda Bakının Türk ordusunun əlinə keçməməsi və öz hakimiyyətinin davam etməsi üçün təcili olaraq nizami ordu göndərilməsini xahiş etdi.[30]
Bakı Soveti İcraiyyə Komitəsi 26 iyulda keçirdiyi iclasda düşdükləri çətin vəziyyətdən çıxış yolu axtarırdı. Bunun üçün bəzi qərarlar verildi. 26 Bakı komissarının verdiyi qərarlar belə idi: Bakı Sovetinin verdiyi qərarın bolşeviklərin əqidəsinə uyğun olmadığı, Biçeraxovun tabeliyində olan qüvvələrin şəhərdən çıxarılaraq cəbhəyə cəlb edilməsi və Qızıl Orduya birləşdirilməsi, Bakıda hərbi vəziyyət elan edilərək, şəhərin Donanma komissarlığının tabeliyinə verilməsi, axşam saat 10-dan sonra küçəyə çıxmağa qadağa qoyulması, xalq komissarlarının iş başında olması və bu qərarların hər vasitə ilə xalqa bildirilməsi. Şaumyan və silahdaşlarının yaydığı bildirişlərdə Bakı Soveti idarəsini devirməyə yönələn hər hansı bir hərəkətin qarşısının dərhal alınacağı bildirilirdi. Həmçinin Qafqaz İslam Ordusunu dayandırmaq üçün ordunun bütün imkanlarını səfərbər etmələri çağırışı da səslənirdi.[31]
Bakı Soveti 28 iyulda yaydığı bir əmrdə şəhərdə səfərbərlik elan etdi. Bakıda daimi və müvəqqəti yaşayan, 1885–1892-ci illərdə doğulmuş kişilər 6 ay müddətinə məcburi hərbi xidmətə çağırılırdı. Bunlardan yararlı olanları ön cəbhədə, digərləri isə arxa cəbhədə xidmət edəcəkdilər. Xidmətdən boyun qaçıranlar isə ən ağır cəza ilə cəzalandırılacaqdılar. Bakı məhəllə başçıları bu əmrin yerinə yetirilməsi üçün qərar verib kənd idarəçilərinin iki günün içində 50 nəfərlik qruplar yığaraq, bunların şəhərin kənarındakı müdafiə xətləri və istehkam mövqelərinə sövq edilməsini istədilər.[32]
Bakı Soveti rəhbərliyi cəbhə xəttindəki əsgərlərin mənəviyyatını zənginləşdirmək üçün də cəhdlər edirdi. Korqanov, Çaparidze, Malıgin, Mikoyan, Berq və Solntsev kimi bolşvik liderlər cəbhə xəttində bəzi işlər görürdülər. Xüsusilə Çaparidze və Malıgin kimi marksist liderlər Cəngi cəbhə xəttində təxminən bir həftə qalmış, əsgərləri döyüşə ruhlandırmış, silah, ərzaq və su ilə təmin etmişdilər.[32]
Belə qarışıq bir vaxtda ermənilərin və rusların varlı, ziyalı və savadlı təbəqəsindən ibarət olan Milli Erməni Təşkilatı bir həmlə ilə idarəetməni öz əllərinə keçirmək yollarını axtarırdılar. Bu fürsət də ələ düşmüşdü. Bu qrup özünə Mərkəzi Xəzər (Sentrokaspi) Diktaturası adını vermiş və yeni hökumət qurduqlarını elan etmişdi.[33]
Bu qrup, Şaumyanı və 26 Bakı komissarını həbs etdi. Bakını müdafiə etmək məqsədi ilə ingilislərdən kömək istədi. Kazak podpolkovnik Biçeraxov da ordu birlikləri ilə Dağıstana getmək məqsədi ilə Bakıdan ayrılmaq istəmiş və Türk Qafqaz İslam Ordusu da buna göz yummuşdu.[34]
Moskvadakı bolşeviklərin lideri Lenin isə Qafqaz İslam Ordusunun Bakıya doğru irəlilədiyini bilincə, hər cür yola əl atırdı. Bakını itirməmək üçün avqustun əvvəllərində Almaniya ilə danışığa girdi. Lenin, türklərə qarşı, Osmanlı Dövlətinin müttəfiqi olan Almaniyadan yardım istəyirdi. Danışıqlar nəticəsində Almaniya ilə Rusiya arasında 27 avqust 1918-ci il tarixində "Brest-Litovsk Müqaviləsinə əlavə" adı verilən bir razılaşma imzalandı. Bu razılaşmaya görə Almaniya Kür çayına qədər olan Azərbaycan torpaqlarının Sovetlərin tərkibində qalmasına kömək edəcək, bunun müqabilində Bakı neftinin yarısı onlara veriləcəkdi. Eləcə də Almaniya bu xəttə üçüncü ölkənin müdaxiləsinin də qarşısını alacaqdı. Bu müqavilə bağlanmadan bir gün əvvəl isə Bakıda Şaumyan hakimiyyəti devrilmişdi.[35] Məhəmməd Əmin Rəsulzadə dövlətlərarası konfrans üçün getdiyi İstanbulda, Almaniya ilə Rusiya arasında bağlanan bu müqaviləni rədd etdi. Hazırladığı protest notasını Almaniya və digər ölkələrin təmsilçilərinə verdi. Rəsulzadə notada Qafqaz xalqlarının uzun illər boyu rus əsarətində çəkdiyi acını dilə gətirdikdən sonra, Bakının Azərbaycanın ayrılmaz bir parçası olduğunu tarixi, coğrafi və iqtisadi dəlillərlə izah etmiş və belə yazmışdı:
"Bütün bu səbəblərlə, məmləkətin istiqlalını təmin etməkdən heç vaxt əl çəkməyən Azərbaycan xalqı Bakını azad etmək arzusundan heç bir şəkildə geri çəkilməyəcəkdir. Bu məsələ, Azərbaycan üçün sadəcə bir ərazi mövzusu deyil, bir ölüm-dirim məsələsi şəkli almışdır".[36]
Şaumyan və 26 Bakı Komissarı Soveti hakimiyyətini devirən Sentrokaspi Diktaturasının dəvəti ilə 4 avqustda 70 piyada və bir neçə zabitdən ibarət olan ingilis ordusu Bakıya çatdı. Qısa müddətdən sonra diviziya generalı Deustervilin komandası altında üç piyada batalyonu Bakıya daxil oldu. İngilis ordusunda bir səhra topçu batareyası və bəzi zirehli vasitələr də var idi.[37]
Bu ordunun sayı ermənilərin gözlədiyindən az idi. Sentrokaspi Diktaturası idarəçiliyi ən azı 30 min, heç olmasa 20 min nəfərlik ingilis ordusunu gözləyirdi. İngilis ordusunun Bakıya girməsi ermənilərin ürəyində bir ümid çırağı yandırmışdı. Türk ordusu tərəfindən də dinlənilən telefon danışıqlarında şəhəri nəyin bahasına olursa-olsun müdafiə edəcəklərini deyirdilər.[38]
Bakı yaxınlığında şiddətli döyüşlərin getdiyi bir zamanda, şəhər sakinlərindən olan Həsənov soyadlı bir adamın yazdığı məktub Mürsəl paşaya çatdırıldı. Məktubda Bakıdakı erməni və rusların qorxu və təlaş içində olduqları, Türk Ordusunun onlarla yaxşı davranacağı təqdirdə təslim olacaqları və bu iş üçün elçi göndərməyi düşündükləri barədə yazılmışdı.[39] Mürsəl paşa da verdiyi cavabda görüşüb danışmaq üçün ermənilərin təmsilçi göndərmələri və şəhərin təslim olacağı təqdirdə heç kimin malına və canına heç bir xətər toxunmayacağı barədə təminat verdi. Bu məktubun məzmunu Nuru paşa vasitəsilə Baş Komandan Vəkili Ənvər paşaya da bildirilmişdi. Ənvər paşa ermənilərin Bakını qeyd-şərtsiz təslim edəcəkləri təqdirdə İrəvan bölgəsinə köçürüləcəklərini bildirmişdi.[40]
Bakı cəbhəsində döyüşlər
redaktəQafqaz İslam Ordusunun şimal qrupu orduları, çox çətin şərtlər altında etdikləri yürüşü 30 iyul günü də davam etdirərək, Atbatan həndəvərinə çatdı. Burda Qızıl Ordu birliklərinin Bakı yaxınlığındakı birinci mövqeyi ilə qarşılaşdı. Şamaxı-Bakı yolunun hər iki tərəfini tutan düşmən ordusunun əlində iki batalyondan artıq piyada, 200 süvari, iki top və üç zirehli maşın vardı. Türk Ordusunun həmləsinə tab gətirməyərək Bakının şimal-qərbindəki Qobu kəndinə tərəf çəkildilər. Düşmənin gözünü açmasına macal verməyən Türk ordusu Qobu və yaxınlıqdakı təpələri qısa bir vaxt içərisində ələ keçirdi. Bakının şimalındakı Sumqayıt istiqamətində geri çəkilən düşmən qüvvələri yenə də arasıkəsilməz təqibə məruz qalmışdı. Bolşevik qüvvələrindən bir qismi Sumqayıta, bir bölüyü də Bakı yaxınlığındakı Xırdalan qəsəbəsinə sığındı. Bununla da, şimal qrupu komandanlığına tabe olan ordu birləşmələri hədəf Bakıya 15–20 kilometr yaxınlaşmış oldu.[21][41]
Sumqayıt şimaldakı Bakı-Quba-Dərbənd şose və dəmir yolu üstündə yerləşirdi. Şimal qrupu komandanlığına bağlı 38-ci piyada alayının 1-ci batalyonu, o bölgədə olan süvari alayından 19-cu bölük və bir topçu heyəti Sumqayıt məntəqəsində olan bolşevik rus və erməni daşnak birliklərini mühasirəyə aldı. Daha sonra isə Göllər, Saray, Corat, Novxanı və Duzlugöl ətrafı ilə Xırdalana qədər olan bölgələri düşməndən təmizlədi. Bu bölgələrdə Bakıya doğru qaçmağa çalışan düşmənlə əlbəyaxa döyüşlər də olurdu. Türk piyadası Heybət kəndinin şimal-qərbində yerləşən təpələri də ələ keçirdi. Ətrafdakı bu təmizləmədən sonra ordu, Bakının şimalında yerləşən Xırdalan üzərinə yeridi. Çünki Xırdalanın cənubundakı təpələri aşdıqdan sonra Bakı artıq Türk ordusunun qarşısında olacaqdı. Bolşeviklərin və erməni daşnaklarının müdafiə xətti son dərəcə yaxşı qurulmuş və tikanlı məftillərlə əhatələnmişdi. Şimal qrupu ordu birləşmələri Qızıl Ordunun Xırdalanda qurduğu ön səngərləri qısa müddətdə ələ keçirdi. Bundan sonra bolşeviklər Bakı istiqamətindəki ikinci müdafiə xəttinə çəkildilər.[42]
Bakı o illərdə, içməli su ilə ölkənin şimalında Qafqazın Xəzər dənizinə qovuşduğu bölgədə yerləşən Quba tərəflərdən təmin edilirdi. Təxminən 170 km məsafədən şəhərə su ötürən borular Sumqayıt yaxınlığından keçirdi. Türk ordusu iki aya yaxın bir müddətdə təmiz içməli suya həsrət qalmışdı. Çox ağır şəraitdə, istidə döyüşürdü. Bu su borusunun bir təsadüf nəticəsində aşkar edilməsi Türk ordusu arasında böyük bir sevincə səbəb oldu. Bununla şimal qrupunun içməli su məsələsi kökündən həll edilmiş oldu. Şimal qrupunun əldə etdiyi bu nemət, böyük su sıxıntısı çəkən Cənub qrupunun da su probleminin həlli demək idi.[43]
Şərq cəbhəsi komandanlığı kəşfiyyat və araşdırma nəticəsində, Bakıya qısa bir zamanda girə biləcəyini hesab edirdi. Komandanlıq qərargahı Bakının şimal-qərbində olan yüksəklikdə quruldu və yayılan əmrdə 31 iyulda hücuma keçiləcəyi bildirilirdi. Qobu kəndinin şərqində yerləşən şimal qrupu sübh tezdən hücuma keçdi və 03.30-da Heybətin şimal-qərbindəki 905 m yüksəklikli təpəni işğal etdi. Xırdalanı isə səhər saatlarında ələ keçirdi. Hər iki tərəfdən mövqeyini itirən düşmən, dəmir yolunun şərqində qabaqcadan hazırlanmış ikinci müdafiə xəttində yerləşməyə çalışırdı. 38-ci piyada alayının 1-ci batalyonu da günorta saatlarında Sumqayıt döyüş məntəqəsini və qəsəbəni zəbt etdi. Düşmən qüvvələri dənizdən və qurudan top atəşi ilə təpəni bir ara yenidən ələ keçirdisə də, axşama doğru bu ərazi yenə də şimal qrupu əsgərlərinin əlinə keçdi. Şimal qrupu gecə boyunca bu təpələrlə Hacı Həsən kəndinin cənub-qərbindəki mövqelərində möhkəmləndi.[42]
Cənub qrupu isə 31 iyul axşam saatlarında Nəvayi və Ağbulaq məntəqələrinə qədər irəliləyə bildi. Cənub qrupu ordularına komandanlıq edən azərbaycanlı Həbib Səlimov su çatışmazlığının aradan qaldırılması üçün Ordu Qərargahına bir neçə dəfə müraciət etsə də, bu məsələ həll olunmayaraq qalırdı.[44] Cənub qrupuna tabe olan ordu birləşmələri hələ Ələt yaxınlığında idi. Çünki qarşıdakı düşməndən deyil, su çatışmazlığından əziyyət çəkirdilər. Ordu isti hava, bataqlıqlar və ağcaqanadla mübarizə aparırdı. Lokomotivləri hərəkətə gətirmək üçün belə su qalmamışdı. Qrupa 18 qazan suyun dünən axşamüstü Yevlaxdan göndərildiyi və 6 qazan suyun da bu saatlarda yola salınacağı barədə xəbərlər daxil olsa da, su ünvanına çatmamışdı. Ələtdən Heybət istiqamətində dəmir yolu boyunca irəliləmək böyük risk tələb edirdi. Çünki qurudan və dənizdən atılacaq düşmən toplarına hədəf olmaq qorxusu vardı. Mümkün qədər sahildən uzaq və kəsə yollarla irəliləmək lazım gəlirdi.[45][46]
Hacıqabul məntəqəsinin və ətrafının əldən çıxması bolşevikləri və Moskvada oturanları mütəəssir etmişdi. Şaumyanın Leninə göndərdiyi teleqramda deyildiyinə görə, bolşevik qüvvələri Hərbi Dəniz Donanması komissarı Karqanovun əmri ilə Hacıqabuldan Ələtə doğru geri çəkilmişdi.[47] Şərq Cəbhəsi Komandanlığı 38-ci piyada alayının 2-ci batalyonu ilə Ləzgi süvari alayı və iki dağ topunu, cəbhə ehtiyatı olaraq, 31 iyul axşamından etibarən 2.933 m yüksəkliyi olan Boyanata dağı həndəvərinə göndərdi. Buradakı Güzdək kəndini və ətrafını nəzarət altına almaq tapşırığı verdi.
30 və 31 iyul tarixlərində əldə edilən uğurlar rus bolşeviklərini və erməni daşnakları mənəvi cəhətdən məhv etmişdi. Biçeraxov, tabeliyində olan qoşunlarla Cənub qrupu qarşısından geriləyərək zirehli qatarlarla Bakının Biləcəri məntəqəsinə çəkilmişdi. Biçeraxovun bu hərəkəti Türk Qafqaz İslam Ordusuna qarşı olan müqaviməti tamamilə ortadan qaldırmışdı. Bakı Soveti Komissarlarından müdafiə naziri vəzifəsini icra edən Hərbi komissar Karqanovun bildirdiyinə görə, Bakı ətrafında Ələtdən çəkilən 1.600 nəfərlik hərbi qüvvədən yalnız 200-ü qalmışdı, şimal qrupunun qarşısında olan Petrov qüvvələrindən də yenə təxminən 200 nəfərlik bir ordu qalmışdı. Çox yaxşı təchiz olunmuş 780 nəfərlik ordu ilə Bakıya gedən Petrovun tabeliyində olan qüvvələr qısa bir müddət ərzində dağıdılmışdı.[48]
Qafqaz İslam Ordusunun hücumları qarşısında Bakıda böyük bir qorxu və təlaş yaşanırdı. Qızıl Ordu komandiri Avetisov Bakıda yaşayan təqribən 160 min xristianın həyatını qurtarmağın yeganə yolunu təslim olmaqda görürdü. Avetisov Bakı Sovetinə etdiyi müraciətdə Türk Qafqaz İslam Ordusu Komandanlığı ilə sülh şərtlərinin təyin olunması barədə tədbirlər görməyin vacib olduğunu təklif etmişdi.[49] Xalq Komissarları Soveti 30–31 iyul gecəsi Bakıda olan bütün silahlı birləşmələrin cəbhəyə getməsi çağırışı ilə çıxış etdi. Fəhlə və qulluqçuları silahlanaraq, asayişi təmin etmək üçün şəhərin küçələrinə çıxmağa çağırdı. Hamazasp və Kazarov kimi erməni Daşnak Partiyası rəhbərləri ilə bir görüş keçirilərək, özlərinə tabe olan kişilərin də cəbhəyə sövq edilməsini təşkil etmələrini xahiş etdilər. Bu danışıqların nəticəsi olaraq ermənilərdən təşkil olunmuş 16 və 18-ci batalyonların cəbhəyə getməsinə qərar verildi. Bu iki batalyonda təxminən 1.300 döyüşçü var idi. Erməni daşnak liderləri, danışıqların nəticəsi olaraq cəbhəyə 3.000 adam cəlb edə biləcəklərini bəyan etdilər. Bu görüşlərə və alınan qərarlara baxmayaraq 16-cı batalyondan cəbhəyə ancaq 320 silahlı adam göndərildi.[50]
Bakı rəhbərliyini əllərində saxlayan bolşeviklər bütün ümidlərini Rusiya və Leninə bağlamışdılar. Moskvadan qüvvə gələnə qədər, Bakıda əldə olan qüvvələrlə şəhərin müdafiəsini təmin etməyə cəhd göstərirdilər. Erməni daşnakları isə artıq, Rusiyadan kömək gəlməsinin mümkün olmayacağını, gəlsə də, gec olacağını və Bakını əldə saxlamağa yetməyəcəyini düşünürdülər. Onlar bütün ümidlərini İrandakı ingilis qüvvələrinin köməyinə bağlamışdılar. Buna görə də vaxt qazanmaq məqsədilə Bakının müdafiəsinə yardım edirdilər.
Təzyiqlər qarşısında daha duruş gətirə bilməyən 26 Bakı komissarı rəhbərliyi 31 iyul gecəsi istefaya getdiyini bəyan etdi. Rusiya Kommunist Partiyası Bakı Komitəsi, vərəqələr yayaraq bunu ictimaiyyətə bildirdi. Bildirişdə belə deyilirdi:
"Ordu komandiri Avetisov ilə Petrovun, Qərargah rəisi yoldaş Stepanovun Bakının təslim edilməsinin qaçılmaz olduğu və bunun yaxın vaxtlarda həyata keçiriləcəyi haqda bəyanatlarını, digər tərəfdən xalqın, qaliblərin lütfünə təslim olmaq kimi son vasitədən istifadə etmək arzularına mane olmamağı nəzərə alaraq, Xalq Komissarları Soveti, fəaliyyətlərini dayandırmağı, Sovet Rusiyasına aid olan əmlakı və hərbi qüvvələri gəmilərə yükləməyi qərara almışdır. Biz nə Bakının sərvətlərini türk paşalarına təslim etməyi düşünənlərin və nə də şəhəri ingilislərə verməyə hazırlaşanların tərəfində deyilik. Biz, Rusiyadakı Sovet hakimiyyətinə sadiq olan qüvvələri Astraxandan gələcək qüvvələrlə birləşdirib, türk və ingilis imperialistlərinə qarşı müharibə elan etməyi qərara almışıq. Beləliklə, Bakını inqilabçı Rusiya üçün qoruyacağıq".[51]
31 iyul 1918-ci ildə Şaumyanın rəhbəri olduğu Bakı Xalq Komissarları Soveti hakimiyyətdən getdi. Yerinə isə "Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası" hakimiyyəti quruldu. Bu hökumətdə rus mençevikləri və ermənilər çoxluq təşkil edirdilər. Ancaq əsl icra qüvvəsi erməni daşnaklarının əlində cəmlənmişdi.[52] Bakıda hakimiyyətin Sentrokaspi Diktatorluğunun əlinə keçməsindən sonra, bolçeviklərə bağlı olan hərbi qüvvələr, silah və sursatlarıyla birlikdə Petrovski meydanına yığışdılar. Onların arasında yeni hökumətə xidmət etmək istəməyən Petrovun qüvvələri və Popova tabe 19-cu alay ilə gedəcək başqa yeri olmayan avaralar, silahlı dəstələr və fəhlələr vardı. Əllərində də silah, top, cəbbəxana və zirehli avtomobillər vardı.
26 Bakı komissarı hakimiyyətdən getdikdən sonra şəhərdən gəmi ilə qaçmağa cəhd göstərdilər. Lakin, Sentrokaspi Diktaturasına tabe olan Xəzər hərbi donanmasına məxsus gəmilərlə geri qaytarıldılar və həbs edildilər. Bu hadisə ilə bağlı Petrov və Əmirovun tabeliyindəki qüvvələr, 26 Bakı komissarının şəhərdən çıxmamaq şərti ilə azadlığa buraxılmasına nail oldular.[52]
Qafqaz İslam Ordusu 1 avqust 1918-ci il tarixində səhər saatlarında yeni bir hücuma başladı. Qızıl Ordu hərbi qüvvələri Bakını müdafiə etmək üçün Biləcəri-Heybət dəmir yolunun cənubuna və şərqinə çəkilərək müdafiə xətti qurmağa çalışırdılar. Bakının qərbində yerləşən Heybət dəmir yolunun şəhərə tərəf olan hissəsindəki yüksəkliklər onların əlində idi. Türk mövqelərini atəş altında saxlayan düşmənin üç səhra topu, top batareyalarının atəşi ilə susduruldu. Şimal qrupu birliklərinin hücumunu, Bakının qərbində və dəmir yolunun şərqində olan və olduqca əlverişli bir yerdə mövqe tutmuş düşmənə yaxınlaşmağı, əsgərlər, adətən, sürünərək həyata keçirirdilər. Bolşevik rus və erməni daşnak birlikləri müqavimət göstərməyə cəhd edir, topları ilə Türk qoşunları üzərinə od yağdırırdılar. Xəzər dənizində olan döyüş gəmiləri də topların ağızlarını Türk ordusu tərəfə çevirmişdilər və arasıkəsilmədən atəş açırdılar. Düşmən təyyarələri isə havadan bombardman edirdi.
Güclü bir həmlə ilə Bakının qərbindəki Qurd qapısı təpəsini ələ keçirən 13-cü Qafqaz alayı, saat 14.30-da artıq Bakını görə bilirdi. Düşmən birlikləri Qurd qapısı təpələrini ələ keçirmək üçün bir neçə dəfə hücuma keçdi. Ancaq hər dəfə də ağır itki verərək, geri çəkilməyə məcbur oldu. Şimal qrupu birlikləri 10-cu Qafqaz alayının 29-cu batalyonu Qurd qapısı təpəsi ilə Hacıhəsən kəndi arasındakı ərazidən hücuma keçmişdi. Dik yamaclardan çıxaraq Salxana və Qışla yüksəkliklərini də qısa bir vaxt ərzində düşməndən təmizlədi. Şimal bölgəsində Bakıya iki kilometrə qədər yaxınlaşdı. Göstəriş hücumu ilə 60-cı batalyon da Hacıhəsən kəndini ələ keçirdi. Xırdalandan qərb və cənub istiqamətində davam edən hücuma qarşı, zirehli qatarların hərəkət etməsinin də qarşısını alırdı.[53][54]
1 avqust hücumu və gün boyu davam edən müharibə çox şiddətli olmuşdu. Düşmən Salxana və Qışla yüksəkliklərində dayanan beş topu ilə cəbhəni güclü top atəşinə tutmuşdu. Döyüş gəmiləri də Qurd qapısı təpəsindəki 13-cü alayı sağ cinahdan və arxadan atəşə tuturdu. Düşmənə aid üç təyyarə isə cəbhəni havadan bombardman edir, pulemyotlardan atəş açırdı. Qurd qapısı təpəsində yerləşən Şimal qrupuna, buranı tamamilə təmizlədikdən sonra, cənub-şərq istiqamətinə dönərək Badamdar və Bayıl təpələri istiqamətində irəliləmək lazım idi. Üstün cəhd və fədakarlıqlarına baxmayaraq bu irəliləmə bir müddət baş tutmadı və şimal-qərbə dönərək son anda mühasirə manevri mümkün olmadı. 1 avqust hücumunu hazırlayan komandirlər top atəşi üçün münasib hədəflər seçmişdilər, lakin əllərində kifayət qədər top mərmisi yox idi.[46]
Cəbhənin hərbi cinahında bu hadisələr yaşanarkən, Bakıdakı bəzi erməni qruplarının böyük qorxuya düşdükləri və sülh danışıqlarına başlamaq üçün bir heyət göndərməyin yollarını axtardıqları barədə xəbərlər yayıldı. Mürsəl paşa bu xəbərə əsasən, Bakı ermənilərinə göndərdiyi məktubda, sülh şərtlərinin danışıq əsnasında razılaşdırılacağı, bununla belə şəhər sakinləri arasında heç bir ayrı-seçkilik etmədən hər kəslə yaxşı davranılacağına dair təminat barədə yazırdı. Bakını tamamilə mühasirəyə alan Şərq Cəbhəsi komandiri Mürsəl paşa, 1 avqust 1918-ci il tarixində Qafqaz İslam Ordusu Komandanı Nuru paşaya, axşam saatlarında orduların yerləşdiyi mövqelər barədə məlumat verdi. Bakının düşməndən təmizlənməsinin an məsələsi olduğunu bildirdi. Gəncədən Bakıya göndərilən 30-cu piyada alayının 3-cü batalyonu da Şərq Cəbhəsi Komandanlığının sərəncamına verildi.[46][53]
Nuru paşa Mürsəl paşaya göndərdiyi əmrdə Bakının ələ keçiriləcəyi təqdirdə, qarətə yol verilməməsi, asayiş və əmin-amanlığın qoruna bilməsi üçün dərhal fövqəladə hal elan edilməsi, şəhərdə çaxnaşma və qətllərə yol verilməməsi, düşmənin əlindəki top və pulemyotlarla Xəzər dənizindəki gəmilərin dərhal ələ keçirilməsi barədə təlimat verdi. Ancaq Türk əsgərinin əlində top mərmisi yox dərəcəsinə qədər azalmışdı. Buna görə 1 avqustda elə güclü bir top atəşi olmadı və Qızıl Ordunun müdafiəsini qırmaq mümkün olmadı.[55]
Avqust ayının 2-də sübh saatlarında 29 və 60-cı batalyonlar yenidən hücuma keçdilər. Bakı yaxınlığındakı döyüşlərdə böyük təzyiq altında qalan düşmən piyadaları Salxana və Qırmızı Qışlanın qərbində bir ara geri çəkilməyə başlamışdılar. Düşmən süvari qoşunu bunların qabağını kəsərək, piyadalar arasındakı başıpozuqluğu bərpa etdilər və cəbhədəki yerlərini qoruyub saxlaya bildilər. Şəhərdən göndərilən birləşmələr də 60-cı batalyonun olduğu cəbhəyə yönəldilirdi. Qurd qapısı təpəsində olan düşmən ordusu isə gecədən aldıqları əlavə qüvvələrlə hücuma keçir və hər dəfə də böyük itkilərlə geri çəkilirdi.[56]
Cənub qrupu isə saat 14.25-də hərəkətə gələrək, Sanqaçal körpüsünü təmir etdikdən sonra yürüş edəcəyini və ancaq 3 avqustda Heybətə yetişə biləcəyini bildirdi.
Şimal qrupu cəbhəsindəki müharibə axşam saatlarına qədər davam etdi. Düşmənin etdiyi saysız hücumlar, hər dəfəsində geri oturduldu. Bakının astanasında gedən bu çətin döyüşlər, düşmən üçün ölüm-dirim məsələsi idi. Türk topçusu isə cəbbəxana çatışmazlığı səbəbindən piyadalara lazımi qədər dayaq ola bilmirdi. Xüsusilə Salxana və Qırmızı Qışla ətrafında olan topları məhv edib susdura bilmədi. Buna görə Bakını müdafiə edən rus, erməni və ingilis birləşmiş qüvvələrinə öldürücü və həlledici zərbə vurula bilmədi.[55][57]
Bakının şimalındakı Xırdalan-Biləcəri cəbhəsində də qanlı döyüşlər gedirdi. Düşmənin Biləcəridə olan zirehli lokomotivinin arxasına və önünə birləşdirilən açıq vaqonlar üzərindəki toplardan Türk ordusuna atəş açılırdı. Türk topçusunun sərrast atəşi ilə bu zirehli lokomotiv tamam məhv edildi. Bakı-Biləcəri-Xırdalan dəmir yolu telefon xətti düşmən tərəfindən kəsilmədiyindən, düşmənin danışıqları dinlənilir və əhəmiyyətli informasiya əldə edilirdi. Üstəlik Bakıdan qərargaha gələn bir məktubda da belə məlumatlar var idi:
"Bakının tezliklə ələ keçirilməsi üçün hücuma keçməyiniz vacibdir, Çünki erməni komitəsi tərəfindən Ənzəlidəki ingilis birləşmələrinin 48 saat ərzində şəhərə köməyə gələcəyi və bunun üçün 7 gəmi göndərildiyi, Biçeraxov və Petrov əsgərlərinin də şəhəri qoruduqları, banklarda hökumətə aid olan pul və qiymətli əşyaların hamısını gəmilərə yükləyib qaçmağa hazırlandıqları."[58]
Şərq Cəbhəsi komandanı Mürsəl paşa Bakıda olan Sentrokaspi Ordusu Komandanı və Erməni Milli Şurası İdarəsinə 3 avqustda bir məktub da göndərdi. Türkcə və rusca yazılan məktubun məzmunu belə idi:
"Bakıdakı Erməni Milli Şurası rəhbəri. Bakının ətrafında Türk Qafqaz İslam Ordusunun döyüşdüyünü və şəhəri mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim etsəniz, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Bakıdakı bütün insanların hüququ qorunacaqdır. Xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir məneə törədilməyəcəyinə zəmanət verirəm. Əgər şəhər təslim olmasa, axıdılacaq qanlara və dəymiş zərərə görə cavabdeh siz olacaqsınız. Şəhəri təslim etməyə razısınızsa, tezliklə cavabınızı adamlarınızla göndərin".[59]
Erməni Milli Şurası və Daşnak Partiyası bu məktuba cavab vermədi. Çünki həmin gün köməyə gələcəyi barədə Biçeraxovdan məktub almışdılar. Lakin Biçeraxovun Quba və Xaçmaz bölgələrində dayanmayaraq qüvvələrini Dərbəndə çəkməsi Bakıdakı yeni hökuməti çıxılmaz vəziyyətdə qoydu. Belə olan halda Sentrokaspi rəhbərliyi Bakıda yeni bir səfərbərlik elan etdi. Bakı və ətrafı Səfərbərlik Komissarı Bekzadyan və köməkçisi Qukasyanın imzası ilə bir əmr yayıldı. Bu əmrə görə orduya yararlı bütün əhali ilə ev, fabrik, iş yerləri və mədən komitələrində çalışanların siyahısının çıxarılaraq 3 avqust axşam saat 18-ə qədər hökumətə bildirilməsi istənilirdi. Əks təqdirdə cəza tədbirləri görüləcəyi qeyd edilirdi.[60]
Stepan Şaumyan isə Bakıdan qaça bilmək üçün 3 avqustda daha bir cəhd etdi. Ter-Qabrielyan ilə birlikdə gizləndikləri gəmidə Sentrokaspi hökumətinin tabeliyində olan donanma tərəfindən nəzarətə götürüldülər və Bakıya qaytarıldılar. Bakı hökuməti silah və təchizatı təhvil vermək şərti ilə 26 Bakı komissarının şəhərdən çıxmalarına icazə verəcəyinə və bunun üçün on gəmi ayıracaqlarına dair söz verdilər. Bolşevik liderlər, əllərindəki silah, sursat və digər şeyləri təhvil verməyə razı oldular.[61]
Bakı yaxınlığındakı döyüşlər, 3 avqustda qarşılıqlı pulemyot atəşi ilə davam etdi. Cənub qrupu ordu birləşmələri 4 avqustda Bakı cəbhəsinə çata bilmişdi.[62] Puta stansiyasına çata bilən ordunun piyada və topçu qüvvələri şimal qrupunun sərəncamına verildi. Türk ordu birlikləri, başlanılacaq həlledici hücuma hazırlıq ilə məşğul ikən, düşmən qüvvələri ani bir həmlə ilə Qurd qapısı təpəsini ələ keçirdi. Şərq Cəbhəsi Komandanlığı, bütün birliklərə göndərdiyi əmrdə, düşmənə, 5 avqust 1918-ci il tarixində sübh saat 4-də, basqın şəklində bir hücum təşkil ediləcəyini bildirdi. Hücum planına görə, əsl qüvvə mərkəzi yenə də cəbhənin sağ cinahında, yəni Bakının aşağısındakı yüksəkliklərin önündə yerləşən birliklərdə olacaqdı. Mürsəl paşa bu bölgənin ərazi strukturunun şəhərdəki uzun mənzilli toplar ilə gəmilərdəki toplardan açılan atəşin təsirini qırdığını düşünürdü. Türk ordusunun sol cinahının yerləşdiyi bölgənin şəhərə daha uzaq olması səbəbiylə, yüksəkliklərin keçilməsindən sonra qarşıdakı düz ərazinin arxadan bəslənməyi çətinləşdirəcəyini, eləcə də Mehmetçiyin, düşmən topçusunun açıq hədəfi halına düşəcəyini hesab edirdi. Düşmən cəbhəsinə ilk həmlə, süngü hücumu şəklində ediləcəkdi. Cəbhədən yarılaraq geri oturdulan düşmən birləşmələri tamamilə dağıdıldıqdan sonra, şəhərə giriləcək və ehtimal olunan küçə döyüşlərindən sonra, Bakı ələ keçiriləcəkdi. Əsl hücum birlikləri şəhərə girərkən, Bakının qərbindəki Bayıl yüksəkliklərinə çıxarılacaq səhra topu ilə limandakı sərnişin gəmisi və dənizdəki gəmilərin qaçmasına fürsət verilmədən batırılacaqdı.[62][63]
Bakı döyüşü
redaktəDöyüşdən əvvəl vəziyyət
redaktəŞimal qrupu komandanı vəzifəsini, ştab zabiti yarbay Osman bəy yerinə yetirirdi. Qrupun tabeliyindəki 13-cü Qafqaz alayı Bakının qərbindəki Qurd qapısı təpələrində mövqe tutmuşdu. Alay, 17 topla mühafizə olunacaqdı. 38-ci piyada alayının 2-ci batalyonu 13-cü Qafqaz alayının ehtiyatı rolunda çıxış edəcəkdi. Ordunun əsas qüvvə mərkəzi bu alayın ətrafında olduğu üçün, 25, 26 və 29-cu batalyonlardan ibarət ehtiyat qüvvələr də alayın sağ cinahında yerləşdirilirdi. 19-cu süvari bölüyü də 13-cü Qafqaz alayının sağında idi. Qrupun 10-cu Qafqaz alayının 29 və 60-cı batalyonları, 13-cü Qafqaz alayının solunda və Xırdalana qədər olan cəbhə qismində idi. 38-ci piyada alayının 1-ci batalyonu, 10-cu Qafqaz alayının ehtiyatı idi. 10-cu Qafqaz alayını on bir top dəstəkləyirdi. Süvari minbaşı Zehni bəy komandası altında isə nizami süvari alayı, "Dikaya diviziya"nın süvari bölükləri və rus əsarətindən qaçan türklərdən ibarət bir piyada bölüyü ilə, 9-cu Qafqaz alayı pulemyot bölüyü və Ləzgi alayının bir qismi xidmət edirdi. Zehni bəyin ordu birləşmələri şimal qrupunun sol cinahını təşkil edirdi və Xırdalandan Masazır bölgəsinə qədər olan geniş bir düzənliyə yayılmışdı.[62][64]
Sumqayıt məntəqəsinin şimalında isə 38-ci piyada alayı 11-ci batalyondan bir bölük, bir milis süvari dəstəsi ilə bir pulemyotçu dəstəsi var idi. Bu birliyin vəzifəsi, şimaldan qatar yolu ilə gələ biləcək təhlükənin qarşısını almaq idi. Cənub qrupu, azərbaycanlı podpolkovnik Həbib Səlimovun komandanlığı altında 26-cı piyada batalyonundan bir bölük, Diviziya istehkam bölüyü, bir süvari dəstəsi, iki rus səhra topu və zirehli qatar ilə Ələtdə yerləşmişdi. Bunların vəzifəsi isə Xəzər dənizindən gələ biləcək hər hansı təhlükənin qarşısını almaq idi.[65][66]
Bakı uğrunda döyüşlərdə Maştağada toplaşmış könüllüləri silahlandırmaq üçün Ağdaşda yaradılmış könüllü dəstələrdən silahlar yığıldı. Azərbaycan alaylarının pulemyot bölükləri rus pulemyotları, artilleriya hissələri isə rus topları ilə silahlanmışdı. Bu hissələrin yüksək döyüş səmərəliliyi onların sayının artırılmasına və Osmanlı hissələrinə daxil edilməsinə səbəb oldu. Qafqaz İslam Ordusunun yeganə zirehli qatarı vaxtilə ZK-nın Levan Maqalovun dəstəsinə göndərilmiş qatar idi. 4-cü Azərbaycan alayının 1-ci taborunda 665 nəfərə 581 tüfəng, 2-ci taborunda 662 nəfərə 414 tüfəng düşürdü, bu isə kifayət etmirdi. Osmanlı qoşunlarında olan top və tüfənglər alman və ya Avstriya-Macarıstan istehsalı olduğundan qənimət kimi ələ keçirilmiş sursatdan istifadə etmək olmurdu. Belə şəraitdə çıxış yolu axtaran Osmanlı komandanlığı 5-ci firqənin hər piyada alayının 3-cü taborunda mauzer tüfənglərini yığıb, rus tüfəngləri ilə əvəz etdi.
Birinci Bakı hücumu
redaktəŞərq Cəbhəsinə tabe olan ordu, 5 avqust 1918-ci il tarixində səhərə yaxın saat 04.30-da bütün istiqamətlərdən Bakıya tərəf irəli hərəkətə başladı. Türk topçusunun güclü atəşi ilə müşayiət olunan hücum qarşısında, birləşmiş düşmən qüvvələri mövqelərini qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə hücumu şiddətləndirən türk əsgəri qarşısında ingilis, rus və erməni birləşmiş qüvvələri Bakıya doğru addım-addım geri çəkilməyə başladılar. Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı. Düşmən qüvvələri cəbhənin ortasındakı koridordan Salxana istiqamətində və arxadakı məzarlığa doğru qaçmağa çalışırdılar. Türk topçu atışları şəhərə zərər vermək istəmirdi və yalnız əsgər səngərlərini hədəfə alırdı. Top səslərini eşidən rus və ermənilər qorxu və təlaş içində sahildəki gəmilərə tərəf qaçırdılar. Bakı limanında 5–6 gəminin şəhərdən qaçmağa hazırlaşan insanlarla dolu olduğu görünürdü.[65] Hücum xəttinin sol tərəfinə qarşı irəliləməyə çalışan düşmən, geriyə oturduldu. Xırdalandakı bəzi piyada və süvarilərin də geriyə çəkildiyi görünürdü. Düşmən gəmilərindən atılan top atəşləri hücumda olan türk əsgərini dayandıra bilmirdi.
Qafqaz İslam Ordusu, düşmən birliklərinin telefon danışıqlarını da dinləyirdi. Bunlardan birindən başa düşüldüyü qədərincə, türklərin şəhərə girməsi halında mümkün olan yol və istiqamətlərin top atəşinə tutulması kimi tədbirlərdən söhbət gedirdi. Başqa bir dinləmədə də şəhəri qorumağa çalışan düşmən qüvvələrinin sol və sağ cəbhələrinin süqut etmək üzrə olduğu məlum oldu. Buna görə adının podpolkovnik Əzizov olduğu bildirilən bir bölük komandiri, Bakının müdafiəsini idarə edən general Kornilovu təcili telefona çağırırdı. Əzizov müdafiə xətlərinin qırıldığını və türk əsgərinin şəhərə girmək ərəfəsində olduğunu bildirərək, bu vəziyyətdə nə edəcəklərini soruşurdu. Bu və buna bənzər məlumatları vaxtında qiymətləndirən Şərq Cəbhəsi Komandanı Mürsəl paşa, vəziyyəti Nuru paşaya vaxtında çatdırır və hücumun planlaşdırılan şəkildə uğurla davam etdiyini söyləyirdi. Türk ordusu, Bakının yandırılıb-dağıdılmasını, xaraba olmasını istəmədiyi üçün, şəhərin ziyan vurulmadan alınacağına olan ümid getdikcə artırdı.[66]
Bakı yaxınlığındakı hücumun ilk anlarında düşmənin birinci müdafiə xətti tamamilə məhv edilmişdi. Türk əsgərləri ikinci müdafiə xəttinə doğru irəliləyirdi. Bu şərtlər altında Bakının ələ keçirilməsi artıq an məsələsi idi. İkinci müdafiə xəttinə edilən hücum əsnasında türk topçu atəşinin, əvvəlkilərə nisbətən getdikcə azaldığı nəzərə çarpırdı. Topçular günorta saatlarına doğru irəliyə hərəkəti davam etdirən piyadalara lazımi səviyyədə dəstək verə bilmirdilər. Günortadan sonra isə top mərmisi tamamilə qurtardı. Top atəşlərinin kəsilməsindən sonra çaşqınlığı aradan qaldıran düşmən, 38-ci alayın birinci batalyonunun olduğu yerə tərəf hücuma keçdi. Ehtiyat bölüyünün vaxtında müdaxiləsi nəticəsində bu hücum dəf edildi. Düşmənin top və pulemyotları 38-ci alay ilə 60-cı batalyonu şiddətli atəşə tutmuşdu. Xüsusilə, pulemyot atəşi altında piyadalar ağır vəziyyətə düşmüşdülər. 10-cu alay da topçu dəstəyindən məhrum bir vəziyyətdə idi. Top və pulemyot çatışmazlığı səbəbindən ağır itkilər verilməyə başlamışdı. Qrup komandanı vaxtında yaxşı bir tədbir görərək, qrupun sağ cinahının arxasındakı uc batalyonda olan ehtiyat qüvvələri döyüş meydanına çıxara bilmədi. Bunun nəticəsində 13-cü alay geri çəkilmək məcburiyyətində qaldı.[67][68]
Top mərmisinin tükənməsi və pulemyotların əksəriyyətinin susması şimal və Cənub qruplarının səhərki mövqelərinə çəkilməsi ilə nəticələndi. Çünki çox dəyərli zabit və əsgərlər döyüş meydanında həlak olur, silahları daşıyan qatırlar ölürdülər. Beləliklə, ordu Heybət-Biləcəri dəmir yolunun qərbinə keçmişdi. Böyük dəyanət və fədakarlıqlarla, adətən, sürünərək çıxılan düşmən səngərlərinə çatan Türk Qafqaz İslam Ordusu, beləcə, daha çox itki verməmək üçün geri çəkilmək məcburiyyətində qalmışdı. Əgər ordunun bu vəziyyətində düşmən onları təqib etsəydi, şübhəsiz, Heybət-Biləcəri dəmir yolunun qərbindəki yüksəkliklər də əldən çıxar və itkilər daha ağır olardı. Türk ordusu ordunu bir yerə yığmağa və yüksəkliklərdə mövqe tutmağa çalışırdı. Kifayət qədər silah və kömək gələnə qədər bu vəziyyəti qoruyub saxlamağa çalışırdı. 5 avqustdakı hücumun top mərmiləri olmadan başlanılması, uğursuzluqla nəticələndi.[65][68]
Bakıdan əldə edilən telefon danışıqlarına əsasən, eyni gündə Cənubi Azərbaycandakı Rəşt şəhərindən gəmi ilə 300-ə qədər ingilis əsgərinin gəldiyi və düşmən qüvvələri ilə birləşərək, ertəsi gün, yəni 6 avqustda bütün cəbhələrdən hücuma keçəcəkləri haqda məlumat əldə edilmişdi. Biləcəri-Heybət dəmir yolunun qərbinə çəkilən Cənub və ġimal qruplarının cəmləşərək döyüş vəziyyətinə gətirilməsi, 6 avqust səhərinə qədər davam etdi. Ordu qərargahındakı zabitlərlə süvarilər və digərləri, mövqelərində möhkəmlənməyə çalışan Mehmetçiyin yenidən təşkil olunmasına kömək edirdilər. Düşmən qüvvələri eyni gündə yeni bir həmləyə başladıqda da itkilər verərək geri çəkilməyə məcbur oldular.[68][69]
Birinci Bakı hücumunda erməni, rus və ingilis birləşmiş qüvvələrindən 2 mindən çox ölən və yaralanan olmuşdu. Türk ordusunun itkiləri isə, zabitlərdən – 9 şəhid, 19 yaralı, əsgərlərdən −139 şəhid, 444 yaralıdan ibarət idi. Cəmi 547 piyada tüfəngi, 37 pulemyot yararsız hala düşmüşdü.[70]
Şərq Qrupu Komandanı Xəlil paşa, 31 iyul 1918-ci il tarixində Batumdan keçərək Tiflisə getmişdi. Bakıya birinci hücum Xəlil paşanın Tiflisdə olduğu günlərə təsadüf edirdi. Gürcü qəzetləri hadisəni "Türklər Bakıya hücum etdilər, məğlub oldular, geri qaçırlar" kimi ifadələrlə oxuculara çatdırırdılar.
Bu xoşagəlməz xəbərlərdən narahat olan əsgər, iki səhra batareyası, düşmən Xəzər dənizində olan döyüş gəmilərindən açdığı atəşi susdurmaq məqsədi ilə dörd ağır top batareyası, hava hücumundan müdafiə üçün bir dəstə, müxtəlif çaplı 28 min top mərmisi, min qutu mauzer tüfəngi mərmisi və rus piyada tüfəngləri üçün beş yüz qutu mərmi, telefon və teleqraf rabitəsinin lazımi qaydada yerinə yetirilməsi üçün lazımi avadanlıqlar və iyirmi hərbi nəqliyyat vasitəsinə təcili ehtiyac duyulduğu qeyd edildi.[71]
5 avqust hücumundan sonra Qafqaz İslam Ordusu arasında Bakıdan göndərildiyi güman edilən bir dəvət məktubu yayıldı. Məktubda belə deyilirdi:
"Bakı kimi milyon və milyardlarla sərvətin olduğu şəhərin qapıları qarşısında günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən Türk ordusuna: Ürəkaçan bu gözəl şəhəri əgər siz zəbt etməsəniz, Türkün və ordusunun şərəfini indi içində olduğunuz xəndəklərdə basdıracaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini ələ keçirməsəniz, sevgili böyük vətənimizə ən qiymətli bir hədiyyəni vermək fürsətindən məhrum olacaqsınız. Əgər siz mavi dənizin bu məşhur şəhərini ələ keçirməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhərli xəncərin üzərinə "eyvah, Türk bizə imdada gəlmədi" cümləsi yazılacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır. Əgər siz bu böyük İslam şəhərini zəbt etməsəniz, "Allah" deyənlərin varlığını ortadan qaldıran və qaldırmaq istəyən düşmənlər sizi öndən və arxadan əhatəyə alacaq, qıcırdılmış dişlər, yeni zülmlər üçün itilənmiş olacaqdır. Əgər siz dəmir borulardan dünyaya var-dövlət axıdan və dünyanın tərəzisində çox ağır gələcək olan bu hərb şəhərini zəbt etməsəniz, tarixin hüzurunda utancla yerə baxacaqsınız. Və bu gün dost-düşmən məmləkətlərində, ən kiçik bir evdə, ən adi adamların belə dillərində gəzən Bakı şəhəri nağılı türklərin məğlubiyyəti ilə bitmiş olacaqdır. Düşmənlər böyük və çox əzəmətli bir zəfərin açarlarını əllərinə keçirmiş olduqlarını, bəlkə də bir az haqlı olaraq elan edəcəklər.
Dostlar belə bir itkidən doğan üzüntülərini gizlətməyəcəklər və bizi qəmləriylə üzəcəklər. Ey Türk əsgəri, əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən paltarı düşmən geyəcəkdir. Sənə verilən vədlər yerinə yetirilməyəcək, sənin ayağın altında kəsilməli olan qurbanlar düşmənə qalacaq. Sənin üçün hazırlanan qızılı düşmən qarət edəcək. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə də mübarək İslam qanları qızıl şərab kimi vəhşi işgəncələrlə axıdılacaqdır. Sənin zəfərin üçün duaya açılan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı qızıl şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. Sən də bu tozlu-torpaqlı yerlərdə pərişan və səfil dolaşacaqsan. Türkün gözlərini oyub saplara düzən düşmənlərə bayramlar hazırlayacaqsan. Lakin sən, ey Türk əsgəri, ingilislərin gücünü Çanaqqalada qırdın. Ən böyük döyüş gəmilərinin böyük top mərmilərinə aylarla sinə gərdin. Qut-ül-Amarədə 14 min əsir aldın. Qarşıdakı düşmənin çoxunu, erməniləri Qarsdan, Azərbaycandan bəri qabağına qataraq bu şəhərə qovdun. Türk adını ucaldan Çanaqqala, Qut-ül-Amara, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını. Vətəninə bir qızıl ərmağan apar."[72]
Bakının azad edilməsi
redaktəQafqaz İslam Ordusunun güclənməsi
redaktəQafqaz İslam Ordusu silah, xüsusilə də top mərmisi çatışmazlığından sıxıntı çəkməsinə baxmayaraq, Bakıya hücum etməyi qərara almışdı. Bakı kimi təbii səngərlər – təpə və vadilərlə əhatələnmiş bir şəhəri ələ keçirmək üçün hücuma keçən ordunun aramsız atəşə tutulması qorxusu vardı. Ona görə də düşmənin müqavimətini qıracaq və piyadalara dəstək verəcək top atəşinə ehtiyac duyulurdu. Mehmetçik, buna baxmayaraq Bakının ətraf məhəllələrinə qədər irəliləmiş, ancaq bu əsnada toplar tamamilə susmuşdu. Türk qərargahında bu ehtimallar hesablanmışdı. Çünki Baş Komandanlıq vəkaləti göndərdiyi əmrlərdə, Bakının tez bir zamanda ələ keçirilməsini istəyirdi. Müharibənin gedişi və almanların Bakıya girmək istəməsi Ənvər paşa başda olmaqla, bütün hərbi qulluqçuları Bakını tez bir zamanda ələ keçirmək barədə eyni cür fikirləşməyə vadar edirdi. Türk Qafqaz İslam Ordusu komandanlığı, 3-cü Ordu komandanlığına bir raport yazaraq, vəziyyəti bildirməyi lazım bildi. Nuru paşa, türk əsgərləri Hacıqabul-Mərəzə xəttində olarkən əsir alınan düşmən əsgərləri arasında ingilis zabitlərinin də olduğunu və Ənzəlidən Bakıya 4 min nəfərlik güclü bir heyət göndərilməsi üçün hazırlıq görüldüyü barədə onlardan məlumat alındığını, bu xəbərə əsasən Bakıya basqın şəklində bir hücum təşkil etmək üçün 02.08.1918-ci il tarixində əmr verildiyini bildirdi. Düşmənin Bakı yaxınlığına qədər heç bir əsaslı müqavimət göstərmədiyinə eyham vuran Nuru paşa, onların şəhəri müdafiə etmək iqtidarında olmadıqları qənaətinə gəlmişdi. Türk ordusunun Bakıya qəhrəmancasına hücuma keçdiyini və düşmənin müdafiəsini yardığını, ancaq top cəbbəxanası çatmaması üzündən piyadaların lazım olduğu qədər dəstəklənmədiyini nəzərə çatdıran Nuru paşa, düşmənin əks-hücuma keçərək türk əsgərini geri oturtduğunu və üstəlik Puta-Xırdalan dəmir yolunun qərbini də ələ keçirdiklərini yazdı. Nuru paşa raportunda belə deyirdi:
"Düşmən Bakıda əli silah tutan və hər millətdən olan kişiləri silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin 10 min nəfər olduğu təxmin edilməklə bərabər, əlavə qüvvə aldıqları da casuslar vasitəsilə öyrənilmişdir. Bakının zəbti üçün aşağıdakı gücə və cəbbəxanaya ehtiyac vardır: 1. Beş min yeni qüvvə,
2. İki səhra batareyası və düşmənin döyüş gəmilərinin Ələt-Puta dəmir yolu xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün 4 ağır batareya,
3. Bir təyyarə bölüyü,
4. Bir teleqraf bölüyü (telefon və teleqraf xətlərinin işləməsini təmin etmək üçün)
5. Buradakı toplar üçün 10 min qüdrətli top, 8 min şnayder, 4 min Rus dağ, 6 min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer və 500 Rus piyada tüfəngi cəbbəxanası,
6. Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.[73]
Nuru paşa, Gəncəyə çatdıqdan sonra Azərbaycan türklərindən ibarət bir ordu yaratmaq üçün işə başlamışdı. Lakin, gözlənilən nəticə alınmamışdı. Təşkil edilən az saylı milis qüvvələrinin də istər Göyçay və istərsə də Bakı hücumlarında göstərdikləri hərbi qabiliyyətlər qənaətbəxş olmamışdı.
Azərbaycan ordusunun özəyini təşkil edən bir korpus yaratmaq üçün fəaliyyətə başlayan Nuru paşa 13 avqust 1918-ci il tarixində, yaradılması vacib olan Azərbaycan Korpusunun əsaslarını bu şəkildə bəyan etdi:
1. Azərbaycan Cumhuriyyətində ordu təşkil etmə işlərini "Qafqaz İslam Ordusu" tənzim və idarə edəcəkdir.
2. Qurulacaq korpusun hərbi nizamnaməsi hazırlanaraq 6 avqust 1918-ci il tarix və şöbə 173/5 nömrəsi ilə göndərilmişdir.
3. Süvari dəstələri müxtəlif məntəqələrdə təşkil edilərək, sonradan ehtiyac olduqda daha böyük birliklər halına gətiriləcəkdir.
4. Təşkil edilməkdə olan kiçik birliklər korpus və diviziya qərargahlarının təşkilinə qədər Qafqaz İslam Ordusuna tabe olacaqdır.
5. Korpusun zabitlərinin hamısı müsəlman olmalıdır. Bütün zabit və əsgərlər Osmanlı hərbi formasını geyəcəklər, süvarilər mərasimdə çərkəz uniformasını geyəcəklər.
6. Mövcud Azərbaycan korpusu ləğv olunacaqdır. Korpusun Gəncə və digər məntəqələrdə olan hər növ silah, cəbbəxana, mühümmat, araba, heyvan və geyimləri yeni təşkil ediləcək korpusda istifadə edilmək üçün Qafqaz İslam Ordusunun tabeliyinə veriləcəkdir. Azərbaycan korpusu 15 avqust 1918-ci il tarixinə qədər bunların siyahısını Qafqaz İslam Ordusuna göndərəcəkdir.
7. Yeni təşkil ediləcək birliklərdə danışma və yazışma türkcə olacaqdır. Yayınlanan bu təlimat Azərbaycanda fəaliyyət göstərən bütün Osmanlı birlikləri ilə Azərbaycan Korpusu Komandanlığına və Azərbaycan hökumətinə göndərilmişdir.[74]
Qurulmasına çalışılan Azərbaycan ordusu dörd piyada alyından ibarət olan iki piyada diviziyası şəklində təşkil olunacaqdı. Gənclər ölkənin müxtəlif yerlərindəki yerli komandanlıqlar vasitəsilə orduya çağırılacaqdı. Qurulacaq batalyon, alay və diviziyalara Osmanlı zabitləri komandanlıq edəcək, daha sonra yetişdirilən Azərbaycanlı zabitlər tədricən bunların yerini tutacaq. Bu ordunun təchizatını isə Azərbaycan hökuməti, məhəlli idarələr və yerli komitələr edəcəkdilər. Azərbaycan Milli Korpusu Komandanı vəzifəsinə Rus Çar ordusunda general rütbəsinə qədər yüksələn Əliağa Şıxlinski təyin olundu.[75]
Qafqaz İslam Ordusunun cəbbəxana çatışmazlığı üzündən Bakı yaxınlığında çarəsiz gözləməsi, labüd Dağıstan və Cənubi Azərbaycan hərəkatlarını da təxirə salırdı. Bu da, İstanbulda Osmanlı Baş Qərargahının planlarına mənfi təsir göstərirdi. Xüsusilə Cənubi Azərbaycanda Ənzəli, Rəşt, Tehran və Təbriz ilə Urmiya gölü ətrafında təşkil olunması vacib olan hərbi əməliyyatlar gecikdikcə, İraqdakı Mosul və Bağdad ətrafında olan türk əsgəri birliklərinin vəziyyəti də çətinləşirdi. Qafqaz İslam Ordusunun əlavə güc və təchizata ehtiyacı olduğundan Şərq Orduları Qrupu Komandanlığı 9-cu Ordunun sərəncamında olan 107-ci Qafqaz alayının Bakıya göndərilməsini qərarlaşdırdı. 107-ci Qafqaz alayının 1.200 nəfərlik şəxsi heyəti və 12 pulemyotu vardı. Əsgəri birlik, 9 avqustda Qarakilsə ətrafından hərəkətə başladı. 13 avqustda Azərbaycanın Gürcüstan sərhədi yaxınlığındakı Ağstafa məntəqəsinə çatdı.[71]
Baş Komandan vəkili Ənvər paşa 3 və 9-cu Ordulardakı qüvvələrin azalmasını münasib bilmirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə biləcəyi fikrində idi. Şərq Orduları Komandanı Xəlil paşa isə Ənvər paşaya 12 avqustda göndərdiyi raportda Bakı yaxınlığındakı uğursuzluğun, xalq arasında mənfi təsir oyandırdığını və əldəki mövcud qüvvələrlə də bunun mümkün olmadığını bildirdi. Xəlil paşa Bakı cəbhəsini qüvvətləndirmək üçün 36-cı piyada diviziyası, bir piyada alayı ilə diviziya topçusunun tezliklə Azərbaycana göndərilməsini 9-cu Ordu Komandanlığına əmr etdiyini, Gürcüstandakı dəmir yollarının istifadəyə yararlı olduğu halda 10-cu Qafqaz diviziyasını Bakı cəbhəsinə sövq etməyi düşündüyünü, Bakının ələ keçirilməsindən sonra asudə qalan əsgəri birliklərin isə Cənubi Azərbaycana sövq edilməsinin mümkün olacağını bildirdi.[76]
Edilən bu dəyərləndirmələrdən sonra Qafqaz İslam Ordusunun 15-ci piyada diviziyası ilə qüvvətləndirilməsi qərara alındı. Bu diviziya, 56 və 106-cı piyada alayları, bir dağ topçu batalyonu, bir 10,5-lik dağ və bir 10,5-lik səhra qaubitsa artilleriya batareyası ilə bağlı bunlarla birliklər və qollardan ibarət idi. 15-ci piyada diviziyasının 38-ci piyada alayı isə iyun ayında 5-ci Qafqaz piyada diviziyasına əlavə qüvvə olaraq göndərilmişdi. 15-ci piyada diviziyasının Bakıya çatdığı tarixə görə yeni bir hücum günü təyin olunacaqdı və bu tarixin də güman ki, 11 sentyabr olacağı hesablanmışdı. Şərq Orduları Qrupu Komandanı Xəlil paşanın da Bakıya gedərək hücumda şəxsən iştirak etməsi qərarlaşdırıldı.[76]
Bakıdakı hərbi qüvvələr
redaktəBakı rəhbərliyi erməni əsilli həkim Araratyanın başçılığı ilə bir heyəti, ingilis generalı Deustervildən kömək istəmək üçün təlimatlandırmışdı. General Deustervil Azərbaycan heyəti ilə keçirdiyi görüşlərdə Bakıya köməyə gələcəklərini, müdafiə üçün bəzi təşkilati işlər görəcəklərini, ancaq türk ordusuna qarşı erməni və rusların da onlarla birlikdə döyüşmələrinin vacibliyini qeyd etmişdi.[77]
Azərbaycanın cənubundakı Lənkəran bölgəsində yaşayan ruslar, 10 avqustda Ənzəlidə olan Deustervil ilə əlaqə yaratmışdılar. Lənkəran və ətrafındakı ruslar 5 min nəfərlik bir hərbi birləşmə də təşkil etmişdilər. Əllərində kifayət qədər top və tüfəngləri də var idi. İngilislərə un, ərzaq, taxıl tədarükü görmüş, iki dənə də gəmi hədiyyə etmişdilər. Türklərə qarşı ingilislərlə birlikdə döyüşəcəklərini bildirmiş, üstəlik Muğan düzündə yaşayan ruslara hərbi təlim verilməsini də istəmişdilər.
Deustervil bu təkliflərdən son dərəcə məmnun olmuşdu. Bakı-Gəncə dəmir yoluna yaxın olan Lənkəran və Muğan düzündən, Qafqaz İslam Ordusuna arxadan zərbə vurulacağı hesablanırdı. Ərazinin dəniz kənarında yerləşməsi, üstəlik yaxşı silahlanmış beş min nəfərin türklərə qarşı müharibəyə hazır olması və taxılla bolluca təchizat, Deustervili həddindən artıq məmnun etmişdi. O, bölgəni tədqiq etmək və hərbi vəziyyətə əlverişli əraziləri təyin etmək məqsədi ilə Muğan düzünə bir hərbi heyət göndərdi.[78]
Ənzəli limanından yola çıxan Stoskun komandanlığı altında olan ingilis hərbi birləşmələrinin öncül qüvvələri də 4 avqustda Bakının dəniz sahilinə çıxmışdı. Bu vəziyyət Bakıda olan rus və ermənilərin ruhunu yüksəltmişdi.[60] İngilis ordusunun son bölüyü – general Deustervil də 17 avqustda Bakıya çatdı. Sentrokaspi hökuməti, cəbhə rəhbərliyinin ingilislərdə olmayacağı bəyanatını vermişdi. Lakin qısa müddətdən sonra bütün hərbi fəaliyyət Deustervilin komandanlığına keçdi.
İngilislər Bakıya çatdıqdan sonra cəbhə xəttində bir araşdırma, kəşfiyyat apardılar. Müdafiə xəttinin ərazisi, əsgərlərin vəziyyəti və döyüş gücü barədə araşdırma apardılar. Əsaslı bir müdafiə sistemi tərtib etmək lazım olduğu barədə qərar verdilər. Bakıdakı birləşmiş qüvvələrin və səngərlərin yenidən təşkil olunması üçün işə başladılar. Qafqaz İslam Ordusu hərbi birləşmələrinin şəhərə çox yaxın yerdə olduqlarını görən ingilislər, bunların geri oturdulması barədə əmr verdilər. Ancaq qısa bir müddətdən sonra bunun mümkün olmadığını başa düşdülər.[79]
Deustervil Bakıdakı hərbi qüvvələrin vəziyyəti və cəbhə bölgəsindəki araşdırmalardan sonra vaxt itirmədən lazımi təşkilati işləri yerinə yetirdi. Şimal Stanford alayına tabe hərbi birləşmələr, cəbhənin sol cinahında olan Qurd qapısı dağı və Bibiheybət ətrafında yerləşdirilərək, bölgədəki müdafiə xəttini möhkəmləndirdi. Bu cəbhə xəttində əvvəlcə qazılan səngərlər xeyli yaxşı vəziyyətdə idi. Səngərlər piyadaların atəş açmağı və Türk Qafqaz İslam Ordusunun top atəşlərindən qorunmaq üçün çox əlverişli idi. Bu alayın sağında isə erməni alayı yerləşirdi. Qurd qapısından başlayaraq şimala doğru uzanan dik yamaclar və qayalıqlar, buraların müdafiəsini daha da gücləndirirdi. Qurd qapısından başlayaraq şimala doğru uzanan bu cəbhə xətti Stanford alayı ilə, birləşmiş Bakı qüvvələrinin tabeliyinə verilmişdi. Biləcərinin qərbindən başlayan şimal cəbhə xətti isə Palçıq vulkanına (Yanardağ) və oradan da şərq istiqamətindəki Binəqədi təpələri və Xəzər dənizinə qədər uzanırdı. Şimal Stanford alayına tabe ordulardan bir bölüyü Yanardağ ətrafındakı müdafiə xəttində də iştirak edirdi. Buradakı ingilis hərbi birləşmələrinə yerli iki batalyon da dayaq dururdu. Bu geniş cəbhə xəttində Vervisk və Vourchester batalyonları da iştirak edirdi.
Deustervil Bakının müdafiəsini gücləndirmək üçün yollar axtarırdı. Bu məqsədlə Dağıstana gedib, Biçeraxovun köməyindən yararlanmağı planlaşdırmışdı. Lakin quru və dəmir yolu türklərin, dəniz yolu isə bolşevik gəmilərinin nəzarəti altında idi. Bu səbəbdən onun bu planı baş tutmamışdı.
Bakının türklərin əlinə keçməsini istəməyən yalnız almanlar, bolşeviklər, ermənilər və ingilislər deyildi. Sayları təxminən 4 minə çatan farslar da Bakının Osmanlı dövlətinin əlinə keçməsini istəmirdilər. Əvvəllər bir-birinə düşmən kəsilən bu tərəflər, Qafqaz İslam Ordusuna qarşı güclərini birləşdirmişdilər. O tarixdə Bakıda təxminən 18 min erməni silahlı qüvvələri, 1200 ingilis və 1500 nəfərlik də Biçeraxovun hərbi qüvvələri var idi. Bakıda olan ermənilər ingilislərin, şəhəri Türk Qafqaz İslam Ordusunun hücumundan qoruyacağını və sonra da onların köməyi ilə Bakının türklər və müsəlmanlardan təmizlənəcəyini düşünürdülər. Beləliklə də, Bakıda, eləcə də Azərbaycanda etnik təmizləmə işləri başa çatacaqdı. İngilislər isə bütün ümidlərini ermənilərə bağlamışdılar. General Deustervil erməniləri qorxaqlıq və zəiflikdə günahlandırırdı. Onların daha fəal olmalarını istəyirdi. Bunun üçün Dağıstan, Gürcüstan və Orta Asiyadakı çar tərəfdarları və İranın Ənzəli şəhərində olan ingilis birlikləri ilə əlaqəyə girdi. Ənzəlidən əlavə qüvvələr gətirdi. Lakin yenə də şəhəri türklərdən qorumaq ümidi boşa çıxdı. O, xatirələrində bu hadisədən bəhs edərkən, şəhər əhalisinin böyük bir coşqu ilə Bakıda Qafqaz İslam Ordusunu görmək istədiyini etiraf edir. Əhali türkləri istəyirdi. Bu şərtlər altında Azərbaycan hökuməti də ciddi tədbirlərə əl atdı. Bunlardan biri də Məhəmməd Əmin Rəsulzadənin İstanbulda hökumət rəhbərləri ilə keçirdiyi görüşlərdə Bakının azad edilməsinin zəruriliyini vurğulaması idi. Rəsulzadə İstanbuldakı Almaniya səfirliyinə etdiyi müraciətdə "Bakısız Azərbaycanın başsız bir bədənə bənzəyəcəyini" deyərək, Azərbaycanın Bakısız olmayacağını bildirmişdi.[80]
Qafqaz İslam Ordusu Bakıda olan erməni-rus-ingilis birləşmiş qüvvələri haqqında müxtəlif yollarla məlumatlar ala bilirdi. Düşmən hərbi birləşmələrinin Salyan kazarmasından Bakının qərbindəki Qurd qapısı təpələrinə qədər olan sol cinah cəbhəsində 6 min, bu kazarmadan cənuba doğru uzanan bölgədəki Biləcəri məntəqəsi və şərqindəki cəbhədə (düşmənin şimal və qərb cəbhəsi) 4 min və şəhər teatrı ətrafında da 2.300 olmaqla cəmi 12.500 nəfərlik qüvvəyə malik olduğunu təxmin etmişdi. Düşmən qüvvələri avqust ayında Bakıya edilən hücumlar nəticəsində 2 min itki vermiş, şəhər xəstəxanaları yaralılarla dolmuşdu. Bakıda bahalaşma, qıtlıq artmışdı, əhalinin yeməyə çörəyi belə tükənmək üzrə idi. Orduda isə belə bir sıxıntının olmaması barədə xəbərlər gəlirdi.[81]
Bakını müdafiə edən Qızıl Ordu birliklərinin çox hissəsini erməni daşnakları və rus bolşevikləri təşkil edirdi. Onlar, Türk ordusunun Bakı üzərinə yeriməsindən böyük bir qorxu və təlaşa qapılmışdılar. Çünki Bakıda türk əhaliyə qarşı həyata keçirdikləri 31 mart soyqırımı ilə Şamaxı və Qubada gerçəkləşdirdikləri etnik təmizliyin hesabını verə bilməyəcəklərindən əndişə duyurdular.[82] Həqiqətən də o tarixlərdə, sayı on minlərlə ifadə edilən günahsız türk soylu əhalini vəhşicəsinə qətlə yetirmişdilər. Bu səbəbdən də Bakını müdafiə etmək üçün hər çarəyə baş vururdular.[83]
Bakıda olan rus və erməni ittifaqı, əvvəllər ingilislərin bölgəyə girməsinə qarşı çıxırdı. Kommunist Şaumyan və 26 Bakı komissarı hökuməti devrildikdən sonra Bakıda nə edəcəyini bilməyən yeni hökumət Cənubi Azərbaycanda Xəzər dənizinin yaxınlığında yerləşən Ənzəlidəki ingilis qoşunlarını köməyə çağırmışdı. İngilislər bu çağırışı Bakı neftindən pay ala biləcəklərini, bəlkə də hamısına sahib olacaqlarını düşünərək böyük məmnuniyyətlə qəbul etmişdilər. İngilis ordularının rəhbəri general Deustervil, əslində İraq cəbhəsində xidmət edirdi. Aldığı əmr əsasında 17 fevralda Bağdaddan hərəkət edərək, o tarixlərdə heç bir hərbi qüvvənin əlində olmayan Bakının neft yataqlarını ələ keçirmək üçün yola çıxmışdı. Tabeliyindəki ordu ilə Cənubi Azərbaycandakı Rəşt, Qəzvin və Həmədandan keçərək Ənzəliyə yetişmişdi. Ancaq Ənzəlidə olan rus ordusu ilə münaqişələr nəticəsində qarşısı kəsilmiş, şimala, yəni Bakıya gəlib neft diyarını işğal edə bilməmişdi.[84]
Diviziya generalı Deustervilin komandanlığı altında olan 39-cu ingilis briqadası 4–7 avqust 1918-ci il tarixləri arasında gəmi ilə Ənzəlidən Bakıya gəlib çatmışdı. Bakıya gələn ingilis ordu birləşmələrində 3 piyada batalyonu və bir səhra topu batareyası var idi. Biçeraxovun Bakıdan çıxaraq Dərbəndə getməsi ermənilərdə ruh düşkünlüyü yaratmışdı. Ancaq Deustervilin köməyə gəlməsi onları bir az ruhlandırmışdı.
Deustervil birliklərinə əlavə olaraq, çox yaxında daha 4 min ingilis əsgərinin Bakıya hərəkət edəcəyi xəbəri alınmışdı. Bu halda Bakıda olan düşmən qüvvələrinin sayı 10 mini aşacaqdı. Əsir götürülən bir ingilis çavuşundan alınan məlumatlara görə, Deustervil Bakıya çatdıqdan sonra 26 batalyonluq bir ordu təşkil edildiyi ingilis əsgərlərinin sayının 1.550 nəfər olduğu bəlli oldu. Türk Qafqaz İslam Ordusu Komandanlığı, 3-cü Ordu Qərargahına müraciət edərək, Təbrizdə olan türk qüvvələrinin Ənzəli üzərinə yeriməsini, ya da Rəşt və Qəzvin bölgəsindəki Kiçik Xana kömək üçün hərəkətə keçilməsini tələb etdi.[73]
İngilislərin Bakıya girməsindən ruhlanan erməni və ruslar, 1.500 nəfərlik qüvvənin ardınca 20–30 min nəfərlik bir qüvvənin də Ənzəlidən hərəkət edəcəyini söyləyirdilər. Bu arada, Dərbənddə olan rus kazakı podpolkovnik Biçeraxovun qüvvələrindən də beş yüz nəfərlik bir ordu gəmi ilə yenidən Bakıya gəldi. İkinci Bakı hücumunun ediləcəyi təqdirdə Bakının müdafiəsini təmin edəcək döyüş qabiliyyətli ordunun sayı 10 min nəfərdən çox idi.[85][86]
Bakının mühasirəsi yaxşıca düşünülmüş, qurudan kömək gələ bilən yollar tamamilə kəsilmişdi. Şəhərə ərzaq isə Cənubi Azərbaycandakı Ənzəli və Lənkərandan gəmilər vasitəsilə çatdırılırdı. Mühasirə daralsa da, Bakıdakı hərbi qüvvələr yemək sarıdan korluq çəkmirdilər. Ancaq əhali yemək tapa bilmirdi. Şərq Qrupu Komandanlığı xalqın müqavimətini qırmaq və hərbi qüvvələri şəhəri təslim etməyə məcbur etmək məqsədilə, 19 avqustda Qafqazdan Bakıya gələn içməli suyu kəsdi. Şəhərdə ərzaq qıtlığı başlandı. Ərzaq və su çatışmazlığı qadınların küçələrə çıxaraq hökuməti protest etməsinə gətirib çıxardı. Xalq arasında bəzi şayiələr də dolaşırdı. Türk ordusunun Xəzər dənizinə sualtı qayıq salıb onunla ərzaq daşımaları barədəki söhbətlər də gəzən şayiələr arasında idi. Bu hadisələr Bakıda vəziyyətin get-gedə çətinləşməsindən xəbər verirdi. İngilislər isə idarəetmənin onların ixtiyarına keçdiyi halda əhalini su və ərzaqla təmin edəcəkləri barədə vəd verirdilər.[87]
Şərq Cəbhəsi Komandanı Mürsəl paşa, Bakıda baş verənləri diqqətlə izləyir və Nuru paşaya məlumat verirdi. İkinci Bakı hücumuna hazırlıqların getdiyi bu dövrdə türk topçusu, şəhərdəki kazarmaları dayanmadan vururdu. Bu bombardmanda sahildəki ingilis hərbi qərargahı da vurulmuş və təxminən 200 əsgər ölmuş və ya yaralanmışdı.[85]
Bakı Bolşevik Partiyası Mərkəzi Komitəsi 10 avqustda keçirdiyi yığıncaqda, yüksək vəzifəli üzvlərinin şəhərdən çıxmaması barədə qərar qəbul etdi. Ayrıca, Sentrokaspi Diktaturasına heç bir silah və mühümmat verilməməsi və hakimiyyəti yenidən ələ keçirə bilmək üçün şəhərdə daxili müharibəyə hazırlaşmaq qərara alındı. Vəziyyətin get-gedə ağırlaşdığını görən və əllərindəki silahı təhvil vermək istəməyən Petrov və ona bağlı birliklər, 13 avqustda 19 gəmi ilə şəhərdən qaçmaq istədilər. Bakı hökuməti bunun qarşısını aldı. 26 Bakı komissarı da Sentrokaspi Diktaturasına qarşı inqilab hazırlamaq adı ilə həbs edildilər.[61]
Bakı ətrafının düşməndən təmizlənməsi
redaktəBirinci Bakı hücumunun uğursuzluqla başa çatması nəticəsində Türk ordusu 5 avqustda geri çəkilmişdi. Bakını müdafiə edən birləşmiş qüvvələr 6 avqustda Türk ordusuna özünə gəlməyə imkan verməmək məqsədilə əks-hücuma keçmişdi. Türk ordusu bu hücumu dəf etmiş, üstəlik bir az da sursat ələ keçirmişdi. Birləşmiş qüvvələr o tarixdən etibarən kiçik çaplı çarpışmalara keçdilər. Ancaq yenə də əsasən müdafiədə qalmağa üstünlük verirdilər. İngilislərin də türklərə qarşı ediləcək hücumda uğur qazanmayacaqları aydın idi. Buna görə də Bakıda olan rus, erməni və ingilis birləşmiş orduları bütün qüvvələrini şəhərin müdafiəsinə yönəltmişdilər. Türklər ikinci bir həmlə edəcəkləri halda, bu həmlənin qarşısı alındıqdan sonra, əks-hücuma keçilməsi və türk qüvvələrinin bütün Azərbaycandan çıxarılması planlaşdırılmışdı.
Şərq Cəbhəsi Komandanlığı Abşeron yarımadasında yerləşən qəsəbə və kəndlərə bəzi komandirlər göndərərək, türklərdən milis birlikləri qurmağa başladı. Bəzi yaralıları da bu kəndlərə daşıyaraq müalicələrini təmin etdi. Binəqədi, Sabunçu və Balaxanı ətrafında yeni cəbhələr qurdu. Cəbhə xəttində olan tərəflər 25 avqust 1918-ci il tarixinə qədər heç bir ciddi hərəkət etmədilər, əhəmiyyətli bir döyüşə girmədilər. Birləşmiş düşmən qüvvələri şəhərin müdafiəsi üçün mövqelərini möhkəmləndirirdi. Türklərin Bakıya ən yaxın mövqe hesab etdikləri Biləcəridən hücuma keçə biləcəklərini güman edən düşmən qüvvələri bu bölgədəki Yanardağ və Binəqədi yüksəkliklərini də tutmağa başladı. Qafqaz İslam Ordusu Komandanlığı 22 iyul 1918-ci il günü Bakıya planlaşdırılan hücumda sol cinah birliklərinin yolu üzərində olan bu bölgənin tutulmasına mane olmağı qərara aldı. Bakının şimalında olan 364 m yüksəklikli Yanardağ ilə 311 m yüksəklikli Binəqədi təpələri və Digah kəndinin ələ keçirilməsinə ehtiyac duyulurdu.[76][88]
Hücuma keçəcək 13-cü Qafqaz alayına bağlı topçu və piyada bölüklərinin komandirləri, lazımi hazırlıq işlərini görərək, 26 avqust günü səhər saatlarında hərəkətə başladılar. Orduya, mümkün qədər mərmidən istifadə edilməməsi, bunun əvəzinə top atəşləri və süngü tətbiq edilməsi tapşırılmışdı. İlk olaraq Yanardağın qərbində olan və tikanlı məftil və başqa maneələrlə bərkidilmiş Sarıtəpə, süngü və bomba hücumu ilə saat 11-də ələ keçirildi. Dağınıq halda Sarıtəpədən qaçmağa çalışan düşmən əsgərləri pulemyot atəşi altında ağır itkilər verirdi.
Binəqədi təpələrinə qarşı hücuma keçən Maştağa dəstəsinə tabe olan 29-cu batalyon isə şiddətli müqavimətlə qarşılaşdı. Top atəşinin hədəfi vura bilməməsi və təpəni qoruyan birləşmiş düşmən qüvvələrinin iki batalyon əlavə qüvvə alması səbəbindən türk əsgərləri ancaq təpənin ətəklərində dayanmaqla kifayətləndi. 31 avqusta qədər tərəflər bu vəziyyəti saxladı. 13-cü Qafqaz alayı ilə 38-ci alayın 1-ci və 26-cı batalyonu səhər erkən hərəkətə keçdi. Binəqədi Yanardağ təpəsindəki üç sıralı tikanlı məftillər səhər saat 6.30-da kəsilərək birləşmiş düşmən əsgərlərindən təmizləndi. İngilislərin Bakının müdafiəsinə qoşularaq, rus və erməni birlikləri ilə birgə döyüşə girdikləri də görüldü.[89]
Binəqədi və Bakı istiqamətində qaçmağa çalışan düşmən əsgərlərini təqib edən Türk ordusu güclü pulemyot atəşi ilə onları ağır itkilərə məruz qoyurdu. Bakıdan qalxan bir təyyarə də top atəşi ilə vurulub salındı. 38-ci alayın 29-cu batalyonu Sarıtəpənin şərqindəki Digah kəndini ələ keçirmək üçün başladığı hücumu da uğurla başa çatdırdı.[76][90]
364 m yüksəklikli təpədən geri çəkilən ingilislər Binəqədi kəndinin şimalından Biləcəri məntəqəsinə gələn cəbhə xəttində müdafiə olunmağa çalışırdılar. Burada iki yerdə müdafiə xətti qurdular. Yanardağın şərqindəki neft quyuları Varvisk batalyonunun bir bölüyü tərəfindən mühafizə olunurdu. Stanford alayının bir bölüyü də bir az cənub tərəfdən Biləcəri məntəqəsi yaxınlığındakı cəbhə xəttində müdafiə təşkil etmişdi. Biləcəridə ehtiyat qüvvələri saxlanırdı. General Deustervil, əgər ingilis əsgərləri olmasaydı, türklərin 26 avqust tarixində Bakıya girə biləcəkləri barədə yazır.[91]
26 avqustda gedən Yanardağ və Biləcəri döyüşlərində ingilislərin cəbhədəki komandirinin Deustervilə yazdığı raportda belə deyilirdi:
"Türklərin hücumu, 26 avqust 1918-ci il. Yanardağ sahəsi Stanford alayının D bölüyü tərəfindən müdafiə olunurdu. Yanar dağın cənub-qərbində düşmənin hərəkətləri başlandı. Türklər sol cinahdan süvari ordusu ilə dörd düz xətli zəncir şəklində hücuma keçmişdi. Sayı təxminən min nəfər olan düşmən, topçu atəşi ilə müşayiət olunurdu. Zəncir şəklində hücum edən Türk orduları, bizim pulemyot və piyada atəşləri qarşısında dayanmaq məcburiyyətində qaldılar. Cəbhə xəttinin lap başlanğıcında, birinci müdafiə xəttində olan əsgərlərimizə beş dəfə hücum etdilər. Birliklərimiz beşinci hücumdan sonra səngərləri tərk edərək, geri çəkilmək məcburiyyətində qaldılar. Düşmən günorta saatlarından etibarən 12.30 radələrində Yanardağın sağ tərəfinə çıxmağa müvəffəq olaraq, orada pulemyotlar yerləşdirdi. Buradan ikinci və üçüncü müdafiə xəttimizi atəşə tutdular. Bu arada türklərin bizə sol tərəfdən başladığı hücumun qarşısını almağa başladıq. Lakin 13.30 radələrində ikinci və üçüncü müdafiə xətlərimiz də düşmənin əlinə keçdi. Buradan yalnız 6 əsgərimiz xilas ola bildi. Zabit və sıravilərdən ümumilikdə 80 adam itirdik. Müdafiə xəttində bu döyüşlər gedərkən, saat 13.30-da yük maşınları ilə Bakıdan göndərilən 130 nəfərlik əlavə qüvvə cəbhə xəttinə çatmaqda gecikdi. Vəziyyəti düzəltmək mümkün olmadı. 9-cu Vourçester alayından göndərilən əlavə kömək isə 15.30 radələrində cəbhəyə çatdı. Düşmən, Binəqədi kəndinin şimalındakı yüksək təpələrə qarşı hücuma keçmişdi. Bu təpələr erməni batalyonu tərəfindən qorunurdu. Yanardağa edilən həmlə əsnasında bir bölük əsgər, oradakı erməni diviziyasına kömək məqsədilə Binəqədiyə göndərildi. Oraya saat 12.15-də çatan birliklərimiz erməni birliklərindən heç birini tapa bilmədi. Sonra dağa çıxdılar, dağın şimal istiqamətindən təxminən 250 nəfərlik bir Türk ordusunun irəlilədiyi göründü. Təpəni və buradakı səngərləri ələ keçirən birliklərimiz, piyada tüfəngləri və pulemyotlarla atəş açdı. Düşmən ağır itkilər verərək geri çəkildi".
— General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 234
Sentrokaspi hökumətinə tabe hərbi komandanlıq 26 avqustda Qafqaz İslam Ordusuna qarşı hücuma keçilməsini əmr etmişdi. Bu əmrdə Türklərin Novxanı, Pirşağı, Görədil, Kürdəxanı və Fatmayı kəndlərini ələ keçirdiyi bildirilir və Fatmayıda bir topçu batareyası yerləşdirildiyi, Maştağa və Hökməli kəndləri ilə ġabandağdakı mövqelərini də gücləndirdikləri qeyd edilirdi. Bundan əlavə, Fatmayı, Pirşağı və Görədil kəndlərinin də ələ keçirilməsi əmr edilirdi. Bu bölgədəki göllər ilə dəniz arasındakı sahədə ələ keçiriləcək mövqeləri gücləndirdikdən sonra, hücumu davam etdirərək Novxanı kəndinin də zəbt edilməsi istənilirdi. Birləşmiş düşmən qüvvələrinin 27 avqustda cəbhə xəttinin sağ tərəfindən planlaşdırdığı hücum baş tutmadı.[92]
Yanardağ və Binəqədi təpələrində meydana gələn döyüşlərdə 13-cü alaydan üç zabit şəhid oldu, ikisi yaralandı. Sıravilərdən 20 nəfər şəhid oldu, 55-i isə yaralandı. 29-cu batalyondan isə üç sıravi şəhid olmuş, bir zabit və 15 sıravi isə yaralanmışdı.[93] Birləşmiş düşmən qüvvələrindən isə bir ingilis zabiti ilə çoxu ingilis olan 150 sıravi öldürülmüş, üç rus və iki ingilis zabiti ilə birlikdə 51 ingilis əsgəri əsir götürülmüşdü. Bu müharibədə 14 pulemyot, yüz ədəd top mərmisi və 70 qutu tüfəng mərmisi ələ keçirildi.[76][94]
General Deustervil, şimaldakı cəbhə xəttində çoxlu itkilər verilməsində bakılı rus və erməni əsgərlərini günahkar sayırdı. Sentrokaspi Diktaturası Hərbi Şurası 31 avqustda bir yığıncaq keçirərək, düşdükləri vəziyyətdən çıxış yolu axtardılar, ancaq əhəmiyyətli bir qərar çıxara bilmədilər. Bundan sonra general Deustervil 1 sentyabr səhəri Qərargah heyəti və ingilis ordu komandirlərinin iştirakı ilə bir yığıncaq keçirdi. Yığıncaqda Bakıdakı birləşmiş hərbi qüvvələrin Türk Qafqaz İslam Ordusu qarşısında dayana bilməyəcəkləri və Bakını müdafiə etməyəcəkləri barədə qərar verildi. Deustervil bu qərarı bəyan etmək üçün Bakıdakı mülki və hərbi idarə təmsilçilərini saat 16.00-da bir yığıncağa dəvət etdi. Deustervil yığıncaqdakı çıxışında belə dedi:
"Yer üzündə heç bir qüvvə, Bakını türklərdən qoruya bilməz. Şəhərin müdafiəsinin davam etdirilməsi, təslim gününü uzatmaqdan başqa bir şeyə yaramır. İndiyə qədər yalnız ingilis əsgərləri döyüşdü. Mənim əsgərlərimin qəhrəmancasına döyüşməsinə baxmayaraq, türklər hər hücumda qalib gəldilər. Yerli hərbi birliklər bizimkilərə kömək etmədi. Mən adamlarımın boş yerə həlak olmasına razı ola bilmərəm. Biz türklərə qarşı vuruşmaq üçün sizin əsgərlərinizə köməyə gəlmişdik. Ancaq sizin əsgərlərinizin yerinə biz vuruşuruq. Sizlərə, Bakının təslim edilməsi barədə danışıqlara başlamaq üçün türklərə bir nümayəndə göndərməyi tövsiyə edirəm. Qadın və uşaqların şəhərdən çıxarılmasına imkan verəcək uyğun şərtlərin əldə edilməsi, sizin üçün çətin olmayacaq. Sizlər bununla da türklərin şəhəri silah gücünə ələ keçirməsindənsə, hadisələrin gedişinə daha yaxşı istiqamət verə bilərsiniz".
— General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 247
Sentrokaspi hökumətinin general Deustervilə göndərdiyi məktubda "Bakıda yaşayan əhalinin evakuasiyasından sonra və ancaq bizim əsgərlərimizlə birlikdə şəhəri tərk etmək şərti ilə, ingilis hərbi birləşmələrinin getmələrinə icazə verə biləcəkləri" qeyd edilirdi. Bakı rəhbərliyi məktubda ingilislərin şəhərdən getməsinə razılıq verə bilməyəcəkləri kimi, əlavə qüvvə gətirmələrini də istəyirdi.[95]
Hava döyüşləri
redaktəQafqaz İslam Ordusunun sərəncamında təyyarələrin olmaması bolşevik aviasiyasını təhlükəli qüvvəyə çevirirdi, lakin Bakı Sovetinin hərbi rəhbərliyi bundan kifayət qədər yararlana bilmədi. Belə ki, hidrotəyyarə və aeroplanların sayı uçmağı bacaran təyyarəçilərin sayından çox idi (Bakı Sovetinin apardığı siyasət nəticəsində çar ordusunun zabitləri kimi pilotlar da "sinfi düşmən" qismində təqib olunmuş, bu isə 1918-ci ilin yay döyüşlərində özünü büruzə vermişdi). Üstəlik, I Dünya müharibəsinin cəbhələrində ingilis təyyarələrinə qarşı döyüş aparmaq təcrübəsi olan türk hərbi hissələri havadan hücum zamanı vahiməyə düşmür, əksinə, atıcı silahlardan açılan atəşlə düşməni uzaqlaşdırırdılar. Nəticədə erməni-bolşevik aviasiyası qarşısına qoyulan tapşırıqları tam yerinə yetirə bilmirdi.
Təyyarələr ardıcıl olaraq təkcə iyulda uçuşlar edib; bu zaman Hacıqabuldan qalxan 2 təyyarə, demək olar ki, hər gün Salyan istiqamətində vuruşan türk-Azərbaycan döyüşçülərini bombalayır və ya kəşfiyyat aparırdı. Sentrokaspi Diktaturasının hərbi rəhbərliyi aviasiyaya xüsusi önəm verirdi. Çar ordusunun aviasiyasında xidmət etmiş pilotlar orduya çağırılır, ingilislərin köməyi ilə hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsi aviadivizionu təşkil edilirdi. Artıq avqustun 1-də Sentrokaspi Diktaturası döyüşlərdə 3 təyyarə istifadə etmişdi. Getdikcə aviasiyanın tətbiqi genişlənirdi. Təyyarələr kəşfiyyat uçuşları aparır, bombalar atır, imkan olduqda pulemyot atəşi ilə qoşunların əməliyyatlarını dəstəkləməyə çalışırdı.
Qafqaz İslam Ordusunun 1918-ci il avqustun 5-də Bakıya hücumunun qarşısını almaq üçün hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsinin, demək olar ki, bütün təyyarələri havaya qaldırıldı. Avqustun 7-si və 8-də Gəncə istiqamətindən Bakı ətrafına yeridilən türk-Azərbaycan qoşunlarının cəmləşməsinin qarşısını almaq üçün təyyarələr Ələt stansiyası və dəmir yollarını bombalayırdı. Hər dəfə atəşlə qarşılanan təyyarələr istədiklərinə nail ola bilmirdi. Döyüşdə zədələnmiş aeroplanlar tezliklə təmir edilirdi, çünki Kuban təyyarə dəstəsinin təyyarələri ingilislərin özləri ilə gətirdikləri təyyarələrdən az fərqlənirdi. Lakin hidroaviasiya divizionunun təyyarələrini bərpa etmək olmurdu, çünki onların ehtiyat hissələri yalnız Petroqradda istehsal edilirdi. Döyüşə yararlı təyyarələrin sayı tədricən azalırdı. Uçuş meydançası Bakının Ermənikənd adlanan hissəsində salınmışdı. Avqustun 10-da Ələt-Puta arasında türk-Azərbaycan hissələrinin sərrast atəşi ilə bir təyyarə vurularaq məhv edildi.
General Denstervil qeyd edirdi ki, avqust-sentyabr döyüşlərində ingilis və Sentrokaspi qoşunlarının əməliyatlarını "iki rus hidroplanı və iki ingilis təyyarəsi" dəstəkləyirdi. Düşmənin hava qüvvələrinin olmaması bizim böyük üstünlüyümüz idi. Lakin sentyabr ayında Bakıda güclü isti küləklər və şimal küləyi əsdiyindən hava kəşfiyyatının istifadə edə biləcəyimiz üstünlükləri meteoroloji şəraitə görə heçə endirildi".
Sentyabrın 1-də Balaxanı yaxınlığında türk-Azərbaycan hissələrini bombardman etmək istəyən bir təyyarə vuruldu və Salyan qışlaları (kazarmaları) yaxınlığında yerə çırpıldı. Bu hadisədən sonra təyyarələrin tətbiqi əhəmiyyətli dərəcədə azaldı, onlardan əsasən kəşfiyyat uçuşları üçün istifadə edildi. Yalnız sentyabrın 12-də bir ingilis təyyarəsi Binəqədi istiqamətində türk-Azərbaycan qoşunlarını bombalamağa cəhd göstərdi. Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilislərin hərbi hissələrini iki aeroplan dəstəkləyirdi.
14 sentyabr döyüşlərinin gedişinə toxunan general Denstervil yazır ki, "iki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və bombalar atırdı". Daha sonra ingilis qoşunlarının Bakıdan təxliyə olunduğunu bildirən general etiraf edir: "türk güllələrinin deşik-deşik elədiyi iki aeroplanı sıradan çıxardıq". Əvvəlki uçuşlar zamanı türk-Azərbaycan qoşunlarının atəşləri ilə qarşılanan ingilis təyyarələri vurulmasalar da, elə zədələr alırdılar ki, ingilislərin və ya onların tərəfkeşlərinin (misal üçün, Muğan qiyamçılarının) nəzarəti altında olan əraziyə uçub çata bilməzdilər. Bu səbəbdən ingilislər onları yararsız hala gətirib Bakıda qoymağa məcbur oldular. Nəhayət, türk-Azərbaycan qoşunları tərəfindən Ermənikənddəki uçuş meydançasının ələ keçirilməsi Sentrokaspi Diktaturası aviasiyasının varlığına son qoydu. Burada uçuşa yararsız vəziyyətdə olan 2 təyyarə qalmışdı.[11]
İkinci Bakı hücumu
redaktə15-ci piyada diviziyasının yardıma gəlməsiylə, Qafqaz İslam Ordusu Komandanlığı 10 sentyabrda bir əmr yayaraq, cəbhədəki bütün hərbi birləşmələrin hücum hazırlığına başlamasını tələb etdi. Şərq Cəbhəsi Komandanlığı və buna tabe olan şimal Qrupu ləğv edilərək, hərəkata başçılıq edəcək Qafqaz İslam Ordusunun tabeliyinə verildi. 5-ci Qafqaz piyada diviziyasında Mürsəl paşa, 15-ci piyada diviziyasında podpolkovnik Süleyman İzzət bəy, Cənub Qrupu hərbi birliklərinə isə polkovnik (albay) Cəmil Cahid bəy komandanlıq edəcəkdi. Podpolkovnik Həlim Pərtəv bəy də Cənub Qrupu tabeçiliyində olan Azərbaycan Türklərindən təşkil olunmuş milislərdən ibarət 4-cü alayı sövq və idarə edəcəkdi.[96] Qafqaz İslam Ordusu Qərargahı ilə 5-ci Qafqaz piyada diviziyasının qərargahı Güzdəkdə, 15-ci piyada diviziyasının qərargahı isə Binəqədidə olacaqdı.[97]
General Deustervilin xatirələrində yazdığına görə, 12 sentyabrda ingilislərə sığınan ərəb əsilli bir əsgər, Bakıya ediləcək əsl hücumun ayın 14-də Qərb cəbhəsindən başlayacağını bildirmişdi. Bu halda, Lənkərandakı rus əhalidən təşkil olunmuş milisin gücü ilə Muğan düzündə Türk ordusuna arxadan həmlə edilməsini düşündü, ancaq vaxtın az olduğunu nəzərə alaraq, bu fikrindən daşındı.[98]
İkinci Bakı hücumundan əvvəl şəhərdə əfval-ruhiyyələr xeyli fərqli idi. Şəhərdəki türklər səbirsizliklə Türk Qafqaz İslam Ordusunun hücuma keçməsini gözləyirdi, rus, erməni və ingilislər isə təlaş içində idilər. Xalq qorxu içindəydi. Sentrokaspi hökuməti də Bakıda növbəti səfərbərlik elan etmişdi. Belə ki, küçəyə çıxan xəstə, axsaq, əlini, bir gözünü itirən kişiləri belə cəbhəyə sürükləyirdilər. Bakıdakı rus əhali isə erməni daşnakların bu hərəkətindən bərk narahat idi. Zorla səfərbərliyə alınanların sayı Sentrokaspi hökumətinin hesabına görə 72 minə çatmışdı. Bunlardan 30 mini rüşvət verərək cəbhəyə getməkdən canını qurtarmışdı. Silah verilmiş min nəfərdən isə, ancaq 3–5 mini cəbhəyə getmişdi. Bunlar arasında peşələrinə görə də hərbi qruplar təşkil olunmuşdu.[99]
Hücum hazırlıqlarını yerindəcə görmək və lazımi təlimatlar vermək üçün Şərq Orduları Qrupu Komandanı Xəlil paşa cəbhə xəttinin ən ön nöqtələrinə qədər getdi. Ordu və diviziya komandirləri ilə cəbhə xəttindəki mövqelərdə məsləhətləşmələr, hücumun necə olacağı barədə fikir mübadiləsi apardı. Mehmetçiyin vəziyyətini yoxladı və onları ruhlandırdı.[100]
Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı, hazırladığı döyüş planına görə, Bakıya əsaslı hücumun sentyabrın 13-dən 14-nə keçən gecə yarısı, qərb istiqamətindən başlanmasını qərara aldı. Düşməni çaşdırmaq üçün də bəzi tədbirlər görüldü. Bakıya hücumun şimaldan ediləcəyi görüntüsünü vermək üçün cəbhədəki ordunun böyük bir bölüyü 3 sentyabrdan etibarən Yanardağ və Binəqədi ətrafına yığılmışdı. Bakı hökumətinin əlində olan təyyarələr, hücum başlayan günə qədər hər gün kəşfiyyat uçuşları keçirirdi və türk əsgərinin şimal bölgəsinə cəlb edilməsini müşahidə edirdi.
Komandirlərin müşavirəsində 15-ci piyada diviziyası komandanı podpolkovnik Süleyman İzzət bəy, hücum haqqında fikirlərini söyləyərkən, 5-ci Qafqaz piyada diviziyasının yerləşdiyi mövqelərdən gecə basqını şəklində hücuma keçmənin uyğun olacağını bildirdi. Əsl hücum qüvvələrinin güclü top atəşinin müşayiəti ilə Biləcərinin şərqindən və bu qəsəbənin yüksəkliklərindən hücuma keçməsini təklif edən Süleyman İzzət bəy azərbaycanlılardan qurulan süvari birliklərinin də Əhmədli bölgəsindən hücuma keçərək, Bakını müdafiə edən düşmənin diqqətini yayındırmasının ağlabatan olduğunu bildirdi. Beləliklə, üzük qaşı kimi əhatə olunan erməni, rus və ingilis ordularının, limandakı gəmilərə minib qaçmalarına fürsət verilmədən, məhv edilmələrini qeyd etdi. Ancaq Komandanlıq bu döyüş planını bəyənmədi.[101]
Qafqaz İslam Ordusu qərargahının bəyəndiyi hücum planı belə idi: düşmənə, türk hərbi qüvvələrinin hərəkəti nəticəsində, əsl hücumun Bakının şimal bölgələrindən başlanacağı görüntüsü verilməli idi. Düşmən yanlış hazırlıq görəcək, o zaman əsl hücum qrupu qərb cəbhəsində toplanan 5-ci Qafqaz piyada diviziyası olacaqdı. Diviziyanın tabeliyindəki qoşun hissələri Hacıhəsən kəndinin şərqindən, Sarıxaçlı Kilsəsi kəndi istiqamətində basqın şəklində irəli hərəkətə başlayaraq, ağır silah işlətmədən, yalnız qumbara və süngü hücumu ilə düşmənin ilk müdafiə xəttinə basqın edərək düşmənin birinci səngərlərini ələ keçirəcəkdi. Bura çatdıqdan sonra dərhal düşmənin ikinci müdafiə xətti üzərinə yeriyərək oranı da işğal edəcəkdi. Bu vaxtlar havanın işıqlanacağı nəzərə alınaraq, 35 topun müşayiəti ilə, vaxt itirmədən irəli hərəkəti davam etdirəcəkdi.[96]
Eyni zamanda zirehli qatar Heybət stansiyasına doğru hərəkət edərək, Qurd qapısı təpəsində yerləşən düşmən mövqelərinə atəş açaraq onların diqqətini özünə cəlb edəcəkdi. Beləliklə, hücuma keçən 5-ci Qafqaz piyada diviziyasının sağ cinahını, düşmənin atəşindən qoruyacaqdı. 5-ci Qafqaz piyada diviziyasının əsl qüvvə mərkəzi sol tərəfdə olacaqdı. Ordu ehtiyatı olaraq ayrılan 106 və 107-ci Qafqaz alayları, Çəkmal kəndi ətrafında yerləşəcək və hər an hazır vəziyyətdə gözləyəcəkdilər. Salyan dəstəsi isə 5-ci Qafqaz piyada diviziyasının əmrində Ələt-Puta bölgəsində dayanacaqdı. Diviziyanı yan tərəfdən qoruyacaq və dəmir yolu ilə əlaqəsini təmin edəcəkdi.[102]
15-ci piyada diviziyası isə düşmənin, əsl hücum istiqaməti zənn etdiyi şimal cəbhəsində idi. Bu diviziyanın vəzifəsi hücum görüntüsü yaratmaq idi. Gecə yarısından etibarən Biləcəri, Balaxanı, Suraxanı və Əhmədli istiqamətlərində, aramsız top və pulemyotların müşayiəti ilə, şimaldan güclü bir hücum başlandığı görüntüsü yaradacaq, kəşfiyyat edərək düşmən üzərinə yeriyəcəkdi. Bu diviziyanın hədəfi Əhmədli bölgəsini ələ keçirərək Bakının şimal və şərq istiqamətlərindən şəhərə girmək idi. Digər tərəfdən də əsl hücumu gerçəkləşdirməli olan 5-ci Qafqaz piyada diviziyasına qarşı əlavə qüvvə göndərilməsinə mane olacaqdı. Beləliklə, qərb cəbhəsindən edilən əsl hücumun uğurla nəticələnməsi üçün heç bir müqavimətlə qarşılaşmadan düşmənin müdafiə xəttinin qərb və şimal istiqamətlərindən parçalamasını təmin edəcəkdi.[103]
Tofiq bəy və ya Maştağa dəstəsi, Balaxanı bölgəsindən Bakıya doğru irəliləyəcək və Zehni bəyin Süvari dəstəsinin qarşısındakı düşməni arxadan mühasirəyə alacaqdı. Zehni bəyin dəstəsi isə Tofiq bəyin dəstəsi ilə birləşərək Əhmədli üzərinə yeriyəcəkdi.[102][104]
Ediləcək hücum haqqındakı Bakı Hazırlanmış Qərargahı 1918-ci ilin 13 sentyabr günü Xəlil və Nuru paşalar ilə diviziya komandanlarına göstərildi.
Türk ordusunun əlavə qüvvələr aldığını görən düşmən ordusunda ruh düşkünlüyü yaranmışdı. Hücum hazırlıqları davam edərkən, son bir neçə gün içərisində Ənzəlidən 900 nəfərlik ingilis qüvvəsi və Dağıstanın Mahaçqala şəhərində olan Biçeraxova tabe qüvvələrdən rusların çoxluq təşkil etdiyi 500 nəfərlik bir qüvvə da Bakıya köməyə gəlmişdi. Bu əlavə qüvvələr belə, Bakıdakı mənəvi məğlubiyyəti aradan qaldıra bilmirdi. Birləşmiş düşmən qüvvələri arasında fərarilik artmışdı. Komandirlər isə sərt tədbirlərə əl ataraq bunun qarşısını almağa çalışırdılar. Türk ordusundan qaçan ərəb əsilli əsgərdən alınan məlumatlar ilə Deustervilin gördükləri və gələn məlumatlar tutuşdurulurdu. Qafqaz İslam Ordusunun Bakıya şimaldan hücum edəcəyi qənaətinə gələn erməni və ingilis hərbi birləşmələrinin böyük əksəriyyəti Heybət-Biləcəri-Balaxanı cəbhəsinə yığılmışdı. Süvari birlikləri isə Bakının qərbindəki Zığ bölgəsində toplanmışdı. Bakının ərzağı dəniz yolu ilə cənubdakı Lənkəran bölgəsindən gətirilirdi. Borular bir az əvvəl Türk ordusu tərəfindən kəsildiyi üçün şəhərdə dəhşətli su qıtlığı yaranmışdı.[85][105]
General Deustervil öz xatirələrində yazdığına görə, 13 sentyabr axşamı Bakıdakı birləşmiş qüvvələrin qərarı belə idi: Sol cinaha Veqsurab başçılıq edirdi. Bibiheybət və Qurd qapısı dağında Stanforda tabe şimal A bölüyü, onun sağında erməni batalyonu, Qurd qapısında rus əsgəri birlikləri, Qurd qapısının şərqində 800 metrlik ərazidə də Stanforda tabe şimal B qrupu yerləşmişdi. Bu bölüyün yanında Hacıhəsən kəndinin qarşısında erməni ordu birləşmələri yığılmışdı. Sol cinahda münasib yerlərdə toplar və ehtiyat qüvvələri yerləşdirilmişdi. Bakıdakı birləşmiş düşmən qüvvələrinin sağ cinahı Kazarovun komandanlığı altındaydı. Bu cinahın sol tərəfini – Hacıhəsən kəndindən Biləcəriyə qədər olan cəbhə xəttini Biçeraxova tabe əsgərlər qoruyurdu. Biləcəri stansiyasından Dərnəgülə qədər olan bölgə də ingilislərin nəzarəti altındaydı. Dərnəgül gölünün şimalında ermənilər, onlardan şərqdə isə yenə də ingilislər yerləşmişdi. Bakı-Binəqədi yolunun şərqindən başlayaraq 3 km-lik bir ərazidə ingilislərin 39-cu alayı, bu cəbhənin sağ üçündə isə ermənilər mövqe tutmuşdu. Birləşmiş qüvvələrin sağ cinahı da kifayət qədər pulemyot, topçu batareyaları və ehtiyat qüvvələrlə təchiz edilmişdi. Cəbhədəki Sentrokaspi ordusuna general Dokuçayev, ingilis hərbi birləşmələrinə də Kayvorth komandanlıq edirdi. Bakı əsas müdafiə xətti isə Sentrokaspi Müdafiə Naziri Baqratun ilə ingilis generalı Deustervilin idarəsi altında idi.[106]
Nuru paşanın verdiyi əmrə əsasən, şimal Cəbhəsində yerləşən 15-ci piyada diviziyası komandanının sərəncamında 38 alay, 2 süvari alayı, Azərbaycan türklərindən ibarət süvarilər və milis batareyaları var idi. Qalan bütün hərbi qüvvələr 13–14 sentyabr gecəsində qərb cəbhəsinə göndərildi.[107] Bakı cəbhəsindən əsl hücuma keçəcək 5-ci Qafqaz piyada diviziyasının tabeliyindəki 9, 10, 13 və 56-cı piyada alaylarının orduları bütün günü bölgədəki dəmir yolunun ətrafında olan vadilərdə düşmən kəşfiyyatçılarından gizlənərək keçirdi. Cəbhədəki topçu dəstəsinin böyük bir bölüyü də 5-ci Qafqaz piyada diviziyasının tabeliyinə verildi. Diviziyanın cəbhə uzunluğu 1500 metr, 15-ci piyada diviziyasının cəbhə genişliyi isə təxminən 30 kilometr olardı. Üstəlik iki diviziyanın sərəncamındakı hərbi qüvvələrin münasibətində də böyük bir qeyri-sabitlik var idi. Qərb cəbhəsindəki 1.500 metrlik sahədə dörd alay döyüşəcəkdi. Belə dar bir sahədə bu qədər ordunun döyüş qabiliyyətini tam göstərərək müharibədə iştirakı bir qədər çətin olardı.[108]
Bakı cəbhəsində döyüşə hazır olan Qafqaz İslam Ordusunda Anadoludan gələn təxminən 8 min türk əsgəri, 7 min də Azərbaycanlı türklərdən ibarət milis qüvvələri dayanmışdı. Türk Qafqaz İslam Ordusunun 5 avqustdakı məğlubiyyətinin üstündən düz 39 gün keçmişdi.[109] Bakıdakı birləşmiş düşmən qüvvələrinin müdafiə xəttini yarmaq üçün 9 və 5-ci alaylar hazırlanmışdı.[110]
Bakıya hücum əmri
redaktəHücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusu Komandanı Nuru paşa, 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə, 14 sentyabr gecə saat 02.00-da hücumun başlayacağını bildirdi.
Qərargahdan "irəli" əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-də Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar 03.00-da verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə işğal etdi.[105]
5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi:
"Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi".
— Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203
9-cu alayın sağ cinahını qorumaq üçün 13-cü alay, 56-cı alayın sol cinahını düşmən hücumundan qorumaq üçün isə ehtiyatdakı 106-cı alay irəli hərəkətə başlamışdı. Ağır toplardan başqa bütün toplar sürətlə ələ keçirilən düşmən səngərlərinə daşındı. Düşmənin birinci müdafiə xəttində yerləşmənin başa çatdığını görən komandirlər, yenidən irəli hərəkətə keçdilər. 56-cı alay səhər saat 06.00-da ikinci müdafiə xəttini də işğal etdi.
Qurd qapısı dağında olan düşmən birləşmələri hərəkətə keçməyə hazırlaşarkən, ora güclü top atəşinə tutuldu və bu hərəkətləri nəticəsiz qaldı.[111] Sallaqxana və Salyan kazarmalarındakı topçu batareyaları da türk topçusunun atəşləri ilə susduruldu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 204 İrəli hərəkəti uğurla davam etdirən 56-cı alay, düşməni geri oturtdu. 13 və 19-cu alaylar da düşmən səngərlərini dağıdaraq, sərt maneələri aşıb qəbiristanlığın qərbindəki düzənliyə çıxmağa müvəffəq oldular.
İkinci Bakı hücumunda qeyri-adi bir şövqlə döyüşən 56-cı alayın əsgərləri, komandirləri başda olmaqla Qurd qapısı cəbhəsindən qaçan düşmənə, Bayıl həndəvərində daha bir ağır zərbə vurdu. Bundan sonra birləşmiş düşmən qüvvələri tamamilə pozuldu və Məhmətçiyin təqibi altında Bakıya tərəf qaçmağa başladı. Xristian qəbiristanlığının yaxınlığındakı Qırmızı kazarma ətrafında cəm olmağa çalışan düşmən birlikləri, top atəşi və 56-cı alayın inadlı təqibi nəticəsində buradan da qovuldular və tamamilə dağılaraq, şəhərin içindəki ara küçələrlə sahilə doğru qaçdılar. Qərb Cəbhəsində nizamı pozulmuş rus, erməni və ingilislərdən ibarət birləşmiş qüvvələr, sahilə yığılaraq, limandakı gəmilərə minməyə çalışırdılar. Lakin sahilə tuşlanan top atəşləri altında buna müvəffəq olmadılar.[112]
Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa-sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu.
"Qəmə"nin önündəki birliklər düşmən cəbhəsini yarmış, şəhərin mərkəzinə doğru irəliləyirdi. Düşmən fasilələrlə əks-hücuma keçir, lakin yenə də olduqları yerə qayıtmaq məcburiyyətində qalırdılar… Bakı qarşımızdaydı… Düşmən ehtiyat qüvvələri şəhərin mərkəzinə doğru çəkilməyə məcbur olmuşdular… Bakı möhkəmləndirilmiş mövqeyinin sol tərəfində, yəni mövqenin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunu batareyaların atəşindən təxmin etmişdik. Sübhdən başlayan döyüş axşama qədər davam etdi. Bu döyüşdə, ara-sıra özümü əlimdə mauzer ön xətlərin arasında gördüyüm anlar da oldu… Bir həmlə zamanı bir sıravinin yalvara-yalvara yanıma soxulduğunu gördüm: "Komandan Paşam, mən səninlə hələ Ərəbistan ellərindən bir yerdə idim. Bax, yenə özünü qorumursan!… Güllə dəyəcək, komandan paşam, az da olsa, başını qorusana?…" Qucaqlayıb, dodaqlarımı, yaşı qırxı keçmiş bu dəliqanlının alnına dayadım. Çiyinlərini buraxanda əlimdə qan izləri gördüm… "Yaralısan, oğlum!…" Əlini çiyninə apardı… Sıxdı, bir ara ağrıdan üzünü turşutdu… "Unutmuşam, komandan paşam!…" dedi, sıçrayışla irəli yüyürdü. Bir ucdan mauzerindəki güllələri doldururdu… Və imperiya dastanı davam edirdi… Yanımdan gənc bir zabitin parçalanmış bədənini keçirdilər. Pulemyot bədəninin bir hissəsini aparmıdı…"
— Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s. 225-226
İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi.
Xatirələrində bunları belə qeyd edir:
"İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi".
— General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263
5-ci Qafqaz piyada diviziyasının əldə etdiyi uğurun davamı kimi, Bakının şimal cəbhəsindən hücuma keçən 15-ci piyada diviziyası da verilən tapşırığı layiqincə yerinə yetirirdi. Birləşmiş düşmən qüvvələri, şəhərin şimal bölgəsində olan 5-ci Qafqaz piyada diviziyasının cəbhəsindəki hərbi qüvvələri möhkəmləndirməmişdi. Qafqaz İslam Ordusunun döyüş planı və taktikası uğurla həyata keçmişdi. 15-ci piyada diviziyası, gecə yarısından etibarən 40 nəfərlik güclü kəşfiyyat qolları halında düşmən mövqelərinə yaxınlaşdı. Bu şəkildə tərəflər arasında piyada döyüşlərinin başladılması, düşmənin diqqətini şimal cəbhəsinə çəkirdi. Biləcəri yüksəklikləri istiqamətində hərəkətə başlayan 38-ci alay, düşmənin müdafiə xəttinə girdi və çətin bir müharibəyə başladı. Birləşmiş düşmən qüvvələrinin müdafiə xəttinə 500–600 metr yaxınlaşdığı zaman, düşmənin Biləcərinin şərqində gizlətməyə müvəffəq olduğu altı pulemyot, türk əsgərinin sağ tərəfini güclü atəşə tutdu. Bu səbəbdən böyük itkilər oldu. Piyada diviziyası komandanlığı sərəncamına ağır toplar verilmişdi.
Diviziya komandiri yarbay (podpolkovnik) Süleyman İzzət bəy bu alayı gücləndirmək üçün bir neçə ağır top göndərilməsini tələb etdi. Bununla da, qərb cəbhəsi ilə şimal cəbhəsi arasında sıxışdırılacaq düşmən birliklərinin tam məhvinə nail olunacaqdı. Şimal cəbhəsində alınan əsirlərdən əldə edilən məlumata görə, 38-ci alayın lap qarşısında, 100-ü ingilis, 700-ü rus və 800-ü ermənilərdən ibarət olan təqribən 1.600 nəfərlik düşmən qüvvələri yerləşirdi. Əllərində isə ikisi uzun mənzilli olmaqla 12 top və 16 pulemyot vardı.[113][114]
Komandanlıq, 107-ci Qafqaz alayına 38-ci alayı sağ cinahdan qorumaq tapşırığı vermişdi. Ancaq güclü atəş altında qaldığı üçün, tapşırığı yerinə yetirmək çətinləşirdi. 107-ci Qafqaz alayı günortadan sonra iki diviziyanın arasındakı boşluğu doldurmaq üçün Hacıhəsən kəndi ətrafına göndərilmişdi. Bir saata yaxın davam edən qanlı müharibədən sonra 38-ci alay, saat 15.00 radələrində Biləcərinin cənubundakı yüksəklikləri ələ keçirə bildi. Biləcərinin yüksək yerlərində yerləşmiş və üstün atəş mövqeyi tutan düşmənin sayı bu bölgədə təxminən 2 min nəfər idi. Düşmən birləşmələrinin iri çaplı topları qarşısında, dörd kiçik çaplı topla mübarizə aparan 38-ci piyada alayı, irəli hərəkətini qəhrəmanlıqla davam etdirərək, axşamüstü saat 19.00 radələrində Bakının bir kilometrliyinə qədər irəlilədi.[113][115]
Şimal cəbhəsinin şərqində 15-ci piyada diviziyasının rəhbərliyi altında döyüşən və Azərbaycanlı türklərdən ibarət olan Maştağa dəstəsi isə Sabunçunu ələ keçirdi. Bakının şərqində mövqe tutmuş Zehni bəyin dəstəsi də Əhmədli istiqamətində irəliləyərək əhəmiyyətli uğurlar əldə etdi.[113][116]
Maştağa dəstəsi – Tofiq bəyin dəstəsi Sabunçu stansiyasını ələ keçirdi. Bu dəstə, sayı bilinməyən piyadalar ilə 100 süvari və beş topdan ibarət olan düşmən qüvvələrinə qarşı Hövsandan hücuma keçdi və Əhmədli bölgəsinə tərəf irəlilədi.[113][117]
5-ci Qafqaz piyada diviziyası da verilən tapşırığı uğurla yerinə yetirmiş və Bakının kənar məhəllələrinə qədər soxulmuşdu. Küçə döyüşlərində tələfat verilə biləcəyi düşüncəsiylə, saat 16.00-da hərəkətə ara verildi. 14 sentyabr 1918-ci il axşamında 5-ci Qafqaz piyada diviziyası, sağdan olmaqla 13, 9, 56 və 10-cu alayları ilə Xristian qəbiristanlığı-Sallaqxana-Qırmızı kazarma-Ağ kazarma xəttində mövqe tutmuşdu.[105][118]
İkinci Bakı hücumunun birinci günündə yaşanan qanlı döyüşlərdə 56-cı alay bir zabit və 16 sıravi şəhid vermiş, iki zabit və 74 sıravi yaralanmışdı. 15-ci piyada diviziyasına tabe olan 38-ci alaydan bir zabit şəhid olmuş, bir zabit və 116 sıravi yaralanmışdı. 5-ci Qafqaz piyada diviziyasına tabe 56-cı alaydan isə bir zabit, on altı sıravi şəhid olmuş, iki zabit və 47 sıravi yaralanmışdı.[119]
General Deustervil, ikinci Bakı hücumunun birinci günündə Qafqaz İslam Ordusu qarşısında müqavimət göstərməyin bir fayda verə bilməyəcəyi qənaətinə gəldi. İngilis birliklərinə axşam saat 20.00 radələrində geri çəkilmə əmri verdi. Saat 22.00-da isə bütün ingilis hərbi birləşmələri Kreyzer gəmisinə minmişdi. İngilislərin Bakıdan aralanmasına mane olmaq məqsədilə Sentrokaspi üzvlərindən Liyamlin və Sadovski, Deustervil ilə görüşmək üçün Kreyzer gəmisinə gəldilər. Sadovski Deustervilə xitabən hökumət adından bir məktub gətirdiyini və şəhərin müdafiəsindən qaçmaması gərəkdiyini bildirdi. İngilis birliklərinin geri çəkilməsinin xəyanət kimi qiymətləndiriləcəyini və buna qarşı sərt tədbirlər görüləcəyini bildirərək, hərbi birləşmələrin yenidən cəbhənin müdafiə xətlərinə göndərilməsini tələb etdi. Türklərin hələ şəhərə girmədiyini və müharibəni davam etdirəcəklərini də qeyd etdi.
General Deustervil də Sadovskiyə bu cavabı verdi:
"Mənim Bakıdan getməyim heç də xəyanət deyildir. Çünki mənim fikirlərim sizin hökumətə bəlli idi. Mənim hərbi qüvvələrim heç bir kömək almadan 16 saat döyüşdülər. Sizin əsgərləriniz isə çox zəif döyüşürdülər. Belə bir vəziyyətdə mən əsgərlərimin həyatını qurban vermələrinə razı olmaram. Hərbi birləşmələrimin dərhal cəbhənin ön sıralarına sövq edilməsinə gəlincə, dəyişdirilmədən və yardım almadan 16 saat vuruşmaq, fiziki baxımdan mümkün deyildir. Mən belə bir əmr verməyəcəyəm və elə indicə yola çıxıram."[120]
İngilis birləşmələri Bakı və ətrafında qaldıqları gün ərzində 180 əsgərini itirmişdi.
İngilislərin geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərinə yığılaraq Mahaçqala istiqamətində yola düşdülər.
Beləliklə general Deustervilin sərəncamındakı ingilis hərbi qüvvələri sentyabrın 14-dən 15-nə keçən gecə Bakıdan ayrılaraq Ənzəliyə doğru hərəkət etdi. Qafqaz İslam Ordusu qarşısında Bakının qorunmasında iştirak edən qüvvələrdən yalnız yerli rus və erməni daşnaklarının hərbi birləşmələri qalmışdı.[121]
Bakıya hücumun ikinci günü
redaktəBakının kənar məhəllələrində olan Məhmətçiyin üzərinə, gecə boyunca ara-sıra pulemyot və piyada tüfəngindən atəş açılırdı. Bakını müdafiə etməyə çalışan düşmən qüvvələri, şəhərin qərb bölgəsindəki Qırmızı kazarma ətrafında toplaşmışdı. Türk topçusunun səhərə yaxın başladığı hazırlıq atışı tamamlandıqdan sonra, 5-ci Qafqaz piyada diviziyasına bağlı 13, 19 və 56-cı alaylar, havanın işıqlanmasıyla bərabər şəhərə girməyə başladılar. Erməni və rus əsgərləri, ara küçələrdə, yaxud da gizləndikləri binaların üstündən atəş açırdılar. Bu həmlələr planlı bir müqavimət deyildi. Bu son müqavimətlər də fayda vermədi və qısa sürən küçə döyüşləri də dayandırıldı. Rus və erməni birliklərinin böyük qisminin gəmilərlə qaçmaq üçün limana yığışdıqları məlum olan kimi, sahil boyu güclü top atəşinə tutuldu. Bu arada Bakı körfəzi açıqlığındakı Nargin adasının ətrafında, şəhərdən qaçan ingilis əsgərlərini daşıyacaq yeddi gəmi hərəkətə hazır vəziyyətdə gözləyirdi. Birləşmiş düşmən qüvvələri Bakıdan qaçarkən, şəhərdəki yanacaq məntəqələri və bəzi başqa əhəmiyyətli yerləri yandırmış bir neçə ölü gördük. Ordu komandanı verdiyi telefon əmrində "şəhərdəki yanğının söndürülməsini və təslim olan ermənilərin qorunmasını" tələb etdi. Ancaq şəhərdəki işğal hələ o nöqtəyə çatmamışdı.[122][123]
İngilislər, Çanaqqalada ağır bir məğlubiyyətə uğramışdılar. Bundan sonra İraqda Qut yaxınlığında onları ağır bir şəkildə məğlub edən və komandirləri general Thovnsendi əsir alan Xəlil paşa, bu dəfə də Bakıda ingilislərə, Birinci dünya müharibəsindəki ən ağır üçüncü məğlubiyyəti dadızdırmaq üzrəydi. Xəlil paşa cəbhədəki ən yüksək rütbəli komandir olmasına və hücumu idarə etməsinə baxmayaraq bəzən hücum edən ən ön sıralarda, əlində silah vuruşurdu.
Bakıda olan ingilis qüvvələrinin hamısı "Avropa" və "Metropol" otellərində yerləşmişdilər. Türk topçusunun hədəfi bu otellər idi. General Deustervil isə komandir gəmisində yerləşmişdi. Xalq arasında ingilislərin Bakıdan qaçmağı xəbəri sürətlə yayılırdı. Deustervil, şəhərin müdafiə oluna bilməyəcəyini anlamış və hakimiyyətdəki Sentrokaspi hökuməti ilə görüşərək, yaralı, xəstə və yaşlıların evakuasiya olunmasını təklif etmişdi. Bu məsləhətləşmələrdən sonra, ingilislərin şəhərdən qaçmağa başladığını anlayan Bakı hökuməti, Türk komandirləri ilə təmas yaradıb şəhərin təslim edilməsi üçün şərtlərin hazırlanmasını qərarlaşdırdı. Bu qərar ingilislərlə Sentrokaspi hökuməti arasında Barışıq Şərtlərinin razılaşdırılacağı bir zamanda, Məhmətçiyin üzərinə atəş açılması və bunun nəticəsində çox qiymətli komandir və əsgər heyətinin öldürülməsi, Süleyman İzzət bəyi hövsələdən çıxarırdı. Evlərin damında qurulan pulemyot atəş nöqtələrinin hamısını top atəşi ilə susdurmağı əmr etdi. Bir çoxu vurulduqdan sonra əllərində ağ bayraq tutmuş dörd erməni, saat 14.30-da 38-ci piyada alayına müraciət edərək, saat 16.00-da təslim olacaqlarını bildirdi. Onlara verilən bu vaxt tamam olduqdan sonra, ermənilər əllərindəki silahlarla birlikdə təslim olmağa başladılar.[124]
Qaraşəhərdə erməni və rusların silahı atıb təslim olduqları ilk saatlarda 800 piyada tüfəngi və 6 pulemyot təhvil verildi. İki zabit və 80 sıravi təslim oldu. Lakin küçə aralarında gizlənib Məhmətçiyə atəş açan erməni və rus əsgərlərinin böyük bir hissəsi mülki paltar geyərək camaata qarışmışdılar. Bu canilər haqqında bir tədbir görülə bilmirdi.[125][126]
İkinci Bakı hücumunda Azərbaycan milislərinin gücündən də kifayət qədər istifadə olundu. Maştağa dəstəsi Qışla məntəqəsini döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi isə Zığ təpələrinə sığınan iki yüz erməni daşnak və bolşevik rus əsgərinə böyük ziyan vurdu və geri oturdaraq şəhərin şərq tərəfini tamamilə öz nəzarəti altına götürdü. Ləzgi süvari alayı da nəzarət və mühafizə tapşırığı ilə Zığ təpələrində yerləşdirildi.[127]
Bakı küçələrində saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Artıq təslim olmaqdan başqa çarələri qalmamışdı. Hələ 14 sentyabrda Bakının kənar məhəllələrinə girən türk əsgəri, tələfat verməmək üçün irəliyə hərəkəti dayandırmışdı. Türklərin şəhərə girmək istədiyini görən ingilislər, gəmilərə minərək səhər saatlarında Bakıdan qaçmışdılar. Erməni və rus komandirləri ilə şəhər rəhbərləri də gəmilərlə qaçırdılar. Buna görə də birləşmiş düşmən qüvvələrində böyük bir çaxnaşma meydana gəlmiş, cəbhələri və qoşunları tamamilə dağılmışdı.[127]
Bakıda küçə döyüşləri davam edərkən, saat 10.30 radələrində İran bayrağı ilə ağ bir bayrağın olduğu bir avtomaşının 13-cü alaya doğru yaxınlaşdığı göründü və bu barədə 5-ci Qafqaz piyada diviziyası qərargahına xəbər verildi.[128][129]
İranın Bakı Konsulluğu ilə birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni əsilli komandiri, şəhərin təslim olacağını bildirdilər. Şəhərin təslim olması ilə əlaqədar görüşlərin, Bakıda iqtidarda olan Sentrokaspi hökuməti ilə İran, İngiltərə, ABŞ, İsveç və Danimarka konsulluqları və ya təmsilçilərinin də iştirakı ilə həyata keçirilməsini təklif etdilər. Yeni təkliflər Nuru paşaya çatdırıldı. 5-ci Qafqaz piyada diviziyası rəisi podpolkovnik Rüştü bəyin, bu təmsilçilərlə Bakıya gedərək, şəhərin təslim olma şərtlərini həll etməsi uyğun bilindi.[130]
Bakıya gedən Qərargah rəisi Rüştü bəy şəhərdə tam bir qarışıqlığın hökm sürdüyünün, azərbaycanlılarla ermənilər və fars əsilli iranlılar arasında küçə döyüşləri başlandığının, erməni daşnakların küçələrdə atəş açaraq türkləri qətlə yetirdiklərinin şahidi oldu.
Rüştü bəy, gördüklərini belə dilə gətirmişdi:
"Maşınımız bu atəşlər arasından keçərək irəliləyərkən, bir güllə sürücünün əlinə dəyib barmağını yaraladı. Yanımızdakı erməni əsilli cəbhə komandiri, kiminləsə görüşəcəyini bildirərək, öz qərargahlarının qarşısında maşından düşdü. Bu arada evlərindən çıxan bir neçə qadın, kişi həyəcanla maşınımızı dövrəyə aldılar. Onları sakitləşdirməyə çalışdığım zaman "Türk zabitləri fransızca bilirmi?" sualını verdilər. Bəlkə də mənim türk olduğumu zənn etməmişdilər. Lakin İran konsulu təsdiq edəndə, heyrətləri daha da artdı. Bundan sonra Danimarka Konsulluğuna getdik. Qapıları bağlı idi. Çətinliklə açdıraraq içəri girdik. Konsulluqdan baxıldığı zaman şəhərin ətrafındakı yüksək yerlərdə olan əsgərlərimiz aydın görünürdü. Konsul, digər konsullara və şəhər bələdiyyə rəhbərlərinə də telefonla xəbər verdi. Bu əsnada şəhərdə küçə döyüşləri getdikcə qızışırdı. Erməni əsgərlərin axın-axın konsulluğun önündən həyəcanla keçdiklərini görürdük. ġəhərin vaxtında təslim edilməsini və xalqla ermənilər arasındakı ziddiyyətlərin təcili surətdə dayandırılmasını təşkil etməyi konsuldan xahiş etdim. Ancaq nümayəndələrin yığılıb maşınla konsulluğa gəlməsi gecikirdi. Nəhayət, ağ bayraqlı üç-dörd maşından ibarət bir kolon şəklində hərəkət edərək firqə qərargahına gəldik."[131][132]
Bakının təslim edilməsi
redaktəBakıdan gələn heyətə, şəhərdə yaşayan insanlara heç bir zərər verməyəcəyinə dair Türk Qafqaz İslam Ordusu Komandanlığında hazırlanan bildirişlər verilərək, bunu xalq arasında yaymaq göstərişi verildi. Beləliklə də, küçə döyüşləri tezliklə dayandırılaraq, daha çox şəhid və yaralı verilməsinin qarşısı alınmış oldu.[125][133]
Hacıqabulda yerləşən Cənub Qrupu Komandanı Cəmil Cahid (Toydəmir) bəy Bakı Mövqe Komandiri vəzifəsinə təyin olundu və axşama doğru şəhərə girdi.[134]
Şəhərdə asayişi bərpa və mühafizə etmək minbaşı Fəhmi bəyin başçılığı altında iki batareya ilə 56-cı alaya həvalə olundu.[135] Şəhərin şərq hissəsindəki Qaraşəhər bölgəsini isə bir batareya ilə 38-ci piyada alayının qoruyacağı qərara alındı. Düşmən gəmilərinin Bakını bombalamasının qarşısını almaq üçün şəhərin qərb bölgəsindəki Bayıl təpələri ilə şərqdəki Zığ təpələrinə də topçu batareyası yerləşdirildi.[125]
Qafqaz İslam Ordusu Komandanlığına verilən raportlara görə, Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alındı. Bakıda olan təxminən 5–6 min ingilis piyadası 100 pulemyot və 20 top ilə gəmilərə minib Ənzəliyə yollanmışdı. Rus və ermənilərin əsas qüvvələri isə gəmilərlə Dağıstana – Mahaçqalaya getmişdilər. Qafqaz İslam Ordusunun ehtiyacını ödəmək üçün Kürdəmir sursat anbarında olan 500 qutu mauzer və 200 rus piyada tüfəngi Puta stansiyasına gətirildi. Şəhər iqtisadiyyatını nəzarətə götürmək üçün də bəzi komissiyalar yaradıldı.[136][137]
Nuru paşa qəhrəmanlıqla döyüşərək Bakını azad edən Məhmətçiyin bu xidmətinin əvəzini ödəmək lazım olduğunu bilirdi. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakını zəbt etmələri münasibətilə bütün diviziyalara təbrik göndərdi. Təbrikdə deyilirdi:
"Bakının ələ keçirilməsi üçün edilən müharibələrdə xidməti olan bütün zabit və sıravilərin hər birinə, göstərdikləri şücaət və fədakarlığa görə təşəkkür edirəm. İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya, xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq, 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm".[138][139]
Bakını qorumaq və türklərə təslim etməmək tapşırığı alan ingilislər, 14 sentyabr gecəsində gəmilərə minmişlər və saat 22.00-dan etibarən Cənubi Azərbaycandakı Ənzəliyə getmək üçün limandan ayrılmağa başlamışdılar. Verilən tapşırığı yerinə yetirməyən və böyük itkilər verərək, üzgün və əzilmiş bir şəkildə geri çəkilmək məcburiyyətində qalan ingilislərin 39-cu Briqada Komandanı general-leytenant Deustervil Ənzəliyə çatan kimi vəzifəsindən kənarlaşdırıldı. Yerinə isə general Tomson gətirildi.
Rus və ermənilərdən ibarət düşmən qüvvələri də 5–6 min piyada, 100 pulemyot və 20-yə qədər top ilə gəmilərə doluşaraq şimaldakı Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərinə getmişdilər. Dağıstana qaçan bu qüvvələr, Dərbənddə olan Kazak Biçeraxovun ordusunda xidmətə qəbul olundular. Bir qismi də fərarilik edərək evlərinə və kəndlərinə qayıtdı.[140][141]
İkinci Bakı hücumunun başlandığı ilk günün axşamından 15 sentyabr günorta saatlarına qədər Xəzər dənizindəki gəmi, paraxod və kiçik dəniz vasitələrinə doluşan çox sayda əsgər və mülki əhali, şimala doğru hərəkət etmişdi. İngilislərin Bakıya girməsindən az əvvəl həbs olunan 26 Bakı komissarı və onların lideri Qırmızı Şef Stepan Şaumyan ilə Vəzirov, Əzizbəyov, Caparidze, Korqanov, Fioletov kimi kommunist liderlər, Qafqaz İslam Ordusu Bakıya girməmişdən qabaq həbsxanalardan çıxarılıb, Xəzər dənizinin şimalındakı Astraxana aparılacaqları söylənərək, "Türkmən" adlı gəmiyə mindirildilər. İngilislər, Şaumyan və silahdaşlarını Türkmənistanın Xəzər dənizi yaxınlığındakı Krasnovodsk (indiki Türkmənbaşı) şəhərinə gətirdilər. Türkmənistanda ingilislərin dəstəklədiyi Beloruslardan ibarət "Sosialist İnqilabçıları" deyilən bir qrupa təhvil verdilər. Onlar da bu kommunistləri Qaraqum çölünə gətirərək güllələdilər. Bu hadisədən yalnız bolşevik Bakı hökumətinin "Dövlət başçısı" elan etdiyi erməni əsilli Mikoyan sağ qalmışdı.[142]
Türklərin Bakıya girməsi xəbəri, Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşaya 16 sentyabr 1918-ci il tarixində bildirildi. Nuru paşanın bununla bağlı şifrə teleqramı belə idi:
Surət:
"Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15.09.334-də saat 9 radələrində zəbt edilmişdi. Bütün ordunun, xüsusilə minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir. Təfsilat ərz olunacaqdır. – N 424-".[143]
Azərbaycanın və Bakının düşmən işğalından qurtuluşu münasibətilə Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşa ilə bir çox dövlət nümayəndələri, 29 yaşlı gənc komandir Nuru paşanın şəxsində türk əsgərini bu uğur münasibətilə təbrik etmişdi. Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşa ilə yanaşı Nuru paşaya da məxsusi bir mesaj göndərmişdi. Mesajda belə deyilirdi:
"Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm."[144]
Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşaya da şəxsi bir təbrik teleqramı göndərdi. Ənvər paşa, teleqramda bir tərəfdən Xəlil paşanın şəxsində qəhrəman türk əsgərini təbrik edir, digər tərəfdən də Qafqaz İslam Ordusuna verəcəyi yeni tapşırıqlara işarə edirdi:
"Bakı uğuru münasibətilə gözlərindən öpərək təbrik edirəm. Bakını zəbt edən birliklər bir az dincəldikdən sonra, Azərbaycanda hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura, Mahaçqala və sairəni işğal və oralara gedən kadrlara əsas olmaq şərti ilə dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, mürəkkəb bir dəstə halında şimala sövq etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və Rəştin də tezliklə işğalı üçün geriyə alınacaq qüvvənin münasib bir dəstəsinin Xəzər dənizi sahillərini təmizləyərək, cənuba göndərilməsini və bu surətlə Təbriz – Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə hərəkəti rica edirəm".[145]
Bu teleqramdan da başa düşüldüyü kimi, Qafqaz islam Ordusunun yeni tapşırıqlar üçün hazırlıqları qısa vaxtda bitirməsi tələb olunurdu. Ənvər paşa, ilk olaraq Bakı və Azərbaycanda istiqlalın təmin edilməsindən sonra, ordunun Dağıstan və Cənubi Azərbaycana girərək, buralardakı düşmən işğalına son qoymağını istəyirdi. Cənubi Azərbaycanda isə ingilis işğalı davam edirdi. Dağıstan və Şimali Qafqazda da bolşevik ruslar ilə Çar tərəfdarı rus kazakı Biçeraxovun tabeliyindəki hərbi qüvvələrin təzyiqi və zülmü hakim idi.
Qafqaz İslam Ordusu Bakıda
redaktəŞərq Orduları Qrupu Komandanı Xəlil paşa və ikinci Bakı hücumunu idarə edən Türk Qafqaz İslam Ordusu Komandanı Nuru paşa 16 sentyabrda Güzdəkdəki müvəqqəti Ordu Qərargahından hərəkət edərək Bakıya daxil oldular. Komandirlər, əvvəlcə Qırmızı kazarmanın yaxınlığında saat 10.00-da təşkil olunmuş rəsmi keçid mərasimində iştirak etdilər.[146]
Mərasimdə şəhərdəki asayişi təmin edən 56-cı alaydan başqa, cəbhədə döyüşən hərbi qüvvələrin hamısı iştirak etdi. Keçid mərasiminə podpolkovnik Süleyman İzzət bəy rəhbərlik edirdi. 5 və 15-ci piyada diviziyalarından 9, 10, 13, 38, 106 və 107-ci alaylar və süvarilər, eləcə də döyüşlərdə istifadə olunan 59 pulemyot və müxtəlif çaplı 50 ədəd top da iştirak edirdi. Qalib komandirlər at üstündə mərasim meydanına daxil oldular və Süleyman bəy tərəfindən təqdim edilən raportu qəbul etdilər. Mehmetçiyin kef-halını soruşduqdan sonra, alayları tək-tək müşahidə etdilər. Daha sonra manqa qolu ilə bir rəsmi keçid oldu.[147]
İki saat davam edən mərasimdən sonra, qəhrəman türk hərbi birləşmələri xristian qəbiristanlığının altındakı yolla irəliləyərək, sonradan Məşədi Əzizbəyovun heykəlinin ucaldıldığı meydana, oradan da indiki Fəxri Xiyabanın önündən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Milli Məclisinin önündəki küçələrdən keçərək, Çəmbərəkənd qəbiristanlığına, indiki Şəhidlər Xiyabanının olduğu yerə gəldilər. Qəbiristanlığın kənarındakı yolu tutaraq, Bakı Sovetinin yerləşdiyi İstiqlaliyyət prospektinə çatdılar. Xəlil paşa, Nuru paşa və Fətəli Xan Xoyski ilə bəzi dövlət adamları, bugünkü Əlyazmaları İnstitutunun yerləşdiyi binanın eyvanında qəhrəman Məhmətçiyin keçidinə tamaşa etdilər.[137]
Qafqaz İslam Ordusunun keçdiyi yolun hər iki tərəfində yerli əhali dayanmışdı. Qadın-kişi, qoca-cavan və uşaqlar küçə və meydanlara axmışdı. Xalq sevinc göz yaşları tökür, Məhmətçiyi alqışlayır və bağrına basırdı.
Nuru paşa Bakının qurtuluşu münasibətilə xalqa müraciətlə bir nitq etdi. Bu nitqdə xalqın öz gündəlik işi ilə məşğul olmasını, Azərbaycan hökumətinin ən qısa zamanda vəziyyətə nəzarəti ələ alacağını və günahkarların cəzalandırılması üçün tədbirlər görəcəyini elan etdi. Nuru paşa dil, din və irq ayrılığına yol verilməyəcəyini, hər kəsin qanunlar qarşısında cavabdeh olacağını, insanların can və mal mühafizəsinin Azərbaycan hökumətinin təminatı altında olduğunu bildirdi.
İsmailiyyə Sarayının qarşısında yerləşən ikimərtəbəli otel, Nuru paşa üçün ayrıldı. Mürsəl paşa bir vaxtlar Müzəffərəddin şah Qacarın qaldığı oteldə yerləşdi. Xəlil Paşa isə tezliklə Təbrizə qayıtmalı olduğu üçün Zeynalabdin Tağızadənin evində qonaq edildi.[148]
Nuru paşa Bakıda asayişi bərpa etmək məqsədi ilə bir əmr verdi. Bu əmrə görə əhali, ov tüfənglərindən başqa əllərində olan bütün silahları axşam saat 18.00-a qədər təhvil verməli idi. Silahını təhvil verməyənlərin güllələnəcəyi bildirilirdi. Bakının Quba, Qurubağ, Parapet, Vağzal, Bulvar meydanlarında və şəhər körpüsündə dar ağacları quruldu. Müharibə qaydalarına görə günahı olanlar buralarda edam edilirdi. Şəhərdə axşam saat 19.00-dan səhər saat 7.00-a qədər küçəyə çıxmaq qadağan edilmişdi. Beləliklə də, şəhərdə sabitlik qorunub saxlandı.[149]
Şərq Orduları Qrupu Komandanı Xəlil paşa da Bakının azad edilməsi gününü və şəhərə girişi bu cümlələrlə ifadə edir:
"Şəhərdə gecə-gündüz silah səsləri eşidilirdi. Şəhər ingilislərin nəzarəti altında olanda, bolşeviklər və ermənilər yerli camaata qarşı böyük bir qətliam hərəkatına başlamışdılar. ġəhərin hər məhəlləsində ermənilər yerli əhalidən "cəsəd qalaları" qurmuşdular… Və bütün vəhşiliklərini ortaya qoymuşdular… Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənərək öldürülmüşdülər… İndi növbə yerli camaatın idi. Onları dayandırmaq çətin idi… Düşmən qalıqları və ermənilər küçələrdə yerə sərilirdilər… Güclü hərbi qüvvələrin köməyi ilə türkləri qətl etmə "şücaətini" göstərən ermənilər, indi onlarla eyni səviyyədə olan yerli türk əhali qarşısında bir sürü kimi ovlanırdılar."[150]
Komandirlər Bakıya girərkən xalqın duyğuları ilə ermənilərin təlaşlarını yüzbaşı Səlahəddin bəy belə ifadə edir:
"Bakıdakı erməni və ruslar əmniyyət altında olmaq istəyirdilər. Onlardan bir qrupu Xəlil paşanın yanına gəldi. Aralarında alman, erməni, rus və digər millətdən olan insanlar vardı. Halları pərişan idi. Kimi yaralanmış, kimi qorxmuşdu. Geyim və hərəkətlərindən savadlı, varlı adam təsiri bağışlayırdılar. Evlərinin qarət edildiyini, ailələrinin zorakılığa məruz qaldığını söyləyirdilər. Şəhərdə aramsız güllə səsləri eşidilirdi. Küçə döyüşlərinin davam etdiyi hiss olunurdu."[151]
Bakının işğaldan qurtarıldığı gün Qurban bayramına təsadüf etmişdi. Xalq iki bayramı bir yerdə keçirirdi. O gün günortadan sonra 19 ilə 36 yaş arasında olan azərbaycanlı milislərdən təşkil olunmuş qazi milislər, Qurban bayramı şərəfinə, 4 günlük məzuniyyətə buraxıldılar.[152]
Azərbaycan və Bakı düşməndən təmizlənərək əsl sahiblərinə qaytarılmışdı. Lakin Şimali Qafqazdakı Dağıstan işğal altında idi. Azərbaycanlıların yaşadığı Dərbənd, Mahaçqala və Temirxan-Şura kimi yerlərin azad edilməsi vacib idi. Qarabağ bölgəsi də ermənilərin işğalı altındaydı. Şimali Qafqaza 15-ci piyada diviziyası, Qarabağ bölgəsinə isə 1-ci Azərbaycan diviziyası hərbi hərəkət edəcəkdi.[153]
Bakıda xidmət edən 56-cı alay tabe olduğu 15-ci piyada diviziyasına qatılaraq öz yerini 13-cü Qafqaz alayına verdi. 15-ci piyada diviziyası, Şimali Qafqaza hərəkət etmək üçün Biləcəri və Xırdalan məntəqələrində toplaşmağa başladı. 9-cu və 106-cı alaylar da 5-ci Qafqaz piyada diviziyasından ayrılaraq, 1-ci Azərbaycan diviziyasının əsasını təşkil etməklə bu diviziyanın tabeliyinə verildi. Qarabağ hərbi hərəkətinin bitməsindən sonra 9-cu alayın bu diviziyanın özəyini təşkil edəcəyi qərara alındı.[154]
Bakı sahillərində təslim olmayan beş düşmən gəmisi qalırdı. Mövcud topların atəş mənzilindən uzaqda dayanıb gözləyirdilər. Bu səbəbdən Qafqaz İslam Ordusu bu gəmilərə qarşı istifadə etmək üçün Qarsdan dörd ədəd uzun mənzilli 10,5-lik qaubitsa topu istədi. Toplar Qarsdan Biləcəri stansiyasına 30 sentyabrda gəldi.[155]
Almaniya Bakıda bir hərbi hissə yerləşdirmək istəyirdi, ancaq əvvəllər onların bu istəklərinin qarşısı alınmışdı. Bakı ələ keçdikdən sonra şəhərə girə bilmək üçün yollar axtarmağa başladılar. Gürcüstanda olan alman hərbi qüvvələri komandanı, Qərargah rəisi, podpolkovnik Qoltz, Bakının heç olmasa açıq şəhər olması üçün təbliğat aparırdı. Alman zabitləri, Bakıya hücum zamanı şəhərdə yaşayan yerli əhalinin xristianlara basqın edərək onları tamamilə məhv etmələrinin şahidi olduqları haqda, Avropa və İstanbulda əsası olmayan şayiələr yaymaqda davam edirdilər. Podpolkovnik Qoltz, Bakıda yaşayan almanların mühafizəsi üçün bir batalyon əsgər göndərəcəyini bildirdi. Bütün israrlara baxmayaraq, Xəlil və Nuru paşalar və Azərbaycan hökuməti bu istəyi qəbul etmədilər. Bu istəkləri də baş tutmayan almanlar, bu dəfə də Bakıya, podpolkovnik Qoltzun başçılığı altında bir əsgəri heyət göndərmək istədiklərini bildirdilər. Bu istək "az sayda personal" gəlməsi şərti ilə qəbul edildi. Böyük bir heyətlə yola çıxan Qoltzun qatarı relslər xarab olduğu üçün Gəncə yaxınlığında dayanmalı oldu. Alman zabiti yanında bir neçə zabit və sıravi ilə Bakıya çata bildi. Eyni günlərdə, Bakıda olan Avstriya hərbi heyəti isə bundan əvvəl ruslar tərəfindən Şərqi Avropada əsir alınan və Nargin adasında saxlanılan əsgərlərini götürərək, Bakıdan Tiflisə getdi.[156]
Bakıya girən Türk ordusu xalqın qarşılaşdığı əzab və zorakılığı, qətliamı araşdırdı. ġərq Ordusu Qrupu Komandanı Xəlil paşa Bakıda yaşayan əhalinin qarşılaşdığı erməni və rus vəhşiliyini bu cümlələrlə bildirmişdi:
"Bakı ingilislərin nəzarəti altında olarkən ermənilər və bolşeviklər yerli xalqa qarşı geniş bir qətliam hərəkatına başlamışdılar. Ermənilər şəhərin hər məhəlləsində türklərin cəsədlərindən bir qala qurmuş və bütün vəhşiliklərini ortaya qoymuşdular. Kiçik uşaqlar qala bürcləri olmuş, qadınlar ayıb yerlərindən süngülənmiş və bıçaqlanmışdılar".[157]
Qafqaz İslam Ordusu Komandanı Nuru paşa isə Hərbi Nazir və Baş Komandan Ənvər paşaya 16 sentyabrda göndərdiyi raportda belə deyilirdi:
"Bakının qurtarılması əsnasında, şəhərdə asayiş təmin edilincəyə qədər, ermənilərlə yerli türklər arasında silahlı münaqişələr meydana gəlmişdi. Türk əsgərləri sabitliyi bərpa edənə qədər keçən müddətdə, bəzi qarət hadisələri də baş vermiş, ancaq bu qarət və talanı bakılı türklərin deyil, iranlı fəhlələrin törətdikləri məlum olmuşdur. Bu vəziyyət qarşısında ordunun dərhal müdaxiləsi sayəsində, qarətçilərdən 100-dən çoxu tutulub edam edilmişdir. Bu tədbirlər nəticəsində şəhərdə asayiş təmin olunmuşdur. Bundan razı qalan hər millətdən olan əhali və ziyalılar Türk Ordusuna təşəkkür etmişlər. Ancaq Bakıdakı bu qarşılıqlı münaqişə zəminində ölənlərin vəziyyətini, İran, Danimarka və İsveç Konsulluqlarının, Almaniya və Avstriya nəzdində protest edəcəkləri xəbərini aldım. Bu protestin səbəbi, bizim, şəhərdə asayişi vaxtında təmin edə bilməməyimiz fikrini ortaya atmaqla, buradakı əcnəbiləri və xristianları himayə etmək üçün Alman və Avstriya əsgərinin Bakıya gəlməsini təmin etməkdir. Bu hərəkətin Almaniyanın tərtib etdiyi bir plan olduğunu hiss edirəm. Parakuinin teleqrafla ərz edəcəyim bugünkü halı bunu sübut etdi".[158]
Nuru paşa Baş Komandan Vəkili Ənvər paşaya 22 sentyabr 1918-ci il tarixində göndərdiyi bir raportda isə bunları qeyd edir:
"Bakının zəbti günü bir qisim islamlar, bir qisim ermənilər ilə bir neçə rusu öldürmüş və qarət etmişsə də, bu hal ermənilərin keçən 31 martda müsəlmanlara qarşı törətdikləri qətliamın yüzdə birini təşkil etməz. Bu dəfəki qarətləri törədənlərin əksəriyyəti iranlı fəhlələr olmuşdur. Ordu tərəfindən verilən əmrə görə, qarətçilərdən 100-dən çoxunun tutulub edam edilməsi qarətin qarşısını dərhal almışdır. Bu gün Bakıda asayiş tam nəzarət altındadır".[159]
Reaksiyalar
redaktəRusiya
redaktəBolşevik Rusiya Bakının əldən çıxmasına görə bərk narahat idi. Daxili İşlər Komissarı Çiçerin Moskvadakı Alman Baş Konsulu Hauşildə 19 avqust 1918-ci il tarixində verdiyi notada Qafqazda cərəyan edən hadisələr barədə məlumat verdikdən sonra alman və türk hökumətlərinin verdikləri sözə əməl etmədiklərini bildirmiş və Bakının Türk ordusu tərəfindən ələ keçirilməsinin tam mənasıyla bir fəlakət olduğunu qeyd etmişdi. Çiçerin Bakı neftinin Rusiya və onunla iqtisadi əməkdaşlıq edən ölkələr üçün əhəmiyyətli olduğunu qeyd etmişdi. Sovet Rusiyasında Bakı neftindən almanlara pay veriləcəyi təqdirdə Berlin hökumətinin türklərə mane olacağı ideyası hakim idi.
Sovetlərin Berlin təmsilçisi Joffe 14 sentyabr 1918-ci il tarixində Moskvaya göndərdiyi raportda, türklərin Bakıya hücumunun almanlar tərəfindən mütləq dayandırılacağını bildirmişdi. Bakının Türk Qafqaz İslam Ordusu tərəfindən ələ keçirildiyini öyrənən Çiçerin 19 sentyabrda Joffeyə göndərdiyi teleqrafda Türklərin Bakıda "misli görünməmiş bir vəhşilik" törətdiyini iddia edərək, alman hökumətinin diqqətini bu məsələyə yönəlmək istəmişdi. Çiçerin, Osmanlı Dövlətinin Brest-Litovsk Müqaviləsini də pozduğunu və dolayısıyla Sovet hökumətinin bundan sonra Türkiyə ilə sülh və əməkdaşlıq münasibətində olmadığını bildirdi. Bakının Türk Ordusu tərəfindən ələ keçirilməsinin Almaniyada nəşr olunan bəzi qəzetlərdə müsbət bir hal kimi dəyərləndirilməsi, Moskva ilə Berlin arasında qarşlıqlı notaların verilməsi və münasibətlərin gərginləşməsi ilə nəticələndi.
Bakının Türk Ordusu tərəfindən ələ keçirilməsindən sonra, Sovet Rusiyası Osmanlı Dövləti ilə əlaqələri kəsmək qərarına gəldi və bunu Almaniyaya da bildirdi. Rus Bolşevik hökuməti Daxili İşlər Komissarı Çiçerin, Osmanlı Dövləti Xarici İşlər Naziri Əhməd Nəsimi bəyə də 20 sentyabr 1918-ci ildə bir nota göndərdi. Bu nota, bolşeviklərin və Çiçerinin imperialist əməllərini, erməni tərəfkeşliyini və Qafqazda yaşayan türklərin yaşamaq hüquqlarını tanımaq istəmədiklərini açıqca ortaya qoyurdu. Notanın xülasəsi belə idi:
"Rusiya və Türkiyə arasında 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsi ilə yeni ərazi və siyasi münasibətlər təsdiq edilmişdi. Buna baxmayaraq, Osmanlı Dövləti üç sancaqda (Qars, Ərdahan və Batum) keçirilən xalq səsverməsində bir çox qanunsuzluğa yol vermişdir. Buralarda yaşayan xristianlara (ermənilər nəzərdə tutulur) zorakılıq edilmiş, irəli gələnləri öldürülmüş, qarətlər olmuşdur. Yəni səsvermə arzuolunan şəkildə keçməmiş və deməli məsələ öz həllini tapmamışdır. Müqaviləyə əsasən əldə olunan atəşkəsə görə hərbi hərəkətin də dayandırılması lazım idi. Bu həyata keçmədiyi kimi, Türk ordusu yerli partizanlarla (azərbaycanlı türklər nəzərdə tutulur) əməkdaşlığa girmiş, rus hökumətinin torpaqlarını ələ keçirmiş, qəsəbə və kəndləri talamış, xristianları (ermənilər nəzərdə tutulur) öldürmüşdür. Sovet hökuməti bunlara qarşı çox etiraz notası göndərmişdisə də, bir nəticə alınmamışdır. Ən son olaraq Türk Ordusu, Rusiya hökumətinin ən əhəmiyyətli şəhərlərindən biri olan Bakıya həmlə etmiş və onu ələ keçirmişdir. Bakıda çox sayda mülki əhali öldürülmüş və qarət edilmişdir. Osmanlı Dövləti, Rusiyanın etiraz notalarına həqiqətə uyğun olmayan cavablar vermişdir. Son altı ayda Osmanlı hökuməti Rusiyanın protestlərinə əhəmiyyət vermədən, Brest-Litovsk müqaviləsini dalbadal pozmuşdur. İndi də Rusiyanın ən əhəmiyyətli limanlarından birinə əl qoymuş və orada dağıntılara yol açmışdır. Bununla da Rusiya ilə Osmanlı Dövləti arasında artıq Brest-Litovsk müqaviləsinin qüvvədə olmadığını göstərmişdir".[160]
Osmanlı dövləti də bu etiraz notasına qarşı Əhməd Nəsimi bəy vasitəsilə Çiçerinə 24 sentyabrda belə bir cavab vermişdir:
"Osmanlı Dövlətinin Brest-Litovsk müqaviləsinin şərtlərini pozulduğuna dair bolşevik hökumətinin irəli sürdüyü bəzi maddələrin həqiqəti əks etdirmədiyi və düzgün başa düşülməsi məqsədilə aşağıdakı düzəlişlərin edilməsi zəruridir: Brest-Litovskda imzalanan müqavilənin 4-cü paraqrafının 2-ci bəndindəki maddələr ilə bu müqavilənin əlavə mətninə əsasən, Türkiyə və Rusiya, Osmanlı Dövlətinə keçəcək yerlərin ruslar tərəfindən boşaldılması məsələsini yoluna qoyacaqdı. Osmanlı ordusu gələnə qədər ruslar o yerlərdə asayiş və sabitliyi qoruyacaq və partizanların silahlarını alıb, onları dağıdacaqdı. Lakin Rusiya hökuməti bu müqavilənin şərtlərinə görə hərəkət etmək əvəzinə, işğal altında olan bölgələrdən öz qoşunlarını çəkdi və oralarda partizanlar qaldı. Bu partizanlar, oradakı müsəlman əhalinin həyatı, namusu və mal-mülklərinə qarşı hər cür təcavüzə son qoymadılar. Qafqazda qurulan üçlü birləşmiş dövlət isə Brest-Litovsk müqaviləsini tanımadı, bizə keçəcək üç sancağı boşaltmadı və biz oralara döyüşərək girmək məcburiyyətində qaldıq. Biz oralarda xalqa zülm etmədik. Bütün iddialar yanlışdır. Bizim əleyhimizə səs verənlər yerlərində qaldılar. Böyük bir çoxluq təşkil edən müsəlmanların isə bizə səs vermələri normaldır. Rusiyanın, Brest-Litovsk müqaviləsinin 4-cü maddəsiylə ümumi və dövlətlərarası hüquq baxımından üç sancaqdakı yeni vəziyyətə müdaxilə etməməyi vəd etdiyi nəzərə alınarsa, hal-hazırda bu sancaqlarla maraqlanmaq üçün hansı hüquqi əsaslara sahib olduğunu təyin etməkdə, Osmanlı Xarici İşlər Nazirliyi çətinlik çəkməkdədir. Bakıda ingilislər vardı və onlara qarşı da hərəkət etdik. Üstəlik, Osmanlı ordusuna Brest-Litovsk sülhü xəttinə, yəni Osmanlı hüdudlarına qədər çəkilmələri əmri verilmişdir."[161][162]
Osmanlı Dövlətinin Berlin Böyük elçisi Rifat paşa 29 sentyabrda İstanbula göndərdiyi məlumat notasında rusların, Bakı məsələsi həll olunmayana qədər, Birinci dünya müharibəsində dustaq edilən türk əsgərlərinin azadlığa buraxılması məsələsini dayandırdığını bildirdi.
Türk əsgərinin Azərbaycanın köməyinə gəlməsinin və Bakının işğaldan azad olmasının daşıdığı mənanı, Azərbaycan Cümhuriyyətinin ilk Milli Məclis Sədri Məhəmməd Əmin Rəsulzadə 15 sentyabrın birinci ildönümü münasibətilə yazdığı bir məqalədə dilə gətirmişdi:
"Türk ordusunun, Azərbaycan və Bakı üzərinə hər hansı bir müdaxiləsi və işğalından danışmaq mümkün deyildir. Çünki Ənvər paşa Türk əsgərinin Azərbaycanda qala bilməsi üçün lazım olan xərcləri ödəmək üçün Osmanlı Dövləti büdcəsindən ayda 50.000 lirə pul vəsaiti ayrılmasını tələb etmişdir. Üstəlik, Azərbaycan hökumətindən, mümkün olan ən qısa müddətdə milli ordu qurmalarını rica etmişdir. İstilaçı bir dövlət, müstəmləkəsinə qətiyyən borc pul verməz və milli ordu qurulmasını da istəməz. Əgər Türk Ordusu işğalçı olsaydı, Azərbaycan, xüsusilə də Bakı əhalisi, hansı əsasla Sentrokaspi Diktaturası və ingilislərdən şəhəri qurtarmaq uğrunda şəhid olan Türk əsgərlərinin xatirəsinə abidə ucaltmaq üçün özləri öz aralarında pul toplayardı?"
— Azərbaycan qəzeti. 15 Sentyabr 1919[163]
Almaniya
redaktəOsmanlı Dövlətinin müttəfiqi olan Almaniya, Türk Ordusunun Bakıya girməsini heç bir zaman qəbul etməmişdi. Buna mane ola bilmədiyi kimi, türk əsgəri ilə bərabər bu hərəkatda iştirak da edə bilmədi. Bu səbəbdən Berlində böyük bir həyəcan yaşanırdı. Sədrəzəm (baş vəzir) Tələt paşa Almaniyadakı bu həyəcanı yatırmaq üçün Berlinə getdi. Türkiyənin öz gələcəyini təhlükədən qorumaq istədiyini bildirən Tələt paşa, eləcə də, Qafqazdakı türk və müsəlman xalqların yenidən təşkilatlanmasını təmin etməyə çalışdıqlarını bildirdi. Tələt paşa, Türkiyənin, Batum sülh müzakirələrində təsdiq edilən ərazilərdən başqa, hər hansı bir torpaq iddiasında olmadığını bildirdi. Tələt paşa, bu və ya buna bənzər hərəkətləri vaxtı ilə Rusiyanın da etdiyini və bunu da Balkanlarda yaşayan "Slavyan qardaşlarına və ortodoks xristianlara" kömək etmək şəklində izah etdiyini bildirdi. Türkiyənin də Qafqazdakı türk və müsəlman əsilli xalqlara əlindən gələn köməyi göstərməyə çalışdığını qeyd etdi. Alman hökuməti isə Tələt paşanın irəli sürdüyü görüşlərlə razılaşmadı. Bununla da kifayətlənməyərək, bolşevik Rusiyanın Berlin səfirindən türklərin istəkləri barədə nə düşündüklərini soruşdular. Ruslar isə buna cavab olaraq, Osmanlı Dövlətinin Zaqafqaziya hökuməti ilə sülh müqaviləsi bağlamasının mümkün olmadığını bildirdi. Bu dövlətin heç bir ölkə tərəfindən tanınmadığını bildirən rus səfiri, dolayısı ilə ölkə ərazisinin də Rusiyanın bir parçası olduğunu qeyd etdi. Türk ordusunun, rus hərbi birləşmələrinin çəkilməsinin təmin etmək üçün müddət qoymadığını irəli sürən rus nümayəndəsi, türk əsgərinin heç bir xəbər vermədən hərəkətə keçdiyini iddia etdi. Bolşevik Rusiyanın Qafqazda Azərbaycan və Dağıstan Cümhuriyyətlərinin qurulmasını arzulamadığını və bu ölkələri də tanımadığını ifadə etdi.[164]
Almanlar, Qafqazda türk hakimiyyəti və nüfuzunun artmasını heç bir zaman istəmirdi. Bu istək və arzularını Gürcüstanda və Bakının qurtuluşunda müxtəlif vasitələrlə büruzə vermişdilər. Baş vəkil (sədrəzəm) Tələt paşaya qarşı bu iradlarını Berlində açıq şəkildə söylədilər. Almanlar Tələt paşanın 10 sentyabrda verdiyi memorandumda göstərilənlərə qoşulmayacaqlarını, bolşevik rusların fikirləri ilə şərik olduqlarını bəyan etdilər. Almanların yürütdüyü siyasət, öz məqsədlərinə uyğun idi. Çünki, qərb cəbhəsində çıxılmaz vəziyyətə düşən Almaniya, bolşevik Rusiyasını narazı salmaq istəmir, qərb sərhədlərində yeni bir cəbhə açılmasını arzu etmirdi. Nəticədə, Almanlar Tələt paşanın 10 sentyabr 1918-ci il tarixli memorandumuna 12 sentyabrda verdikləri cavabda "Osmanlı Dövlətinin Qafqazda müstəqil dövlətlər qurmaq arzusunu tamamilə təqdir etməklə bərabər", Gürcüstanın tanınması Azərbaycan və Şimali Qafqaz Cümhuriyyətlərinin isə "tanınmaması" gərəkdiyini bildirdilər.
Tələt paşa Berlində olduğu müddətdə bolşevik Rusiyasının Berlindəki səfiri Yoffe ilə də görüşdü. Bakının rus bolşevik və erməni daşnak qüvvələrindən tamamilə təmizlənməsi Moskvada böyük bir çaxnaşma yaratmışdı.[165] Bolşevik liderlər, Berlin səfirinə verdikləri təlimatda, Bakı məsələsinə görə Tələt paşa ilə görüşməsini və "Bakının türklər tərəfindən Sovetlərə təslim edilməsini təmin etmək üçün" müzakirələr aparmasını istəyirdilər. Tələt paşa isə hər hansı bir torpaq parçasını bolşevik ruslara təslim etməyin mümkün olmadığını, eləcə də Türkiyənin Qafqazdakı millətlərin daxili işlərinə əsla qarışmayacağını açıq şəkildə bəyan etdi.[166]
İngilis general Deustervil Bakıdan çəkildikdən sonra, şəhərdə təxminən 3–4 min erməni silahlısı qalmışdı. Bunlar hərbi formalarını çıxarıb mülki paltar geyinərək küçələrdə türk əsgərinə pusqu qururdular. Yerli əhalinin evlərinə basqınlar edərək onları qətlə yetirirdilər. Küçə döyüşlərində hər iki tərəfdən ölənlər olmuşdu. Ancaq qısa müddətdə şəhərdə asayiş bərpa edilmişdi. Almanlar bu hadisələri təhrif edərək öz istədikləri kimi qələmə vermişdilər.
General Ludendorff xatirələrində bu barədə bunları qeyd edir:
"Bir çox sisternalı vaqonu olan Batum-Tiflis-Bakı dəmir yolu, Türkiyə ilə razılaşdırılaraq Von Kress tərəfindən işlədiləcəkdi. Əsl məsələ Bakıya necə çatmaq idi. Sovet hökumətinə qarşı göstərilən cəsarətsizlik, orada da operativ və qəti hərəkət etməmizə mane oldu. İngilislər Ənzəlidən Xəzər dənizini keçərək bizdən əvvəl Bakıya girdi. İngilislər Bakıya girməklə Kubandakı könüllü ordu (Çar tərəfdarı general Alekseyev ilə Denikinin komandirlik etdiyi və Xəzər dənizindən şimalda yerləşən Belorus ordusu) ilə əlaqəyə girdilər. Onlar Bakıda bizim əlimiz çatan yerdə idilər. Az bir qüvvə ilə uğurlu bir basqın mümkün olardı. Baş idarə Tiflisə bir neçə batalyon süvari göndərib, Nurunun birliklərini də onlara qataraq, bir basqın hazırladı. Bu birliklərin daşınması başa çatmamışdı ki, Nuru Bakını aldı. Bundan sonra da Bolqarıstan hadisələri ordularımızı Rumıniyaya daşımağa vadar etdi".[167]
Makedoniya cəbhəsi süqut etməsəydi, Qafqaz İslam Ordusunun şəhərə girməsinə baxmayaraq almanlar Bakıya əsgər göndərməkdə israrlı olacaqdılar. Osmanlı Dövləti isə bunun qarşısını almaq üçün hər üsula əl atmışdı. Bakıya ordu soxa bilməyən almanlar podpolkovnik Von der Goltzu 60 nəfərlik bir dəstənin müşayiəti ilə göndərmək istədilər. 26 sentyabrda Gəncəyə çatan Von der Goltz burada üç gün qaldıqdan sonra ancaq 2 oktyabrda Bakıya çata bildi. Beləliklə də Von der Goltzun Bakıdakı işlərə qarışmasının qarşısı alınmış oldu.[168]
Qələbənin 100 illiyinin qeyd olunması
redaktə2018-ci il sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda ediblər. Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi baş tutub.
2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da parada gətirilib.
Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olub. Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib.
Türkiyə Silahlı Qüvvələrinin "Mehtəran" birliyi "Mehtər marşı"nın sədaları altında Azadlıq meydanına daxil olub. "Mehtəran" birliyi tribuna ilə üz-üzə dayanaraq "Əsgər marşı"nı ifa edib. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.[169]
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006
- Nasir Yücəər, Birinci Dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı. Ankara, 1996
- Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, Bakı, 2003
- Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II cild
- Süleyman İzzet, Büyük Harpte (1334–1918) 15. Piyade Tümeninin Azerbaycan ve Şimali Kafkasyadaki Harekât ve Muharebeleri, Askerî Matbaa, 1936.
- Rüştü Türker, Birinci Dünya Harbi'nde Bakû yollarında 5 nci Kafkas Piyade Tümeni, Genelkurmay Askerî Tarih ve Stratejik Etüt Başkanlığı, 2006.
- Missen., Leslie. Dunsterforce. Marshall Cavendish Illustrated Encyclopedia of WWI, vol ix. Marshall Cavendish Corporation. 1984. 2766–2772. ISBN 0-86307-181-3. (#missing_pipe); (#redundant_parameters)
- L. C. Dunsterville. The Adventures of Dunsterforce. London, Edward Arnold, 1920.
- Captain Cecil G. Judge. With General Dunsterville in Persia and Transcaucasus Arxivləşdirilib 2007-08-31 at the Wayback Machine
- Балаев, А. Г. Азербайджанское национальное движение в 1917–1918 гг. Институт Археологии и Этнографии АН Азербайджана. Баку: Елм, 1998. [ölü keçid]
- Walker, Christopher. ARMENIA: The Survival of a Nation. New York: St. Martin's Press. 1980. səh. 260. ISBN 0-7099-0210-7. (#redundant_parameters)
- Pasdermadjian, Garegin. Why Armenia Should be Free: Armenia's Role in the Present War. Hairenik Pub. Co. 1918. səh. 45.
- Missen, Leslie. Dunsterforce. Marshall Cavendish Illustrated Encyclopedia of WWI, vol ix. Marshall Cavendish Corporation. 1984. 2766–2772. ISBN 0-86307-181-3. (#missing_pipe); (#redundant_parameters)
- Northcote, Dudley S. "Saving Forty Thousand Armenians". Current History. New York Times Co.,. 1922. İstifadə tarixi: 12 December 2008.
- Swietochowski, Tadeusz. Russian Azerbaijan, 1905–1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 2004. ISBN 978-0-521-52245-8.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 (Missen 1984, С. 2766-2772)
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh. 27
- ↑ "The Diaries of General Lionel Dunsterville: 1911–1922". 2007-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.
- ↑ L. C. Dunsterville. From Baghdad to the Caspian in 1918. The Geographical Journal, Vol. 57, No. 3 (Mar., 1921), pp. 153—164
- ↑ "The Diaries of General Lionel Dunsterville 1911–1922". 2007-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.
- ↑ Mehman Süleymanov. Qafqaz islam ordusu və Azərbaycan. — Bakı, 1999, s. 356
- ↑ Qulamhüseyn Məmmədov. "Bakı uğrunda diplomatik mübarizə". 15 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ Yale, William (1968) Near East: A Modern History p. 247
- ↑ Dadyan, Khatchatur(2006) Armenians and Baku, p. 118
- ↑ "MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) – I Yazı". 2019-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
- ↑ 1 2 "MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) – II Yazı". 2020-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
- ↑ 1 2 Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 243
- ↑ 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 571
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 109–110
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 108–109
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 112
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 113–114
- ↑ 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 572
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 114–119
- ↑ 1 2 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 121
- ↑ 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 573
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 116–122
- ↑ 1 2 Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 245
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 24
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 122–123
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 186
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 243 – 245
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 244
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam ordusu və ermənilər, Bakı, 2006, səh 192
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 246–247
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 247–248
- ↑ 1 2 Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 248
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 197
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 195
- ↑ Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 22
- ↑ Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 97–98
- ↑ V. E. D. Allan, P. Muradov, Türk-Qafqaz sərhədindəki müharibələrin tarixi (1828–1921) Genelkurmay mətbəəsi, Ankara, 1966, s. 456
- ↑ Nasir Yücəər, Birinci Dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı. Ankara, 1996, s. 103
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 182
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 134
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, 123–124.
- ↑ 1 2 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 126
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 124
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 127
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 574
- ↑ 1 2 3 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 130
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 250
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 253 – 254
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 254
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 199
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 255
- ↑ 1 2 Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 256
- ↑ 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 575
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 129
- ↑ 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 576
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 266–279
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 132
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 133
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 271
- ↑ 1 2 Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 275
- ↑ 1 2 Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 302
- ↑ 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 578
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 137
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 138–139
- ↑ 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 579
- ↑ 1 2 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 139.
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 579–580
- ↑ 1 2 3 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 140
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 580
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 143
- ↑ 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 581
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 281–282
- ↑ 1 2 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 149
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 216
- ↑ Yücəer, Birinci Dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı, 78–79
- ↑ 1 2 3 4 5 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 582
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran (1917–1918), Tiflis, 1925, s. 189
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran (1917–1918), Tiflis, 1925, s. 195
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 195
- ↑ N. Yaqublu – Məhəmməd Əmin Rəsulzadə, Bakı, 1992, səh. 246
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 147
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 256
- ↑ İsmayıl Berkok, Böyük hərbdə Şimali Qafqazdakı fəaliyyətlərimiz, 15-ci firqənin hərəkatı və döyüşləri. 94 saylı "Hərbi məcmuənin 44 saylı tarix qismi, Hərbi mətbəə, İstanbul, 1934, s. 38
- ↑ smayıl Berkok, Böyük hərbdə Şimali Qafqazdakı fəaliyyətlərimiz, 15-ci firqənin hərəkatı və döyüşləri. 94 saylı "Hərbi məcmuənin 44 saylı tarix qismi, Hərbi mətbəə, İstanbul, 1934, s. 38
- ↑ 1 2 3 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 194
- ↑ Yücəər, Birinci Dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı, 110.
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 156–160–163
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 164–168
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 176
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 175–176
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 234
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 173
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 171
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 180
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 247
- ↑ 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 585
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 192
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 257–258
- ↑ Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 335
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 30
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 38 – 39
- ↑ 1 2 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 586
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 39.
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s.41
- ↑ 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 587
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 261
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 198
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 53
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 39
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 203
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 205
- ↑ 1 2 3 4 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 588
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 41
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 42–44
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s.40–44
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 44.
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 208
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 207
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 269
- ↑ General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 272
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 589
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 211
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 46–47
- ↑ 1 2 3 Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 591
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47
- ↑ 1 2 Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 57
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s, 587
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 211.
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 212
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 590
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 212–213
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47.
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 213.
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 592
- ↑ 1 2 Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 214
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 214–215
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 47–48
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 215
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 48.
- ↑ Kurat, Türkiyə və Rusiya, s. 5
- ↑ Şövkət Sürəyya Aydəmir, Makedoniyadan Orta Asiyaya Ənvər paşa, III c, İstanbul, 1995, s. 425.
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 264
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s, 592.
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 591.
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 48
- ↑ Nizaməddin Xəlil Onk, Yeni Azərbaycan Cümhuriyyəti qurularkən, "Türk dünyası tarix dərgisi, 1992, s. 34–35
- ↑ Nizaməddin Xəlil Onk, Yeni Azərbaycan Cümhuriyyəti qurularkən, "Türk dünyası tarix dərgisi, 1992, s.35
- ↑ Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s. 227–230
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 278
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 49
- ↑ Süleyman İzzət, Böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və Şimali Qafqazdakı hərəkat və döyüşləri, s. 50
- ↑ Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 21
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 594.
- ↑ Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 593 – 698
- ↑ Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s. 227.
- ↑ Yusif Hikmət Bayur, Türk inqilabı tarixi, III c, IV qisim, Türk Tarix Qurumu nəşriyyatı, Ankara, 1991, s. 235
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 306
- ↑ Kurat, Türkiyə və Rusiya, s. 690
- ↑ Kurat, Türkiyə və Rusiya, s. 693–694
- ↑ Bayur, Türk inqilabı tarixi, III c, III qisim, s. 242
- ↑ Yücəər, Birinci Dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı, s. 124
- ↑ Kurat, Türkiyə və Rusiya, s. 521–522
- ↑ Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 98.
- ↑ Kurat, Türkiyə və Rusiya, s. 525–555
- ↑ Bayur, Türk inqilabı tarixi, III c, IV qisim, s. 237
- ↑ Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 317
- ↑ "Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-15.
Xarici keçidlər
redaktə- Süleyman Gündüz, Kafkas İslam Ordusu Arxivləşdirilib 2012-06-20 at the Wayback Machine, Sənədli film, TRT.