Bukaramanqa - Wikipedia
Bukaramanqa (isp. Bucaramanga) — Kolumbiyanın şimal-şərqində şəhər, Santander departamentinin inzibati mərkəzi.[2]
Şəhər | |
Bukaramanqa | |
---|---|
7°07′07″ şm. e. 73°06′58″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 22 dekabr 1622 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 959 ± 0 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 0057 7 |
Poçt indeksi | 680001–680011 |
Digər | |
bucaramanga.gov.co | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 716,5 min (şəhər ətrafı ilə təqribən 1,23 mln.; 2011) nəfərdir.[2]
Coğrafiyası
redaktəŞərqi Kordilyer dağlarının qərb yamacında, 960 m yüksəklikdədir. Nəqliyyat qovşağı. Bukaramanqadan Panamerika avtomobil yolu (Santa- Fede-Boqota–Karakas, Venesuela hissəsi) keçir. Dar dəmiryoları Bukaramanqanı Puerto-Vilçes (Maqdalena çayı sahilində liman şəhəri) ilə əlaqələndirir.[2]
Tarixi
redaktəBukaramanqa 1622-ci ildə salınmışdır. 1860–80-ci illərin ortalarında kinə ağacı qabığı yığılmasının iri mərkəzi idi; sonralar kinə ağacı əkinləri tədricən qəhvə, tütün və s. plantasiyaları ilə əvəz olundu.[2]
Mədəniyyəti
redaktəMüqəddəs ailə baş kilsəsi (1887); Santander sənaye universiteti (1947), Bukaramanqa muxtar universiteti (1952, universitet statusunu 1974-cü ildə almışdır), İpəkçilik institutu; etnoqrafiya və tarix, müasir incəsənət (1989-cu ildə yaradılmışdır) muzeyləri; Botanika bağı var. Xidmət sferası (təhsil, səhiyyə, qəhvə və tütün ticarəti və s.) inkişaf etmişdir. Aparıcı sənaye sahələri: yeyinti (un, şokolad, içki və s.), tütün, yüngül (toxuculuq, tikiş, ayaqqabı, həsir şlyapaların istehsalı), sement, kimya, neft-kimya. Bukaramanqa kənd təsərrüfatı rayonu mərkəzidir (hünd. 900–2000 m olan yamaclarda qəhvə, 900 m-ədək yamaclarda tütün, həmçinin kakao, pambıq plantasiyaları; maldarlıq, ipəkçilik). Bukaramanqa yaxınlığındakı Kaliforniya qəsəbəsində uran filizləri çıxarılır.[2]
Qalereya
redaktə-
Bukaramanqada Floridablanka və Kanaveral stansiyası
-
Bukaramanqa Paloneqro Aeroportu
-
Həndəsə elminə həsr olunmuş abidə
-
Santander sənaye universiteti, Humanitar fakültə
-
Bukaramanqada Müasir İncəsənət muzeyi
-
Dann Karlton oteli
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 2005 census of Colombia.
- ↑ 1 2 3 4 5 Bukaramanqa// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 57. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.