Fezl Bin Mehemmed - Wikipedia
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü.
Fəzl bin Məhəmməd | |
---|---|
| |
Gəncə əmiri | |
985 – 1031 | |
Əvvəlki | Mərziban bin Məhəmməd |
Sonrakı | Əbülfəth Musa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Atası | Məhəmməd bin Şəddad |
Uşağı | Əbülfəth Musa |
Ailəsi | Şəddadilər dövləti |
Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir.[1][2] İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır[3], xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil.
Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir.
Ailəsi
redaktə4 övladı vardı:
- Musa
- Əbüləsvar Şavur
- Əskuya
- Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi. Mənuçöhr öldürüldükdən sonra Əbu Mənsurla evləndi.
İstinadlar
redaktəMənbələr
redaktə- C.E Bosworth. "Arran". Encyclopaedia Iranica
- Douglas M. Dunlop. The History of the Jewish Khazars, Princeton, N.J.: Princeton University Press, 1954.
- Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3.
- Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. (#accessdate_missing_url)