Min Sulalesi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Min sülaləsi — 1368-1644-cü illərdə Çində iqtidarda olmuş sülalə.
Tarixi dövlət | |||
Min sülaləsi | |||
---|---|---|---|
明朝 | |||
|
|||
|
|||
Paytaxt | Pekin | ||
Dilləri | Çin dili | ||
Rəsmi dilləri | Çin dili | ||
Dövlət dini | buddizm, Daosizm, Konfutsiçilik | ||
Valyuta | Bimetallizm | ||
Ərazisi | 6,500,000 km² | ||
Əhalisi |
|
||
İdarəetmə forması | Monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMin sülaləsi 1368-1644-cü illərdə Çində hakimiyyətdə olmuşdur. Bu sabitlik, firavanlıq və Çinin Şərqi Asiyada təsirinin bərpası dövrü idi. Ədəbiyyat, elm və incəsənət bu dövrdə yenidən inkişaf etməyə başlamışdı. İmperiya birbaşa hökumətə tabe olan qubernatorların idarə etdiyi 15 əyalətə bölünmüşdü. İmperator Tay-tszu, hökuməti Tan sülaləsi prinsiplərinə uyğun qurmuşdu. O, konfutsi ideyalarına qayıdış elan edərək hakimiyyətin mərkəzləşməsinə çalışırdı. Tay-tszu dövlət işlərini təkbaşına həll etmək istəyirdi, lakin onun buna gücü yetmədi. Buna görə də o, ətarfına vicdanlı məmurları yığıb Böyük katiblik yaratmalı oldu. İnzibati aparat dövlət imtahanı əsasında formalaşırdı.
Tay-tszunun əmri ilə bütün ölkədə qəza, mahal və vilayət məktəbləri yaradıldı. Bu məktəblərin daha qabiliyyətli şagirdləri paytaxt məktəbinə - Qotszıtszyana üz tuturdular. Bu məktəbinməzunları dövlət imtahanı verməyə buraxılırdılar. Bundan əlavə əyalətlərdə ilkin imtahan vermiş şəxslər də imtahanlardan keçə bilərdilər.
1385-ci ildə "məmur istehsalı" sistemində köklü dəyişikliklər edildi. Əgər sınaqdan keçən şəxs imtahanlarda birinci və ya ikinci dərəcəli tszinşi kateqoriyası alırdısa, onu Xanlin Akademiyasında xidmətə göndərirdilər ki, buradan da o, yüksək dövlət vəzifəsinə təyin oluna bilərdi. İmperator Çju Yuançjanın bu və digər islahatları ona gətirib çıxardı ki, onun hakimiyyəti dövründə dövlət imtahanlrı düz XX əsrin sonuna qədər demək olar ki, dəyişiklikliyə uğramadan fəaliyyət göstərən sistem şəklini aldı. Nankindəki ilk paytaxt Çinin iqtisadi cəhətdən uzaq rayonunda idi. Buna görə də vətəndaş müharibəsindən sonra taxt-tacı ələ keçirmiş imperator Çen-tszu (Yun Le) 1421-ci ildə paytaxtı Nankindən Pekinə köçürdü. Onun rəhbərliyi altında Qapalı şəhər kimi də məşhur olan imperiya sarayı tikilmişdi.
Min dövrünün ikinci yarısında avropalılarla əlaqələr qurulmağa başladı. Monqolların hakimiyyəti zamanı çinlilərin alçaldılması ilə bağlı xatirələrə üstün gəlmək üçün Min imperatorları əcnəbi olan hər şeyə yuxarıdan baxırdılar. XVI-XVII əsrlərdə avropalı tacirlər Çinə səfər etdikdə Min hökmdarları onlarla tabeliyində olan şəxslər kimi davranırdılar. Bundan başqa, çinlilər belə hesab edirdilər ki, avropalıların ticarət fəaliyyəti qaçaqmalçılıq və dəniz quldurluğu ilə bağlıdır. Çinlə ilk əlaqələri portuqallar qurmuşdular. 1517-ci ildən başlayaraq portuqal tacirlər bir sıra sahilboyu şəhərlərdə öz məskənlərini salmağa başladılar. Lakin Çin hakimiyyəti 50 ildən sonra bu məskənlərdən Quançjou yaxınlığında olan yalnız bir portuqal koloniyası Makaonu saxlamışdılar. 1624-cü ildə hollandlar Tayvanı tutur. 1582-ci ildə italiyalı yezuit-missioner Matteo Riççi (1552-1610-cu illər) Makaoya gəlir. Sonralar o, çinlilər tərəfindən qəbul edilir və Pekində daimi yaşamağa icazə verilmiş ilk əcnəbi olur. 1628-ci ildə şimal-qərbdə mülkədar ailəsindən olan Li Tszıçenin başçılığı altında qiyam qalxır. 1642-ci ildə Li Tszıçen Çinin şimalının hakimi olur, 1644-cü ildə isə o, Pekini tutur. Sonuncu Min imperatoru özünü asır. Qiyamı yatırmaq məqsədilə Min generalı U Sanquy kömək üçün Mancurlara müraciət edir, onlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarındanbirini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular.
Mədəniyyət
redaktəMədəniyyət • Din • Fəlsəfə • Mifologiyası | ||||||
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan • Uşu • Vin Çun • Dim Mak • Şaolin | ||||||
Üç hökmdar və beş imperator | ||||||
Sya sülaləsi | ||||||
Şan sülaləsi | ||||||
Çjou sülaləsi | ||||||
Şərqi Çjou | Yaz-Payız | |||||
Döyüşən çarlıqlar | ||||||
Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil. Sin sülaləsi | ||||||
Çu sülaləsi — qarışıq dövr | ||||||
Han sülaləsi | Qərbi Han | |||||
Sin sülaləsi, Van Man | ||||||
Şərqi Han | ||||||
Üç çarlıq | Vey | Şu | U | |||
Qərbi Çzin | ||||||
16 barbar | Şərqi Çzin | |||||
Cənub və Şimal sülalələri | ||||||
Suy sülaləsi | ||||||
Tan sülaləsi | ||||||
Çin Respublikası | ||||||
-
Xammalın yığılması
-
Liflərdən bişirilməsi
-
Kağız kütləsinin əldə edilməsi
-
Suyunun sıxılması
-
Günəş altında qurudulması
İstinadlar
redaktə
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- The Ming Dynasty — 1368—1644 AD — Bibliography Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |