Polsa - Wikipedia
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan[5][6][7][8] və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət.[9] 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir.[10][11]
Polşa | |||||
---|---|---|---|---|---|
Rzeczpospolita Polska (pol. ) | |||||
| |||||
Himn: |
|||||
Tarixi | |||||
• Polşanın xristianlaşması | 14 aprel 966 | ||||
• Polşa Krallığı | 18 aprel 1025 | ||||
• Reç Pospolita | 1 iyul 1569 | ||||
• Polşa Çarlığı | 9 iyun 1985 | ||||
• İkinci Respublika | 11 noyabr 1918 | ||||
• Polşa Xalq Respublikası | 19 fevral 1947 | ||||
• Üçüncü Respublika | 13 sentyabr 1989 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Varşava | ||||
İdarəetmə forması | Unitar yarı prezident respublikası | ||||
Prezident | Andjey Duda | ||||
Vitse-prezident | Donald Tusk | ||||
Sahəsi | Dünyada 69-cu | ||||
• Ümumi | 312,696 km2 km² | ||||
• Su sahəsi (%) | 1.48 (2015) | ||||
• Əhali | (38-ci) | ||||
• Siyahıyaalma (2022) | ▼ 38,036,118[1] nəf. | ||||
• Sıxlıq | 122 nəf./km² (98-ci) | ||||
• Ümumi | 679.441.900.611 $[3], 688.176.605.955 $[3] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $1.705 trilyon[2] dollar (21-ci) | ||||
• Adambaşına | ▲ $45,343 dollar (41-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $748.8 milyard dollar (22-ci) | ||||
• Adambaşına | ▲ $19,912 dollar (50-ci) | ||||
İİİ (2021) | 0.876 (artış; 34-cü) | ||||
Demonim | Polyak • polyan • polşalı | ||||
Valyuta | Polşa zlotı | ||||
İnternet domeni | .pl | ||||
ISO kodu | PL | ||||
BOK kodu | POL | ||||
Telefon kodu | +48 | ||||
Saat qurşaqları |
|
||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir.[12]
Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur. Ancaq Polşaya öz adını verən qərbi polyanlar bu bölgəyə hakim olmuşdur. Polşa dövlətinin qurulmasının əsası 966-cı ildə xristian dininin qəbul edilməsi və yayılması ilə qoyulmuşdur.[13] 1025-ci ildə Polşa Krallığı qurulmuş, 1569-cu ildə Lublin uniyası imzalanaraq Litva ilə uzun müddət davam edən siyasi birlik daha da möhkəmləndirilmişdir. Bu birlik, 3 may 1791-ci ildə Avropanın ilk yazılı milli konstitusiyası, liberal siyasi sistemi, böyük ərazi və əhalisinə malik olan Reç Pospolitanın yaranması ilə nəticələnmişdir.[14]
Qızıl dövrünü keçirdikdən sonra Polşa, XVIII əsrin sonlarında qonşu dövlətlər tərəfindən işğal olunmuş, lakin 1918-ci ildə Versal müqaviləsi ilə yenidən müstəqilliyinə qovuşmuşdur. Bir sıra ərazi münaqişələrindən sonra yeni çoxmillətli Polşa, Avropa siyasətində əsas oyunçu mövqeyini bərpa edə bilmişdir. Lakin, bu mövqe davamlı ola bilməmiş, 1939-cu ilin sentyabrında II Dünya Müharibəsinin Almaniyanın Polşanı işğal etməsi ilə başlamış, ardınca Sovet İttifaqının Molotov-Ribbentrop paktı ilə Polşanı yenidən ələ keçirilməsi ilə müşahidə olunmuşdur. Təxminən altı milyon Polşa vətəndaşı, o cümlədən ölkənin üç milyon yəhudi vətəndaşı müharibə zamanı həlak olmuşdur.[15] Şərq blokunun üzvü olan Polşa Xalq Respublikası soyuq müharibə gərginliyi dövründə Varşava müqaviləsinin imzalanmasını elan etmişdir. 1989-cu il hadisələrindən sonra, xüsusilə Solidarnost Həmrəklik İttifaqının yaranması və töhfələri sayəsində ölkədə fəaliyyət göstərən kommunist hökumət dağıdıldı və Polşa unitar yarı prezidentli bir respublika olaraq yenidən quruldu.
Polşa inkişaf etmiş bir iqtisadiyyata sahibdir. Şərqi-Mərkəzi Avropa regionunda ən böyük birjaya sahib olan Polşa, Mərkəzi Avropada regional güclərdən biridir.[16][17] Polşa, ÜDM-ə görə Avropa İttifaqında 6-cı, bütün Avropada isə 10-cu yerdədir.[18][19] Dünyanın ən dinamik iqtisadiyyatlarından birinə malik olan bu ölkədə İnsan İnkişafı İndeksində çox yüksək irəliləmələr müşahidə olunur.[20][21] Polşa yüksəksəviyyəli yaşayış səviyyəsi, həyat keyfiyyəti, təhlükəsizlik, təhsil və iqtisadi azadlıqlarla yanaşı yüksək gəlirli iqtisadiyyatı da qoruyan inkişaf etmiş bir ölkədir.[22][23] Dövlət təkmilləşdirilmiş və tam pulsuz məktəb və universitet təhsili, sosial təminat və səhiyyə sistemi də təmin edir. Ölkədə UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan 16 tarixi abidə var.[24][25][26][27]
Polşa, Şengen zonası, Birləşmiş Millətlər Təşkilatı, NATO, İƏİT, Üç Dəniz İttifaqı və Vişeqrad İttifaqının daimi üzvü G-20 təşkilatının isə qonaq üzvüdür.[28][29][30]
Tarix
redaktəEramızdan əvvəlki dövr
redaktəEramızın əvvəllərində Polşa ərazisində german tayfaları olan skirlər və lugilərin məskunlaşması faktı məlumdur. Sonra onları velbar mədəniyyətinə aid qotlar əvəz etmişdir. I minilliyin ortalarında Polşanın cənubu alanlar və türk tayfa birliklərinin nəzarətində idi. Baltik velbari mədəniyyəti Krım qotları ilə sübut olunmamış şəkildə əlaqələndirilir. 1-ci minilliyin sonunda qərb polyanları (onlardan ölkənin adı götürülüb), lendzyanlar, kuyavyanlar, pomorlar, mazovlar, vislilər kimi tayfalar Polşa ərazisində məlumdur. Tədricən iri tayfa knyazlıqları əsasında protodövlət birlikləri yaranır; bu knyazlıqlardan ən əsasları indiki Kiçik Polşada (Krakov vilayəti) vislyanların knyazlığı və Böyük Polşada (Poznan bölgəsi) polyanların knyazlığı idi.
Pyast xanədanlığı
redaktə877-ci ildə Kiçik Polşanın Böyük Moraviya tərəfindən fəth edilməsindən sonra Böyük Polşa paytaxtı Qnezno şəhəri olan polyak dövlətinin formalaşmasının mərkəzi kimi qalırdı. Polşanın ilk tanınmış hökmdarı Pyastovlar ailəsindən olan Böyük Polşa şahzadəsi I Meşko idi (960–992). 966-cı ildə o, qərb xristianlığını qəbul etdi. Oğlu Cəsur Boleslavın dövründə Polşa knyazlığı öz qüdrətinin zirvəsinə çatdı.999-cu ildə Boleslav Krakovla birlikdə Kiçik Polşanı da fəth edir; 1003–1004-cü illərdə Müqəddəs Roma İmperiyası ilə uzun müharibədən sonra Lujitsa və Milskonu öz dövlətinə birləşdirərək çex şahzadəsi olur. Boleslav Kiyev şahzadəsi Svyatopolkla qohum olur və onu qardaşı Yaroslav Mudrıya qarşı dəstəkləyərək 1018-ci ildə Kiyevi işğal edir, 1025-ci ildə kral titulu alır.
Yaqellon xanədanlığı
redaktəReç Pospolita və dağılması
redaktəÜsyanlar dövrü
redaktəİkinci Polşa Respublikası
redaktəİkinci Dünya müharibəsi
redaktəMüharibə sonrası kommunizm
redaktəMüasir dövr
redaktəCoğrafiya
redaktəPolşanın ərazisi 49 ° ilə 55° şimal uzunluğu arasında, 14° ilə 25° qərb enliyi arasında yerləşir. Şimal-qərbdə Pomeraniya körfəzindən Qdansk körfəzinə qədər uzanan Baltik dənizinə sahili var. Bu sahil bir neçə dil və sahil gölləri ilə əhatə olunmuşdur. Düz sahil xətti boyunca Şetsin, Puk və Pistula çimərlikləri ziyarətçilərə daim açıqdır.
Ölkənin şimalının mərkəzi hissələri Şimali Avropa düzənliyində yerləşir. Bu ovalıqların üstünə pleistosene buz dövrü zamanı yaranan moren təpələri və göllərinə rast gəlmək mümkündür.
Geoloji quruluş
redaktəSu sahələri
redaktəPolşanın ən uzun çayı Visla-dır. Uzunluğu 1047 kilometrdir (651 mildir). Qədimdən Polşanın çayları yol göstərmək üçün istifadə olunurdu. Vikinqlər Oder çayı ilə üzərək qonşu ölkələrə səyahət edirmişlər.
Polşanın göllərinin demək olar ki hamısının ərazisi 1 hektardan çoxdur.
Sahillərində məskunlaşan ilk göllər arasında Böyük Polşa Gölü də vardır. Həmçinin bu göl üzərində m.ö 7-ci əsrdə əhalisi min nəfərdən çox olan stilt evləri var idi.
Torpaq istifadəsi
redaktəBiomüxtəliflilik
redaktəİqlim
redaktəİqlimi mülayim, dənizdən kontinental iqlimə keçən, mülayim (dağlarda soyuq) qış və isti (dağlarda sərin) yayla. İqlim kontinentallığı Belarusiya və Ukraynadan daha aşağıdır və bu, ilk növbədə qış aylarının yumşaq keçməsinə təsir göstərir. Orta temperatur yanvar ayında 1-dən −5 dərəcəyədək (dağlarda −8 dərəcəyədək), İyul ayında isə ortalama +17-dən +19 dərəcəyədək (dağlarda +10 dərəcəyədək); Düzənliklərdə yağıntının miqdarı 500–800 mm-dir. Dağlarda isə bu göstərici ildə 1000 mm-dən çoxdur.
Hökumət və siyasət
redaktəQanunvericilik
redaktəXarici siyasət
redaktəİnzibati bölgü
redaktəOrdu
redaktəHüquq-mühafizə və təcili yardım xidmətləri
redaktəİqtisadiyyat
redaktəQurumlar
redaktəTurizm
redaktəEnerji
redaktəNəqliyyat
redaktəElm və texnologiya
redaktəRabitə
redaktəƏhali
redaktə2008-ci ildə Polşa əhalisi 38 116 000 nəfər idi. Beləliklə, Avropada əhali baxımından səkkizinci, Avropa İttifaqında isə altıncı ölkədir. Əhalinin orta sıxlığı km 122 nəfərdir.
Müasir Polşa dünyanın ən monomilli dövlətlərindən biridir. 2002-ci ildə əhalinin siyahıyaalınmasının məlumatına görə, Polşa əhalisinin 96,74% — i özünü etnik qütblərə aid edib. 97,8% siyahıyaalma zamanı bildiriblər ki, evlər polşa dilində danışırlar. Digər millətlərə ölkə əhalisinin 1,23% — i, onlardan ən böyük etnik qruplar-silezlilər (0,45 %), almanlar (0,4 %), belaruslar (0,1 %), ukraynalılar (0,1 %), qaraçılar, yəhudilər, Polşa-Litva tatarları daxil idi. Əhalinin 2% — dən çoxu vətəndaşlıq sualına cavab verməkdən imtina etdi.
Polşalılar slavyan irqindəndir. Əhalinin ən köhnə qaynağını 10-cu əsrdə "Polane" adı verilən slavyan qəbilələri meydana gətirir. Təxminən olaraq 37.875.000 əhaliyə sahib bir ölkədir. Əhalinin 98% ini Polşalılar meydana gətirər. Geri qalan kiçik bir hissəsini isə Almanlar, Ukraynalılar və Belaruslar təşkil edir. Polşalıların 65%-ə yaxını gənc olub, 15 ilə 60 yaş qrupu arasındadır. Əhali sıxlığı 121/km² olub, illik əhali artımı 0,1%-dir.
Bugünkü Polşa dili, slavyan qəbilələrindən birini təşkil etmiş Polanelerin dilindən qaynaqlanmaqdadır. Buna müqabil, Pomeraniyanın şərqində və Polşa Karpatlarının bəzi bölgələrində digər slavyan qəbilələrinin bir miqdar fərqli istiqamətləri olan ləhcələri də danışılmaqdadır. Polşa xalqının böyük bir hissəsi katolikdir. Katolik xristianların lideri olmuş Papa II İoann Pavel Polşalıdır.
Polşada təhsil və təhsil imkanları olduqca genişdir. Xalqın oxuma yazma nisbəti 98%-dir. Əvvəllər katolik inancına görə hazırlanmış təhsil tədris planı, kommunistlərin iş başına gəlməsiylə daha pis bir vəziyyətə salındı. Dərslər tamamilə dindən uzaqlaşdırılmış və kommunist ideologiyasıyla şagirdlərin beyinləri zəhərlənməyə çalışılmışdır. Marksist-Leninist fəlsəfə içində boğulmuş düşüncə və prinsiplər, hər səviyyədə məcburi öyrədilməkdə idi. 1986-cı ildən sonra bu məcbur etmə yavaş-yavaş yumuşalmışdir. Mövcud universitetlər içində Krakovda Jagerellonion Universiteti, Lyublin Katolik Universiteti və Varşava Universiteti ən əhəmiyyətliləridir. Polşanın Əsas şəhəri Varşavadır. Digər əhəmiyyətli şəhərləri isə; Lodz, Krakov və Qdanskdır.
Dil
redaktəDin
redaktəSəhiyyə
redaktəTəhsil
redaktəMədəniyyət
redaktəBayram və adət-ənənələr
redaktəHökumət tərəfindən təsdiqlənən illik 13 dövlət bayramı – 1 yanvar Yeni il, 6 yanvar Epifani, Pasxa, 1 may əmək günü, 3 may Konstitusiya Günü, 15 avqust Silahlı Qüvvələr Günü, 1 noyabr Müqəddəslər Günü, 11 noyabr Müstəqillik Günü və 25–26 dekabr isə milad bayramı vardır.[31][32][33]
Polşada müşahidə olunan xüsusi ənənə və batil adətlərə Avropanın digər ölkələrindəki rast gəlmək mümkün deyil.[34] Milad gecəsi, adətən, bütün ilin ən yaddaqalan günü olur.[35] Əhalinin əksəriyyəti, həm xristianlar, həm də dinsizlər bu bayramı böyük təntənə ilə keçirir. Milad bayramını ailə ilə qeyd etmək adətdir. Dekabrın 24-dən 25-nə keçən gecə kilsələrdə milad yığıncaqları keçirilir.[36][37] Dekabrın 24-də milad ağacları bəzədilir, mətbəxdən yaşıl güllər asılır, milad şirniyyatları toplanmış qonaqlar arasında bölüşdürülür və səmada ilk ulduz göründükdə şam yeməyinə başlanılır.[38][39] Əlavə boşqab və oturacaq gözlənilməz qonaq üçün masada simvolik olaraq qalır.[40] Bununla yanaşı, dekabr ayı boyunca Polşanın bütün şəhərlərində bayram yarmarkaları təşkil olunur.[41]
Pasxa bayramından 52 gün əvvəl ponçik və bir çox ənənəvi şirniyyatlar ilə yağlı cümə axşamı qeyd olunur.[42] Pasxa bayramının əsası ailəvi səhər yeməyi ilə başlayır. Səhər yeməyi süfrəsində adətən pasxa yumurtaları, yaz çiçəkləri, tort, kolbasa, sosiska, qaynadılmış yumurta yer alır.[43] Müqəddəs bazar günü üçün yumurtalar boyanır və kilsələrdə ruhanilər tərəfindən hazırlanmış xüsusi səbətlərə qoyulur.[44][45] Bayramın səhərsi günü gənclər tərəfindən həyata keçirilən su döyüşləri ilə müşahidə olunur. Həmçinin bu günü bəzi qızlar məhsuldarlığın simvolu olan söyüd ağacının ətrafında fotosessiya edirlər. Pasxa, Polşa təqvimində ən vacib bayramlardan biridir və bəzi ruhanilər üçün Miladdan daha vacibdir.[46][47]
Bütün dini bayramlarda qəbiristanlıqlar və məzarlar, ölənlərin yaxınları tərəfindən ziyarət olunur, hörmət əlaməti olaraq məzar daşları təmizlənir və misli görünməmiş miqyasda ölülərin şərəfinə şamlar yandırılır, yad edilir.[48][49][50]
Musiqi
redaktəİncəsənət
redaktəMemarlıq
redaktəƏdəbiyyat
redaktəMətbəx
redaktəModa və dizayn
redaktəKinematoqrafiya
redaktəMediya
redaktəİdman
redaktəVoleybol və futbol ölkənin ən populyar idman növlərindən biridir. Yüngül atletika, basketbol, həndbol, boks, MMA, spidvey, xizəksürmə, buzüstü hokkey, tennis, qılıncoynatma, üzgüçülük və ağır atletika digər populyar idman növləridir. Görkəmli polyak idmançılar arasında Zbiqniev Bonek, İrena Şevinskaya, Aqnyeşka Radvanska, Yustina Kovalçik, Robert Levandovski, Kamil Stox və Anita Vlodarçik yer alır.
Polşa futbolunun qızıl dövrü 1970–1980-ci illəri əhatə etmişdir. Polşa milli futbol komandası FİFA Dünya Kubokunda 1974 və 1982-ci illərdə 3-cü yeri tutaraq ən yaxşı nəticələrini əldə etmişdir. Komanda 1972 Yay Olimpiya Oyunlarında futbol idman növü üzrə 1 qızıl və 2 gümüş medal qazanmışdır. Polşa, Ukrayna ilə birlikdə 2012-ci ildə UEFA Avropa Liqasına ev sahibliyi etmişdir.
2019-cu ilə qədər Polşa kişi voleybol komandası dünya üzrə 3-cü sırada yer almışdır. Voleybol komandası 1976-cı il Yay Olimpiya Oyunlarında bir qızıl medal, 1974, 2014 və 2018-ci illərdə isə FIVB Dünya Çempionatında üç qızıl medal qazanmışdır.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ demografia.stat.gov.pl/. "Population. Size and structure and vital statistics in Poland by territorial divison. As of December 31, 2019". stat.gov.pl. June 18, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 24, 2020.
- ↑ "World Economic Outlook Database, October 2019". IMF.org. International Monetary Fund. 2020-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2019.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ https://mojafirma.infor.pl/moto/kodeks-drogowy/bezpieczenstwo-ruchu-drogowego/305764,Art-16-zasada-ruchu-prawostronnego.html.
- ↑ [1] Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine Sultan-Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət (Татарско-русский словарь), 1904-cü il (s.119)
- ↑ [2] Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Azərbaycan ədəbiyyatı (F. Köçərli, I cild)/Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs. (2016, avqust 22). Vikimənbə, "Bütün Qafqaz sərhəddini, Don nəhrinin səvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkələrini səyahət etdim. Buralarda həm dövlət başında məqam və mənsəb sahibi olan kəslər ilə və həm elm və mərifət sahibləri ilə tanışlıq və dostluq etməklə bəxtiyar olmuşam."
- ↑ [3] Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русский-азербайджанский словарь), 1909-cu il (s.271)
- ↑ [4] Arxivləşdirilib 2021-09-23 at the Wayback Machine Şeyda bəy Şirvani, Lüğət rusi və türki, 1922-ci il, Bakı (s.321)
- ↑ Johnson, Lonnie R. Central Europe: enemies, neighbors, friends. Oxford University Press. 1996. səh. 3. ISBN 978-0-19-802607-5.
- ↑ "Biggest Cities Poland". www.geonames.org (ingilis). 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2020.
- ↑ "Polish main cities - Study in Poland". www.studyinpoland.pl (ingilis). 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2020.
- ↑ "Kraje sąsiadujące z Polską". sites.google.com (polyak). 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2020.
- ↑ Piotr Stefan Wandycz. The price of freedom: a history of East Central Europe from the Middle Ages to the present. Psychology Press. 2001. səh. 66. ISBN 978-0-415-25491-5. 2020-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2011.
- ↑ Norman Davies, Europe: A History, Pimlico 1997, səh. 554: Poland-Lithuania was another country which experienced its 'Golden Age' during the sixteenth and early seventeenth centuries. The realm of the last Jagiellons was absolutely the largest state in Europe
- ↑ Tatjana Tönsmeyer; Peter Haslinger; Agnes Laba. Coping with Hunger and Shortage under German Occupation in World War II. Springer. 2018. səh. 188. ISBN 978-3-319-77467-1. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
- ↑ "Warsaw Stock Exchange, Poland, stocks, investing online – Fio bank". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2017.
- ↑ "The World Factbook — Central Intelligence Agency". www.cia.gov. 2011-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2019.
- ↑ Administrator. "Social security in Poland". 12 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2017.
- ↑ "Healthcare in Poland – Europe-Cities". 24 aprel 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2017.
- ↑ "Bloomberg Businessweek: 'How Poland Became Europe's Most Dynamic Economy'". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2017 – Multishoring.info vasitəsilə.
- ↑ Stephan Faris. "How Poland Became Europe's Most Dynamic Economy". Bloomberg. 27 November 2013. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2017.
- ↑ Veeke, Justin van der. "Developing Countries – isi-web.org". 25 aprel 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2017.
- ↑ "Poland Is Europe's Growth Champion. Can This Continue?". 17 fevral 2019. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
- ↑ "Quality of Life Index for Country 2018 Mid-Year [Quality of Life Index: 147.53]". Numbeo. 2014-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-16.
"Quality of Life Index for Country 2015 Mid Year [Quality of Life Index: 141.79]". Numbeo. 2015-07-17 tarixində orijinalından arxivləşdirilib. - ↑ "World's Safest Countries Ranked — CitySafe". 15 aprel 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2017.
- ↑ "Poland 25th worldwide in expat ranking". 2018-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2017.
- ↑ Centre, UNESCO World Heritage. "Poland". UNESCO World Heritage Centre. 2005-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
- ↑ "Is Poland a Schengen Country?". www.ivisa.com. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2020.
- ↑ S.A, Telewizja Polska. "G20 membership remains ambitious goal for Poland: FM". polandin.com (ingilis). 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2020.
- ↑ "Poland in NATO - more than 20 years". Website of the Republic of Poland (ingilis). 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2020.
- ↑ "Obwieszczenie Marszałka Sejmu Rzeczypospolitej Polskiej z dnia 19 grudnia 2014 r. w sprawie ogłoszenia jednolitego tekstu ustawy o dniach wolnych od pracy". isap.sejm.gov.pl (polyak). 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Dni wolne i święta w 2020 r. w Polsce". www.infor.pl (polyak). 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Wykaz świąt narodowych państw obcych, z którymi Polska utrzymuje stosunki dyplomatyczne". Serwis Rzeczypospolitej Polskiej (polyak). 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Boże Narodzenie - historia i świąteczne tradycje". histmag.org (polyak). 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ o.o, Eurozet Sp z. "Tradycje bożonarodzeniowe: w Polsce, na świecie. Tradycje wigilijne - Chillizet". www.chillizet.pl (polyak). 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Tradycje bożonarodzeniowe w Polsce i na świecie". niedziela.pl (polyak). 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Najpopularniejsze tradycje bożonarodzeniowe w Polsce | Strefa rodzica". smilyplay.pl (polyak). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Święta Bożego Narodzenia: tradycje i zwyczaje". TaTenTo (polyak). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Polskie zwyczaje świąteczne". NATULI - dzieci są ważne (polyak). 23 dekabr 2011. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Tradycje bożonarodzeniowe - zwyczaje świąteczne i wigilijne w Polsce - Radio ZET". www.radiozet.pl (polyak). 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Polskie tradycje bożonarodzeniowe·". tipy.interia.pl (polyak). 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Najciekawsze polskie tradycje wielkanocne". Onet Podróże (polyak). 31 mart 2020. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Ciekawe tradycje i zwyczaje wielkanocne w Polsce – dawniej i dziś". Garneczki.pl - blog (polyak). 10 aprel 2017. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Polskie tradycje i zwyczaje Wielkanocne | KalendarzRolnikow.pl". Kalendarzrolnikow.pl - Jesteśmy agroportalem dla całej rodziny. (polyak). 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Wielkanocne tradycje. Znasz je wszystkie?". www.ofeminin.pl (polyak). 19 fevral 2018. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Wielkanoc 2020 - ZWYCZAJE i TRADYCJE świąt wielkanocnych. Jak obchodzimy Wielkanoc w Polsce? - Radio ZET". www.radiozet.pl (polyak). 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ o.o, Eurozet Sp z. "Poznaj polskie zwyczaje wielkanocne. Dzięki nim twoje święta będą jeszcze bardziej tradycyjne! - Chillizet". www.chillizet.pl (polyak). 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Obiad na grobie i lampiony na rzece, czyli jak na świecie obchodzone jest Święto Zmarłych". portal.librus.pl (polyak). 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ "Celtyckie święto Wszystkich Świętych". Newsweek.pl (polyak). 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.
- ↑ Biernat, Arek. "Czy można iść dziś na cmentarz w Wielkanoc i zapalić znicz na grobie. Zakazy w czasie epidemii koronawirusa. Cmentarze są otwarte". Dziennik Zachodni (polyak). 11 aprel 2020. 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2020.