Qucaratlilar - Wikipedia
Qucaratlılar - Hindistanda yaşayan hind-ari mənşəli xalq.[1][2][3]
Etimologiyası
redaktə"Qucaratlılar" termini "qucaratta", yəni "qucaratlıların torpağı" anlamındadır.
Yaşadıqları ərazilər
redaktəQucarat ştatının əsas əhali kütləsi olan qucaratlıların (40 milyon nəfər) 6,79 %-i başqa ştatlarda (Qoa, Daman və Diu, Madya Pradeş, Maharaştra, Racəstan, Andhra-Pradeş, Qərbi Benqal, Karnataka, Bihar və s.), eləcə də Pakistanda (1 milyon nəfər) yaşayırlar. Hindistanın ən böyük şəhərlərindən biri olan Bombeydə (Mumbay) əhalinin 20 %-i qucaratlıdır.[4][5]
Qucaratlıların əcdadları və onlara qohum kastalardan ibarət qucarlar (qucara) Pəncab, Himaçal Pradeş, Racəstan, Haryana, Cammu və Kəşmir və Şərqi Pakistan ərazisində yaşayırlar.
Tarixi
redaktəHind-ari tayfaları olan qucarlar e.ə.I minillikdə Qucarat ərazisinə daxil olaraq, yerli bhil və ariyalıları assimlyasiya etmişlər. Orta əsrlərdə qucarlar etnik baxımdan konsolidasiya olunaraq, Qucaratdeşa ərazilərində (müasir Qucarat və cənubi Racəstan) məskunlaşmışlar. Elə "qucarat" toponimi də Çalukya sülaləsinin (X əsr) dövründən məlumdur. 1406-cı ildə mərkəzi Ahmadabad olan Qucarat sultanlığı yaranmış, bu dövlər XV əsrin sonu-XVI əsrin əvvəllərində güclənmişdir.
Dilləri və dinləri
redaktəAntropoloji baxımdan avropoid irqinin hind-aralıq dənizi tipinə aid olan qucaratlıların dili-qucarati hind-ari dillərindən sayılır. Bu dil şimali (Ahmadabad dialekti), qərbi (kathiyavar), cənubi (surat) dialektlərə ayrılır. Bir sıra statistik məlumatlara görə qucaratlıların 20 %-i (bilinqva) qucarati dilindən başqa hindi, marathi, urdu, sindhi dillərini ikinci ana dilləri sayırlar.
Qucaratlıların əksəriyyəti hinduistdir, burada vişnuizm geniş yayılmışdır. Dvarka, Somnath, Patan kimi qadın tanrılara sitayiş edirlər, əsas dini mərkəzləri Girnar məbədidir. Tayfa tanrıları (kuldeo) Pithad, Khodiyar, Barundev, Aşapuradevi, Çamunda və s., kənd icma tanrıları (qandeo) Kşetorpardada, Mata, Bacanqbali və başqalarıdır. Dehlidə yaşayan qucaratlılar arasında Svami Narayana kultu populyardır. Qucaratlılar arasında müsəlman, xristian, cayn olanları da vardır.
Əsas məşğuliyyətləri
redaktəQucaratlıların ənənəvi məşğuliyyəti əkinçilikdir, burada cavar, bacra (darı növü), taxıl, qarğıdalı, fıstıq və s. əkilib becərilir, qoşqu heyvanları, zebu, qoyun, keçi bəslənilir. XIX-XX əsrlərdə burada toxuculuq sənayesi güclü inkişaf etmişdir. İpək ("parça kinqhab", “çundari”, "batik") və pambıq toxuculuğu inkişaf etmiş, "kutç" tikməsi, dulusçuluq, "kativar" boyaqçılığı, daş və ağacişləmə, basmanaxış, zərgər işi geniş yayılmışdır. Dehlidə yaşayan qucaratlılar əksər hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Qucaratlıların şəhər evləri ümumhind tipindən fərqlənmir, ev kərpic və daşdan hörülür, örtülü və daxili həyətdən ibarət olur, qapı, pəncərə ağacişləmələrlə bəzədilir. Ahmadabad, Vadodara şəhərləri arxitektur abidələrl zəngindir.
Etnoqrafik xüsusiyyətləri
redaktəQucarat kəndləri kifayət qədər sıx əhaliyə malikdir, burada ənənəvi evlər bir və iki otaqlı, kərpic və daşla hörülür, damlar kirəmitli olur. Ortasında dirək olan dairəvi, güzgülü divarları olan evlər də tikilir. Bu xalqın geyimləri ümumhind xarakterlidir, yuxarı kastalar sari və dhoti geyinir, kişilər ayağından büzülmüş şalvar (payjama), uzun qollu köynəklərə üstünlük verirlər. Qadınlar isə sadə, tikməli çoxlu kiçik güzgülər bərkidilmiş uzun ətək və köynək geyinir, çiyinlərinə şal örtür, çoxlu bəzəklər taxırlar.
Qucaratlıların yeməkləri arasında yaşıl noxud və tərəvəzlə doldurulmuş “çapati”, düyü, balıq, toyuq əti, qoyun əti xüsusi yer tutur. Racəstan kşatriləri və aşağı catilər (kasta) istisna olmaqla, onların əksəriyyəti tam və ya qismən vegeteriandırlar. Racəstan (Caypur, Udaypur, Acmer) kşatriləri arasında qeyri-vegeterian yeməkləri əsasən kişilər evdə olmayanda yeyirlər. Qida rasionunun əsasını taxıl, düyü, bacra və paxlalılar təşkil edir. Aşağı kastalar arasında evdə alkoqol içkilərinin hazırlanması yayılmışdır.
Qucaratlıların ailəsi monoqam, patrilokal, kiçik ailələrdir. Onların arasında endoqam kastaları mövcuddur: Brahmanlar (naqar, anavil, audih, şrimali, modh), kşatrilər, racputlar, baniya, lohana, patel, kaççi kimi yüksək kasta icmaları, carci, kumbhar kimi aşağı kastalar və bir sıra “qeydə alınmış” (keçmiş "toxunulmazlar") icmalar vardır. Yuxarı kastalar (qotra) arasında endoqam və ekzoqam nikahlar yayılmışdır, kross-kuzen nikahlara nadir hallarda rast gəlinir, bu da aşağı kastalarda qeydə alınır. Nikah zamanı bacıların dəyişdirilməsi adəti vardır. Boşanmalara kifayət qədər az rast gəlinir, dul kişinin ikinci dəfə evlənməsinə icazə verilir.
Hamiləlik zamanı qadın bir çox qadağalara, məhdudiyyətlərə əməl edir. Kşatri qucaratlar toy mərasimi zamanı toran, khandu kapera adətlərini yerinə yetirirlər.
Mənbələr
redaktə- Глушкова И. П. Узкой тропой вдоль Аравийского моря // Вокруг света № 8 (2007), август 2007. — С. 22-25.
- Гусева Н. Р. Гуджаратцы // Народы и религии мира / Глав. ред. В. А. Тишков. — М.: Большая Российская энциклопедия (издательство)|Большая Российская Энциклопедия, 1998. — С. 207.
- Ламшуков В. К. Маратхская и гуджаратская литературы (второй половины XIX в.) // История всемирной литературы: В 9 томах / АН СССР; Ин-т мировой лит. им. А. М. Горького. — М.: Наука, 1983—1994. Т. 7. — 1991. — С. 631—633.
- Мумоу И. У. Индийская деревня / пер. с англ. — М.: 1952. C. 68.
- Савельева Л. В. Язык гуджарати. — М.: Наука, 1965. — С. 32-35.
- Тюляев С. И. Искусство Индии. — М.: Наука, 1968. — С. 112—114.
- Jhaveri, Krishanlal Mohanlal / The Gujaratis: The People, Their History, and Culture. New Delhi.: Cosmo Publications, 2003. С 40.
İstinadlar
redaktə- ↑ M. K. Gandhi. Hind Swaraj: Indian Home Rule. Sarva Seva Sangh Prakashan. 2014. İstifadə tarixi: 11 December 2015.
- ↑ Minahan, James B. Ethnic groups of South Asia and the Pacific : an encyclopedia. Santa Barbara, Calif.: ABC-CLIO. 2012. səh. 90. ISBN 1598846590. İstifadə tarixi: 12 December 2015.
Anti-British sentiment led to a strong Gujarati participation in the Indian independence movement.
- ↑ Yagnik, Achyut; Sheth, Suchitra. The shaping of modern Gujarat : plurality, Hindutva, and beyond. New Delhi: Penguin Books. 2005. ISBN 0144000385. İstifadə tarixi: 12 December 2015.
- ↑ Joel Millman. The other Americans: how immigrants renew our country, our economy, and our values. Pennsylvania State University. 1998. səh. 170. ISBN 9780140242171. İstifadə tarixi: 28 February 2017.
There are over half a million Gujarati in America today.
- ↑ Dan Mayur. Living Dreams. Mehta Publishing House. 2017. səh. 335. ISBN 9789386342140. 5 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2017.
Nevertheless, the half or million so Gujaratis in the United States, referred to as Gujjus, are entrepreneurial by nature...