Dulusculuq - Wikipedia
Dulusçuluq — gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşə.
Dulusçuluq istehsalatın üç istiqamətini əhatə edir:
- Adi tikinti kərpicinin istehsalı;
- Müxtəlif gil qabların və istehsalat məmulatlarının (odadavamlı kərpic, kafel, saxsı boru və s.) istehsalı;
- Fayans və farfor məmulatlarının istehsalı.
Azərbaycanda dulusçuluğun tarixi
redaktəDulusçuluq Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən sırf texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi.
İlk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallarına qədər davam etmiş bu yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfiyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kürələrinin kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfiyyətli saxsı məmulatı istehsalı üçün daha əlverişli şərait yaradırdı.
Bu dövrdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar ki, bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, o cümlədən Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlul materiallar aşkar edilmişdir.
Məişət keramikası
redaktəMüstəqil Azərbaycan xanlıqların mövcud olduqları XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlində dulusçuluq istehsahnm aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsullan öz təyinatlanna görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su qabları, yemək qabları, süd məhsullan üçün qablar, evlərin qızdırılması və işıqlandınlması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular.
Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü su daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə). Su saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi. Ümumiyyətlə isə, dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar.
Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad və s. şəhər-lərində saxsı məmulatının istehsalı barədə məlumat verilir. Bu məlumatlardan ay-dın olur ki, Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar hazırlayırdılar. Təkcə Şəki şəhərində saxsı səhəng istehal edənlərin sayı 29İ nəfərə çatdırdı.
Digər xanlıqlarla müqayisədə Naxçıvan xanlığında saxsı qablar istehsalıf haqqında məlumat daha çoxdur. Lakin əksər hallarda bu məlumatlar bir-birilərinil təkrar edirlər. Naxçıvan xanlığının Rusiya tərəfındən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırdı Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyətI göstərməsi haqqında da məlumat var.
Dulusçuluq istehsalının Bakıda da mövcud olması ehtimalını irəli sürməkj olar. Şəhərin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qablann istehsalıl üçün şərait yaradırdı. 1946-cı ildə şəhərin qala hissəsində V.N.Leviatov tərəfra-1 dən aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid edilən xeyli miqdarda şirli qablar – kasa, boşqab, badya və s. tapılmışdır ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları idilər.
Gəncədə dulusçuluq
redaktəBütün orta əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olmuş Gəncədə də bu sənət sahəsi qalmaqda davam edirdi. Mənbələrdən birində Gəncə dulusçulannın məhsulları yüksək qiymətləndirilir və onlar "öz işlərini yaxşı bi-1 lən" sənətkarlar kimi xarakterizə olunurlar. Ətraf ərazilərdən əldə edi-İən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfıyyəti olan saxsı məhsullarına çevrilirdilər.
Gəncədə dulusçuluq sənətinin daha çox inkişaf etməsini yerli hakimlərin bu sahəyə qayğı ilə yanaşmaları ilə izah etmək olar. Onların sənətin bu sahəsinin inkişafı üçün yaratdıqlan şəraitin nə dərəcədə əlverişli olduğunu Gəncə dulusçularının 1809-cu ildə rus hakimiyyət orqanlarına yazdıqları şikayətdən də aydın görmək olar: "Xanlıqlar dövründə bu məhsulu başqa yerlərdə istehsal edən saxsı qab ustaları onu satmaq üçün şəhərə gətirirdilər (və) xan onlardan çox cüzi gəlir götxirürdü; indi onları (saxsı qabları – C.M.) şəhərdə də hazırlayırlar və keçmiş komendant Koçnev şəhərdə hazırlanan saxsı qablar üçün iltizam təsis etmişdir və iltizamçı hər bir səhəngi 10 qəpikdən alıb 25 qəpiyə satır və yoxsul ustalara sərbəst satışı qadağan edir".
Cənubi Azərbaycanda dulusculuq
redaktəTəbriz və Ərdəbil şəhərləri də dulusçuluq istehsalmın əsas mərkəzləri kimi öz mövqelərini saxlamaqda davam edirdilər. Bu şəhərlərin ətrafmdakı zəngin gil yataqları saxsı məmulatlarmm istehsalı üçün əlverişli şərait yaradırdı.
Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. Əvvəlki dövrlərdə saxsı qablar istehsalmda böyük şöhrət qazanmış Təbrizin yaxınlığındakı Kuzə kunan kəndi bu ənənələri xanlıqlar dövründə də davam etdirirdi. Ərdəbilin Cəcin, Talıb qışlağı, Dövlətabad kəndlərində satış üçün müxtəlif ölçülü saxsı qablar istehsal edirdilər. Quba xanlığmda saxsı qablar istehsalmın əsas mərkəzləri Yenikənd, İspik və Möhüc kəndləri idilər. t.Şopenin verdiyi məlumata görə Naxçıvan xanlığının ayrı-ayrı kəndlərində 33 nəfər saxsı qab istehsalı ilə məşğul olurdu.
Əldə olan yazılı mənbələrin məlumatlarına əsasən belə bir qənaətə gəlmək olur ki, xanlıqlar dövründə məişətdə işlədilən saxsı məlumatı arasmda iri həcmli su qablarmın, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tu-turdu. Yuxarıda adları çəkilən kəndlərin əksəriyyətində daha çox səhəng istehsal edilirdi. Çox güman ki, bu ölkədə mis qablar istehsalımn geniş miqyas alması və xarici ölkələrdən çoxlu miqdarda şüşə qablarm gətirilməsi nəticəsində kiçik həcmli saxsı qablara tələbatın azalması ilə əlaqədar idi.
Qarabağda dulusçuluq sənəti
redaktəDulusçuluq Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər.
İlk orta əsrlərin sonlarından başlayaraq Qarabağda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Qarabağda aparılmış arxeoloji qazıntılar göstərir ki, IX - XIII əsrlərdə dulusçuluq yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tamamilə formalaşmışdı. Bu dövrdə istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı. Su kəmərləri üçün saxsrboraların, tikinti işlərində geniş istifadə edilən kaşı və bəzək kərpiclərinin istehsalına başlanması da bu dövrlə bağlıdır.
Monqol işğalları Qarabağda, ümumiyyətlə Azərbaycanda sənətkarlığın digər sahələri kimi dulusçuluğun inkişafına da ağır zərbə vurdu. Geriləmə özünü məişətdə işlədilən saxsı qabların istehsalında daha aydın göstərirdi Bununla belə, məişət keramikasının istehsalında yaranmış bu gerilik sonrakı əsrlərdə tikinti keramikasının həcminin artması ilə əvəz olundu. XV-XVII əsrlərdə tikinti işlərinin genişlənməsi bəzək işlərində istifadə edilən dekorativ kərpic və kaşıj istehsalının həcminin artmasını zəruri edirdi.
Əldə olan arxeoloji materiallar göstərir ki, son orta əsrlərdə Qarabağda saxsı məlumatı istehsalı 3 böyük qrup üzrə - şirsiz qablar, şirli qablar və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Şirsiz saxsı məmulatı sırasına hər birinin müxtəlif növləri olan küplər, qazanlar, səhənglər, bardaqlar, aftafalar, silbiçlər, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aid edilir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvari naxışlardan geniş istifadə edilirdi.
Son orta əsrlərdə Qarabağ ərazisində şirli qablardan da geniş istifadə olunurdu. Bu tipli qablar sırasına bardaq, güldan, vaza, çıraq, kasa və s. daxil idi. Qarabağ dulusçuları marqans, mis və kobalt oksidinin köməyi ilə aldıqları şirlər vasitəsilə saxsı məmulatını yüksək zövqlə bəzəməyi bacarırdılar . Ümumiyyətlə, Qarabağda Şirli qablar iki mərhələdə bişirilirdi: əvvəlcə adi qaydada məmulatı bişirib kürədən çıxarır vo onun üzərinə şir çəkəndən sonra ycnidən kürəyə yığırdılar. Şirin bişirilməsi üçün əvvəlcə vam yanan odla 2-3 saat ərzində onu qızdırıb bərkidir, sonra bir gecə-gündüz kürədə yüksək hərarət yaradırdılar.
XVI-XVII əsrlərdə Azərbaycanda tikinti keramikası da yüksək inkişaf etməsilə əlaqədar Azərbaycanın ayrı-ayrı şəhərlərində, o cümlədən Qarabağ ərazisində sarayların, karvansaraların, hamamların tikintisi zamanı şirli üzlük materialdan və keramik mozaikadan geniş istifadə edilirdi.
Sənətkarlığın digər sahələrilə müqayisədə XVIII əsrdə Qarabağda dulusçuluq istehsalı haqqında məlumat çox azdır. Bunu bir tərəfdən XVIII əsrdə Qarabağın arxeoloji qazıntıların obyektinə çevrilməməsi, digər tərəfdən isə bu sahənin dərin tənəzzülə uğraması ilə izah etmək olar. XVII əsrin sonlarından başlayan və Qarabağ xanlığı dövrünü də əhatə edən ümumi iqtisadi tənəzzül dulusçuluğa da mənfi təsir göstərmişdir. Mülki tikinti işlərinin azalması, tikililərdə bəzək materiah kimi kaşı və digər dekorativ bəzək vasitələrindən az istifadə edilməsi tikinti keramikasının istehsal həcminin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Əlbəttə, XVIII əsrdə Qarabağda dulusçuluğun bu sahəsinin tamamilə sıradan çıxması fikrini də söyləmək olmaz. Çox güman ki, bu dövrdə Qarabağda inşa edilən ictimai binalarda, ilk növbədə isə hamamlarda yerli istehsalın məhsulu olan kaşılardan istifadə edilirdi. Lakin yazılı mənbələrdə hələlik bu barədə heç bir məlumata rast gəlmək mümkün olmayıb. Görünür bu istehsal edilən saxsı bəzək vasitələrinin aşağı keyfıyyətli olması ilə bağlı idi.
Qarabağ xanlığının mövcud olduğu XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlində dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Əldə olan yazılı mənbələrin məlumatlarına əsasən belə bir qənaətə gəlmək olur ki, xanlıqlar dövründə məişətdə işlədilən saxsı məmulatı arasında iri həcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tuturdu. Qarabağlı dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsullan öz təyinatlanna görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su qabları, yemək qabları süd məhsulları üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular. Təkcə məişətdə işlədilən su qablarının bir neçə növünü daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi.
Qarabağda tunc dövrü boyalı qablar istehsalı ocaqları
redaktəƏlverişli coğrafi mühitə, zəngin təbii sərvətlərə malik olan Qarabağ ən qədim insan məskənlərindən biri olmuşdur. Azıx mağarasından başlanmış bu həyat su mənbələrinə yaxın olan sahələrinin məskunlaşması ilə nəticələnmişdi. Təsərrüfat sahələri formalaşmış zaman keçdikcə daimi yaşayış məskənləri, müdafiə tikililəri, ilkin şəhər mərkəzləri yaranmışdı.
Qarabağın qədim tarixinin tədqiqinə XIX əsrin I yarısından başlanmışdı. Dyubua de Monperonun, N.O.Silosaninin, S.Veysenqofun, E.Reslerin, A.A.İvanovskinin, B.M.Sısoyevin, İ.İ.Meşşaninovun, C.Aleksandroviç-Nəsifinin, İ.Əzimbəyovun, A.K.Ələkbərovun, İ.M.Cəfərzadənin, B.Latıninin, T.Passekin, Y.İ.Hümmelin, AA.İyessenin, K.X.Kuşnarevanın, İ.H.Nərimanovun, Q.S.İsmayılovun, Ə.S.Cəfərovun, H.F.Cəfərovun və b-nın tədqiqatları qədim qarabağlıların təsərrüfat həyatı, adət-ənənələri, dini-ideoloji görüşləri haqqında dəyərli elmi məlumatlar verir.
Qədim insanların həyat tərzini öyrənmək üçün yaşayış məskənləri mühüm əhəmiyyət daşıyır. Bu cəhətdən Qarabağda Üzərliktəpə, Qaraköpəktəpə, Çinartəpə və s. abidələr böyük maraq doğurur. Təsadüfi deyil ki, təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda Üzərliktəpə yaşayış yeri ilk məişət abidəsi sayılır və orta tunc dövrü mədəniyyəti Üzərliktəpənin adı ilə bağlanmışdır. Üzərliktəpə yaşayış yerinin əhalisi oturaq həyat keçirmiş, əkinçilik, maldarlıqla, sənətin müxtəlif sahələri ilə (dulusçuluq, metalişləmə, toxuculuq, sümükişləmə, daşişləmə və s.) məşğul olmuşlar.