Sumqayit Kanyonu - Wikipedia
Sumqayıt kanyonu[1][2][3] və ya Sumqayıtçay kanyonu — Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsi.[1] Kanyonun başlanğıcı şəhərin məişət tullantıları poliqonunun arxasında yerləşir. Bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur.[1]
Sumqayıt kanyonu | |
---|---|
Ümumi məlumatlar | |
Dərinliyi | 10-15 |
Eni | 30-50 |
Aid olduğu çay hövzəsi | Sumqayıtçay |
Yerləşməsi | |
40°34′27″ şm. e. 49°36′32″ ş. u.HGYO | |
ölkə | Azərbaycan Bakı rayonları |
|
Şamaxı, Abşeron və Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axan Sumqayıtçay Sumqayıt kanyonundan keçərək Xəzər dənizinə tökülür.[1] Çayın axdığı bu ərazidə suxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə küləyin fəaliyyəti sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daima davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır.
Ölçüsü
redaktəKanyonun hündürlüyü və eni axdığı ərazidən asılı olaraq dəyişir. Orta hündürlüyü 10-15 metr (33-49 fut), eni isə ərazidən asılı olaraq 30-50 metr arasında dəyişir.[2]
Fauna və flora
redaktəKanyonun yerləşdiyi ərazi yarımsəhra-quru çöl iqliminə sahib olduğundan istiyə və şoranlığa davamlı kol və ot bitkiləri bitir. Burada əsasən efemerli, kserofit ot bitkiləri yayılmışdır. Kol bitkilərindən burada ən sıx rast gəlinəni yovşan və yulğundur. Yulğunlar lokalda olsa sıx keçilməzliklər əmələ gətirə bilir.
Kanyon ətrafı ərazilərdə çöl heyvanlarına rastlamaq mümkündür. Burada canavar, tülkü, çaqqal, dovşan kimi iri məməlilər yaşayır. Quşlardan qağayılar (Xəzər qağayısı, göl qağayısı) göyərçinlər (çöl göyərçini), sığırçınlar (sığırçın), qarğalar (boz qarğa, qara qarğa), sərçəkimilər (ev sərçəsi), qaratoyuqlar (qara qaratoyuq), vağlar (boz vağ), sağsağanlar (sağsağan) kimi quşlar yayılmışdır. Sürünənlərdən isə bataqlıq tısbağası, xəzər gekkonunu müşahidə etmək olar.[2]
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Sumqayıtda turizm üçün potensial məkan: Sumqayıt kanyonu - FOTOLAR (arxiv linki var). xeberle.com, 25.09.2017 (az.)[etibarsız mənbə?]
- ↑ 1 2 3 Sumqayıtda turizm üçün potensial məkan: Sumqayıt kanyonu - VİDEOREPORTAJ (arxiv linki var) xeberle.com 23.03.2018 (az.)
- ↑ Sumqayıt kanyonu
Xarici keçidlər
redaktə- Vikianbarda Sumqayıt kanyonu ilə əlaqəli mediafayllar var.