Tiger Ii Tank - Wikipedia
Panzerkampfwagen VI Ausf. B (Pz. Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinfində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182).
PzKpfw VI Ausf. B “Tiger II” (Pələng II) | |
---|---|
Tipi | Ağır tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1944—1945 |
İstismara başlanması | 1944 |
İstismar edənlər | Nasist Almaniyası |
İstifadə edilən döyüşlər | İkinci dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Henschel & Son / Krupp (tank qülləsi) |
Konstruksiya tarixi | 1943 |
İstehsalçı | Henschel & Son / Krupp (tank qülləsi) |
İstehsal illəri | 1943—1945 |
İstehsal sayı | 492 |
Xüsusiyyətləri | |
Ağırlığı | 68 t |
Sürət | 41.5 km/s |
Əsas silah | 1x 8.8 cm KwK 43 L/71 |
Köməkçi silah | 2x 7.92 mm Maschinengewehr 34 |
Uzunluğu | 7.62 m (10.286 m topla bərabər uzunluğu) |
Eni | 3.75 m |
Hündürlüyü | 3.09 m |
Ekipaj | 5 nəfər (sürücü, yükləyici, tank komandiri, radiorabitəçi, atıcı) |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər amerikalı əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab edirdilər və Almanlar da "King Tiger" (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar.
Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi. Tiger II tankının şassisindən Jagdtiger adlı tank qatilinin istehsalında istifadə edilmişdir . Tiger II tanklarının ağırlığı tank qülləsini nəzərə almadan 68.5 tondur, tank qülləsi ilə birlikdə bu çəki 69.8 tona çatırdı. Tankın ön qismindəki zirehin qalınlığı 150 mm-dən 180 mm-ə qədər idi. Tank qülləsində bir ədəd 8.8 sm-lik KwK 43 L/71 topu var idi. Bəzilərində 10.5 sm-lik KwK L/68 topu var idi.
Ağır zirehi və uzun mənzilli topu səbəbindən digər tanklara qarşı çox güclüydü. Xüsusilə qərb cəbhəsində müttəfiq qüvvələrin az qala heç ağır tankı yox idi. Bu tanka qarşı müdafiə savaşıda vermək az qala qeyri-mümkün idi.
Tiger II tankları 2500 metrdən ABŞ istehsalı olan M4 Sherman tanklarını, 1800 metrdən növbəti ABŞ istehsalı olan M26 Pershing tanklarını SSRİ istehsalı olan IS-2 tankını, 1200 metrdən isə bütün düşmən tanklarını məhv etməyə qadir idi. Bu tankdan Nasist Almaniyası propaqanda məqsədilə çox geniş şəkildə istifadə etmişdir.
Bu tankın ən böyük problemi mexaniki qüsurları idi. Tanka cəbhədə təcili ehtiyac olduğundan kifayət qədər sınanmamış və problemləri həll edilməmişdir. Çox ağır olması səbəbi ilə bəzən tankı hərəkət etdirmək üçün tam qaz verilməsi lazım idi. Müharibənin sonununa doğru Nasist Almaniyasındakı xammal çətinliyi səbəbi ilə zirehinin polad keyfiyyəti aşağı idi, bu da zərbəyə qarşı dayanıqlığını azaldırdı (ruslar tərəfindən testlərdə, ard-arda zərbə alan zirehdə çatlar meydana gəlmişdir). Bütün bunlara baxmayaraq Tiger II, İkinci dünya müharibəsinin ən güclü tanklarındandır. O qədər güclü idi ki, təcrübəli bir ekipajla ilə 10 ədəd Amerika istehsalı M4A1 Shermanı məhv etdiyi qeydiyyata alınmışdır.
Digər xüsusiyyətləri
redaktəSürətlər qutusu: Maybach OLVAR EG 40 12 16 B (8 irəli və 4 geri)
Radiorabitə: FuG 5, Befehlswagen (komanda tankı) modeli: FuG 8 (Sd. Kfz. 267), FuG 7 (Sd. Kfz. 268)
Sursat: 88 mm — 80 mərmi (Porsche tank qülləsi), 86 mərmi (Henschel tank qülləsi), 7.92mm — ən çoxu 5,850 mərmi
Hədəf Görücü: Turmzielfernrohr 9d (TZF 9d), ilk modellərdə TZF 9b
Zireh planı: (bütün bucaqlardan üfüqi)
Qüllə öndən, alt qisimi: 100 mm @ 40°; üst qisimi: 150 mm @ 40°
Qüllə yandan, alt qisimi: 80 mm @ 90°; üst qisimi: 80 mm @ 65°
Qüllə arxadan: 80 mm @ 60°
Qüllə üstü: 40 mm @ 90°
Qüllə tavanı: 40 mm @ 90° (öndən), 25 mm @ 90° (yandan)
Tank qülləsi ön: 180 mm @ 80° (Porsche tank qülləsi: 60–110 mm, yuvarlaqlaşdırılmış)
Tank qülləsi yan: 80 mm @ 69° (Porsche tank qülləsi: 80 mm @ 60°)
Tank qülləsi arxa: 80 mm @ 70° (Porsche tank qülləsi: 80 mm @ 60°)
Tank qülləsi üst: 44 mm @ 0–10° (Porsche tank qülləsi: 40 mm @ 0–12°)
İstehsalı
redaktəNasist Almaniyası hökuməti tərəfindən 1500 ədət tank sifariş edilmişdir. Toplamda 485 və ya 489 ədət (prototiplər daxil olmaqla) istehsal edilmişdir. 1944-cü ilin ortalarından kütləvi istehsalına başlanılmış və müharibənin sonunda istehsalı bitmişdir.
İllərə görə istehsal miqdarı aşağıdakı kimidir:
- 1943-cü ildə 3 ədəd;
- 1944-cü ildə 377 ədəd
- 1945-ci ildə 107 ədəd
Dünya miqyasında bu tankdan işlək vəziyyətdə olan sadəcə olaraq cəmi 1 ədəd qalmışdır. Bu tank da Fransadakı bir tank muzeyində sərgilənir. Restavrasiya (yəni təzədən bərpa) görmüş və işlək vəziyyətdədir.