Uzeyir Omru Film 1981 - Wikipedia
Üzeyir ömrü və ya Uzun ömrün akkordları — Xalq yazıçısı, müəllif və rejissor Anarın quruluşunda eyniadlı film.[2]
Üzeyir ömrü | |
---|---|
Fayl:Üzeyir ömrü (film, 1981).jpg | |
Janr |
dram komediya bioqrafik musiqili |
Rejissor | Anar Rzayev |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Hüseynağa Atakişiyev — Üzeyir Hacıbəyov Yalçın Əfəndiyev — Üzeyir uşaqlıqda Nəcibə Məlikova — Xurşid Banu Natəvan Qədir Rüstəmov — Cabbar Qaryağdı Ramiz Quliyev — Qurban Pirimov Rüstəm Rüstəmzadə — Əbdürrəhim bəy Haqverdiyev Məmməd Məmmədov — Müslüm Maqomayev Əli Zeynalov — Həsən bəy Zərdabi Mikayıl Mirzə — Hüseynqulu Sarabski Mikayıl Kərimov — Hüseyn Ərəblinski Yaşar Nuri — Zülfüqar Hacıbəyov Həmidə Ömərova — Məleykə xanım Hacıbəyov |
Operator | Zaur Məhərrəmov |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 10 yanvar 1982 |
Filmin digər adı | Uzun ömrün akkordları[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət |
163 dəq. 1-ci seriya: 88,5 dəq. (88 dəq. 38 san.) 2-ci seriya: 74 dəq. (74 dəq. 15 san.) |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
2 seriya 17 hissə 4850 metr 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID1198151 |
Məzmun
redaktəFilm bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Sənətkar, mübariz ziyalı, gözəl insan. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəyovda görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun"u, "Arşın Mal Alan"ı və "Koroğlu"sunun səhnə taleyi də öz əksini tapmışdır.
Film haqqında
redaktəFilmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur.
Filmdə Üzeyir Hacıbəyovun əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənir.
Filmdə "Küləklər şəhəri", "Arşın mal alan", "O olmasın, bu olsun", "Doğma xalqıma", "Bəstəkar Müslüm Maqomayev" filmlərindəki kadrlardan istifadə olunmuşdur.
Film SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişilə çəkilmişdir.
Film iki seriyalıdır.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Anar
- Quruluşçu rejissor: Anar
- Quruluşçu operator: Zaur Məhərrəmov
- Quruluşçu rəssam: Rafiz İsmayılov
- Səs operatoru: Əziz Şeyxov
- Rejissor: Rafiq Dadaşov
- Operator: Nemət Rzayev
- Geyim üzrə rəssam: Kazım Kazımzadə
- Montaj edən: Tahirə Babayeva
- Qrim üzrə rəssam: Elbrus Vahidov
- Rejissor assistentləri: T.Məmmədov, Süleyman Əhmədov
- Operator assistenti: Aydın Mustafayev
- Rəssam assistentləri: M.Manuvaxova, A.Məmmədov
- Montaj üzrə assistent: Nisə Hacıyeva
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- İşıq üzrə usta: V.Ağacanov
- Musiqi redaktoru: Nazim Əliverdibəyov
- Redaktor: Toğrul Cuvarlı
- Məsləhətçi: Niyazi Hacıbəyov-Tağızadə (SSRİ xalq artisti, Sosialist əməyi qəhrəmanı, SSRİ Dövlət mükafatları, C.Nehru adına bəynəlxaql mükafat və Üzeyir Hacıbəyov adına respublika mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Dövlət Simfonik orkestrinin bədii rəhbəri)
- Filmin direktoru: Rimma Abdullayeva
- Oxuyurlar: Bülbül, Şövkət Məmmədova, M.Əliyev, Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Ağababa Bünyadzadə, A.Rzayeva, Mobil Əhmədov, Rübabə Muradova, Arif Babayev, Qədir Rüstəmov, Mirzə Babayev, Fidan Qasımova, Akif İslamzadə, A.Əliyeva, "Qarabağ Bülbülləri" Uşaq Ansamblı
- Tarda çalır: Bəhram Mansurov
Rollarda
redaktə- Hüseynağa Atakişiyev — Üzeyir Hacıbəyov
- Yalçın Əfəndiyev — Üzeyir uşaqlıqda
- Nəcibə Məlikova — Xurşid Banu Natəvan
- Qədir Rüstəmov — Cabbar Qaryağdı
- Ramiz Quliyev — Qurban Pirimov
- Rüstəm Rüstəmzadə — Əbdürrəhim Haqverdiyev
- Məmməd Məmmədov — Müslüm Maqomayev
- Əli Zeynalov — Həsən bəy Zərdabi
- Mikayıl Mirzəyev — Hüseynqulu Sarabski
- Mikayıl Kərimov — Hüseyn Ərəblinski
- Yaşar Nuri — Zülfüqar Hacıbəyov
- Həmidə Ömərova — Məleykə xanım Hacıbəyov
- İbrahim Əliyev — Əhməd Ağdamski
- Şahmar Ələkbərov — Mirzəağa Əliyev
- Maya İsgəndərova — Şövkət Məmmədova
- Tofiq Mirzəyev — aparıcı
- Ağarəfi Rəhimov — köməkçi
- Kamil Məhərrəmov — Mirzə Muxtar
- İlham Əhmədov — jurnalist
- İlham Xanbudaqov — jurnalist
- T.Məmmədov — məşədi
- Ələsgər Məmmədoğlu — jurnalist
- Əli Haqverdiyev — Hənəfi Terequlov
- Rafiq Əliyev — Əli Terequlov
- Aydın Əzimov — redaksiyanın əməkdaşı
- Gülşən Ənnağıyeva — Leyli
- A.Rzaquliyeva — Leyli
- Fərhad Hüseynov — Ağalar Əliverdibəyov
- Şəmsi Şəmsizadə — Üzeyirin atası
- Tanilə Əhmərova — Üzeyirin anası
- Firəngiz Şərifova — Həsən bəy Zərdabinin arvadı
- Məmməd Əlili — Dadaş
- Cahangir Məmmədov — hacı
- Osman Həqqi — türk konsul
- Rafiq Kərimov — fotoqraf
- Şamil Süleymanov — Əbdürrəhman Fərəcov
- Zilli Namazov — Üzeyirin tanışı
- Mayak Kərimov — jurnalist
- K.Məmmədov
- R.Şifrin
Filmi səsləndirənlər
redaktə- Allahverdi Yolçuyev — su alan (titrlərdə yoxdur)
- Vaqif Mustafayev — Abbas Səhhət (titrlərdə yoxdur)
- Ötkəm İsgəndərov — tələbə (titrlərdə yoxdur)
- Mirzə Babayev — şeir deyən (titrlərdə yoxdur)
- Əhməd Əhmədov — qoçu (titrlərdə yoxdur)
- Həsənağa Turabov — aparıcı (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Cabbar Qaryağdı (Qədir Rüstəmov) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — Əbdürrəhim Haqverdiyev (Rüstəm Rüstəmzadə) (titrlərdə yoxdur)
- Rasim Balayev — Üzeyir Hacıbəyov (Hüseynağa Atakişiyev) (titrlərdə yoxdur)
- Mirvari Novruzova — Həsən bəy Zərdabinin arvadı (Firəngiz Şərifova) (titrlərdə yoxdur)
- Fəxrəddin Manafov — Hüseyn Ərəblinski (Mikayıl Kərimov) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — Mirzə Muxtar (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Şövkət Məmmədova (özü) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — jurnalist (titrlərdə yoxdur)
- Əfrasiyab Məmmədov — türk konsulu (Osman Həqqi) (titrlərdə yoxdur)
- Ədalət Məmmədov — Müslüm Maqomayev (Məmməd Məmmədov) (titrlərdə yoxdur)
Arxiv kadrlarda iştirak edənlər
redaktə- Üzeyir Hacıbəyov
- Xurşid Banu Natəvan (şəkil)
- Cabbar Qaryağdı
- Qurban Pirimov
- Əbdürrəhimbəy Haqverdiyev (şəkil)
- Müslüm Maqomayev (şəkil)
- Həsən bəy Zərdabi (şəkil)
- Hüseynqulu Sarabski
- Hüseyn Ərəblinski (şəkil)
- Zülfüqar Hacıbəyov (şəkil)
- Məleykə Hacıbəyova (şəkil)
- Əhməd Ağdamski (şəkil)
- Mirzağa Əliyev
- Şövkət Məmmədova
- Fərhad Bədəlbəyli (şəkil)
- Niyazi
- Rəşid Behbudov (şəkil)
- Rəsul Rza
- Bülbül
- Nəriman Nərimanov (şəkil)
- Nikolay Qoqol (şəkil)
- Həqiqət Rzayeva (şəkil)
- Ələkbər Hüseynzadə
- İsmayıl Əfəndiyev
- Leyla Bədirbəyli
- Lütfəli Abdullayev
- Fatma Mehrəliyeva
- Tamara Gözəlova
- Əliağa Ağayev
- Barat Şəkinskaya
- Arif Mirzəquliyev
- Zeynəb Xanlarova
- Rəhilə Mustafayeva
- Müslüm Maqomayev
- Sona Aslanova
- Həsənağa Salayev
- Fikrət Əmirov
- Xuraman Qasımova
- Aqşin Əlizadə
- Anar
- Dmitri Şostakoviç (şəkil)
- Qara Qarayev
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 305-306; 311.
- Həsənova, T. “Üzeyir Hacıbəyov və Azərbaycan kinosu”. //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər
redaktə- izlə (rus.)
- İzlə: 1-ci hissə; 2-ci hissə (az.)
- ANS-in "Keçmişə salam" verilişində Anarın "Üzeyir ömrü" filmi haqda