Izmirde Yunanistan Desanti - Wikipedia
İzmirdə Yunanıstan desantı (yun. Ελληνική απόβαση στη Σμύρνη) — Yunanıstan qüvvələri tərəfindən 15 may 1919-cu ildə başladılan, İzmir şəhəri və ətraf ərazilərə desant qoşunlarının daxil edildiyi hərbi əməliyyat. Antanta gücləri əməliyyatın planlaşdırılmasına icazə vermiş və ona nəzarət etmişdir. Onlar öz qüvvələrini bəzi əsas yerləri ələ keçirməyə yönəltməklə və döyüş gəmilərini İzmir limanına köçürməklə əməliyyatın gedişatına kömək etmişdir. Eniş zamanı Yunanıstan 1/38 Evzon alayına atəş açılmış, Yunanıstan qoşunları və İzmir yunanlarının iştirakı ilə şəhərdə əhəmiyyətli dərəcədə zorakılıq halları baş tutmuşdur. Bu, İzmirin Yunanıstan tərəfindən işğalına gətirib çıxaran əhəmiyyətli bir hadisə idi. İşğal üç il davam etmişdir və Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) üçün əsas qığılcım olmuşdur.
İzmirdə Yunanıstan desantı | |||
---|---|---|---|
Türkiyə–Yunanıstan müharibəsi | |||
| |||
Tarix | 15 may 1919 | ||
Yeri | Aydın vilayəti, Osmanlı imperiyası | ||
Səbəbi | Osmanlı imperiyasının parçalanması | ||
Nəticəsi | Yunanıstanın qələbəsi | ||
Ərazi dəyişikliyi | İzmirin işğalı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Zəmin
redaktəBirinci Dünya müharibəsinin (1914–1918) sonunda və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsində döyüşləri sona çatdıran Mudros barışığı ilə Antanta dövlətləri Osmanlı imperiyasının parçalanmasına yönəlmiş bir sıra sülh danışıqlarına başlamışdılar. 1919-cu ildə Paris Sülh Konfransı zamanı İtaliya qoşunları Anadoluya eniş edərək Antalyanı ələ keçirmiş və İzmirə doğru hərəkət etməyə başlamışdılar.[12] İtalyanlar digər məsələlərə etiraz olaraq iclası tərk etmiş,[13] bu zaman Britaniya Baş naziri Devid Lloyd Corc və Yunanıstanın Baş naziri Elefterios Venizelos sülh danışıqlarında xristian əhalinin birbaşa təhlükə altında olduğunu iddia edərək Fransa və ABŞ-ni Yunanıstanın mərkəzi İzmirdə olan Aydın vilayətinin ələ keçirməsini dəstəkləməyə inandırmaq üçün uydurulmuş hesabat irəli sürmüşdülər.[14] İşğal zonasının hüdudları və şərtləri müəyyən ediləmişdi, lakin 1919-cu il may ayının əvvəlində Antanta dövlətləri Yunanıstan qoşunlarının İzmir şəhərinə desant qüvvəsi endirməsinə dəstək vermiş və bir sıra döyüş gəmilərini əraziyə köçürmüşdülər.
Danışıqlar hələ davam etdiyi müddətdə Venizelos Aydın vilayətində vəziyyətin pisləşməsi barədə Klemansoya məlumat vermişdir. Burada yerli vali Nurəddin paşa müsəlman qruplarına yunan əhaliyə qarşı sərt tədbirlər görmək əmri vermişdir. Britaniya kəşfiyyatı da ərazidə asayişin pozulması və bu vəziyyətin yaranmasında İtaliyanın rolu barədə məlumat vermişdir. Mayın əvvəlində Venizelos İtaliya ilə Türkiyə arasında əməkdaşlıq hallarını Antanta Ali Şurasına bildirmiş və Antanta gəmilərinin İzmirə göndərilməsini istəmişdir. Bu tələb şura tərəfindən əvvəlcə qəbul edilsə də, dərhal icra edilməmişdir.[15] Bu kontekstdə Britaniya Baş naziri və Xarici İşlər Nazirliyi "ictimai asayişi bərpa etmək və qırğınların qarşısını almaq" məqsədi ilə Yunanıstanın desant qüvvələrinin əsas dəstəkçiləri olmuşdur.[16]
Türkiyənin reaksiyası
redaktəİzmir Osmanlı Hüquqlarını Müdafiə Cəmiyyəti Yunanıstan qoşunlarının gəlişinə hazırlıq məqsədilə təşkil edilmişdi.[17][18] Nurəddin paşa Aydın vilayəti və Aydın Region Komandanlığına vali təyin edilmiş, İzmir Osmanlı Hüquqlarını Müdafiə Cəmiyyətinin fəaliyyətinə dəstək olmuşdur. Buna baxmayaraq, o Antanta dövlətlərinin təzyiqi ilə istefa vernişdir. 11 mart 1919-cu ildə "Qambur" Kürd Əhməd İzzət Paşa yeni vali, 22 mart 1919-cu ildə isə istefada olan general Əli Nadir Paşa hərbi komandan vəzifəsinə təyin edilmişdir.[7]
Nəticəsi
redaktəYunanıstan ordusu ilk növbədə müvəqqəti işğal üçün deyil, daimi ilhaq üçün gəldiklərini göstərməyə başlamışdı. Onlar Qərbi Anadolunu Yunanıstana birləşdirmək istəyirdilər. Yunanıstanın hansı əraziləri işğal etdiyini gördükdən sonra bəzi türklərə bu niyyət artıq aydın idi. Türkiyənin bu hadisələrə reaksiyasının bir hissəsi olaraq bəzi türk qrupları işğal zonasından kənarda yaşayan mülki yunan icmalarına qarşı sərt tədbirlər görmüşdür.[15] İstanbulda Antanta dövlətlərinn əleyhinə böyük nümayişlər keçirilmiş, 28 mayda Anadoluda türklərlə yunanlar arasında ilk silahlı toqquşma Ödəmişdə baş tutmuşdur. Bu, kiçikmiqyaslı türk silahlı qrupu ilə Yunanıstan qoşunları arasında gerçəkləşmişdir. Bundan sonra Yunanıstanın irəliləmə xətti boyunca türk gerilla müharibəsi alovlanmışdır.[19]
Yunanıstan 1919-cu ildən 9 sentyabr 1922-ci ilə qədər ərazini idarə edən İzmir zonasını yaratmışdır. 1919-cu ilin mayında baş vermiş zorakılıqdan sonra Antanta dövlətlərinin bir çoxu əməliyyata dəstəyini məhdudlaşdırmağa başlamışdı. Fransa və İtaliya Yunanıstanın daimi işğalına qarşı müqavimət göstərmişdilər. 1920-ci ildə Sevr müqaviləsinə görə, regiona inzibati nəzarət Yunanıstana verilmiş, Türkiyə region üzərində suverenliyini qoruyacaqdı, daimi suverenliyə isə 5 ildən sonra qərar veriləcəkdi. İzmirdəki desant əməliyyatı Osmanlı sultanı VI Mehmed adından Osmanlı imperiyasının böyük vəziri tərəfindən də imzalanmış 69-cu maddə ilə təsdiqlənmişdi.[20] Bu, diigər tərəfdən, Mustafa Kamal dövründə türk milliyətçi hərəkatını alovlandırmış və Şərqi Anadoluda yunan əhaliyə qarşı genişmiqyaslı qırğınlara səbəb olmuşdur.[21] 9 sentyabr 1922-ci ildə Türkiyə qüvvələrinin İzmirə daxil olması ilə işğal sona çatmışdır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Smyrna is taken away from Turkey Arxivləşdirilib 2020-08-07 at the Wayback Machine, New York Times, 17 May 1919.
- ↑ George F. Nafziger, Mark W. Walton: Islam at war: a history, Greenwood Publishing Group, 2003, ISBN 0275981010, page 131.
- ↑ Gerald E. Wheeler, Naval Historical Center (U.S.), Kinkaid of the Seventh Fleet: a biography of Admiral Thomas C. Kinkaid, U.S. Navy, Naval Historical Center, Dept. of the Navy, 1995, ISBN 0945274262, page 25.
- ↑ H. P. Willmott: The Last Century of Sea Power, Volume 1: From Port Arthur to Chanak, 1894–1922, Indiana University Press, 2009, ISBN 0253003563, page 332
- ↑ Eleftheria, Daleziou. "Britain and the Greek-Turkish War and Settlement of 1919-1923: the Pursuit of Security by "Proxy" in Western Asia Minor". University of Glasgow. 2002. səh. 108. 22 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2014.
- ↑ Solomonidis, Victoria. "Greece in Asia Minor: The Greek Administration in the Vilayet of Aydin" (PDF). University of London, King's College. 1984. səh. 54. 13 August 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 June 2014.
the Turkish troops comprising about 3,000 men were to remain confined to their barracks behind the Konak.
- ↑ 1 2 Inter-Allied Commission of Inquiry. "Documents of the Inter-Allied Commission of Inquiry into the Greek Occupation of Smyrna and Adjoining Territories" (PDF). October 5, 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-10-02.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;stavros
adlı istinad üçün mətn göstərilməyib - ↑ See: Michael Llewellyn Smith, 1999, page 90.
- ↑ 1 2 Tuncer Baykara: Son Yüzyıllarda İzmir ve Batı Anadolu Uluslararası Sempozyumu tebliğleri, Akademi Kitabevi, 1994, page 98 {{{2}}}
- ↑ 1 2 Enver Behnan Şapolyo: Türkiye Cumhuriyeti tarihi, A. H. Yaşaroğlu, 1960, page 12 {{{2}}}
- ↑ Montgomery, A. E. "The Making of the Treaty of Sèvres of 10 August 1920". The Historical Journal. 15 (4). 1972: 775–787. doi:10.1017/S0018246X0000354X. 20 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2023.
- ↑ «Ιστορία του Ελληνικού Εθνους», εκδοτική Αθηνών, τόμος ΙΕ', σελ. 115
- ↑ See: Michael Llewellyn Smith, 1999, pg. 88-92
- ↑ 1 2 Solomonidis, 1984, pg. 43
- ↑ Solomonidis, 1984, pg. 47
- ↑ Erik-Jan Zürcher, The Unionist Factor: the Rôle of the Committee of Union and Progress in the Turkish National Movement, 1905–1926, BRILL, 1984, ISBN 90-04-07262-4, p. 92. Arxivləşdirilib 2023-04-07 at the Wayback Machine
- ↑ L. Macfie, The End of the Ottoman Empire, 1908–1923, Longman, 1998, ISBN 978-0-582-28763-1, p. 186.
- ↑ Lewis, Bernard. The Emergence of Modern Turkey. Oxford University Press. 1961. 241–243.
- ↑ Travis, 2014: p. 317
- ↑ Travis, 2014, p. 318
Ədəbiyyat
redaktə- Celal Erikan, Komutan Atatürk, Cilt I-II, Üçüncü Basım, Türkiye İş Bankası Kültür Yayınları, İstanbul, 2001, ISBN 975-458-288-2. (türk.)
- Hakkı Güvendik, Türk İstiklâl Harbi, Batı Cephesi, Yunanlıların Batı Anadolu'da İstila Hareketlerine Başlamaları, İzmir’in İşgali, Mustafa Kemal Paşa'nın Samsun’a Çıkması, Millî Mukavemet'in Kurulması (May 15ıs – 4 Eylül 1919), Cilt 2, Kısım. 1, Genkurmay Başkanlığı Basımevi, Ankara, 1963. (türk.)
- Travis, Hannibal. "How Scholars Unremembered the Assyrian and Greek Genocides in the Ottoman Empire". Hidden Genocides:Power, Knowledge, Memory. New Brunswick, New Jersey. 2014. ISBN 9780813561646. (ing.)
- Michael Llewellyn-Smith, Ionian Vision : Greece in Asia Minor, 1919-1922., C. Hurst, 1999, London, New edition, 2nd impression. (ing.)
- Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918–1920), Türk Tarih Kurumu Basımevi, 2001, ISBN 975-16-1372-8. (türk.)
- Solomonidis, Victoria. "Greece in Asia Minor: The Greek Administration in the Vilayet of Aydin" (PDF). University of London, King's College. 1984. İstifadə tarixi: 5 June 2014. (ing.)
Xarici keçidlər
redaktə- Greek Occupation of Izmir and Adjoining Territories: Report of the Inter-Allied Commission of Inquiry (May–September 1919), SAM, 1999.
- Greek atrocities in the Vilayet of Smyrna (May to July 1919) Inedited documents and evidence of English and French officers, published by the Permanent bureau of the Turkish Congress in Lausanne