Antarktika - Wikipedia
Antarktika[1] (Arktikaya əks, q.yun. ἀντί (anti) — əks, yun. (arktikos) — şimal, ἄρκτος (arctos) — ayı, Böyük Ayı bürcünə görə) — Yer kürəsinin Antarktida və Atlantik, Hind və Sakit okeanlarının (bəzən ayrıca olaraq Cənub okeanı kimi də qeyd olunur) Antarktidaya yaxın olan hissələri (Subantarktika belə bura daxildir) nəzərdə tutulur
Ərazisi
redaktəAntarktikanın sərhədi 48–60 °C.e başlayaraq cənuba doğru yerləşən əraziləri əhatə edir. Ümumi 52 km² təşkil edir. Bəzən 37 °C.e. yerləşən bəzi adalar bura daxil edilir (məsələn: Qof adası və Amsterdam adası). Digər variant isə Antarktida haqqında konvensiyaya görə müəyyənləşdirilmiş ərazidir (60 °C.e. cənubda yerləşən ərazilər). Antarktika konvergensiyasının şimal sərhədi ilə Antarktida divergensiyası arasında yerləşən sahə subantarktika qurşağı adlanır.
Antarktikada müstəqil dövlət olmasada belə asılı ərazilər mövcuddur:
İqlimi
redaktə- Kinq Eduard Poynt, Cənubi Georgiya), ən aşağı temperatur isə −91,2 °C (Dome Fuci Kraliça Mod Torpağı, dekabr 2013 il[2]). Yayda orta temperaturu −30 °C, qışda isə −60 °C[3]. Antarktika dünyanın ən sərt iqliminə malik bölgədir, burada ən aşağı temperatur, ən güçlü küləklər, qar fırtınaları müşahidə edilir. Materikdə və ona yaxın adalarda Antarktika buz şitlərinə sahibdir. Bölgədə müşahidə edilən ən isti temperatur 26,3 °C (
Bitki örtüyü və heyvanlar aləmi
redaktəUnikal təbii şəraiti ilə əlaqədar olaraq bitki və heyvanlar aləmi özünə məxsusluğu ilə seçilir. Antarktida ərazisində mamır, şibyə, yosun, göbələk və bakteriya növləri yayılmışdır. Antarktik yarımadasında hətta çiçəkləyən bitkilərə rast gəlinir.
Soyuq antarktida sularında xərçəngkimilərə daxil olan krillər və balıqlar yayılmışdır. Məməlilərdən burada Suitilər, dəniz pişikləri və Balinalar yaşayır (dəniz bəbiri, Kergelen dəniz pişiyi, yengəcyeyən, Ueddell suitisi, adi ross suitisi. Dəniz quşlarından isə fırtınaquşular, albatroslar və pinqvinlərə rast gəlinir.
Antarktikanın təbii ehtiyatları
redaktəAntarktika sularında yayılmış balıqlar və kril zəngin bioloji dəniz məhsulu hesab edilir. Şərqi Antarktida dəmir filizi və daş kömür, volfrom, marqans, polimetallar, nadir metallar, apatit, qızıl, gümüş və almaz platin kimi qiymətli qazıntılar aşkarlanmışdır. Antarktidada 70 mld ton yanacağın olması ehtimal edilir. Hazırda burada elmi araşdırmalar məqsədi istisna olaraq faydalı qazıntıların çıxarılması qadağandır[4][5]
Xəritə
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası / I CİLD // Antarktika. 528 səh
- ↑ "Alimlər Antarktidada ən aşağı temperaturu qeydə almışlar". İtar-Tass. 2013-12-08. 2014-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
- ↑ Extreme temperatures around the world Arxivləşdirilib 2013-06-22 at the Wayback Machine.
- ↑ Стратегия развития деятельности Российской Федерации в Антарктике на период до 2020 года и на более отдаленную перспективу (rus.)
- ↑ "Y. Saviçskaya. Biz Antarktidada nə yaddan çıxarmışıq". 2010-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.
Mənbə
redaktə- Rus Antarktika ekspedisiyasl
- Antarktikaya adların verilməsi üzrə Bolqar komisiyası
- Antarktika araşdırmaları üzrə elmi komitə
- Antarktikanın ətraf mühitin qorunması üzrə komitə Arxivləşdirilib 2007-04-09 at the Wayback Machine
- Секретариат Антарктического договора (rus.)
- Milli Antarktika proqramlarının menecerlər soveti (COMNAP)
- Antarktika dəniz təbii ehtiyatlarının qorunması komissiyası Arxivləşdirilib 2004-01-12 at the Wayback Machine
- Antarktika dəniz təbii ehtiyatlarının qorunması komissiyası
- Трест антарктического наследства
- Отделение географии полярных стран Московского центра Русского Arxivləşdirilib 2007-05-13 at the Wayback Machine
(rus.)