Benazir Bhutto - Wikipedia
Bənazir Bhutto (21 iyun 1953[3][4][…], Kəraçi, Pakistan dominionu, Britaniya imperiyası[4] – 27 dekabr 2007[5][3][…]) — Pakistan İslam Respublikasının 1988–1990 və 1993–1996 baş nazir vəzifəsində işləmiş tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı.
Bənazir Bhutto | |
---|---|
urdu بینظیر بھٹو, sindhi بينظير ڀٽو | |
19 oktyabr 1993 – 5 noyabr 1996 | |
Əvvəlki | Moeenuddin Əhməd Qureshi |
Sonrakı | Meraj Xalid |
4 dekabr 1988 – 6 avqust 1990 | |
Əvvəlki | Mahmud Harun |
Sonrakı | Qus Əli Şah |
2 dekabr 1988 – 6 avqust 1990 | |
Əvvəlki | Məhəmməd Xan Cunedco |
Sonrakı | Qulam Mustafa Jatoi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəraçi |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Ravalpindi |
Vəfat səbəbi | Terror aktı |
Dəfn yeri | Larkana şəhərinin yaxınılığında, Qari Xuda Baxş kəndinin məqbərəsində |
Partiya | Pakistan Xalq Partiyası |
Təhsili | Harvard Universiteti |
Fəaliyyəti | siyasətçi |
Atası | Zülfüqar Əli Bhutto |
Anası | Nüsrət Bhutto |
Həyat yoldaşı | Asif Əli Zərdari |
Uşaqları |
Bilaval Zardari (oğlu) Bəxtəvər və Asifə |
Dini | İslam, şiə məzhəbi[1][2] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
benazirbhutto.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mühacirətdə olduğu uzun müddətdən sonra, vətənə qayıtmışdı, və 2007-ci ilin son aylarında ona iki sui-qəsd edildi. Birinci sui-qəsd 2007-ci il oktyabrın 18-də edilmişdi, onun nəticəsində daha 130 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. Bhutto 2007-ci il dekabrın 27-də ikinci terror aktı nəticəsində həlak olmuşdu.
Həyatı
redaktə1953-cü il iyun ayının 23-də Pakistanın Karaçi şəhərində anadan olub. Onun ata xətti üzrə əcdadları Bhuto qəbiləsindən olan sindx racputları idi. Bu klan XVII əsrdə Radcastxandan Sində köçmüşdü. Ata babası Şah Navaz Bhutto və atası Zülfüqar Əli Bhutto Pakistan hökumətinə rəhbərlik etmişdilər.. Anası, İran kürdlərindən Begüm Nusret Bhuttodur. Bənazir ailədə ən böyük uşaq idi; onun kiçik qardaşları Mürtəza və Şahnavaz və bacısı Sənəm var idi.
Erkən illər ərzində Bənazir Cenninqs xanımının uşaq bağçasına gedirdi, sonra Karaçi və Marri şəhərlərində bir neçə İsa və Məryəm adına katolik qadın məktəbində oxuyub. On beş yaşında orta məktəb kursu üzrə imtahan vermişdi. Bhutto 1969-cu ilin aprel ayında ABŞ-dakı Harvard universitetinin Redkliff Kollecinə daxil olmuşdu.[6] Onun sözlərinə görə, orada o, "demokratiyanın dadını ilk dəfə hiss etdi". 1973-cü ildə fərqlənmə diplomu ilə Harvardı bitirib və dövlət idarəçiliyinin bakalavr diplomunu almışdı.
Həmin ilin payızında Böyük Britaniyanın Oksford universitetinin "Lady Margaret Hall" kollecinə daxil oldu və burada 1975-ci ilə qədər fəlsəfə, politologiya, iqtisadiyyat, beynəlxalq hüquq və əlaqələri öyrənirdi.[7] Oksfordda təhsil aldığı vaxt Bhutto "Oksford ittifaqı" nüfuzlu diskussiya cəmiyyətinin əvvəlcə daimi komitəsinin üzvü, sonra isə prezidenti seçilmişdi.[6] Onun atası, Zülfüqar Əli Bhutto, bu illərdə (1977-ci ilə qədər) əvvəlcə prezident, sonra isə Pakistanın baş naziri postunu tuturdu.
Ailəsi
redaktə18 dekabr 1987-ci ildə Asif Əli Zardari ilə Karaçidə evlənmiş və ondan üç övladı olmuşdur. Bunlar: Bilaval, Baxtavar və Asifadır. Bənazir kimi Zərdari də Pakistanın Sind əyalətinin zəngin ailələrdən birinin nümayəndəsi idi və arvadı kimi şiə məzhəbinə mənsub idi. Nikah bağlandıqdan sonra Bənazir soyadını dəyişmək istməmişdi.
Fəaliyyəti
redaktəİlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto, 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.[8]
Qayıdışı
redaktə1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Benazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq oldu. Bənazir Bhutto "Forb" jurnalının tərtib etdiyi "siyasətdə 100 ən güclü qadın"ın siyahısına düşə bilməsə də jurnalın qadın siyasətçilərə aid bölməsində yer alan məqalədə aşağıdakılar qeyd olunmuşdur: "Hindistan subkontinentində başqa bir qadın tezliklə iqtidara geri qayıda bilər: Pakistanın keçmiş baş naziri Bənazir Bhutto".
Faciəli ölümü
redaktə27 dekabr 2007-ci ildə, 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitinqindəki çıxışında sui-qəsd nəticəsində öldürülüb. Faciə 2008-ci ilin yanvar ayında planlaşdırılan Pakistan parlamenti seçkiləri ərəfəsində baş verdi.[9]
Buttonun ölümündən sonra, baş nazir Pərviz Müşərrəf ölkədə üç günlük yas elan etdi.
İstinadlar
redaktə- ↑ "Interview with Vali Nasr". 2008-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.
- ↑ "End in sight for a dynasty steeped in power, death and politics". 2008-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Benazir Bhutto // Encyclopædia Britannica (ing.).
- ↑ https://web.archive.org/web/20080209132427/http://www.time.com:80/time/world/article/0,8599,1698466,00.html.
- ↑ 1 2 Benazir Bhutto Arxivləşdirilib 2014-10-16 at the Wayback Machine // Storyofpakistan.com
- ↑ "Bookrags Ensiklopediyasında Benazir Bhutto". 2007-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-11.
- ↑ "Benazir Bhutto: Daughter of Tragedy"; Muhammad Najeeb, Hasan Zaidi, Saurabh Shulka və S. Prasannarajan, India Today, 7 yanvar 2008
- ↑ "NTVMSNBC Xəbər-2007-ci il Pakistan üçün zor bir il olub". 2007-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-11.
Xarici keçidlər
redaktə- Şəxsi vebsaytı Arxivləşdirilib 2014-02-19 at the Wayback Machine
- Pakistan Xalq Partiyası vebsaytı Arxivləşdirilib 2005-04-05 at the Wayback Machine
- ANS-Press [ölü keçid]