Zulfuqar Eli Bhutto - Wikipedia
Zülfüqar Əli Bhutto (urdu ذوالفقار علی بھٹو; 5 yanvar 1928[1][2][…], Larkan, Sind əyaləti – 4 aprel 1979[1][2][…], Ravalpindi, Pəncab) — Pakistanının siyasətçi və dövlət xadimi. Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973). Hərbi çevriliş nəticəsində hakimiyyətdən salınmış və edam olunmuşdur.
Zülfüqar Əli Bhutto | |
---|---|
sindhi ذوالفقار علي ڀٽو urdu ذوالفقار علی بھٹو | |
| |
14 avqust 1973 – 5 iyul 1977 | |
Prezident | Fəzəl İlahi Çaudhri |
Əvvəlki | Nurul Amin |
Sonrakı | Məhəmməd Xan Cunedco |
20 dekabr 1971 – 13 avqust 1973 | |
Əvvəlki | Yəhya xan |
Sonrakı | Fəzəl İlahi Çaudhri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Ravalpindi, Pakistan |
Vəfat səbəbi | Edam |
Dəfn yeri | |
Vətəndaşlığı | Pakistan |
Partiya | Pakistan Xalq Partiyası |
Təhsili |
Berkli Kaliforniya Universiteti Oksford Universiteti |
İxtisası | vəkil |
Fəaliyyəti | siyasətçi |
Atası | Şezidah Nəvaz Bhutto |
Həyat yoldaşı | Siren Amir |
Uşaqları | |
Dini | islam, şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı və gəncliyi
redaktəZülfüqar Əli Bhutto 1928-ci il yanvar ayının 5-də Britaniya Hindistanının Larkana şəhərində varlı müsəlman ailəsində anadan olmuşdur. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistanda, ABŞ-də və Böyük Britaniyada təhsil almışdır. O, 1947-ci ildə ABŞ-nin Cənubi Kaliforniya ştatında universitetə daxil olmuşdur. Zülfüqar Əli Bhutto 1949-cu ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinə köçürülmış və 1950-ci ildə siyasi elmlər sahəsində dərəcə almaqla həmin universiteti fərlənmə diplomu ilə bitirmişdir. Elə həmin il o, Oksford universitetinin Krayst-Çerç kolleçinə daxil olmuş və həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirərək hüquq magistri ixtisasına yiyələnmişdir. 1953–1955-ci illərdə müəllim və vəkil işləmişdir.
Siyasi fəaliyyəti
redaktəZülfüqar Əli Bhutto 1957-ci ildə BMT yanında Pakistan nümayəndəliyində işləmiş, 1958-ci ildə general M Əyyub xanın hökumətinə daxil olmuş, ticarət, informasiya, yanacaq və energetika, Kəşmir məsələləri üzrə, həmçinin sənaye və təbii ehtiyatlar naziri vəzifələrini tutmuşdur. 1963-cü ildə Pakistanın xarici işlər naziri olmuşdur. Həmin vəzifədə çalışarkən o, Kəşmirə dair Pakistan-Hindistan konfliktinin həllinə nail olmağa cəhd göstərsə də, səyləri uğursuzluqla nəticələnmişdir. 1966-cı ildə Zülfüqar Əli Bhutto ölkə prezidenti Əyyub xan tərəfindən Daşkənd bəyannaməsini kəskin tənqid etdiyinə görə xarici işlər naziri vəzifəsində istefa verməyə məcbur olmuşdur. O, 1967-ci ildə müxalifət mövqeyini tutan "Pakistan Xalq Partiyası"nın əsasını qoymuş və onun rəhbəri olmuşdu. Pakistanda demokratiyanın bərpası uğrunda, həmçinin "İslam sosializmi" şüarı altında iqtisadi islahatlar proqramı ilə çıxış etmişdir. 1968–1969-cu illərdə həbsdə olmuşdur. Şərqi Pakistan əyalətinin ayrılmasından və müstəqil Banqladeş dövlətinin yaranmasından sonra, Pakistanın prezidenti (1971, dekabr — 1973, avqust) vəzifəsini tutmuşdur. Aqrar islahat aparmış, sənayenin milliləşdirilməsi proqramını həyata keçirmişdir. Hindistanla münasibətlərin nizamlanması və Pakistanın hərbi bloklardan çıxması üçün tədbirlər görmüşdür. Parlament idarəetmə formasını nəzərdə tutan yeni konstitusiyanın qəbulundan (1973) sonra baş nazir olmuşdur. 1977-ci ilin iyulunda general M. Ziya ül-Həqqin təşkil etdiyi hərbi çevriliş nəticəsində devrilmişdir. Siyasi qətldə əli olmasında təqsirli bilinərək Zülfüqar Əli Bhutto 1979-cu ilin aprelində edam edilmişdir.
Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun atasıdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Zulfikar Ali Bhutto // Brockhauz Ensiklopediyası (alm.).
Mənbə
redaktə- Kulmar, Satish, Yeni Pakistan, 1979
- Burki, S. J., Bhutto-nun Altındaki Pakistan, 1980
Xarici keçidlər
redaktə- Pakistan Xalq Partiyası vebsaytı Arxivləşdirilib 2005-04-05 at the Wayback Machine
- Zülfiqar Əli Bhutto-nun Videosu Arxivləşdirilib 2008-01-02 at the Wayback Machine
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |