Belisarius - Wikipedia
Flavius Belisarius (Belisarius) (lat. Flavius Belisarius; yun. Φλάβιος Βελισάριος; təq. 505[1], Sapareva-Banya[d], Moziya, Bizans imperiyası – təq. mart 565) - İmperator Böyük Yustinian dövründə yaşamış Bizans hərbi rəhbəridir. 535-ci ildən konsul olmuşdur. Bizans tarixinin ən böyük sərkərdələrindən biri hesab olunur. Bəzi mənbələrdə ona Roma Qılıncı (lat. Gladius Rōmae) ləqəbi verilmişdir.
Belisarius | |
---|---|
yun. Φλάβιος Βελισάριος lat. Flavius Belisarius | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 505[1] |
Doğum yeri |
|
Vəfat tarixi | təq. mart 565 |
Vətəndaşlığı | |
Uşağı | 1 |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Hərbi magistr |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəTəxmini olaraq eramızın 505-ci ilində Roma koloniyası olan Germania Dacianında (müasir Sapareva-Banya şəhəri Bolqarıstan), Myoziya əyalətində anadan olmuşdur. Onun ailəsi, müxtəlif mənbələrə görə, İlliriya , frakiya, German (Qot)[3] və ya Slavyan[4][5] mənşəli olmuşdur.
O, xidmətlərinə görə imperator I Yustinin (518-527) mühafizəsində sadə bir əsgər kimi təxmini olaraq eramızın 525-ci illərdə vəzifəyə başlamışdır. Sasanilər İranı ilə müharibə zamanı artıq o, Şərqi Anadoluda fəaliyyət göstərən kiçik bir dəstəyə rəhbərlik edirdi.
527-ci ildə yeni imperator I Yustinian dövründə Belisarius Bizans ordusunun baş komandanı olmuş və 530-532-ci illər arasında iranlılar üzərində bir sıra təsirli hərbi qələbələr qazanaraq 532-ci ildə "Əbədi Sülh"ün imzalanmasına səbəb olmuşdur. Bunun sayəsində Bizans şərq sərhədlərində çoxdan gözlənilən, təxminən 10 illik fasiləni əldə etmişdir.
532-ci ildə Nika qiyamının yatırılmasında iştirak etmişdir. Nəticədə üsyan yatırılmış, paytaxtda asayiş bərpa olunmuş və imperatorun hakimiyyəti hifz edilib saxlanılmışdır. Bu, Belisariusun imperiya sarayındakı mövqeyini daha da gücləndirmişdir.
533-cü ildə vandallara qarşı Afrikaya göndərilmiş orduya rəhbərlik edərək Trikameronda onları məğlub etmiş, Karfageni tutmuş, Vandal kralı Gelimeri əsir götürmüş və bununla da Vandal krallığının (Vandal müharibəsi) varlığına son qoymuşdur. Bundan sonra ona qotları İtaliyadan qovmaq və Ostqot krallığını məhv etmək tapşırılmışdır.
534-cü ildə Belisarius Siciliyanı fəth etmiş və İtaliyaya keçərək Neapol və Romanı almışdır; lakin müharibə bununla bitməmiş, daha bir neçə il davam etmişdir. Nəhayət, Belisariusun qoşunları tərəfindən təqib edilən Ostqot kralı Vitiges tutulmuş və Konstantinopola əsir kimi aparılmışdır. Bu vaxt şərq cəbhəsində Sasanilərlə müharibə yenidən başlamışdır.
İran padşahı I Xosrovun əldə etdiyi qələbələr Yustinianı məcbur etdi ki Belisariusu yenidən Asiyaya göndərsin, o isə (Belisarius) burada daimi müvəffəqiyyətlə hərəkət edərək bu müharibəni bitirmişdir. Asiyadan Belisarius 544-cü ildə yenidən İtaliyaya göndərilmişdi çünki, burada yeni Ostqot kralı olan Totila Bizans qoşunlarını ağır məğlubiyyətlərə düçar edərək Romanı yenidən ələ keçirmişdir.
Belisariusun ikinci İtaliya kampaniyası (544-548) o qədər də müvəffəqiyyətli alınmamışdır. 547-ci ildə Romanı qısa müddətə geri almağı bacarsa da, Bizanslılar ostqotları tam olaraq məğlub edə bilmədilər, çünki Bizans ordusunun böyük hissəsi şərq cəbhəsində Sasanilərə qarşı müharibə ilə məşğul idi (Ostqot krallığının varlığına 552-ci ildə Belisariusun əbədi rəqibi olan Narses tərəfindən son qoyulmuşdur). Belisarius komandanlıqdan uzaqlaşdırılmış və 12 il işdən kənar qalmışdır. 559-cu ildə bolqarların istilası zamanı yenidən qoşunların komandanlığı ona həvalə edilmiş və bu dəfə də onun fəaliyyəti müvəffəqiyyətli olmuşdur.
562-ci ildə həyatının sonunda Belisarius cəzalandırıldı: mülkləri müsadirə edildi. Lakin 563-cü ildə I Yustinian komandirə bəraət qazandıraraq onu azad etmiş, bütün müsadirə edilmiş mülklərini və əvvəllər verilmiş olan titullarını geri qaytarmışdır. Lakin bütün bunlardan Belisariusu bixəbər buraxmışdır. Ancaq bu cəzalandırma sonralar - XII əsrdə Belisariusun kor olması əfsanəsinin yaranmasına səbəb olmuşdur.
İncəsənətdə
redaktə- Jean-François Marmontel "Belisarius" (fr. Bélisaire)
- David Drake, Eric Flint . Belisarius haqqında bir sıra fantastik romanlar (Dolayı yol, Qaranlığın ürəyi, Taleyin sipəri, Taleyin zərbəsi, Qələbə dalğası, Zamanın rəqsi).
İstinadlar
redaktə- ↑ 1 2 J. B. B. Belisarius (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 3. P. 682.
- ↑ 1 2 3 Антонина (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. Iа. С. 853.
- ↑ "Велизарий // Личность в истории. Краткая энциклопедия". 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Велисарий (Велизарий)". 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Болгарский исследователь Стефан Йорданов трактует его имя как «Белый царь»". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.