Con Ambroz Fleminq - Wikipedia
Con Ambroz Fleminq (ing. John Ambrose Fleming, 29 noyabr 1849[2][3][…] və ya 1849, Lankaster[d][4] – 18 aprel 1945[4][3][…], Sidmut[d], Devon qraflığı[4]) — İngiltərə fiziki və elektrik mühəndisi.
Con Ambroz Fleminq | |
---|---|
John Ambrose Fleming | |
| |
Doğum tarixi | 29 noyabr 1849[2][3][…] və ya 1849 |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1945[4][3][…] |
Vəfat yeri |
|
Vətəndaşlığı | Böyük Britaniya |
Milliyyəti | ingilis |
Elm sahələri | elektrik mühəndisliyi, Diod[1], Elektrik mühərriki[1], Transformator[1], Simsiz teleqraf[1], Radiotexnika[1], fizika[1] |
İş yerləri | |
Təhsili | |
Tanınır | Elektrik diodu lampası |
Üzvlüyü | |
Mükafatları |
Hüqens medalı - 1910 Albert medal - 1921 Faradey medal - 1928 Duddel medalı - 1930 İRE Şərəf medalı - 1933 Franklin medalı - 1935 |
Vikianbarda əlaqəli mediafayllar |
Kəşfləri
redaktəElektrik dünyasına bir çox ixtira qazandıran Fleminqin ən tanınmış icadı elektrik diodu lampasıdır. 1883-cü ildə Tomas Edison elektrik lampası üzərində işlər apararkən içi boşaldılmış lampada iki elektroddan birinin qızdırılması zamanı soyuq elektroda bir axının baş verdiyini müşahidə etmişdi. Bu zaman Tomas Edisonla işləyən Fleminq bu hadisə ilə maraqlanaraq öyrənməyə qərar vermişdir. 1900-cü ildə Fleminq iki elektrodlu lampadan istifadə edərək radio dalğalarının alına biləcəyini və düz axına çevrilə bildiyini tapmışdır. Fleminq lampasında bateriya ilə qızdırılan bir elektroddan (katod) yaranan elektrik axını soyuq elektroda (anod) hərəkət edirdi.
Anoda bir siqnal bağlandıqda siqnalın katoddan pozitiv olduqda axın davam edirdi, amma neqativ olduqda kəsilirdi. Beləliklə, gələn siqnalların ancaq bir istiqamətdə irəliləməsini təmin edən bu lampanın bir radio dövrəsinə yerləşdirilməsi ilə bir daşıyıcı dalğa ilə göndərilən radio dalğalarını qəbul etmək mümkün idi.
Fleminqin 1904-cü ildə patentini aldığı elektrik diodu lampası ABŞ-də De Forest tərəfindən üçüncü elektrod da əlavə edilməsi ilə daha da təkmil olmuşdur. Bu siqaret şəkilli üçüncü elektrod zəif radio siqnallarının digər iki elektrod arasındakı güclü axını idarə edərək ən zəif siqnalların da qəbul edilməsini mümkün etmişdir.
Elektromaqnit qüvvələrin istiqamətini tapmağa kömək edən "üç barmaq qaydası"nı da hazırlayan Fleminq həmçinin odometr, termik ampermetr kimi cihazların ixtiraçısıdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Fleming, J. A. // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Sir John Ambrose Fleming // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 Флеминг Джон Амброз // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.