Adam Smit - Wikipedia
Adam Smit (ing. Adam Smith; ən geci 5 (16) iyun 1723, Kerkoldi[d], Fayf[d][4] – 17 iyul 1790[2][3][…], Edinburq[4]) — şotland[5] əsilli Böyük Britaniyalı filosof və iqtisadçı.[6]
Adam Smit | |
---|---|
ing. Adam Smith | |
Doğum tarixi | ən geci 5 (16) iyun 1723 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyul 1790[2][3][…] (67 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | iqtisadiyyat, etika, siyasi fəlsəfə, iqtisadi liberalizm[d], fəlsəfə[1], Maarifçilik dövrü[1] |
Elmi adı | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Frensis Hutçeson[d] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Müasir kapitalizmin banisi[7][8][9] hesab olunan Adam Smit əxlaq fəlsəfəsi professoru olması səbəbindən iqtisadi yanaşmalarında bu elmin təsirləri hiss olunur. İqtisadiyyatda və təbiət hadisələrində nizam olduğunu və bunun müşahidə və əxlaq hissi ilə müəyyən oluna biləcəyini qeyd etmişdir. Ən məşhur əsəri Millətlərin Sərvəti haqqında Tədqiqat (1776), iqtisadi nəzəriyyənin əsaslarını qoymuşdur. Bu əsərində o, "görünməz əl" konsepsiyasını irəli sürərək izah etmişdir ki, insanlar öz şəxsi mənafelərini güdərkən, cəmiyyətin ümumi rifahına da töhfə verə bilərlər.
Adam Smit, həmçinin iş bölgüsü və ixtisaslaşmanın məhsuldarlıq üçün vacib olduğunu vurğulamışdır. O, göstərmişdir ki, işçilərin bir sahədə ixtisaslaşması onların müxtəlif işlərlə məşğul olmasından daha səmərəli olur. Onun bu ideyaları iqtisadi düşüncə və siyasətlərin inkişafında böyük rol oynamış və günümüzdə də əhəmiyyətini saxlayır.
Həyatı
redaktəAdam Smit Şotlandiyanın Kirkkaldi şəhərində çalışan gömrük nəzarətçisinin oğlu olaraq dünyaya gəlmişdir. Dəqiq doğum tarixi bilinməsə də, 16 iyun 1723-cü ildə, atasının ölümündən 6 ay sonra xaç suyuna salındığı məlumdur. Təxminən 4 yaşı olarkən qaraçılar tərəfindən qaçırılan Smit, qısa zamanda əmisinin köməyi ilə tapılmışdır.
On dörd yaşı olarkən Qlazqo Universitetində əxlaq fəlsəfəsi mövzusunda Frensis Hatçisonun yanında təhsil almağa başlamışdır. Azadlıq, hüquq, ifadə azadlığı mövzularına bağlılığı da burada yaranmışdır. Qlazqo Universitetindən məzun olduqdan sonra 1740-cı ildə Oksforddakı Balliyol Kollecində oxumağa başlamış, lakin 1746-cı ildə məktəbi tərk edərək Oksfordun imtiyaz nəzarəti mövzusunda tənqidçilik etməyə başlamışdır. 1748-ci ildə Edinburq Universitetində Lord Keymsin başçılığı altında konfranslar keçirmişdir.[10] Burada natiqlik sənəti və bədii məktublar mövzularına toxunmuşdur. Daha sonralar sərvətin idarəsi mövzusuna toxunmuş və bu dövrdə təbii azadlığın açıq və sadə sistemi məsələlərini araşdırmışdır.
Smitin xristian atası dininə çox bağlı bir insan idi və Şotlandiya kilsəsinin mötədil qanadına üzv idi. Smitin İngiltərəyə getməsinə səbəbin İngiltərə kilsəsində karyera qurmaq olduğu deyilsə də, bu mövzuda dəqiq bir sübuta rast gəlinmir. Əksinə, Smit Şotlandiyaya deizm tərəfdarı kimi geri dönmüşdü. Həmçinin o, uşaq olarkən atası tərəfindən göndərilən kilsədən qaçaraq evlərinə dönmüşdür. Smit fəlsəfi olaraq dini iqtisadiyyatın önündə əngəl olaraq görmüş və ateist yanaşma nümayiş etdirmişdir. Bir çox məsələ ilə bağlı Darvinlə eyni düşüncədən çıxış etmişlər.
1751-ci ildə Smit Qlazqo Universitetinə məntiq, növbəti il isə əxlaq professoru olaraq təyin edilmişdir. Dərslərində etika, natiqlik sənəti, hüquq, siyasi iqtisad və digər mövzulara yer vermişdir. 1759-cu ildə Qlazqodakı konfraslarını bir araya gətirdiyi Əxlaqi münasibətlər nəzəriyyəsi (ing. The theory of Moral Sentiments) adlı kitabını nəşr etdirmişdir. Bu kitabdan sonra onun məşhurluğu artmışdır. Kitabın əsas mövzusu insan münasibətlərinin verici və alıcıları (yəni fərd və cəmiyyətin digər üzvləri) arasındakı simpatiyaya və anlayışa nə qədər bağlı olduğu ilə bağlı idi. Lord Monboddonun 14 il sonra yayımlanan kitabında qeyd etdiyi kimi, Smitin bu ilk kitabındakı dil inqilabı analizi səthi idi. Yenə də, Smitin axıcı və inandırıcı müdafiələri bəlağətli olsa da, mübahisə olunmazdır. Smitin açıqlamaları əxlaq duyğusuna və faydalılığa deyil anlayışa əsaslanmışdır.
Smit bu dövrdən sonra öz konfrasnlarında əxlaq nəzəriyyələrindən daha çox hüquq və iqtisadiyyata yer verməyə başlamışdır. Kirkkaldiyə qayıtdıqdan sonrakı 10 ilini Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat adlı 1776-cı ildə yayımlanan əsəri üzərində çalışaraq keçirmişdir. Çap olunduqdan sonra böyük uğur qazanan kitab, Smitin dünyada məşhur iqtisadçı kimi tanınmasının da əsas səbəbi olmuşdur. 1778-ci ildə Smit Şotlandiyanın vergilər naziri təyin edilmişdir. Bundan sonra Edinburqa, anasının yanına köçən Smit 17 iyul 1790-cı ildə ağır xəstəlikdən sonra vəfat etmişdir. Ölümündən sonra sərvətinin böyük hissəsinin gizli köməkləşmə cəmiyyətlərinə verildiyi məlumdur.
Xalqların sərvəti
redaktəXalqların sərvəti iqtisadi prinsiplərin ortaya çıxmasını və eyni zamanda müstəqil və sistematik hala gəlməsini təmin etdiyi üçün iqtisad elminə ciddi təsir edən bir əsərdir. Bəzi müəlliflərə görə qərb dünyasında iqtisadiyyatla bağlı yazılan ən güclü əsərdir. 1776-cı ildə nəşr edildiyində İngiltərə və ABŞ-də azad ticarət anlayışı yayılmaqda idi və kitab iqtisadi uğur üçün böyük külçə rezervlərinin önəmli olduğunu iddia edən Merkantilizmə qarşı klassik bir bildiriş halına gəlmişdir. Bu dövrdə ABŞ-nin yaşadığı İstiqlaliyyət müharibəsi sonrasında ortaya çıxan kasıblıq və sıxıntılı şəraitlər bu anlayışı meydana çıxarmışdır.
Xalqların sərvəti eyni zamanda fiziokratların torpağın önəmini vurğulamasına da qarşı çıxırdı. Smit bunun yerinə işçilərin gücünə inanırdı və işçi qüvvəsinin istehsalın artmasında əsas qüvvə olduğu fikrini müdafiə edirdi. Xalqlar o qədər uğurlu oldu ki, bu əvvəlki iqtisadi nəzəriyyələrin unudulmasına səbəb oldu. Tomas Maltus və David Rikardo kimi iqtisadçılar Smitin bu gün klassik iqtisad olaraq bilinən nəzəriyyəsini təkmilləşdirməyə istiqamətləndilər. Bu zamanla çağdaş iqtisadiyyatın inkişaf etməsinə səbəb oldu.
Xalqların zənginliyinin əsas mövzularından biri də, azad bazarların hər nə qədər qarışıq və idarə olunmayan görünsə də, əslində bir gözəgörünməz əl tərəfindən tənzimlənməsidir. Məsələn, bir məhsulda istehsal əskikliyi olduğunda qiymət artır və bu vəziyyət sonda qıtlığa son verir. Əgər bazara həddindən artıq istehsalçı daxil olarsa, istehsalçılar arasında rəqabətin artması qiymətlərin düşməsinə səbəb olaraq, məhsulun təbii qiymətinə satılmasına yol açır. Mənfəət göstəricisi ortalama bazar qiymətində sıfırlanarsa da mal və xidmət istehsalı üçün təşviq ortadan qalxmır, çünki bütün istehsal məsrəfləri, istehsal olunanın qiymətinə təsir etməkdədir. Əgər qiymətlər orta mənfəət göstəricisindən aşağı səviyyəyə düşərsə, istehsalçılar bazardan çıxmağa başlayırlar. Mənfəət göstəricisinin sıfırdan yüksək olduğu müddət ərzində, istehsalçılar bazara girməyə davam edirlər. Smit insanların hərəkətə keçməsini təmin edən səbəblərin acgözlükdən qaynaqlandığına inanırdı. Ona görə də, bu rəqabət eyni zamanda çox çeşidli mal və xidmət istehsalını təbliğ etməkdə idi. Smit yenə də, sahibkarlara qarşı diqqətli olmağın gərəkdiyini və inhisarçılığın yanlış olduğunu müdafiə edirdi.
Smit bütün gücü ilə sənaye inkişafını əngəlləyən vaxtı keçmiş dövlət məhdudiyyətlərinə hücum edirdi. O, gömrük rüsumları da daxil olmaqla, bunların uzun müddətdə yüksək qiymətlərə səbəb olduğunu qeyd edirdi. Hər şeyin axarına buraxılmasını müdafiə edən bu imkan verin etsinlər nəzəriyyəsi, sonrakı illərdə, xüsusilə XIX əsrdə hökumətlərin qəbul etdiyi qanunlara ciddi təsir göstərmişdir. Buna baxmayaraq, Smit hökumətlərin varlığına müxalif deyildi. Hökumətlərin iqtisadi sektorun xaricindəki məsələlərdə fəaliyyət göstərməsini müdafiə edirdi. Məsələn, kasıb vətəndaşlara təhsil verilməsinin, ordunun tərəfdarı idi.
Mütləq rəqabət
redaktəSmit yaşadığı dönəmin elmi inkişafını iqtisadi təbiət qanunlarının varlığı ilə açıqlamağa çalışmışdır. Gözəgörünməz əl bu çalışmaların ən önəmlilərindən biridir. Smitə görə iqtisadi həyat fərdiyyətçidir və bu fərdiyyətçi insanların təbii quruluşundan qaynaqlanmaqdadır. Şəxsi mənfəət iqtisadi həyat üçün stimul verici bir gücdür. Fərd öz təbiəti etibari ilə ən az zəhmətlə, ən çox qazanca çatmağa çalışacaqdır. Bu məqsədlə, Smit təklif və tələb bərabərliyini avtomatik olaraq gerçəkləşdirən qiymət mexanizmi üzərində dayanmaqdadır. Smitə görə qiymətlər tarazlıq ünsürüdür. Smitin qiymət tarazlığı ünsürünü bazar misalı ilə açıqlayaq: İstehsal azalarsa qiymətlər yüksəlir, çörək təlabatının azaldığını düşünün, ehtiyacımız olan çörəyə çatmaq üçün daha çox çalışacağıq, bu artan çalışma həcmi də istər-istəməz qiymətləri qaldıracaq. Qiymətlərin yüksəlməsi firmaları daha çox qazanc əldə edəcəkləri düşüncəsi ilə daha çox istehsal etməyə təşviq edəcək və təklif tələbə yaxınlaşdığı zaman tarazlıq yaranacaqdır. Təklif tələbi keçdiyi zaman isə qiymətlər düşəcəkdir, bu da firmaların istehsalını azaltmasına səbəb olacaqdır. Beləcə, heç bir müdaxilə olmadan hər şey tarazlıqda olacaqdır.
Mütləq rəqabətdə fərdlər və firmalar öz mənafelərini güdməklə bərabər, eyni zamanda cəmiyyətin də mənafeyinə xidmət edirlər. Misal olaraq, mütləq rəqabət şəraitində istehsalçılar və istehlakçılar arasında bir mənfəət mübarizəsi yoxdur. Mütləq rəqabət şəraitində istehsalçılar ilə istehlakçılar istehsal və istehlak artıqlarını bərabər şəkildə paylaşırlar.
Ancaq aşağıdakı təsirlər tam rəqabət şəraitində qurulan tarazlığı poza bilər:
- Dövlətin vergiləri artırması.
- İstehsal faktorlarının optimallaşmasının pozulması, bəzi mallarda nadirlik rentası yaradır. (Nadirlik rentası bir malın bazarda az olması və mala tələbin çox olması səbəbi ilə yaranır.)
- İstehsalçıların istehsal qərarlarında yanılma və istehsal qərarsızlıqları.
- Beynəlxalq münasibətlərin azalması və qopması.
- Siyasi qeyri-sabitliyin artması.
Kapital
redaktəAdam Smit kapitalı əməyin daha məhsuldar olmasını təmin edən bir təsir qüvvəsi olaraq xarakterizə edir. Alət, avadanlıq, torpaq, gübrə və s. hər biri kapitaldır. Smitə görə kapıtalı artıracaq hər vergi istehsalı azaldacaq, beləcə həm dövlətin, həm də cəmiyyətin faydasını azaldacaqdır. Smit ilk dəfə kapitalı ikiyə ayırmışdır: Sabit kapital və dəyişən kapital.
- Sabit kapitala binalar, qurğular, avadanlıqlar, alətlər və s. daxildir. Bu kapital əldən-ələ dolaşmadan sahibinə qazanc gətirir. (Sabit kapital heç bir şəkildə qazanc gətirmir, sadəcə öz dəyərini hissə-hissə istehsal edilən məhsula keçirir.)
- Dəyişən kapital isə həm maddə, satılacaq mallar kimi sahibinə əldəyişdirmədən, dolayı yolla qazanc gətirir. Necə ki, pul bir mal ilə mübadilə edilmədikcə bir fayda gətirmisə, mallar da əl dəyişdirmədən fayda qazandırmır.
Bir ölkənin illlik ümumi gəliri, illik ümumi hasilata bərabərdir. Kapital yaratmağın ilk mərhələsi pul əldə etməkdir və bu kapitalın yaranması qənaətlə mümkün olur. Adam Smitə görə kapital gecikdirilmiş bir istehlakdır. Smitə görə, bir ölkənin kapital ehtiyatı artdıqca, zənginliyi də artar.
Gözəgörünməz əl
redaktəAdam Smit fərdin və cəmiyyətin yaxşılığı arasında əlaqə qurduğu Xalqların zənginliyi kitabında belə yazırdı:
Hər bir fərd öz mənfəətinin ardınca qaçarkən, cəmiyyətə düşünə biləcəyindən daha çox xidmət edir. |
Buna görə də, hər kəsin eqoist olduğu bir cəmiyyətdə uyğunlaşma, rasional bir müdaxilə olmasa da, özü-özlüyündən yaranacaqdır. Bu özlüyündən yaranan görünməz əl, bazar münasibətləridir.
Smit təbii qanunları qəbul etməkdə və iqtisad sahəsində bu qanunları kəşfetmək lazım gəldiyini söyləməkdədir. Yəni Smit, təbii quruluşun fərdi mənfəətə görə yaranacağı inancında idi. Bu baxımdan Smitin nəzəriyyəsi fürsətçi (opportunist) və gerçəkçidir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Adam Smith // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 3 4 Смит Адам // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Great Thinkers of the Scottish Enlightenment". 2001-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
- ↑ Sharma, Rakesh. "Adam Smith: The Father of Economics". Investopedia. 2016-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-20.
- ↑ "Adam Smith: Father of Capitalism". www.bbc.co.uk. 20 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2019.
- ↑ Bassiry, G. R.; Jones, Marc. "Adam Smith and the ethics of contemporary capitalism". Journal of Business Ethics. 12 (1026). 1993: 621–627. doi:10.1007/BF01845899. ISSN 0167-4544.
- ↑ Newbert, Scott L. "Lessons on social enterprise from the father of capitalism: A dialectical analysis of Adam Smith". Academy of Management Journal. 2016 (1). 30 November 2017: 12046. doi:10.5465/ambpp.2016.12046abstract. ISSN 2151-6561.
- ↑ "Adam Smith: Biography on Undiscovered Scotland". www.undiscoveredscotland.co.uk. 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
Ədəbiyyat
redaktə- Butler, Eamonn (March 2007). Adam Smith – A Primer. Institute of Economic Affairs. ISBN 0-255-36608-6.
- Cook, Simon (2012). Culture & Political Economy: Adam Smith & Alfred Marshall. Tabur.
- Copley, Stephen (March 1995). Adam Smith's Wealth of Nations: New Interdisciplinary Essays. Manchester University Press. ISBN 0-7190-3943-6.
- Glahe, F. (June 1977). Adam Smith and the Wealth of Nations: 1776–1976. University Press of Colorado. ISBN 0-87081-082-0.
- Haakonssen, Knud (6 March 2006). The Cambridge Companion to Adam Smith. Cambridge University Press. ISBN 0-521-77924-3.
- Hamowy, Ronald (2008). "Smith, Adam (1732–1790)". The Encyclopedia of Libertarianism. Thousand Oaks, CA: SAGE; Cato Institute. pp. 470–2. ISBN 978-1-4129-6580-4. LCCN 2008009151. OCLC 750831024.
- Hollander, Samuel (June 1973). Economics of Adam Smith. University of Toronto Press. ISBN 0-8020-6302-0.
- Iain McLean (2006). Adam Smith, Radical and Egalitarian: An Interpretation for the 21st Century. Edinburgh University Press. ISBN 0-7486-2352-3.
- Milgate, Murray and Stimson, Shannon. (August 2009). After Adam Smith: A Century of Transformation in Politics and Political Economy. Princeton University Press. ISBN 0-691-14037-5.
- Muller, Jerry Z. (3 July 1995). Adam Smith in His Time and Ours. Princeton University Press. ISBN 0-691-00161-8.
- O'Rourke, P. J. (4 December 2006). On The Wealth of Nations. Grove/Atlantic Inc. ISBN 0-87113-949-9.
- Otteson, James (2002). Adam Smith's Marketplace of Life. Cambridge University Press. ISBN 0-521-01656-8.
- Phillipson Nicholas: Adam Smith: An Enlightened Life, Yale University Press, 2010 ISBN 978-0-300-16927-0, 352 pages; scholarly biography
- Iain McLean, Adam Smith, Radical and Egalitarian: An Interpretation for the 21st Century (Edinburgh University Press, 2004)
- Éric Pichet, (2004), Adam Smith, je connais !, French biography.
- Vianello, F. [1999], "Social accounting in Adam Smith", in: Mongiovi, G. and Petri F. (eds.), Value, Distribution and capital. Essays in honour of Pierangelo Garegnani, London, Routledge, ISBN 0-415-14277-6.
- Winch, Donald (2007) [2004]. "Smith, Adam". Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. doi:10.1093/ref:odnb/25767.
- Wolloch, N. (2015). Symposium on Jack Russell Weinstein’s Adam Smith’s Pluralism: Rationality, Education And The Moral Sentiments. Cosmos + Taxis
- "Adam Smith and Empire: A New Talking Empire Podcast," Imperial & Global Forum.
Mənbə
redaktə- Robert. L. Helbroner. The Essential Adam Smith. ISBN 0-393-95530-3
- Benians, E. A (1925). "Adam Smith’s Project of an Empire." Cambridge Historical Journal 1 (3): 249–283.
- Nicholson, Joseph Shield (1909). A Project of Empire: A Critical Study of the Economics of Imperialism, with Special Reference to the Ideas of Adam Smith. London.
- Palen, Marc-William (March 2014). "Adam Smith as Advocate of Empire, c. 1870–1932." Historical Journal 57 (1): 179–198.
- Bonar, James, A Catalogue of the Library of Adam Smith, London, 1895
- Buchan, James, The Authentic Adam Smith: His Life and Ideas, W. W. Norton & Company, 2006
- Buchholz, Todd, New ideas from Dead Economists: An introduction to modern economic thought, Penguin Books, 1999
- Bussing-Burks, Marie, Influential Economists, Minneapolis: The Oliver Press, 2003
- Campbell, R. H.; Skinner, Andrew S., Adam Smith, Routledge, 1985
- Coase, R.H., Adam Smith's View of Man, oktyabr 1976
- Rae, John, Life of Adam Smith, London & New York: Macmillan, 1895
- Ross, Ian Simpson, The Life of Adam Smith, Oxford University Press, 1995
- Ross, Ian Simpson, The Life of Adam Smith (2), Oxford University Press, 2010
- Skousen, Mark, The Making of Modern Economics: The Lives and Ideas of Great Thinkers, M.E. Sharpe, 2001
- Smith, Adam, An Inquiry into the Nature and Causes of the Wealth of Nations, University of Chicago Press, 1977
- Smith, Adam, The Theory of Moral Sentiments, Liberty Fund, 1982
- Smith, Adam, The Theory of Moral Sentiments, Cambridge University Press, 1982
- Smith, Vernon L., The Two Faces of Adam Smith, iyul 1998
- Tribe, Keith; Mizuta, Hiroshi, A Critical Bibliography of Adam Smith, Pickering & Chatto, 2002
- Viner, Jacob, Essays on the Intellectual History of Economics, Princeton, New Jersey: Princeton University Press, 1991
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Adam Smith (1723–1790). The Concise Encyclopedia of Economics. Library of Economics and Liberty (2nd ed.) (Liberty Fund). 2008.
- Works by Adam Smith at Open Library
- Adam Smith Arxivləşdirilib 2015-04-03 at the Wayback Machine at DMOZ
- Works by Adam Smith at Project Gutenberg
- Works by or about Adam Smith at Internet Archive
- Works by Adam Smith at LibriVox (public domain audiobooks) Speaker Icon.svg
- Adam Smith Awards at Treasury Today
- Wealth of Nations lecture by Economist Tyler Cowen, may 2013
- References to Adam Smith in historic European newspapers