Gorus Film 1955 - Wikipedia
Görüş — rejissor Tofiq Tağızadənin filmi[1] Azərbaycan filmi.[2]. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[3].
Görüş | |
---|---|
Fayl:Görüş (film, 1955).jpg | |
Janr |
dram komediya məhəbbət |
Rejissor | Tofiq Tağızadə |
Ssenari müəllifləri |
Ədhəm Qulubəyov Nina Mustafayeva |
Baş rollarda |
Arif Mirzəquliyev — Kamil Nelli Ataullayeva — Lala Leyla Bədirbəyli — Bilqeyis Həsənağa Salayev — Musa Münəvvər Kələntərli — Münəvvər Əliağa Ağayev — Şıxəli Ağahüseyn Cavadov — Əbülfəz Barat Şəkinskaya — Şövkət |
Operatorlar |
Teyyub Axundov Cavanşir Məmmədov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssamlar |
Cəbrayıl Əzimov Elbəy Rzaquliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 3 fevral 1956 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 71,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1955 |
Texniki məlumatlar |
8 hissə 2028 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1573830 |
Məzmun
redaktəFilm bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.
Film haqqında
redaktəFilm kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.[4]
Film quruluşçu rejissor Tofiq Tağızadə kinoda ilk müstəqil işidir.[5]
Film aktyor Əliağa Ağayevin kinoda ilk işidir.
Film aktrisa Barat Şəkinskayanın kinoda ilk işidir.
Film aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir.
Səhvlər
redaktə- Davamlılıq: Meşədə Musa Lalanı Bilqeyis zənn edib ona yaxınlaşanda Lalanın yaylığı başındadır. Bir kadr sonra yaylıq onun çiyinlərindədir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Ədhəm Qulubəyov, Nina Mustafayeva (Nina Pozina kimi)
- Quruluşçu rejissor: Tofiq Tağızadə
- Quruluşçu operator: Teyyub Axundov, Cavanşir Məmmədov
- Quruluşçu rəssam: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: İlya Ozerski
- Rejissor: Əjdər İbrahimov
- Mahnıların mətni: Zeynal Cabbarzadə
- Rejissor assistenti: L. Berladir
- Rəssam assistenti: Məmməd Hüseynov
- Qrim rəssamı: M. Petrova, S. Pozdeyeva
- Filmin direktoru: V. Dudiyev
- Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
- Dirijor: Tofiq Quliyev
- Mahnıları ifa edir: Şövkət Ələkbərova, Lütfiyar İmanov, Ş. Mustafayeva (titrlərdə yoxdur)
- Operator assistenti : Əlihüseyn Hüseynov (titrlərdə yoxdur)
Rollarda
redaktə- Arif Mirzəquliyev — Kamil
- Nelli Ataullayeva — Lala[6]
- Leyla Bədirbəyli — Bilqeyis
- Həsənağa Salayev — Musa
- Münəvvər Kələntərli — Münəvvər
- Əliağa Ağayev — Şıxəli
- Ağahüseyn Cavadov — Əbülfəz
- Barat Şəkinskaya — Şövkət
- Sona Aslanova — Firəngiz
- Əzizə Məmmədova — Əzizə
- Məmmədəli Vəlixanlı — çayçı
- A. Norbayev — Niyaz
- Fateh Fətullayev — Quluzadə
- Süsən Məcidova — Sərvinaz
- Mustafa Mərdanov — Əsgər
- Müxlis Cənizadə — Ənvər
- R. Mirzəyeva — Almaz
- Cabbar Əliyev — Şarip
- H. İsmayılova
- Sədaqət Zülfüqarova — pambıqçı
- K. Yusipova
- B. Şirəlibəyov
- Ceyhun Mirzəyev — Şıxəlinin oğlu (titrlərdə yoxdur)
- Tələt Rəhmanov — kolxoz işçisi (titrlərdə yoxdur)
- Şəfiqə Qasımova — pambıqçı (titrlərdə yoxdur)
- İsmayıl Əfəndiyev — radioqovşaqdakı səs (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
redaktə- Əli Zeynalov — Kamil (Arif Mirzəquliyev) (titrlərdə yoxdur)
- Sofa Bəsirzadə — Lala (Nelli Ataullayeva) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Azəri, L. 60 ilin "Görüş"ü: [Tofiq Tağızadənin eyniadlı filmi haqqında] //Mədəniyyət.- 2015.- 19 iyun.- S.10.
- ↑ Novruz, R. "Ulduz", "Əhməd haradadır?", "Görüş" filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: "Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir": [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.
- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 71.
- ↑ Abdullayeva, T. "Görüş"lə başlanan uğurlu sənət yolu: [kinorejissor Tofiq Tağızadə haqqında] //525-ci qəzet.- 2015.- 10 fevral.- S. 7.
- ↑ "Narkotikin gətirdiyi son: "Görüş" filminin "Lala"sı necə öldü?". 2018-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
Mənbə
redaktə- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 118–120.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- Gözəl Azərbaycan filmlərinin müəllifi…: "Görüş", "Uzaq sahillərdə", "Arşın mal alan", "Dədə-Qorqud": [kinorejissor Tofiq Tağızadə haqqında] //Azadlıq.- 2011.- 11 noyabr.- S.14.