Gence Vilayeti - Wikipedia
Kirovabad vilayəti — Azərbaycan SSR-də 1952—1953 illər arasında mövcud olmuş inzibati-ərazi. İnzibati mərkəzi Kirovabad şəhəri idi.
Tarixi Azərbaycan SSR əraziləri | |
Gəncə vilayəti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | SSRİ |
Bölgə | Azərbaycan SSR |
İnzibati mərkəz | Kirovabad (indiki Gəncə) |
Əsası qoyulub | 3 aprel 1952 |
Ləğv edilib | 23 aprel 1953 |
Xəritədə yeri | |
Kirovabad vilayəti 3 aprel 1952-ci ildə, Bakı vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Bu vilayət Azərbaycan SSR ərazisinin şimal-qərb hissəsini əhatə edirdi və 28 rayona — Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Balakən, Dəstəfur, Gədəbəy, Göyçay, Xaldan, Xanlar, Şaumyan, Qax, Qazax, Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Nuxa, Samux, Səfərəliyev, Şamxor, Şaumyan, Tovuz, Ucar, Vartaşen, Yevlax, Zaqatala və Zərdab rayonlarına bölünürdü.
Vilayətin İcraiyyə komitəsinin sədri Sadıq Rəhimov, K(b)P vilayət komitəsinin sədri İmam Mustafayev idi.
Kirovabad vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir.[1]
İstinadlar
redaktə- ↑ Указ Президиума ВС СССР от 23.04.1953 о ликвидации Бакинской и Гянджинской областей Азербайджанской ССР