Henefi Mezhebi - Wikipedia
Hənəfi məzhəbi (ərəb. حنفية) — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767).
Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-Lanka və Çinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [mənbə göstərin].
Hənəfi məzhəbinin əsasları
redaktəHənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları:
2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir.[1]. Bundan başqa Hənəfi məzhəbi Qafqaz və Balkanlarda çox yayılmışdır.
Hənəfi məzhəbi məktəbləri
redaktəOrtodoksal İslam məzhəbi olan Hənəfi məzhəbinin dünyada minlərlə məktəbi, mədrəsəsi və universiteti var. Məzhəbin ən nüfuzlu məktəblərindən biri Hindistanda yerləşən "Darül-Elm Deobəndir". Bu mədrəsədə hənəfilərlə bərabər maturidilər və sufilər də dini təhsil alir.
Hənəfi məzhəbində namaz
redaktəHənəfi məzhəbində kişilər namaz qılarkən əlləri göbəyin altında, qadınlar isə sinənin üstündə bağlamalıdırlar.
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Rus dilində Hənəfi məzhəbinin fətvaları
- İslam Alimlərinin Həyatı (Azərbaycan dilində)
- Zia-ul-Ummat website (ingiliscə) Arxivləşdirilib 2016-01-13 at the Wayback Machine
- Shariah Board (Hanafi) Audio Fatawa in many languages (free online)
- Azəricə Hənəfi Məshəbi Fətvalari