Jan Batist Bio - Wikipedia
Jan Batist Bio (21 aprel 1774[1][2][…], Paris[5] – 3 fevral 1862[1][2][…], Paris[5]) — fransız fiziki, geodeziyaçısı və astronomu, Paris EA-nın üzvü (1803).[6]
Jan Batist Bio | |
---|---|
fr. Jean-Baptiste Biot | |
Doğum tarixi | 21 aprel 1774[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 1862[1][2][…] (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahəsi | fizika |
İş yeri |
|
Təhsili | |
Elmi rəhbəri | Qaspar Monj |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəParisdə Politexnik Məktəbdə təhsil almışdır. Kollej de Fransın (1800) və Paris Universitetinin (1809) professoru, Yer meridianının uzunluğunu ölçmə üzrə komissiyanın üzvü olmuşdur (1806). Göy mexanikasına və qazların xassələrini öyrənməyə aid işlərin müəllifidir. 1804-cü ildə J.L. Gey–Lüssakla birlikdə müxtəlif hündürlüklərdə havanın tərkibini öyrənmək üçün aerostatda uçuş həyata keçirmişdir.[6]
Fəaliyyəti
redaktəƏsas tədqiqatları optika, elektrodinamika və akustikaya aiddir. İşığın polyarlaşma müstəvisinin fırlanma qanununu müəyyənləşdirib (Bio qanunu, 1815), kristallarda və üzvi maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanmasını tədqiq etmiş və bununla da saxarimetriyanın əsasını qoymuşdur. F. Savarla birlikdə sabit elektrik cərəyanının maqnit sahəsinin intensivliyini təyin edən qanunu kəşf etmişdir (Bio–Savar qanunu, 1820). İ. Nyutonun irsini araşdırıb; məşhur fizika kursunun müəllifidir (1816).[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 list of professors at Collège de France.
- ↑ 1 2 Fransa Akademiyası. 1635.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).
- ↑ 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 53. ISBN 978-9952-441-03-1.