Karbonatlar - Wikipedia
Karbonatlar — minerallar, H2CO3 turşusunun duzları. Bir neçə növə bölünür: bikarbonatlar (turş duzlar, susuz və sulu normal K.) Karbonatlar; əlavə anionlu (OH)-1, F-1, və ya Cl- Karbonatlar; (SO4)-2 və ya (PO4)-3 anionlu mürəkkəb K. İkivalentli kationlu (Ca, Mg, Fe, Mn, Ba, Sr, Pb, Zn, Cu və b.) Karbonatlar daha geniş yayılmışdır. Na+ və K+, həmçinin (NH4)+ kationu yalnız bikarbonatlar əmələ gətirə və ya ikiqat duzların tərkibinə daxil ola bilər. Nadir hallarda kationların sırasına Ni+3, Al+3, Bi+3 daxil olur. Bunlardan başqa, U+4, Ce+3, La+3 və b. ilə də Karbonatlar sırası məlumdur. Karbonatlar üçün çoxsaylı tam və ya natamam izomorf sıralar səciyyəvidir. İkiqat duzlar geniş yayılmışdır. Karbonatlar əksəriyyəti triqonal və rombik sinqoniyada, çox az bir hissəsi heksaqonal, monoklinik və b. sinqoniyalarda kristallaşır. Karbonatlar içərisində polimorfizm hadisəsi geniş yayılmışdır. Karbonatlar əksəriyyəti rəngsizdir, Fe, Mn, Cu iştirak edən Karbonatlar qonur, çəhrayı, sarı, yaşıl və b. rəngli də olur. Sərtliyi 3-5. Xüsusi çəkisi 1,5-8,1 (Bi-lu K.). Karbonatlar üçün yüksək ikiqat şüasındırma səciyyəvidir. Karbonatlar əksəriyyəti ekzogen proseslər zamanı əmələ gəlir. Kalsit, dolomit və başqa karbonatlar çöküntü və metamorfik süxur qatlarını təşkil edir. Karbonatlar bir qismi biokimyəvi yolla əmələ gəlir. Karbonatlar hidrotermal yataqlarda (orta və aşağı temperaturlu) geniş yayılmışdır. Filiz yataqlarının oksidləşmə zonasında Pb, Zn, Cu və b. ağır metalların karbonatlar toplanır. Karbonatlar sənayenin bir çox sahəsində istifadə olunur: tikintidə - sement və başqa tikinti materialları, metallurgiyada odadavamlı materiallar, kağız, şüşə istehsalında, optika, kimya sənayesində və b. Karbonatlar bir çox metalların (Pb, Zn, Cu, Fe, Mn və b.) filizləridir.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.