Kelvinqrov Parki - Wikipedia
Kelvinqrov parkı (ing. Kelvingrove Park) — Qlazqonun qərbi hissəsində, Kelvin çayının üstündə yerləşən, 34 hektar sahəsi olan park. Parkda Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir.
Kelvinqrov parkı | |
---|---|
ing. Kelvingrove Park | |
Məlumatlar | |
Ölkə | |
Yerləşməsi | Qlazqo, Şotlandiya |
Koordinatları | 55°52′06″ şm. e. 4°17′11″ q. u.HGYO |
Sahəsi | 34 ha |
Yaradılıb | 1852 |
Tabeçiliyi | Qlazqo şəhər bələdiyyəsi |
Statusu | ilboyu açıq |
Ən yaxın ictimai nəqliyyat | Kelvinbric metro stansiyası |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPark ingilis bağban Ser Cosef Pakston tərəfindən 1852-ci ildə "Vest End parkı" kimi yaradılmışdır. Qlazqo şəhər bələdiyyəsi əvvəllər Kelvinqrov və Vudlends məhəllələrini təmsil edən torpaqları, o vaxt £99,569 məbləğində satın almışdı.[1] Park şəhərin qərb tərəfinin davamlı genişləndirilməsi, istirahət və şəhər mərkəzinin sürətlə xarabaya dönməsindən qurtarmaq üçün nəzərdə tutulmuşdur.[2]
Böyük Sərgilər
redaktəParkda 1888 Beynəlxalq Sərgi, 1901 Beynəlxalq Sərgi və 1911 Şotlandiya Sərgisi keçirilmişdir. Beynəlxalq sərgilər üçün parkda böyük və əzəmətli binalar, o cümlədən hind pavilyonu və rus restoran binası inşa olunmuşdur.[2]
Coğrafi yerləşməsi və xüsusiyyətləri
redaktəQlazqonun Vest Endində yerləşən parkın ölçüsü 34 hektardır.[2] Heyvanlar üçün sığınacaq olan parkdan Kelvin çayı keçir. Parkın sahəsində boz vağ, qarabatdaq, balıqçıl, yaşılbaş ördək və böyük pazdimdik quşları, digər heyvanlardan isə qırmızı tülkü, qəhvəyi siçovul, adi sincab və susamuruna rast gəlmək olar.[3] Parkı qərbini Qilmorhil və Qlazqo Universiteti, cənubunu Anderston və Partik rayonları, şərqini Çarinq Kross və şimalını Hilhed və Vudsayd rayonları əhatə edir. Bu mərkəzi yerləşmə, şəhərin mərkəzindən gedib-gələn insanlar tərəfindən nəqliyyata uğramadan populyar marşrut kimi işlənir.
Kelvinqrov parkı böyük bir təpənin konturu ətrafında oturur. Kelvinbridc metro stansiyası və avtobus marşrutları parka girişi təmin edir.
Abidələri
redaktəParkda orkestr üçün konsert meydanı, bouls və kroket meydançaları, skeytpark, müxtəlif heykəllər və abidələr var. Lord Provost Robert Styuartın (1851-1854) xatirəsinə tikilmiş Styuart Xatirə Fəvvarəsi parkda ən böyük abidədir.[4] 1872-ci ildə Ceyms Sellars tərəfindən tikilən fəvvarə, qranit, qumdaşı, mərmər və tuncdan inşa olunmuşdur. Fəvvarənin üstündə Trossaxs gölünün görüntü xüsusiyyətləri və Ser Valter Skottun "Gölün qadını" heykəli yerləşir.[5]
Parkda həm də fizik Lord Kelvin, yazıçı Tomas Karlayl, Fredrik Roberts və kimyaçı Cozef Listerin heykəlləri, Kameronians və Haylend Piyada qoşunlarına aid abidələr, Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir.
Konsert meydanı
redaktəPark ərazisində yerləşən konsert meydanı 1924-cü ildə Ceyms Miller tərəfindən tərtib olunmuş və tikilmişdir.[6] Amfiteatr ilə teatr tipli dizaynlı olan konsert meydanında 3000 insan üçün oturacaq və 7000 ayaq üstdə insan yerləşirdi.[6] Buna baxmayaraq, bu açıq konsert üçün məşhur yer, 1995-ci il ətrafında baxımsızlıq nəticəsində vandalizmə uğramışdır.[6]
2012-ci ilin aprelində konsert meydanının bərpası Belle and Sebastian, Teenage Fanclub, Franz Ferdinand, Eddi Rider kimi musiqiçilər tərəfindən dəstəklənmiş və Şotlandiya parlamenti parkın təmiri üçün £245,000 məbləğdə pul ayırmışdır.[7]
2014-cü il 7 mayda £2 milyon təmir işlərindən sonra, 2500 nəfərlik konsert meydanı yenidən açılmışdır.[6][8] Həmin ilin avqustında parkda Stiv Earl, The Waterboys, Capercaillie, Squeeze, Teenage Fanclub, Alison Moyetin iştirakı ilə "Magners Summer Nights" festivalı keçirilmişdir.[9]
Populyar mədəniyyətdə
redaktə1901-ci ildə Avstraliyanın Brisben şəhərinin Kelvin Qrov rayonu parkın şərəfinə adlandırılmışdır.[10] 1992-ci ildə Alisder Qreyin yazdığı "Yazıq adamlar" romanı park və parkın ətrafında yer tutur.[11]
Qalereya
redaktə-
Kameronianlara aid müharibə memorialı
-
Parkda yerləşən küçə sənəti
-
Parkda yerləşən küçə sənəti
-
Parkda yerləşən küçə sənəti
-
Parkda yerləşən küçə sənəti
-
Parkda vağ
-
Styuart Xatirə Fəvvarəsi
-
Bouls
-
Kelvinqrov parkı qışda
-
Haylend Piyada qoşunlarına həsr olunmuş abidə
-
Parkdan Qlazqo Universitetinə görünən mənzərə
İstinadlar
redaktə- ↑ "Measuring Worth - Purchasing Power of British Pound". 2011-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ 1 2 3 "Glasgow Museums: History of Kelvingrove Park". 2009-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "The Friends of Kelvingrove Park: Environment". 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ Stewart Memorial Fountain[ölü keçid]
- ↑ "The Friends of Kelvingrove Park: News". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ 1 2 3 4 Kelvingrove Bandstand Is Opened![ölü keçid]
- ↑ "Government award grants to upgrade 16 historic buildings". BBC News. 18 April 2012. 5 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2012.
- ↑ Nicoll, Vivienne. "Music in the Park: festival announced for Kelvingrove bandstand". www.eveningtimes.co.uk. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2015.
- ↑ "Kelvingrove Park bandstand to host summer music festival". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "Kelvin Grove, Queensland" (PDF). 2015-03-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "Shades of Alasdair Gray". 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.