Lezgi Dilleri - Wikipedia
Ləzgi dilləri — Nax-dağıstan dilləri ailəsində on dili birləşdirən dil qrupu. Bu dillərdə təqribən 900 min nəfər danışır (2008). Dağıstanın cənub rayonlarında (Aqul, Axtın, Dərbənd, Məhərrəmkənd, Tabasaran və s.) və Azərbaycanın Xaçmaz, Şəki, Qax, Zaqatala, İsmayıllı, Quba, Oğuz, Qusar və Qəbələ rayonlarında yayılmışdır.
Ləzgi dilləri | |
---|---|
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
|
|
Dil kodları | |
Glottolog | lezg1248 |
Ləzgi dillərinin əhatə dairəsi müxtəlifdir. Məsələn, ləzgi dilinin yarım milyon istifadəçisi vardır, lakin arçin dilinin isə əlifbası yoxdur və cəmi kiçik bir kəndin əhalisi danışır.
Bir neçə min il əvvəl müasir ləzgi xalqlarının əcdadları ümumi bir proto-ləzgi dilini istifadə edirdi, lakin zamanla dillər dəyişib və indiki halını alıb.[1]
Qrupun tərkibi
redaktəLəzgi dilləri qrupuna aşağıdakılar aiddir:
- ləzgi dili,
- tabasaran dili,
- aqul dili,
- rutul dili,
- saxur dili,
- arçin dili,
- udin dili,
- buduq dili,
- qrız dili,
Ləzgi dillərinin əksəriyyəti dialektlərə malikdirlər və bəzən bu dialektlərin istifadəçiləri bir-birlərini başa düşmür. Ləzgi dillərinin morfologiyası üçün çoxhallılıq səciyyəvidir (halların sayı dildən-dilə 10-dan 30-a qədər artıb-azala bilir). Sintaktik sistemə isə nominativ, erqativ, dativ konstruksiyalar səciyyəvidir.
Mənbə
redaktə- Алексеев М. Е. Вопросы сравнительно-исторической грамматики лезгинских языков. Морфология. Синтаксис. М., 1985.
- Зaгирoв В. М. Истoричeскaя лeксикoлoгия языкoв лeзгинскoй группы. Махачкала, 1987.
- Талибов Б. Б. Сравнительная фонетика лезгинских языков. М., 1980.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ "Arxivlənmiş surət". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.