Saxur Dili - Wikipedia
Saxur dili (sax. цIаIхна миз) — Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən Zaqatala və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən saxur kəndlərində işlənilir. Danışanların sayı 60 min nəfərdən çoxdur.
Saxur dili | |
---|---|
Orijinal adı | цӀаӀхна миз |
Ölkələr | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
|
|
Yazı | kiril əlifbası, Saxur əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | цах 775 |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | tkr |
Dilin strukturlarının dünya atlası | tsa |
Atlas of the World’s Languages in Danger | 1061 |
Ethnologue | tkr |
ELCat | 3034 |
IETF | tkr |
Glottolog | tsak1249 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə saxur dilinə dair elmi iş 1895-ci ildə alman dilçisi Roderix fon Erkert tərəfindən yazılmışdı. 1913-cü ildə digər alim Artur Dirr saxur dilinin ilk qrammatikasını tərtib etmişdi. Dilin ədəbi forması 1930-cu ildə Qanıx şivəsinin əsasında qurulmuşdu. 1934-cü ildən bəri məktəblərdə keçirilirdi, lakin Azərbaycanda 1938-cu ildə dərs kimi ləğv olundu və dilin tədrisi bir də 1989-cu ildə bərpa edildi.
Saxur dilində ismin 18 halı, felin 7 növü vardır.
2009-cu ildə Azərbaycanda "Buta Film" kinostudiyası "Arxası Qibləyə" (sax. "Къиблайыка йыкьыгьийна") adlı ilk saxurdilli film çəkmişdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ScriptSource - Azerbaijan.
- ↑ 1 2 ScriptSource - Russian Federation.
- ↑ Ethnologue (ing.). 25, 19 Dallas, Texas: SIL International, 1951. ISSN 1946-9675
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |