Lazca - Wikipedia
Laz dili, Çan dili[3] — Lazların ana dili, Kartvel dil ailəsinə daxildir. Türkiyənin şimal-şərqində Qara dəniz sahilində və Gürcüstanın Sarpi kəndində yayılmışdır. Üç dialektə bölünür: atin, arxav və xop. Leksik tərkibində türk dillərindən keçmə sözlər üstünlük təşkil edir. Yazısız dildir.
Laz dili | |
---|---|
Orijinal adı | Lazuri nena, ლაზური ნენა |
Ölkələr | Türkiyə, Gürcüstan |
Danışanların ümumi sayı | 45 000[1] (1986) — 22 000[2] (2007) |
Təsnifatı | |
Kateqoriya | Kartvel dilləri |
|
|
Yazı |
Gürcü yazıları Latın əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | лаз 365 |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | lzz |
Dilin strukturlarının dünya atlası | laz |
Atlas of the World’s Languages in Danger | 1056 |
Ethnologue | lzz |
Linguasphere | 42-CAA-b |
LINGUIST List | lzz |
ELCat | 2246 |
IETF | lzz |
Glottolog | lazz1240 |
Say
redaktəLaz dili Megrel dili ilə birlikdə Kolx və ya Zan dili adlandırılan dilin iki böyük dialektini əmələ gətirir .[4] Laz dilində danışanlar Türkiyədə əsasən Rizə ilinin Pazar[4], Ardeşen[4], Çamlıhemşin[4] və Fındıqlı[4] ilçələrində, Artvin ilinin Arxavi[4], Hopa[4] və Borçka[4] ilçələrində yaşayırlar . 2012-ci ilədək Türkiyə Cümhuriyyətində 14 dəfə (1927, 1935, 1940, 1945, 1950, 1955, 1960, 1965, 1970, 1975, 1980, 1985, 1990, 2000 illərdə) əhalinin siyahıya alınması həyata keçirilmiş və 1927-1985-ci illər arasında aparılmış siyahıya almalarda əhaliyə bildikləri dillərə ("ana dili" və "bildiyim ikinci dil") dair suallar verilmişdir . Nəticələri elan olunmuş ən son siyahıya almaya (1965-ci il) əsasən Türkiyədə ana dili və ikinci dil olaraq gürcücə danışanların sayı 79.264[4][5][6] (ana dili olaraq 34.330[5][6] nəfər , ikinci dil olaraq 44.934[5][6] nəfər) nəfər , lazca danışanların sayı isə 81.165[5][6](ana dili olaraq 26.007[5][6] nəfər , ikinci dil olaraq 55.158[5][6] nəfər) nəfər olmuşdur (1965-ci ildə Türkiyənin ümumi əhalisi 31,391,421[5][6] nəfər idi) . 1945-ci ilin siyahıya alma yekunları ilə (Türkiyənin ümumi əhalisi 18.790.174[6] nəfər, ana dili olaraq lazca danışanlar 46.987[6] nəfər, ikinci dil olaraq lazca danışanlar 4.956 nəfər) 1965-ci ilin siyahıya alma yekunları müqayisə edilərkən (1945-ci ildə ana dili və ikinci dil olaraq lazca bilənlər 51.943[6] nəfər idi və bu ölkə əhalisinin 0.2764%-inə bərabər idisə, 1965-ci ildə iki göstəriciyə görə lazca bilənlər 81.165 nəfər və ya ölkə əhalisinin 0.2585%-i qədər idi) laz dilli əhalinin asimilyasiya olduğunu görülür . Bu səbəbdən dolayı 1965-ci ildən 47 il sonra Türkiyədə nə qədər insanın lazca bildiyinə və özünü laz hesab etdiyinə dair nisbi daha dolğun təxminlər irəli sürmək çətindir .
İstinadlar
redaktə- ↑ Академия наук СССР, Институт языкознания. Георгий Андреевич Климов. Введение в кавказское языкознание. Ответственный редактор академик Борис Александрович Серебренников. Москва, Наука, 1986 год: Оглавление—>Глава III. Картвельские языки, стр. 56Orijinal mətn (rus.)
...мегрельский язык (около 400 тыс. говорящих) распространен в северо-западной Грузии, а лазский (около 45 тыс. говорящих) компактно представлен в турецком Лазистане и изолированными анклавами в других частях Турции и сопредельных районах Грузии...
- ↑ Etnologue report for language code :lzz Arxivləşdirilib 2007-12-01 at the Wayback Machine
- ↑ А.С.Чикобава. Грамматический анализ чанского (лазского) диалекта с текстами. Тбилиси, 1936.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Eğitim sen kütüphane : Anadilde Eğitim Sempozyumu - dil araştırmacısı Ali İhsan Aksamaz : Şu bizim sahipsiz Lazca[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 Escarré International Centre for Ethnic Minorities and Nations :Recent Changes in Turkey’s Language Legislation Arxivləşdirilib 2012-12-22 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Uluslararası İnsan Bilimleri Dergisi :Kürt sorununda antropolojik ve demografik boyut: Sayım ve araştırma verilerinden elde edilen bulgular[ölü keçid]
Xarici keçidlər
redaktə- Laz Dili Enstitüsü Arxivləşdirilib 2013-11-27 at the Wayback Machine
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |