Mark Eliyahu - Wikipedia
Mark Eliyahu (ivr. מארק אליהו 13 iyul 1982, Mahaçqala) – yəhudi əsilli kamança ifaçısı.
Mark Eliyahu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dağıstan, Rusiya SSR, SSRİ |
Milliyyəti | Yəhudi |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Fəaliyyət illəri | 1998 – h.h. |
Janrlar | Xalq musiqisi, Oriental Musiqi |
Musiqi alətləri | Kamança, saz |
markeliyahu.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMark Eliyahu 1982-ci il 13 iyulda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır.
Eliyahu karyerasının əvvəllərində[1]Boulderjewishnews'lə müsahibəsindən
Musiqi karyerası
redaktə1999-cu ildə Eliyahu "The Spirit of the East" adlı konsertdə çıxış etmişdir. Bu konserti onun atası Piris Eliyahu bəstələmişdir. Həmçinin, konsertdə Alim Qasımov və onun qızı Fərqanə Qasımova da iştirak etmişdilər. Bundan başqa o, bu ildə İsrail Çəmbər Orkestrasının solisti kimi İsrail Musiqi festivalında iştirak etmişdir. 2004-cü ildə o,"Voices of Judea" adlı ilk solo albomunu buraxır.
Filmoqrafiya
redaktəFilmlər | |||
---|---|---|---|
İl | Filmin adı | Rol | Qeyd |
2012 | Balada Le'aviv Habohe | Özünü | Baş rol |
İstinadlar
redaktə- ↑ Bernhaimer, Kathryn. "Music Stars in Film Fest's Israeli Drama". boulderjewishnews.org. 12 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2014.