Mavritaniya - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mavritaniya (ərəb. موریتانیا; fr. Mauritanie) və ya rəsmi adı ilə Mavritaniya İslam Respublikası (ərəb. الجمهوریة الإسلامیة الموریتانیة; fr. République Islamique de Mauritanie) — Şimali Afrikada dövlət. Mavritaniya Afrikanın şimal-qərbində yerləşir. Şimalda və şimal-qərbdə Qərbi Sahara (qismən tanınan), şimal-şərqdə Əlcəzair, şərqdə və cənub-şərqdə Mali, cənub-qərbdə Seneqalla həmsərhəddir. Qərbdə isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Naukşot, ümumi sahəsi 1,030,000 kvadrat kilometr, əhalisinin sayı 4 milyon nəfərdən çoxdur.
Mavritaniya | |||||
---|---|---|---|---|---|
مهوری اسلامی موريتانيا République islamique de Mauritanie | |||||
| |||||
"شرف إخاء عدل" "Şərəflik, Qardaşlıq, Ədalətlik" |
|||||
Himn: |
|||||
Tarixi | |||||
• Müstəqillik elan edilməsi | 28 noyabr 1960 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Nuakşot- 958.399 min sakin (2013-cü il) | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Məhəmməd Ould Ghazouani [1.VIII.2019 ~] | ||||
Baş Nazir | Moctar Ould Diay [2.VIII.2024 ~] | ||||
Sahəsi | Dünyada 28-ci | ||||
• Ümumi | 1.030.000 km² | ||||
• Su sahəsi (%) | 0,03 | ||||
Əhalisi | |||||
• Əhali | 4,649,658 (2020) Birləşmiş Millətlər nəfər (127-ci) | ||||
• Sıxlıq | 5 nəf./km² | ||||
• Ümumi | 9.996.240.419 $[1], 10.375.460.680 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 5,235 milyard USD dollar | ||||
İİİ (2018) | 0.527 | ||||
İnternet domeni | .mr | ||||
ISO kodu | MR | ||||
BOK kodu | MTN | ||||
Telefon kodu | +222 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bayrağı
redaktəMavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir. Yaşıl və qızılı sarı rəng Pan-Afrika (Pan-yunanca birlik, bütünlük, tam) rəngləri olaraq qəbul edilir. Yaşıl rəng islamı təmsil edir, sarı rəng isə Sahara çölünün qumlarını təmsil edir. Aypara və ulduz da Mavritaniyanın əsas dini olan islama işarədir.
Coğrafiyası
redaktəMavritaniya 4 ölkə ilə həmsərhəddir: Qərbi Saxara, Seneqal, Əlcəzair və Mali.
Tarixi
redaktəÖlkənin adı olan ''mūrītāniyya'' Bərbəri köklərə sahib olan keçmiş zamanlarda Bərbəri krallıq olan ''Mauretania''' ya da adını verən morolardan gəlir. ''Maure'' adının Fenikece bir söz olan ''mahurim'' (Azərbaycan dilində: qərbin adamı) Sözündən gəldiyi təxmin edilir. 1904-cü ildə Mavritaniyanın bir hissəsi, 1946-cı ildə isə bütünlüklə Fransanın idarəsinə keçmiş, 1958-ci ildə isə Fransa cəmiyyətinin avtonom respublikası statusu almışdır. 1960-cı il, 28 noyabr tarixində ölkə Fransanın əsarətindən qurtularaq müstəqillik əldə edib.
Əhalisi
redaktə4.5 milyon nəfərdir. Köləliyin ən gec ləğv olunduğu ölkə Mavritaniya İslam Respublikasıdır. Köləlik 1981-ci ildə ləğv olunub, kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun 2007-ci ildə qəbul edilib. Rəsmən ləğv olunsa da praktikada köləlik davam edir, ölkə əhalisinin 10 ilə 20%-nin kölə olduğu düşünülür. Əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir, kölə hədiyyə etmək böyük hörmət jesti sayılır.
İqtisadiyyatı
redaktəMavritaniyanın pul vahidi uqiyadır. Hazırda Mavritaniya iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr sırasına daxildir. İxracatda əsas yeri balıq və balıq məhsulları, qızıl, dəmir filizi, mis konsentratı tutur. Çin, Fransa, İspaniya, İtaliya, Niderland, Türkiyə və Belçika kimi ölkələrlə ticarət əlaqələri var.