Mezoproterozoy - Wikipedia
Mezoproterozoy və ya mezoproterozoy erası- 1600 milyon il əvvəldən 1000 milyon il əvvələ qədər olan zaman dilimini əhatə edən geolojii dövrdür.
Xüsusiyyətləri
redaktəBu dövrün əsas hadisələri Kolumbia superqitəsinin parçalanması, Rodiniya superqitəsinin yaranması və cinsi çoxalmanın təkamülüdür.
Bu dövr kontinental plitələr və tektonik plitələrin daha da inkişafı ilə əlamətdardır. İlk genişmiqyaslı dağəmələgəlmə prosesi bu dövrdə baş vermişdir.
Mezoproterozoy erası yer üçün kritik bir dövr olsa da, dənizin kimyəvi tərkibi, yer səthi və havanın tərkibi olduqca dəyişmişdir. Oksigen səviyyəsi eranın əvvəlindı bugünkü səviyyəsinin təxminən 1%-i qədər yüksəldi və dövr ərzində yüksəlməyə davam etdi.
Dövr gələcək həyatın mürəkkəbliyini artıran cinsi çoxalmanın inkişafı ilə xarakterizə edilir. Bu çoxhüceyrəli orqanizmlərin birlikdə yaşayışının inkişafının başlanğıcı idi.