Miq 21 - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
MiQ-21 (rus. Микоян и Гуревич МиГ-21) (NATO kod adı: “Fishbed”) — SSRİ-də Mikoyan Guryeviç KB tərəfindən düzəldilən və istehsal olunan supersonik (səsdən sürətli) qırıcı təyyarədir. Təyyarənin məşhur rus telli musiqi alətinə oxşadığına görə pilotlar ona “balalayka” ləqəbi vermişdilər. İlk versiyaları ikinci nəsil qırıcı təyyarə olaraq bilinsə də sonrakı versiyaları üçüncü nəsil qırıcı təyyarələr kimi qəbul edildi. MiG-21 dörd qitədə əllidən çox ölkənin üzərindən uçmuşdur və ilk uçuşundan 50 ildən çox keçməsinə baxmayaraq hələ də bəzi ölkələrdə istifadə olunur. Bu döyüş təyyarəsi modern aviasiya tarixində ən çox istehsal olunan supersonik təyyarə, Koreya müharibəsindən bəri ən çox istehsal olunan döyüş təyyarəsi və 1959-cu ildən 1985-ci ilə kimi bütün versiyalarında ən çox istehsal olunan döyüş təyyarəsi rekordunu hələ də özündə saxlayır. MiG-21-in bütün versiyalarından təqribən 11.000 ədəd istehsal olunmuşdur.
MiQ-21 | |
---|---|
Tipi | qırıcı-çox məqsədli |
Hazırlayan | MiG |
İstehsalçı | SSRİ/Rusiya |
Dizayner | Mikoyan-Quryeviç Konstruktor Bürosu |
İlk uçuş | 14 İyun, 1956 |
İstismara verilmə tarixi | 1959 |
İstimarının bitmə tarixi | davam edir |
İstismarçılar | |
Buraxılış sayı | 8000+ |
Vikianbarda əlaqəli mediafayllar |
Texniki xüsusiyyətləri
redaktə- Ekipaj: 1
- Uzunluq: 15.76 m (51 ft 8.47 in
- Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in)
- Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in)
- Hündürlük: 4.1 m (13 ft 5.41 in)
- Qanadların sahəsi: 23.0 m² (247.3 ft2)
- Boş halda ağırlığı: 4,871 kg (10,738 lb)
- Dolu halda ağırlığı: 7,100 kg (15,650 lb)
- Mühərrik: 1 × Tumanskiy R11F-300, normal itələmə gücü 37.27 kN (8,380 lbf), afterburner-ilə itələmə gücü 56.27 kN (12,650 lbf)
Performans
redaktə- Maksimum sürət: 2,175 km/s (1,350 mph) Mach 2.05
- Uçuş məsafəsi: 1,580 km (981 mil)
- Uçuş hündürlüyü: 19,000 m (62,335 ft)
Silah təchizatı
redaktə- 1 ədəd 23 mm-lik QŞ-23 aviatop
- K-13,K-5,R-60,R-77,R-73,R-27 Hava-hava tipli raketlər
- Kh-25,Kh-31,S-24 Hava-yer tipli raketlər
- KAB-500KR Televizor idarəli bomba
İstifadəçilər
redaktəSivil istifadəçilər
redaktəBəzi təyyarələr hal-hazırda bəzi kolleksiyaçılar tərəfindən satın alınaraq döyüş quşu (warbird) olaraq uçurulurlar. Hətta ABŞ-də bəzi idxalatçılar r və digər ölkələrdən MiG-21, MiG-15 ve MiG-17 təyyarələrini satın alaraq bunları mülki insanlara təxminən 45,000 dollara satırlar.
İstinadlar
redaktə- ↑ Chant C. The World's Air Forces. Chartwell Books, 1979. S. 11. ISBN 978-0-89009-269-9
- ↑ Frawley G. The International Directory of Military Aircraft 1996/97. Aerospace Publications, 1996. ISBN 1-875671-20-X
- ↑ World Air Forces 2014. 2014.
- ↑ World Air Forces 2008. 2008.