Mir Hesen Bey Vezirov - Wikipedia
Mir Həsən Vəzirov (13 fevral 1889, Şuşa – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur.
Mir Həsən bəy Vəzirov | |
---|---|
Mir Həsən Mir Kazım oğlu Vəzirov | |
| |
Bakı Kommunasının I Əkinçilik Komissarı | |
may 1918 – 31 iyul 1918 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Bakı Xalq Komissarları Sovetinin istefası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 fevral 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 1918 (29 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəMirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa realnı məktəbdə oxumuş, 1907-ci ildə Bakı realnı məktəbinə dəyişilmişdir. Bir müddət burada oxuduqdan sonra Novaçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Maddi problemlər və xəstəliyi üzündən politexnik institutunu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul oldu. Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıtdı. Bakıda müəllimliklə məşğul olmağa başladı.Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləmişdir. 1917-ci il iyulun 14-də Bakı müsəlman ictimai və siyasi təşşkilatları icraiyyə komitəsinin katibi seçilmişdir. M.Vəzirov 1917-ci il noyabrın 2-də Bakı Sovetinin yeni icraiyyə komitəsinə üzv, Bakı qəza kəndli deputatları Sovetinin 1918-ci ilin mayında keçirilən birinci qurultayında İcraiyyə Komitəsi sədrinin müavini seçilmişdir. O,1918-ci ilin mayından Bakı Xalq Komissarları Sovetinin xalq torpaq komissarı idi. M.Vəzirov Bakı Xalq Komissarları Sovetinin torpaq haqqında dekretini imzalamış, dekretin həyata keçirilməsində, qəzalarda kəndli qurultaylarının təşkilində fəal iştirak etmişdir.
Mirhəsən Vəzirov 1918-ci ildə Bakı komissarları ilə birlikdə güllələnmişdir.
Ölümü
redaktəKommuna ingilislər tərəfindən dəstəklənən daşnaklar, sosialist inqilabçılar və menşeviklərin koalisiyası olan Sentrokaspi Diktaturası tərəfindən devrildikdən sonra Vəzirov və yoldaşları yerli eserlər tərəfindən həbs olundu, Pereval və Zaqafqaziya Dəmir yolunun Ağcaqum stansiyaları arasındakı atəş qrupu tərəfindən edam edildi.
Ailəsi
redaktəBacısının əri 1874-ci ildə Şuşada anadan olmuşdur. Cəmil Ağayev 1920-ci ildən 1924-cü ilədək Şuşa qəza idarəsində məsul vəzifələrdə çalışmışdı. Müsavat partiyasına onu 1924-cü ildə Ağdamda ticarət sahəsində işləyərkən Salman Mirzəyev və Müseyib Muxtarov cəlb etmişdi. 1926-cı ildə Şuşa və Ağdam Müsavat təşkilatları ləğv olunandan sonra Cəmil Ağayev Şuşaya qayıtmış, şəhər istehlak cəmiyyətində yeməkxana müdiri işləmişdir. Eyni zamanda siyasi fəaliyyətindən də qalmamışdır. 1929-cu ildə işini yenidən davam etdirməyə başlayan Müsavatın Şuşa və Qarabağ təşkilatı sədrinin müavini vəzifəsinə seçilmişdir. Məsul bir vəzifə sahibi kimi o, bütün gizli yığıncaqlarda müntəzam iştirak etmiş, cəlbetmə işləri ilə məşğul olmuş, Müsavatın Mərkəzi komitəsi ilə daim əlaqə saxlamış, Sovet hakimiyyətinə və Kommunist Partiyasına qarşı fəal mübarizə aparmışdır. Cəmil Ağayev 1937-ci il avqustun 21-də həbs olunmuş, əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkim edilmişdir.
Mənbə
redaktə- Mir Həsən Vəzirovun bioqrafiyası — www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild, səh430.
- Ìèð Ãàñàí Êÿçèì îãëû Âåçèðîâ / Mir Gasan Kiazim Vezirov: Áèîãðàôèÿ at www.peoples.ru