Nureddin Mustafayev - Wikipedia
Nurəddin Elyaz oğlu Mustafayev (18 oktyabr 1942, Qaraiman, Basarkeçər rayonu) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin (1983–1988) və Şəki Şəhər Komitəsinin (1980–1983) birinci katibi.
Nurəddin Mustafayev | |
---|---|
6 dekabr 1983 – 27 noyabr 1988 | |
Əvvəlki | Kamran Rəhimov |
Sonrakı | Heydər İsayev |
9 aprel 1980 – 7 dekabr 1983 | |
Əvvəlki | Sadıq Murtuzayev |
Sonrakı | Hadi Rəcəbli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 oktyabr 1942 (82 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Həyatı
redaktəNurəddin Elyaz oğlu Mustafayev 1942-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Qaraiman kəndində anadan olmuşdur. 1948–1953-cü illərdəki Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. 1960-cı ildə Gəncə şəhərində orta məktəbi qızıl medalla bitirmişdir.[1] 1969-cu ildə Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirərək Dövlət Damazlıq stansiyasında əmək fəaliyyətinə başlamış, daha sonra Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin baş idarəsində zootexnik, 1971-ci ildən isə Baş Heyvandarlıq İdarəsində zootexnik, şöbə müdiri vəzifələrində işləmişdir.[2]
Nurəddin Mustafayev Azərbaycan SSR Nazirlər Soveti aparatında referent vəzifəsinə keçirilmiş, 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsində təlimatçı, 1980-ci ildən isə Mərkəzi Komitənin Təşkilat-partiya işi şöbəsində müfəttiş olmuşdur. Azərbaycan KP Şəki Şəhər Komitəsinin birinci katibi, 1983–1988-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989–1993-cü illərdə Hacı Zeynalabdin Tağıyev adına un dəyirmanının direktoru olmuşdur. Sonralar "Ağrıdağ" Cəmiyyətinə başçılıq etmişdir.[2][3] O, Dövlət Taxıl Komitəsinin də sədri olmuşdur.
Nurəddin Mustafayev Azərbaycan SSR Ali Sovetinin, XI çağırış Naxçıvan MSSR Ali Sovetinin və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" ordeni və bir sıra medallarla təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə. Bakı: EL. 2007. səh. 175.
- ↑ 1 2 3 Mustafayev Nurəddin Elyaz oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 394.
- ↑ Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 292.