Neodium - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | neodim, Nd, 60 | |||||
Qrup, Dövr, Blok | , 6, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 144.242 q/mol | |||||
Elektron formulu | [Xe] 4f4 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 1024 °C (1297 K, 1875 °F) | |||||
Qaynama temperaturu | 3074 °C (3347 K, 5565 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir.
Tarixi
redaktəAvstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir.
Alınması
redaktəBaşqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir.
Fiziki xassələri
redaktəNeodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.
Kimyəvi xassələri
redaktəNeodim birləşmələrdə üçvalentlidir. Qızdırıldıqda hidrogen, karbon, azot, fosforla və halogenlərlə reaksiyaya girir:
- 2 Nd + N2 → 2 NdN
- 2Nd + 3 Y2 → 2 NdY3
Adi temperaturda xlorid, nitrat, sulfat turşuları ilə reaksiyaya daxil olur. Alınan duzlar suda həll olur. 180-2000C-dən yuxarı temperaturda havada dərhal oksidləşir. Qaynar su ilə reaksiyaya daxil olur. Hidroksidi Nd(OH)3 əsası xassəlidir, qələvilərdə həll olmur. Nd 3+ kationu qırmızı bənövşəyi rənqdədir.
Tətbiqi
redaktəNeodim, maqnezium və alüminium ərintiləri texnikanın müxtəlif sahələrində işlədilir. Rəngli şüşələrin hazırlanmasında (bənövşəyi neodim şüşəsi), maqnit oyuncağlarının alınmasında istifadə olunur.
Mənbə
redaktə- Химический энциклопедически словарь. М., « Советская энциклопедия», 1983 год, с. 372.
- Волков А.И, Жарский И.М. Большой химический справочник.М., 2005 год, с.184
İstinadlar
redaktə- Неодим на Webelements
- Неодим в Популярной библиотеке химических элементов
- Неодим — статья из химической энциклопедии