Pentaqon - Wikipedia
Pentaqon (yun. πεντάγωνον — "beşbucaqlı") — ABŞ Müdafiə Nazirliyinin düzgün beşbucaqlı formasındakı binasına verilən ad. Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşir.
Pentaqon | |
---|---|
ing. The Pentagon | |
| |
38°52′15″ şm. e. 77°03′18″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Yerləşir | Arlinqton, Virciniya |
Tikilmə tarixi | 11 sentyabr 1941 — 15 yanvar 1943 |
Mərtəbə sayı | 7 |
Smetası | 83 milyon ABŞ dolları |
Aidiyyatı | |
| |
Memar | Corc Berqstrom |
Vikianbarda əlaqəli mediafayllar |
Ölçülərinə və sahəsinə görə dünyada ən böyük ofis binasıdır. Layihəsi amerikalı memar Corc Berqstrom tərəfindən hazırlanan binanın tikintisi 11 sentyabr 1941-ci ildə başlamış və 15 yanvar 1943-cü ildə tamamlanmışdır.
Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətedici personal çalışır.[1] Binanın beşbucaqlı quruluşunun mərkəzi hissəsində sahəsi 20 min m² olan boş park sahəsi yerləşir.
Pentaqon binası ABŞ hərbi gücünün simvolu hesab edilir və "Pentaqon" sözü binanın özündən daha çox ABŞ Müdafiə Nazirliyini ifadə etmək üçün istifadə edilir.
Tarixi
redaktəTəxminən 1940-cı ildə ABŞ administrasiyasının Müdafiə Nazirliyini bir binada yerləşdirmək kimi fikri formalaşdı. Bu, Kolumbiya dairəsi üzrə səpələnmiş 17 ayrı-ayrı binada işləyən 26 min əməkdaşın bir dam altında birləşməsi demək idi. Bundan əlavə texniki tapşırığa əsasən, gələcəkdə binada eyni zamanda 40 min nəfər yerləşməli idi. Avropada İkinci Dünya müharibəsi getdikcə geniş xarakter alırdı. ABŞ hər an müharibəyə qoşula bilərdi. Belə vəziyyətdə bu cür ideyanın ortaya çıxması bir qədər məntiqsiz görünürdü. Hətta "Coca-Cola" şirkətinin içki reseptini bilən top-menecerləri bir təyyarədə uçmur. Buna baxmayaraq memarlar prezidentin sözlərindən dərhal sonra tikinti üçün ərazi axtarışına başladılar. Memarlar Vaşinqton ətrafındakı Arlinqtonda bir zamanlar qəsb edilən əraziyə baxış keçirdilər. Onları ən çox cəlb edən torpaq sahəsi ətrafındakı yollardan bəzilərinin 108 dərəcəlik bucaq altında kəsişməsi idi. Bu bərabərtərəfli beşbucağı yunanlar "pentaqon" adlandırıblar.
Bina mərkəzdə 10 dəhlizlə kəsişir, dəhlizlər mərkəzdən uzanan beş beşbucaqlını birləşdirir. ABŞ hərbi idarəsi əməkdaşı belə bir yolla perimetr boyunca yeddi dəqiqədən artıq olmayan vaxt sərf etməklə binanın istənilən nöqtəsinə gedə bilər.
Bina tikintisini 1941-ci il sentyabrın 11-də başlamaq və 1943-cü il yanvarın 15-də yekunlaşdırmaq planlaşdırılırdı.
11 Sentyabr hadisəsi və pentaqon
redaktəBinanın tikintisinə 1941-ci il sentyabrın 11-də başlanılıb, 2001-ci il sentyabrın 11-də "Boeing 757–200" təyyarəsinin hücumuna məruz qalıb[3] (11 sentyabr terror aktları), 2002-ci il sentyabrın 11-də bütün Pentaqon ərazisi yenidən istismara verilib. Ən başlıca təkmilləşdirmələrdən biri pəncərələrin zirehli pəncərələrlə tam dəyişdirilməsidir. Binanın xarici divarları möhkəmləndirilib və partlayışa davamlı vəziyyətə gətirilib. Metro stansiyalarına aparan liftlər bağlanıb, ümumi təhlükəsizlik qaydaları nəzərəçarpacaq dərəcədə yüksəldilib.
2001-ci il sentyabrın 11-də rəsmi məlumatlara əsasən, saat 9:37:46-da təyyarə Pentaqonun sol qanadına çırpılıb. Orada Hərbi Dəniz Qüvvələri komandanlığı yerləşib. Binanın bir hissəsi dağılıb və ciddi zədələnib. Maraqlıdır ki, zərbə anında Pentaqonun məhz bu qanadı yenidən planlaşdırmadan keçib və əməkdaşların əksəriyyəti digər kabinetlərə köçürülüb.
Pentaqon barədə maraqlı faktlar
redaktə- Tikinti zamanı binadan ABŞ Müdafiə Nazirliyi mənzil qərargahı kimi istifadə edilməsi nəzərdə tutulmurdu.
- ABŞ prezidenti Franklin Ruzvelt heç vaxt Pentaqon binasından Müdafiə Nazirliyi mənzil-qərargahı kimi istifadə etməyi planlaşdırmayıb. Ölkə prezidenti 1930-cu illərdə hərbi və dəniz departamentləri üçün başqa bina tikintisini sifariş verib, lakin bina tezliklə belə miqyaslar üçün olduqca kiçik görünüb. Məhz o zaman 40 min əməkdaş və 10 min nəqliyyat vasitəsinin yerləşdirilməsi üçün yeni bina tikmək barədə əmr verilib. Hazırda köhnə hərbi departament binasında Dövlət Departamenti yerləşdirilib.
- Pentaqon binasının sahəsi Empayr Steyt Bildinqdən böyükdür.
- Pentaqonun ümumi ofis sahəsi 473 min 805 kv.metrdir, bu Nyu-Yorkdakı Empayr Steyt Bildinqdən təxminən iki dəfə artıqdır.
- Pentaqon "Cəhənnəm dibi" adlı kasıb "qara" məhəllənin yerində tikilib. Burada vətəndaş müharibəsindən sonra keçmiş qullar məskunlaşıb.
- Pentaqon soyuq müharibə zamanı "Episentr" ləqəbi alıb.
- 11 sentyabr terror aktı nəticəsində əkiz qüllələrin "Ground Zero" adlandırılmasından xeyli əvvəl Pentaqon eyni adla adlandırılıb.[4]
- Pentaqon üzrə gəzintinin özü bir neçə kq arıqlamaq üçün əla üsuldur. Pentaqondakı dəhlizlərin uzunluğu 17,5 mildir (28 km). Həqiqətdə bu bina labirintdir. Deyilənlərə görə, general Eyzenhaver bir dəfə kabinetini axtararkən azıb.
- Pentaqon 1943-cü ildə qapılarını açdığı zamandan bəri cəmi bir dəfə renovasiyadan (strukturun təkmilləşdirilməsi) keçib. Bu prosesə 17 il vaxt sərf edilib və 2011-ci ildə başa çatıb. Ümumilikdə 4,5 milyard dollar sərf edilib.
- Pentaqon cəmi beş mərtəbədən ibarətdir. Buna səbəb İkinci Dünya müharibəsi üçün polada qənaət etmək idi. Belə ki, bina tikintisində poladdan geniş istifadə edilib. Bundan başqa dizaynerlər Potomak çayı vasitəsilə Kapitoli binasına açılan mənzərəni korlamaq istəmirdilər.
- Pentaqonda lift yoxdur. Mərtəbələr arasında hərəkət pilləkən vasitəsilə həyata keçirilir. Bu da İkinci Dünya müharibəsində polada qənaətlə əlaqəlidir.
- Pentaqon böyük olduğundan tikintisinin tez bir zamanda başa çatdırıldığına inanmaq çətindir. Onun tikintisinə general Lesli R. Qrouvs rəhbərlik edib və tapşırığın öhdəsindən cəmi 491 günə gəlib.[5]
- Hazırda Pentaqondakı ayaqyolularının sayı lazım olandan iki dəfə çoxdur. Səbəb isə seqreqasiya (ABŞ-də: zəncilərin ağlarla bir evdə, hətta şəhərin bir hissəsində yaşamalarına, onların olduğu yerə gəlmələrinə icazə verilməməsindən və s. ibarət irqçilik siyasəti) zamanı tikilməsidir. Ağ və qara dərili əməkdaşlar üçün sanitar qovşaqlar ayrı idi.
İstinadlar
redaktə- ↑ (ing.) The Pentagon, Facts & Figures Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine 23 avqust 2014
- ↑ "Flight 77, Video 2". Judicial Watch. Bu Orjinal fayl dan arxivlənmişdir 16 noyabr, 2006.
- ↑ (ing.) "Pentagon Memorial Dedication" Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine. DefenseLink.mil. 27, 2009.
- ↑ (ing.) "Pentagon Hot Dog Stand, Cold War Legend, to be Torn Down". Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine United States Department of Defense. 20 sentyabr 2006.
- ↑ (ing.) Steve Vogel, Pentaqon: Tarix (The Pentagon: a History) (2003).
Xarici keçidlər
redaktə- Pentaqon veb-saytı Arxivləşdirilib 2013-05-11 at the Wayback Machine
- Popular Mechanics, March 1943, "Army's Giant Five-by-Five" one of earliest World War Two articles on the Pentagon
- Pentagon Force Protection Agency
- Pentagon Renovation Program Arxivləşdirilib 2004-10-15 at the Wayback Machine
- The Worldwide Network of US Military Bases
- The Pentagon: Relocation Information and The Pentagon Q&A
- Great Buildings Online – The Pentagon
- How the Pentagon Got Its Shape – The Washington Post, may 26, 2007
- A House Divided: Pentagon Trivia Fact retrieved June 13, 2008.
- Satellite image from Mapygon
- The Construction of The Pentagon—Somervell's Folly