Protestan - Wikipedia
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Protestantlıq (latınca: protestans - etiraz edən) — pravoslavlıq və katolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri.
Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları protestantlığın əsasını qoydu. Bununla bağlı olaraq da, protestantlığın əsas qolları Lüteranlıq və Kalvinizmdir. Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada, sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanının lüteranlarının sayı hal-hazırda 85 milyona yaxındır.
Bir çox Avropa ölkələrində olduğu kimi də Fransada da protestanlar və katoliklər arasında ciddi mübarizələr geniş yer almışdı. 1572-ci ildə katoliklər protestantlara qarşı əməliyyat hazırlamışdılar. 24 avqust tarixində “Varfolomey gecəsi” adı altında tarixə düşən dəhşətli qətliam katoliklər tərəfindən törədilmişdi. “Varfolomey gecəsi"nin qurbanlarının sayı barədə yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətl edilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori faciəni alqışlayaraq Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdir. Ədalət naminə qeyd etmək lazımdır ki, 425 il sonra Roma Papası II İoann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.
Protestantlıq xristian kultunu xeyli sadələşdirdi, müqəddəslərə pərəstişi rədd etdi. Əsasən, Skandinaviya ölkələrində, Almaniya, İsveçrə, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderlandda, ABŞ-də yayılmışdır.
İslahat sonrası ortaya çıxan dini münasibətlər nəticəsində sonradan 3 qola ayrılmıştır. Bunlar:
- Lüteranlıq
- Kalvinizm
- Anglikanizm - İdarə üsuluna görə Anglikanizm Katolikliyə Protestantizmdən daha yaxın.