Reykyavik - Wikipedia
Reykyavik — İslandiyanın paytaxtı və ən böyük şəhəri. Müstəqil dövlətlərin paytaxtları arasında şimal qütbünə ən yaxın yerləşən şəhərdir. Əhalisi 120.000 (ətraf qəsəbələrlə birlikdə 200.000) nəfər olan Reykyavik İslandiyanın iqtisadi və mədəni mərkəzidir. Reykyavikin əsasının təxminən 9-cu əsrdə İngolfr Arnarson tərəfindən qoyulduğu ehtimal edilir. Lakin Reykyavik şəhər kimi 18-ci əsrdə formalaşmışdır. Reykyavik rəsmi olaraq 1786-cı ildə şəhər statusunu almış, həmin dövrdən sonra şəhərin sürətli inkişafı başlamışdır.
Reykyavik | |||||
---|---|---|---|---|---|
Reykjavík | |||||
|
|||||
64°08′51″ şm. e. 21°56′06″ q. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1786 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 8 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | |||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 101–155 | ||||
Digər | |||||
reykjavik.is | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİqlimi
redaktəReykyavik İslandiyanın cənub-qərbində yerləşir. Şəhərdə temperatur qış aylarında çox nadir hallarda −15° Selsidən aşağı olur. Bunun səbəbi şəhərin yerləşdiyi ərazinin yaxınlığından isti Qolfstrim cərəyanının keçməsidir. Reykyavikin okean sahilində yerləşsə də orada güclü küləklər çox olmur. Yay aylarında hava sərin keçir, temperatur 10–15° Selsi arasında dəyişir. Rekord yüksək temperatur 2008-ci il 30 iyulunda qeydə alınıb — 26,2° Selsi. Ən aşağı temperatur (-24,5° Selsi) isə 1918-ci ilin yanvarın 21-də olub.
Əhalisi
redaktəReykyavik İslandiyada ən çox əhalisi olan yaşayış məntəqəsidir. Müasir Reykyavik 100-dən çox ölkədən gəlmiş insanların yaşadığı beynəlmiləl bir şəhərdir. Şəhərdə ən çoxsaylı etnik azlıqlar polyaklar, filippinlilər və danimarkalılardır. 2009-cu ilin statistikasına görə ölkə xaricində doğulmuş sakinlər Reykyavik əhalisinin 8%-ni təşkil edir.[3]
Reykyavik şəhərinin əhalisi 2008-ci il statistikasına görə 120.000 nəfər, metropoliya əhalisi isə 200.000 olub. Aşağıdakı cədvəldə Reykyavik şəhərinin müxtəlif illərdə əhalisinin sayı göstərilmişdir.
İl | Şəhər | Metropoliya |
---|---|---|
1801 | 600 | - |
1860 | 1.450 | - |
1901 | 6.321 | 8.221 |
1910 | 11.449 | 14.534 |
1920 | 17.450 | 21.347 |
1930 | 28.052 | 33.867 |
1940 | 38.308 | 43.483 |
1950 | 55.980 | 64.813 |
1960 | 72.407 | 88.315 |
1970 | 81.693 | 106.152 |
1980 | 83.766 | 121.698 |
1985 | 89.868 | -- |
1990 | 97.569 | 145.980 |
1995 | 104.258 | -- |
2000 | 110.852 | 175.000 |
2005 | 114.800 | 187.105 |
2006 | 115.420 | 191.612 |
2007 | 117.721 | 196.161 |
2008 | 119.848 | 201.585 |
İnfastruktur
redaktəTəhsil
redaktəReykyavikdə yerləşən universitetlər.
Qardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 https://statice.is/statistics/population/inhabitants/municipalities-and-urban-nuclei/.
- ↑ "İslandiya Rəsmi Statistika Bürosu". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.