Riolit - Wikipedia
Riolit — yüksək silikat midarına sahib turş tərkibli maqmatik süxur. Qranitlərin effuziv analoqudur.[1]
Riolit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Adlandırılması
redaktəTermini 1860-cı ildə alman geoloqu Baron von Rixtofen (Birinci Dünya Müharibəsi aviatorunun babası, Qırmızı Baron kimi tanınır) işlətmişdir.[2] Yunan dilində "rhyo", "rhyax" sözündən götürülüb və lavanın axını mənası verir.[3]
Mineraloji tərkib
redaktəRiolit əsasən kvars, plagioklaz və sanidin, az miqdarda hornblend və biotitdən ibarət olur. Matriksdə şüşə materiallarının olması riolitə məsaməlilik verir. Həmin şüşə materialları müxtəlif kristallar və opaldan ibarət olur.[1]
Afir və porfir quruluşlu olur. Püruzləri plagioklazdan (adətən oliqoklaz, bəzən albit), kalium-natriumlu çöl şpatından (sanidin, ortoklaz), rəngli minerallardan-biotit və piroksendən (adətən avgit), qonuru hornblenddən, vulkan şüşəsindən ibarətdir. Əsas kütləsi şüşəli və ya mikrofelzitli, az hallarda sferolitli, çox vaxt flüidal olur. SiO2 miqdarı 73%-dən yüksək, alminium əmsalı al’=1–10. Dəyişilmə dərəcəsi, püruzların ölçüsü və tərkibinə, əsas kütləsinin teksturuna görə çoxlu növ müxtəlifliyi vardır. Sinonim: Liparit, Miyenit, Mikropiromid.
İstifadəsi
redaktəRiyolit tikinti və ya istehsalatda nadir hallarda istifadə olur. Buna səbəb onun məsaməliliyi və tezı qırılabilən olmasıdır.[1]
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
İstinadlar
redaktə- ↑ 1 2 3 Rhyolite Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine. geology.com
- ↑ Rhyolite. alexstrekeisen.it
- ↑ Rhyolite Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine. mindat.org