Sakip Sabanci Muzeyi - Wikipedia
Sakıp Sabancı muzeyi (türk. Sakıp Sabancı Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sabancı Universitetinin nərzində, xəttatlıq, dini və dövlət sənədlərinə, eləcə də Osmanlı dövrünə aid rəsmlərə həsr olunmuş özəl təsviri sənət muzeyi.
Sakıp Sabancı Muzeyi | |
---|---|
Əsası qoyulub | 2002 |
Açılış tarixi | 2002 |
Ölkə | |
Yerləşir | Sarıyer, İstanbul ili |
41°05′56″ şm. e. 29°03′13″ ş. u.HGYO | |
sakipsabancimuzesi.org | |
Vikianbarda əlaqəli mediafayllar |
2002-ci ildə ziyarətçilərin üzünə açılan muzey İstanbulun Boğaziçi boyu ən qədim yaşayış məskənlərindən biri olan Əmirqanda "Atlı Köşk" (At malikanası) deyilən yerdə yerləşir.
Muzey Pablo Pikassonun və Avqust Rodinin əsərlərini nümayiş etdirərək dünyanın diqqətini çəkmişdir.
Muzeyin binası
redaktə1927-ci ildə italyan memarı Eduard De Nari tərəfindən inşa edilən malikanənin ilk sahibləri Misirli xidivlər ailəsi olub. Uzun illər yay iqamətgahı kimi istifadə edilən villa bir müddət Monteneqro səfirliyi kimi də fəaliyyət göstərib.
Hacı Ömər Sabancının[2] 1950-ci ildə aldığı malikanə, elə həmin il fransız heykəltəraş Lui Dümanın 1864-cü ildə düzəltdiyi və bağçaya qoyulduğu at heykəlinə görə "Atlı Köşk" adlandırılmışdır.
Binanın ərazisindəki 2-ci at heykəli İstanbulun Sultanəhməd meydanından götürülmüş, 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən talan edilmiş və San Marko Venesiya Kilsəsinin qarşısına qoyulmuş 4 atdan birinin heykəlidir.
1966-cı ildən malikanədə yaşayan Sakıp Sabancı 1998-ci ildə binanı və içindəki zəngin xəttatlıq və rəsm kolleksiyasını muzeyə çevrilmək üçün Sabancı Universitetinə bağışladı. 2002-ci ildə müasir qalereya əlavə edilərək ziyarətçilərin ixtiyarına verilən muzeyin sərgi sahələri 2005-ci ildə genişləndirilərək texniki səviyyədə beynəlxalq standartlara çatdırılıb.[3]
Kolleksiyaları
redaktəOsmanlı xəttatlığının mühüm əsərlərindən ibarət olan və Atlı Köşkün[4] yuxarı mərtəbəsində sərgilənən Osmanlı xətt kolleksiyasında Qurani-Kərimin nadir əlyazmaları yer alır.
Bundan əlavə, kolleksiyadan seçilmiş 96 əsər, o cümlədən misralar, mürəqqaslar, lövhələr, fərmanlar, nizamnamələr və xəttat alətləri 2008-ci ildə İspaniyanın Madrid şəhərindəki San Fernando Gözəl Sənətlər Akademiyasında nümayiş etdirilmişdir.
Muzeyin rəsm kolleksiyası erkən türk rəssamlığı nümunələrindən və Osmanlı İmperiyasının son dövründə İstanbulda fəaliyyət göstərmiş Fausto Zonaro və İvan Ayvazovski kimi görkəmli rəssamların əsərlərindən ibarətdir. Əsərləri kolleksiyada olan yerli rəssamlar arasında Osman Həmdi bəy, Şəkər Əhməd Paşa, Süleyman Seyyid, Fikrət Mualla və İbrahim Çallı kimi adlar var.
Sabancı ailəsinin malikanədə yaşadıqları zaman istifadə etdiyi "Atlı Köşkün" 1-ci mərtəbəsindəki 3 otaq XVIII-XIX-cu əsrlərə aiddir. Muzey bağçasında Roma, Bizans və Osmanlı dövrlərinə aid arxeoloji və daş əsərlər sərgilənir.[5]
Muzeydə Sabancı ailəsinin bəzi şəxsi əşyaları da nümayiş etdirilir.[6].
Sərgiləri
redaktəSakıp Sabancı Muzeyində bu günə qədər keçirilən müvəqqəti sərgilər aşağıda təqdim olunub:[7]
- Təbiətdə Gücün Birliyi. İstanbul Arxeologiya Muzeyinin kolleksiyasından, İnsan və at (27.06.2003 - 05.05.2004)
- Mediçilərdən Savoyya sülaləsinə qədər Florensiya saraylarında Osmanlı əzəməti (21.12.2003 - 18.04.2004)
- Paris - Sankt-Peterburq. Aleksandr Vasilyevin kolleksiyasından Avropa modasının üç əsri (12.05.2004 - 24.10.2004)
- Osmanlı sarayında Avropa çiniləri. Topkapı sarayı muzey kolleksiyasından toplanmış əsərlərlə (24.05.2005 - 28.08.2005)
- Avstriya, İngiltərə, Sloveniya, Xorvatiya və Türkiyənin muzey kolleksiyalarından əsərlərdə XVII-ci əsr Avropasında türk obrazı (13.07.2005 - 09.10.2005)
- Pikasso İstanbulda (24.11.2005 - 26.03.2006)
- Şərqdən Qərbə kitab incəsənəti və Osmanlı Dünyasından xatirələr. Lissabondakı Kalouste Gulbenkian Muzeyindən şah əsərlər (14.04.2006 - 28.05.2006)
- Heykəltəraşlığın böyük ustadı Rodin İstanbulda (13.06.2006 - 03.09.2006)
- Çingiz xan və onun varisləri: Böyük Monqol İmperiyası (07.12.2006 - 08.04.2007)
- Tanrıya həsr olunmuş xalçalar. Transilvaniya kilsələrində Anadolu xalçaları (1500-1750) və Dağıstan toxuculuq sənəti, kaytaq tikmə (19.04.2007 - 19.08.2007)
- Anons edilməmiş görüş. İstanbul (09/08/2007 - 11/01/2007)
- Abidin Dino - Bir Dünya (24.11.2007 - 27.01.2008)
- Qızıl xəttlər. Sakıp Sabancı muzeyindən Osmanlı Xəttatlığı - Real Akademia de Bellas Artes de San Fernando, Madrid (11.12.2007 – 02.03.2008)
- Luvr muzeyinin kolleksiyalarından şah əsərləri ilə İslam İncəsənətinin Üç Paytaxtı: İstanbul, İsfahan, Dehli (18.02.2008 – 01.06.2008)
- Sakıp Sabancı muzeyindən Osmanlı Xəttatlığı - Real Alcazar, Sevilla (04.04.2008 - 15.06.2008)
Niderland və Türkiyə arasında diplomatik əlaqələrin 400-cü ildönümü çərçivəsində 21 fevral 2012-ci il tarixində Sabancı Universitetinin Sakıp Sabancı muzeyində (SSM) “Rembrandt və müasirləri - Niderland incəsənətinin qızıl dövrü” adlı sərgi nümayiş etdirilmişdir. Sərgidə cəmi 110 əsər olmaqla 59 rəssamın 73 rəsm əsəri, 19 rəsmi və 18 eksponatı və Niderland incəsənətinin ən görkəmli rəssamlarından olan Rembrandtın 4 orijinal əsəri Türkiyədə ilk dəfə tamaşaçılara göstərilmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ "Arxivlənmiş surət". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-20.
- ↑ https://web.archive.org/web/20080928225612/http://muze.sabanciuniv.edu/content/default.php?lngContentID=1
- ↑ https://web.archive.org/web/20140816051633/https://www.sakipsabancimuzesi.org/tr/sayfa/muze-tarihi
- ↑ https://web.archive.org/web/20080316121543/http://muze.sabanciuniv.edu/collection/collection.php?lngCollectionID=5
- ↑ "Sakıp Sabancı Museum Web Site — Collection". 2008-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.
- ↑ https://web.archive.org/web/20080410092401/http://muze.sabanciuniv.edu/exhibition/default.php