Smirna - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Smirna (yun. Σμύρνη) — Kiçik Asiyada antik şəhər. Hazırda bu şəhər İzmir şəhərinin daxildədir.
Tarixi
redaktəİzmir, yunan şairi Homerin, tarixin atası Herodotun vətəni sayılır. Qədim mənbələrdə adı Smirna kimi çəkilən bu şəhərin tarixni dəqiq söyləmək çətindir. Tarixçilərin dediyinə görə Smirna şəhərinin bir yaşayış məskəni kimi yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Lakin son dövrklərdə aparılan arxeoloji qazəntılar nəticəsində aydın oldu ki, izmirdə ilk yaşayış məskənləri e.ə. 6000-cı ilə gedib çıxır. Miladdan öncə 1500-cü ildə Smirna Het dövlətinin tərkibində idi. 1200-cü ildə yunan xalqlarının başda Aqamemnon olmaqla Troya şəhərinə yürüşü nəticədə Troya ilə bərabər Hett dövlətinin də süqutuna gətirib çıxarırdı. Bundan sonra Smirna da öz əvvəlki inkişafını itirdi.
Çox keçmədən, bu torpaqlara Dori tayfalarının təsiri ilə eoliyalılar, daha sonra isə onların ardınca ioniyalılar köç etməyə başladılar. Bu dövrlərdə şəhərin əhalisi 1000 nəfərə yaxın olmuşdur. Bəzilər, Homerin, məhz bu dövrdə Smirnada yaşamasına inanır.
Tarixin atası Heredotun verdiyi mıəlumata görə çox keçmədən Smirna şəhəri eoliyalılardan ioniyalılara keçdi. Herodot nəql edir ki, Kolofonadan sürgün edilmiş insanları smirnalılar öz şəhərlərinə qəbul etdilər. Dionisin şərəfinə verilən bayramı təşkil etmək üçün şəhərin əhalisi qala divarlarından kənara toplaçırlar. Bu vəziyyətdən istifadə edən kolofonlular qapınan şəhər insanlarının üzünə bağlayır və onları bir daha şəhərə buraxmırlar. Adisədən xəbər tutan 11 eoliya şəhərləri öz qoşunları ilə Smirnanın qala divarlarına yaxınlaşırlar. Lakin uzun döyüşlərdən sonra yorulan tərəflər Smirnanın yeni sahibləri ilə sülh və müttəfiqlik müqaviləsi bağlayırlar. Müqaviləyə əsasən, kolofoniyalılar Smirnanın əhalisinin şəhərdə qalmış mal-mülkünün hamısını onlara geri qaytarmalı, smirnalılar isə şəhərə gəlməməli idilər. Var dövlətləri özlərinə qaytarılan evsiz eoliyalılar digər 11 şəhərin arasnda bölünərək məskunlaşmağa məcbur oldular. Bu müqavilə ilə Smirna həm də İoniya ittifaqına qəbul edildi. Smirnanın əsas məbədi Afina məbədi idi. 640–580-ci illərə aid bu məbəd günümüzədək qalmaqdadır. Şəhər bu dövrdə özünün birinci inkişaf dövrünə qədəm qoymağa başladı. Lakin çox çəkmədən şəhərə Lidiya hökmdarı Aliata hücum edərək, onu işğal etdi. 545-ci ildə isə Əhəməni imperatoru Böyük Kir Smirnanı öz imperiyasına daxil etdi. Smirna imperiyanın tərkibində olduğu zaman zəifləməyə başlayır.
Çox keçmədən Makedoniyalı İsgəndər 334-cü ildə qoşunları ilə Kiçik asiya sahillərinə keçdi. Şəhəri alan İsgəndər onun əhalisini Paqos (kadifekale) adlı təpəyə qaldıraraq burada məskn etdi. İsgəndərin ölümündən sonra. Onun diadoxlarından biri Lisimax şəhəri ələ keçirərək bu təpədə möhkəm qala inşa etdirdi.
Bu dövrdən şəhər yenidən dirçəlməyə başlayır . Burada teatr və stadion tikilməyə balaşlanır. 133-cü ildən Smirna digır şəhərlər ilə birlikdə Roma İmperiyasının tərkibinə daxil edilir. Bu tarixdən Smirna özünün qızıl dövrünə qədəm qoyur. Smirnada bazar meydanı, akveduklar tikilir. Əhalinin yaxın yerlədərn bu şəhərdə yaşamağa can atır. Roma dövründə onun küçələri daş üzlərlə üzlənir. Ümumiyyətlə, roma imperiyası dövründə şəhər mədəni və iqtisadi cəhətdən inkişaf edir. Roma imperiyasına daxil edildikdın az sonra bura imperator Adrian gəlir. əhalinin çoxluğunu nəzərə alan Adrianın əmri ilə bura böyük taxıl anbarları inşa edilməyə başlanır. Lakin çox keçmədən təbii fəlakət bu şəhərin inkişafına mane olur. Baş vermiş zəlzələ onu yerlə yeksan edir. Deyilənə görə, Mark Avreliy zəlzələdən sonra şəhərin bərpasına böyük önəm vermişdir, Məhz, bu gün İzmirdə olan Aqoranın tikintidinə elə o dövrlərdə başlanmışdır.
İzmir aqorası
redaktəRoma imperiyası iki hissəyə paçalandığı zaman Smirna Şərqi roma imperiyasının payına düşdü. Bizans imperiyası adlanan Şərqi roma İmperiyasında Qərbi Avropaya nisbətən inkişafda idi. Lakin ərəb yürüşləri zamanı şəhəri ərəblər ələ keçirərək buradan vizantiya üzərinıə yürüşlıər etməyə başlayırlar. 1071-ci il 26 avqustda Səlcuq Türkləri Bizans qoşunlarını Malazgirt yaxınlığında məğlubiyyətə uğratdılar. Döyüşdə Bizans imperatoru IV Diogen səlcuqlar tərəfindən əsir götürüldü. 5 il sonra, 1076-cı ildə Səlcuq qoşunları Smirnanın qala divarları önünə gəlib çatdılar. Çaka bəyin başçılıq etdiyi qoşun şəhəri tutaraq onu özünün qərərgahına çevirdi. Şəhərdə qərrgah yaradan türklər uzun müddət buradan hərbi-dəniz bazası kimi istifadə edərək egey dənizində və Vizantiyaya (İstanbul) yürüşlər etməyə başladılar. Bu zaman Qərbdən yeni bəla – xaçlıların yürüşləri başlandı. Şaka bəyin ğlümündən sonra şəhər və onun ətrafı Bizansa qaytarıldı. Lakin sonralar Vizantiyanı işğal edən xaçlı cəngavərləri Smirnanı da ələ keçirdilər. Bu hadisə nəticəsində Vizantiya şəhəri öz iqtisadi və ticarət mərkəzi kimi yerini bu şəhərə verməli oldu. Bütümn qərbi Avropadan gələn ticarət gəmiləri Smirna limanına gəlir və burdan şərqə çıxış əldə edirdilər. XIV əsrin əvvəllərində türklər yenidən Aydın oğlu Umur bəyin rəhbərliyi ilə şəhəri geri alır. Bundan sonra dəfələrlə əldən-ələ keçən şəhər nəhayət 1422-ci ildə Osmanlı imperatoru IV Murad tərəfindən geri alınır və şəhər bu tarixdən türklərin olaraq qalır.
İzmir I Dünya Müharibəsindən sonra Yunanlar tərəfindən işğal edildi. 15 may 1919-cu ildə şəhəri işğal edən yunanlar burada türklərə qarşı amansızlıqlar törətməyə başlayırlar. 9 sentyabr 1922-də Mustafa kamal Atatürkün başçılığı ilə İzmirdən yunanlar qovularaq türk cümhuriyyətinə qaytarıldı. Lakin şəhərdə böyük fəlakət baş verdi. Baş vermiş yanğın şəhəri demək olar ki, tamamilə yandırdı. 20000 dən çox yaşayış evləri və idarələr yanğından məhv oldu. Türklər bu şəhəri yenidən yaratmağa başladılar. Türklərin də dediyi kimi yanib kül olmuş izmir zümrüd quşu kimi öz külləri içərisində yenidən dünyaya gəldi. Bu gün yanğın olan sahənin yerində Kültür Park yerləşir.