Taliban - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir.
Taliban | |
---|---|
طالبان | |
| |
Fəaliyyəti |
1994–1996 (milis qüvvəsi) 1996–2001 (hökumət) 2002–2021 (dirəniş) 2021–h.h. (hökumət) |
Yaranma tarixi | 1994 |
Mərkəzi |
Qəndəhar, Əfqanıstan (1994–2001) Kabil, Əfqanıstan 2021–h.h. |
Qurucusu |
Məhəmməd Ömər (1994–2013) Əbdülqani Biradər (şərik qurucu) Ahtar Mənsur † (2015–2016) Hibədullah Axundzadə (2016–h.h.) Məhəmməd Rəsul (separatçı qrup, 2015–h.h.) |
Sədr | Məhəmməd Ömər, Haybatulla Axundzadə |
alemarahenglish.af | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı.
Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
İdeologiya
redaktəTaliban tərəfindən idarə olunan ərazilərdə ciddi izlənilən şəriət qanunları yeridilir. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), açıq formada seks və bu kimi mövzular danışmaq qadağandır.[1] Kişilərə müəyyən uzunluqda saqqal saxlamaq lazımdır. Qadınlara işləmək, kişi cinsi tərəfindən həkim müayinəsindən keçmək, ictimai yerlərdə həyat yoldaşı və ya kişi cinsindən olan qohumsuz görünmək qadağandır. Bütün bunlar qadınların təhsil ocaqlarında rolunu hiss ediləcək dərəcədə azalmışdır. 2001-ci ildə qızların 1%- orta məktəblərdə təhsil alırdı.
Talibanların hakimiyyəti zamanı orta əsr cəza növləri yeridilmişdi: oğurluğa görə bir və ya iki əl kəsilirdi və s. Talibanlar digər dinin nümayəndələrinə və onların mədəniyyətinə qarşı olduqca aqressiv mövqedədirlər. Belə ki, talibanlar Əfqanıstanı idarə etdikləri dövrdə Buddanı canlandıran, III və VI əsrlərə aid ən böyük buddist abidəsini məhv etmişlər.[2] Bundan əlavə İslamın Sünni Hənəfi məzhəbi,Matridi qoluna məxsus olduqlarına görə şiələri təqib edirdilər. [mənbə göstərin]
Talibanlar qadınların təhsil almasının qadağan olunması tərəfdarları kimi çıxış edirlər. Hücum obyektləri bir çox hallarda qadınların oxudugu qərb yönümlü məktəblərə olurdu. Yalnız 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib.[3]
Xarici keçidlər
redaktə- İngiliscə Taliban Xəbərləri Arxivləşdirilib 2019-04-04 at the Wayback Machine
- Türk Dilində Cihad Xəbərləri Arxivləşdirilib 2011-12-13 at the Wayback Machine
- Sərvər Şirin. Buddanın heykəlini dağıdan terror təşkilatı – TALİBAN
İstinadlar
redaktə- ↑ Amy Waldman. No TV, no Chess, No Kites: Taliban's Code, from A to Z. New York Times, 22 noyabr 2001
- ↑ "Талибы уничтожили статуи Будды в Бамиане". 2010-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-08.
- ↑ Taliban attack four Pakistani schools Arxivləşdirilib 2009-02-16 at the Wayback Machine — London News, 19 января 2009