Tatevik Sazandaryan - Wikipedia
Tatevik Sazandaryan (erm. Տաթևիկ Սազանդարյան; 20 avqust (2 sentyabr) 1916[1], Xınzırək, Zəngəzur qəzası[1] – 6 oktyabr 1999, İrəvan) ― 1958-ci ildə SSRİ Ali Sovetinin üzvü olmuş sovet və erməni opera mezzo-soprano ifaçısı. 1937-1961-ci illərdə İrəvan Opera Teatrında solist kimi çıxış etmişdir.[2]
Tatevik Sazandaryan | |
---|---|
erm. Տաթևիկ Սազանդարյան | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 avqust (2 sentyabr) 1916[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 1999 (83 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, musiqi pedaqoqu, siyasətçi |
Janr | opera |
Səs tembri | messo-soprano[1] |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1916-cı il sentyabrın 2-də indiki Syunik mərzinin Xınzırək kəndində anadan olan Sazandaryan Bakıda böyümüşdür. O, 10 yaşından məktəb xorunda solistlik edirdi. O, 16 yaşında Moskvaya köçmüşdür, burada bir sıra həvəskar tamaşalarda ifaçılıq edirdi. İstedadı tanındıqdan sonra təhsilini Moskvada Ruben Simonovun yanında davam etdirdi.[3] 1933-cü ildə konsertlərdə çıxış etməyə başladı. 1937-ci ildə Moskvadakı Ermənistan SSR-in yanında mədəniyyət evində vokal dram studiyasını bitirdi. Daha sonra o, Ermənistana qayıtdı və Sergey Barxudaryanın yanında İrəvanın musiqi və dram məktəbində oxudu. 1937-ci ildə o, İrəvan Opera Teatrının solisti oldu. O, xüsusilə Tiqran Çuxacyanın "II Arşak" operasında Parandzem rolu və Armen Tiqranyanın "David Bek" operasında Tamar rolu ilə yadda qalıb.[4][5] Bundan başqa, o, "Karmen", "Aida" və "Yevgeni Onegin" tamaşalarında da baş rolları ifa etmişdir.[5]
1961-ci ildən 1970-ci ilə qədər İrəvan Konservatoriyasında dərs deyirdi və oradan professor dərəcəsini almışdır. Paralel olaraq İrəvan Teatr İnstitutunun solo oxuma kafedrasının rəhbəri idi.[2] O, həm SSRİ-nin əsas şəhərlərində geniş şöhrət qazanmış, həm də və İran, İsveç, Tunis, Macarıstan, Suriya (1956), Belçika (1958, 1962), Yunanistan (1959), Çexoslovakiya (1960) ve Fransa kimi xarici ölkələrdə çıxış etmişdir.[5]
1949-cu ildən bəri Sovet İttifaqı Kommunist Partiyası (b)-nın üzvü olmuşdur. 5-ci çağırış SSRİ Ali Sovetinin (1958-1962) deputatı idi.
Onun əri skripkaçı, ictimai xadim, bir neçə elmi əsərin müəllifi, Ermənistan SSR incəsənət işləri üzrə idarə rəhbəri Akop Sergeyeviç Hancyan idi.
Tatevik Sazandaryan 6 oktyabr 1999-cu ildə (digər mənbələrə görə 6 mart 2000-ci ildə[6]) İrəvanda vəfat etdi. Toxmax qəbiristanlığında dəfn edildi. 2017-ci ilin may ayında İrəvanın Milli Opera və Balet Teatrında onun şərəfinə anım konserti təşkil edildi.[3]
Mükafatları
redaktə- Ermənistan SSR əməkdar artisti (1944)
- Ermənistan SSR xalq artisti (1947)
- Azərbaycan SSR xalq artisti (1947)
- SSRİ xalq artisti (1956)
- Üçüncü dərəcəli Stalin mükafatı (1951) - "Qəhrəman qadın" operasında Nazeli partiyasının ifasına görə
- Ermənistan SSR Dövlət Mükafatı
- "Qırmızı əmək bayrağı" ordeni (1939)
- "Xalqlar Dostluğu" ordeni (1986)
- "Müqəddəs Mesrop Maştots" ordeni (1997)
Filmoqrafiya
redaktə- 1941 - Erməni kinokonserti (qısametrajlı) - Almast
- 1954 - Ermənistan sənət ustalarının konserti - baş rol
- 1977 - Tatevik Sazandaryan (sənədli film, “İrəvan” studiyası)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Erməni Sovet Ensiklopediyası, X cild (erm.). C. 10. S. 111.
- ↑ 1 2 "Сазандарян Татевик Тиграновна" (Russian). Megabook. 11 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2018.
- ↑ 1 2 Galoyan, Elena. "ПЕРВАЯ. ТАТЕВИК" (Armenian). Голос Армении (Voice of Armenia). 17 May 2017. 10 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2018.
- ↑ "Театральная Энциклопедия" (Russian). Библиотека Гумер. 6 May 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2018.
- ↑ 1 2 3 "Սազանդարյան Տաթևիկ" (Armenian). Հայկական Հանրագիտարան (Armenian Encyclopaedia). 14 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2018.
- ↑ Сазандарян Татевик Тиграновна — Мегаэнциклопедия Кирилла и Мефодия — статья