Ulduz Film 1964 - Wikipedia
Ulduz — rejissor Ağarza Quliyevin[2] filmi.[3] 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.
Ulduz | |
---|---|
| |
Janr |
komediya musiqili məhəbbət |
Rejissor | Ağarza Quliyev |
Əsərin müəllifi | Süleyman Ələsgərov |
Ssenari müəllifləri |
Ağarza Quliyev Hüseyn Nəcəfov |
Baş rollarda |
Tamilla Rüstəmova Hacımurad Yegizarov Lütfəli Abdullayev Nəsibə Zeynalova Məleykə Ağazadə Bəşir Səfəroğlu Hacıbaba Bağırov Səyavuş Aslan Suğra Bağırzadə |
Operator | Yuli Fogelman |
Bəstəkar | Süleyman Ələsgərov |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 29 mart 1965[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 73 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1964 |
Texniki məlumatlar | 8 hissə, 2137 metr, 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID4261760 |
Məzmun
redaktəKinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.
Film haqqında
redaktəFilm bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. Filmin sınaq çəkilişlərində Şubay roluna namizəd kimi aktyor Tariyel Qasımov iştirak edib.[4] Hacıbaba Bağırovun kinoda ilk işi olub. Filmin maraq doğuran tvist səhnəsində Məleykə Ağazadə (Nazilə) və Hacıbaba Bağırov (Möhsün) Çubbi Çekerin ifasında ing. Let's Twist Again mahnısını həqiqətən də özləri oynayıblar.
Tamilla Rüstəmovanın (Ulduz) peşəkar aktrisa deyil, televiziya diktoru olması, Suğra Bağırzadənin (Yetər) isə hələ məktəb şagirdi olması film tənqidçiləri tərəfindən tənqid olunub.
2019-cu ilin noyabrında filmin 55 illiyi ilə əlaqədar, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sponsorluğu ilə ANS Şirkətlər Qrupuna daxil olan "BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilib.
BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Ulduz" filminin yenilənmiş versiyası 2019-cu il dekabrın 3-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev dedi ki, 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınmış “Ulduz” filminin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib.
Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiyini bildirib. Təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib.
Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. "Ulduz" musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov milli sərvətimiz olan "Ulduz" filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, "Səba" şirkətinə və "BALANS Studiyası"na təşəkkürünü bildirib.
Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.[5]
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Süleyman Ələsgərov
- Ssenari müəllifi: Ağarza Quliyev, Hüseyn Nəcəfov, Yuli Fogelman
- Libretto: Sabit Rəhman[6]
- Mahnıların mətni: Zeynal Cabbarzadə
- Quruluşçu rejissor: Ağarza Quliyev
- Quruluşçu operator: Yuli Fogelman
- Quruluşçu rəssam: Kamil Nəcəfzadə
- Bəstəkar: Süleyman Ələsgərov
- Rejissor: Niyaz Şərifov
- Geyim rəssamı: Faiq Əhmədov
- Səs operatoru: Şamil Kərimov
- Redaktor: Hüseyn Nəcəfov
- Rejissor assistenti: L.Berladir, Ə. İsmayılov
- Operator assistenti: Eduard Qalakçiyev, Valeri Kərimov
- Rəssam assistenti: Ə.Əzizov
- Rəqslərin quruluşu: Əminə Dilbazi
- Qrim rəssamı: Y.Skaçenkova, Telman Yunusov
- Quraşdırılmış səhnələrin operatoru: Yuli Fogelman
- Quraşdırılmış səhnələrin rəssamı: N.Xarbikov
- Çalır: Azərbaycan Musiqili Komediya Teatrının Orkestri
- Musiqi rəhbəri: Süleyman Ələsgərov
- Dirijor: Süleyman Ələsgərov
- Filmin direktoru: Bəşir Quliyev
- Mahnı ifa edən: Lütfiyar İmanov, Mirzə Babayev, Mobil Əhmədov
Rollarda
redaktə- Tamilla Rüstəmova — Ulduz
- Hacımurad Yegizarov — Bəxtiyar
- Lütfəli Abdullayev — Məhəmməd
- Nəsibə Zeynalova — Züleyxa
- Məleykə Ağazadə — Nazilə
- Bəşir Səfəroğlu — Gülümsərov
- Hacıbaba Bağırov — Möhsün
- Səyavuş Aslan — Şubay
- Suğra Bağırzadə — Yetər[7]
- Bahadur Əliyev — Qədir
- Əzizağa Qasımov — Əliş
- Nəcibə Behbudova — Tamam
- Məmmədsadıq Nuriyev — Bayram
- Fazil Salayev — Foto-müxbir
- Ramiz Məlikov — kənd sakini
- Hacı İsmayılov — rəqs edən
- Mirzəbala Məlikov — kənd sakini
- Əliheydər Həsənzadə — Əbilqasım
- Azad Dadaşov — Mahir
- Marqarita Şamxoryan — bufetçi
- İsmayıl İsayev — kənd sakini
Filmi səsləndirənlər
redaktə- İsmayıl Əfəndiyev — Gülümsərov (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur)
- Məlik Dadaşov — Möhsün (Hacıbaba Bağırov) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Ulduz (Tamilla Rüstəmova) (titrlərdə yoxdur)
- Müxlis Cənizadə — Bəxtiyar (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
- Həsənağa Turabov — Şubay (Səyavuş Aslan) (titrlərdə yoxdur)
- Hökümə Qasımova — Tamam (Nəcibə Behbudova) (titrlərdə yoxdur)
- Həsən Əbluc — tələbə (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
- ↑ Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Ağarza Quliyev haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 26.
- ↑ Novruz, R. “Ulduz”, “Əhməd haradadır?”, “Görüş” filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: “Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.
- ↑ Orxan Fikrətoğlu. "Filmin sonu" [Ağarza Quliyevin "Ulduz" filmi haqqında] //ATV.- 2016.- 14 mart.
- ↑ [https://web.archive.org/web/20220330045725/http://istipress.com/medeniyyet/03-12-2019/dirilis-balansi Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine “Diriliş "Balans”ı" ["BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş Ağarza Quliyevin "Ulduz" filminin yenilənmiş versiyası haqqında] //İstipress.-2019.- 3 dekabr.]
- ↑ Allahverdiyev, E. Şedevrlər kolleksiyası: "O olmasın, bu olsun", "Hicran", "Ulduz", "Əhməd haradadır?" və s.: [Yazıçı və dramaturq Sabit Rəhmanın Azərbaycan kinosunun inkişafındakı rolu haqqında] //Ekran-efir. — 2010.- 14 may.- S. 7.
- ↑ Bağırova, S. 48 ildir ki, parlayan “Ulduz”: [Əməkdar artist Suğra Bağırova ilə söhbət] //Mərkəz.- 2012.- 1 sentyabr.- S. 14.
Mənbə
redaktə- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.