Veliehd Sahzade Naruhito - Wikipedia
Naruhito (yap. 皇太子徳仁親王; 23 fevral 1960, Çiyoda[d]) — 126-cı Yaponiya imperatoru, 125-ci Yaponiya imperatoru Akihito (Yamato sülaləsindən) və imperatriçə Miçikonun oğlu. İkinci Dünya müharibəsindən sonra doğulmuş ilk Yaponiya imperatoru.
Naruhito | |
---|---|
yap. 皇太子徳仁親王 | |
Yaponiyanın 126-cı İmperatoru | |
Vəzifədədir | |
1 may 2019-cu ildən | |
Əvvəlki | Akihito |
Şəxsi məlumatlar | |
Doğum adı | 浩宮徳仁親王 |
Doğum tarixi | 23 fevral 1960 (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | monarx, əsilzadə |
Atası | Akihito |
Anası | Miçiko |
Həyat yoldaşı | Masako Ovada |
Uşağı | qızları: Aiko (Şahzadə Toşi) |
Ailəsi | Yaponiya imperator evi[1] |
Dini | şintoizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Yaponiya tarixi |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı
redaktəNaruhito 1960-cı ilin fevral ayında Tokio imperiya sarayının hospitalında doğulub.
Naruhitonun uşaqlığının xoşbəxt keçdiyi bildirilir və onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi var idi. Bir gün sarayın ərazisində qədim yolun qalıqlarını tapan Naruhito nəqliyyat tarixinə maraq duymağa başladı və öz bakalavr və magistr dərəcələrini də tarix fənnindən aldı.[2] O, daha sonra dedi:"Mənim uşaqlıqdan bəri yollara marağım var idi. Yollar səni bilinməyən dünyaya aparırır. Mənim liderlik həyatım olandan bəri küçədə azad gəzmək şansım azdır, demək lazımdır ki, yollar bilinməyən dünyaya dəyərli bir körpüdür".[3]
1974-cü ilin avqust ayında 14 yaşındakı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərildi. Naruhitonun atası Akihitonun bir il əvvəlki gəzintisindən sonra bu ərazi haqqında müsbət fikri var idi və o, oğlunu da getməsi üçün dəstəklədi.[4] O, Colin Harper adlı biznesmenin ailəsində yaşadı.[5] Şahzadə ev sahibinin uşaqları ilə skripka çaldı, tennis oynadı, Lonsdeyl ərazisində at sürdü və Uluruya dırmaşdı.[6] O hətta Avstraliyada önəmli dövlət adamları üçün rəsmi naharda skripka çaldı.[7]
Təhsili
redaktəNaruhitonun dörd yaşı olanda prestijli Qakuşuin məktəb sistemində qeydiyyata alındı. Bu Yaponiyada elit ailələrin uşaqlarını göndərdiyi məktəb idi.[8] Naruhito coğrafiya klubuna qoşuldu.[9]
Naruhito Qakuşuindan 1982-ci ildə tarix fənnində bakalavr dərəcəsi ilə məzun oldu.[10] O, növbəti ilin iyul ayında İngiltərədəki Oksford Universitetinin Merton kollecinə daxil olmazdan əvvəl üç ay intensiv İngilis dili kursuna qatıldı.[11] Naruhito burada 1986-cı ilə qədər qaldı . Naruhito öz 18-ci əsrdə Yuxarı Temzada naviqasiya və yol hərəkəti tədqiqi tezisini 1989-cu ilə qədər yoxlamağa təqdim edə bilmədi.[12] O, daha sonra The Thames and I--a Memoir of Two Years at Oxford kitabında bu üç ilinə geri qayıtdı. Onun getdiyi yerlər arasında Trout Inn və The White Hart kimi yerlərin daxil olduğu 21 tarixi meyxana var.[13] Naruhito Yapon cəmiyyətinə və Dram cəmiyyətinə qoşuldu, karate və cüdo cəmiyyətlərinin fəxri prezidenti oldu.[14] O, burada tennis oynadı və Merton komandasında 6 nəfərdən üçüncüsü idi.[14] Naruhito həm də mütəxəssis kimi qolf oynayırdı.[14] Mertondakı ilk üç ilində o, Böyük Britaniyanın tərkibində olan dövlətlərin ən hündür zirvələrinə dırmaşdı: Şotlandiyada Ben Nevis, Uelsdə Snoudon və İngiltərədə Scafell Pike.[15]
Şəxsi həyatı
redaktə9 iyun 1993-cü ildə Naruhito Masako Owada ilə evlənmişdir. Cütlüyün 1 dekabr 2001-ci il təvəllüdlü Aiko adlı bir qızları var. 8 ildən sonra doğulan qız ilə taxta qadınların da keçməsini icazə verən qanunun çıxarılması önə sürülmüşdür.[16] Çünki imperator Akihitonun qardaşı Şahzadə Hitaçinin övladı yox idi, imperatorun əmisi Şahzadə Mikasanın oğlan nəvəsi yox idi və Şahzadə Katsura heç evlənməmişdi. Ancaq Naruhitonun qardaşının oğlu olması ilə imperatorluq taxtının varisi bəlli oldu.
Mükafatları
redaktəFəxri dərəcələri
redaktəFəxri vəzifələri
redaktə- Yaponiyanın Qırmızı Xaç Komitəsinin fəxri vitse-prezidenti
- Birləşmiş Millətlər Təşkilatının baş katibinin Su və Sanitariyaya görə məşvərətçi şurasının fəxri prezidenti
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://www.bbc.com/news/world-asia-48101637.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 76.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77.
- ↑ Hills, Ben (2006). Princess Masako: Prisoner of the Chrysanthemum Throne. London; New York: Jeremy P. Tarcher/Penguin. p. 56. ISBN 1-58542-568-0. OCLC 76074219.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 57.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60–61.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77–78.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 79.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 81.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 142–143, 152.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p.144–145
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 145–146.
- ↑ 1 2 3 Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 150.
- ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 151.
- ↑ "Life in the Cloudy Imperial Fishbowl," Arxivləşdirilib 2007-10-17 at the Wayback Machine Japan Times. 27 March 2007.
Xarici keçidlər
redaktə- Kunaicho | Their Imperial Highnesses Crown Prince Naruhito and Crown Princess Masako
- Kunaicho | Press Conference on the occasion of His Imperial Highness the Crown Prince's Birthday (2013)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |