Vahid Aslan - Wikipedia
Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu; 29 sentyabr 1972, Parakənd, Gədəbəy rayonu) — Azərbaycan jurnalisti, yazıçı, riyaziyyat və informatika müəllimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü[1]
Vahid Aslan | |
---|---|
Vahid Aslan oğlu Əsgərov | |
Təxəllüsü | Vahid Aslan |
Doğum tarixi | 29 sentyabr 1972 (52 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Aslan Əsgərov |
Təhsili | Gəncə Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | jurnalist, müəllim, publisist |
Fəaliyyət illəri | 1993-cü ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | şeir, nəsr |
Mükafatları |
"Qızıl qələm" "Vətən" "Araz" |
Həyatı
redaktəVahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.
Ailəsi
redaktəAiləlidir. İki qızı, bir oğlu var.
Təhsili
redaktə1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib.
Yaradıcılığı
redaktəFəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Dərc olunan kitablarına və yaradıcı uğurlu fəaliyyətinə görə 2012-ci ilin may ayında Prezident təqaüdünə layiq görülmüşdür. "Qızıl qələm", "Vətən", "Araz" və s. ali-ədəbi mükafatlarına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə azərbaycan ədəbiyyatını uğurla təmsil etmişdir. 9 kitab, 2 metodik vəsait, 3 monoqrafiya və 350-dən çox məqalə müəllifidir. Rus dilindən bir sıra maraqlı ədəbi tərcümələr etmişdir. Onun ssenarisi əsasında Azərbaycan Dövlət Radiosunda Qarabağın müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhid şairlər haqqında silsilə verilişlər efirə getmişdir. Xüsusilə onun şəhid şair Nizami Aydına ithaf etdiyi "Nizami Aydın" poeması oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır. "Riyaziyyat və poeziya" adlı kitabı isə orta məktəblərdə riyaziyyat fənni üzrə tədbirlərin keçirilməsində metodik vəsait kimi isifadə olunur.
Kitabları
redaktə- Yaşıl sevgilər (şeirlər, 2001)[2]
- Tənhalıq əlində (şeirlər, 2004)
- Məhəbbət müqəddəsdir (povest və hekayələr, 2006)
- Bənövşə ömrü (povest və hekayələr, 2011)
- Daşlar çiçəkləyəndə (şeirlər və poemalar, 2011)
- Əkiz ruhlar (şeirlər və poemalar, 2013)
- Riyaziyyat və poeziya (şeirlər, metodik vəsait, 2013)
- Tanrıya dualarla (şeirlər və poemalar, Tehran, 2018)
- Yağış havası (şeirlər və poemalar, 2019)
- "Gədəbəy Rayonunun Şəhidləri" Bakı, 2021
- "Gədəbəydə doğulan şairlər" Bakı, 2021
- "Ürəyim söz yuvasıdı" Bakı, 2021
- "Ləyaqət simvolu" monoqrafiya, Bakı, 2022 (Əməkdar artist Nuriyyə Hüseynova haqqında)
Dağların könlünü oxşaya bilsən, Vahid Aslan
|
Fəaliyyəti
redaktə- 1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb.
- 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb.
- 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib.
- 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib.
- 1998–1999-cu illərdə Bakı şəhərində həqiqi hərbi xidmətdə olub.
- 2002-ci ildən Bakı şəhərində fəaliyyət göstərən "Vektor" Beynəlxalq Elm mərkəzində redaktor vəzifəsində çalışıb. Eyni zamanda 2003–2008-ci illərdə həmin mərkəzdə nəşr olunan "Vektor" Elm Jurnalının redaktoru olub.
- 2005–2007-ci illərdə Dnepropetrovsk Milli Universitetinin Bakı filialında müəllim işləyib.
- 2007–2009-cu illərdə Respublika Təhsil Şurasında İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
- 2008-ci ildən Sabunçu rayonu 311 saylı orta məktəbdə ixtisası üzrə müəllim işləyib.[3]
- 2010-cu ildən ziyalıların təbliği istiqamətində fəaliyyət göstərən "Müəllim sözü" qəzetini, 2012-ci ildən isə beynəlxalq "Mir Cəlal" elmi-ədəbi mükafatını təsis edib. Eyni zamanda "Müəllim sözü" qəzetinin baş redaktorudur.
- 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi fəaliyyət göstərir. Hazırda həmin Universitetin doktorantıdır. Vahid Aslan fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Dərc olunan kitablarına və yaradıcı uğurlu fəaliyyətinə görə 2012-ci ilin may ayında Prezident təqaüdünə layiq görülmüşdür. "Qızıl qələm", "Vətən", "Araz" və s. ali-ədəbi mükafatlarına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə azərbaycan ədəbiyyatını uğurla təmsil etmişdir. 14 kitab və 400-dən artıq məqalənin müəllifidir. Rus dilindən bir sıra maraqlı ədəbi tərcümələr etmişdir.
Mükafatları
redaktə- "Prezident təqaüdü", AYB, 2012
- "Vətən" fəxri-media mükafatı, AJB, 2013
- " Xalqın nüfuzlu ziyalısı" KİVDF, 2014
- "Ziyalı" AJB, 2015
- "Çanaqqala zəfəri-100" Türkiyə, 2015
- "Mir Cəlal adına Mükafat", Bakı, Ədibin evi, 2020
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "VAHİD ASLAN". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
- ↑ Aslan, V. Yaşıl sevgilər: Şerlər. - Bakı: Tural-Ə, 2001. - 96 s.
- ↑ ""Qəlbən şair olmayan əsl riyaziyyatçı ola bilməz". 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.