Vikipediya Heftenin Secilmis Siyahisi Oktyabr 2019 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
SSRİ medalları — kommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Çarli Çaplinin filmoqrafiyası — İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914-1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər.
Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı — ABŞ icraedici hakimiyyətdə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildə Corc Vaşinqton ABŞ-nin ilk prezidenti oldu. Onun bu vəzifə başına keçməsindən öncə, "prezident" sözü "Kontinental konqresinin prezidenti" birləşməsində istifadə olunurdu.
Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. 1945-ci ildə Monro fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.
Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatı (Rusiya) — (rus. Золотой Орёл за лучший зарубежный фильм в российском прокате) - Motion Pictures Arts ("Hərəkətli şəkilli incəsənət") və Rusiya Milli Elmlər Akademiyasının illik təqdim etdiyi iyirmi mükafat kateqoriyalarından biridir. Bu Rusiya Elmlər Akademiyasının verdiyi illik Nika mükafatının müqabili kimi Nikita Mixalkov tərəfindən yaradılmış Qızıl Qartal mükafatlarından biridir. Qeyri-rusdilli filmlərə fərlənmə kimi verilən Qızıl Qartal mükafatı yalnız kateqoriyadır.
Hər il üç namizəd Akademiya tərəfindən seçilir. Mükafatın ilk laureatı 2002-ci ildə "Ameli" filmi olmuşdur. Mükafatın ən son laureatı isə 2016-cı ildə "Sağ qalmış" filmi olub. Ən çox nominasiya ilə günə 17-31 nominasiya olan Amerika Birləşmiş Ştatları birincidir. Digər ən çox nominasiya: Fransa (dörd), Böyük Britaniya (dörd) və Almaniya (iki). |
bax – müzakirə et – redaktə et – tarixçə