Xoy Sehristani - Wikipedia
Xoy şəhristanı - İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Xoy şəhəridir.
Xoy şəhristanı | |
---|---|
شهرستان خوی | |
38°33′ şm. e. 44°57′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhristan Türkiyə Cümhuriyyətinin Van eli ilə həmsərhəddir.
Adlandırmasının Qaynaqları
redaktəXoy sözcüyü bir neçə dildə məna verməkdədir. amma bu şəhərdə yaşəyanlar görək nə dildə danışırlar. üstdə göstərilən kimi bu şəhərin Azərbaycanın başqa şəhərləri kimi cəmaəti azərbaycan türkcəsində danışmaqdadırlar. buna görədə əvvəldə xoyun bu dildə mənalarını axdaracayıq.
Qoy قوی
redaktəTürkcədə ən yaxın məna Xoya Qoy(Qoyun) sözcüyüdür ki Qucaq mənasını yetirməkdədir[3] ki indidə işlədilir: Uşaq anasının QOYNUNDA özünü çox rahat hiss edir. şəhər insanların yaşamaq yeridir və onlar orada özlərini rahat hiss edirlər.
Qoyaq قویاق
redaktəQoyaq Vadi Məhəl və yer mənasını yetirməkdədir[4]. olsun ki bunun köküdə həman Qoy sözcüyüdür ki bir şəhərin adını çox yaxşı yetirir.
Qoyun قویون
redaktəBəziləridə Xoy sözünü Qoyun sözündən biliblər. Qoyun yəni davar. deyirlər ki xoy sözü qoyun sözündən alınmışdır.[5]
Quyu قویو
redaktəQuyu(Quy) sözü dərin yerinin mənasını yetirməkdədir. ki indidə türkcədə işlədilir və hamı onun mənasını bilir. xatırladmalıyıq ki Xoy şəhəri Azərbaycanın ən alçaqda yerləşən şəhərlərindən dir və bunu qaratəpədən(Urmiyə Xoy arasında yol üstündə bir darböğazdır.) enəndə görmək olar. Xoy təqribən 1100 metre açıq dənizlərdən ucadadır bu na görədə hətta Urmiyə Gölundən də alçaqdadır. Xoylular özləridə oraya xoy çuxuru deyirlər.[6]
Xavi-Xuy
redaktəBəzi iddialara görə Pəhləvi dilində Xavi,Xəy kimi sözcüklər vardır ki Tər və yaş mənasını yetirirlər və Farsçılar Xoy kəliməsini onlardan bilirlər amma bu kəlimələrin xoyun hava durumu və yerinə heç bir bənzəri yoxdur! niyə ki xoyda o qədərdə yağış filan yoxdur. hələ yeridə Qərbi azərbaycanın O biri şəhərlərindən qurudur. Xuy sözüdə kürdcədə duz mənasını yetirməkdədir. amma görək xoyda nəqədər kürd yaşamaqdadır. ərdəysə türklərin 5-də biri ki oda uzaq kəndlərdə yaşıyırlar. xoyun duz məna verməsi bir az tərs gəlir.Xoyda nə qədər duz varki oranı duz adlandırsınlar. sonrada xoydan bir az fasiləli kənd var ki oraya duzlaq deyirlər onda Xoy adı duzlaq olmalı idi, Xuy yox. Urmiyənin duzu Xoydan da çoxdur (Urmiyə gölü şorsuludur) və kürdüdə niyə oraya Xuy demiyiblər. Bunlar bir qism sorulardılar ki adamın beynindən keçirlər. Amma bundan üstdəki sözlər Xoyun hava və coğrafi durumuna çox yaxın görünürlər.
Tarix boyunda
redaktəQazıbilim/Arxeologiya tapıntılarından bəllənir ki, insan yaşamı Xoy sahəsində onminillər bundan öncəyə qayıdır. Daş və suvaq yazılar ki şumer, aşur və urartululara aiddilər, bilikçilərin zənniycə Aratta sahəsi ki şumer yazılarında deyilib həmin sahədir ki Aşur yazılarında ((sangi buto)) (Xoy, Mərənd və Güney mahalı) adlanıbdır.
İslam dövründə bu yurd həmişə Xoy adı ilə tanınıb. Xoy ermənilər qəsbkarlıq yürüşü qarşısında aslanlar kimi dayanıb və şəhəri onların əlinə vermədi.
Əhali
redaktə2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 365,573 nəfər (kişilər: 183,556 nəfər - qadınlar: 182,017 nəfər) olmuşdur.[7][8]
Xoy şəhristanında əsasən Azərbaycan türkləri, və az sayda köçəri kürdlər yaşayırlar.
Bəxşlər | 2006 s.a. | Milli çoxluq | Azlıq |
---|---|---|---|
Cəmi | 365 573 | azərbaycanlı | kürd |
Mərkəz (Xoy) | 260 854 | azərbaycanlı | kürd |
Çaypara | 42 225 | azərbaycanlı | ... |
Qotur | 24 407 | kürd | azərbaycanlı |
Səfaiyə | 20 172 | kürd | azərbaycanlı |
Evoğlu | 17 915 | azərbaycalı | ... |
- Azərbaycanlılar şəhristanın bütün bəxşlərində yaşamaqlarına baxmayaraq yalnız Mərkəzi (Xoy), Çaypara və Evoğlu bəxşlərində ümumi əhalinin mütləq əksəriyyətini təşkil edirlər .
- Hesablanmış təxminlərə əsasən şəhristanın ümumi əhalisinin təxminən 10%[9]-ni kürdlər və ya kürd dillilər təşkil edir .[10] Onların əksəriyyəti Qotur (bəxşin ümumi əhalasinin təxminən hamısı) və Səfaiyə (bəxşin Sökmənabad kəndistanında əhalinin təxminən hamısı) bəxşlərində, az sayda pərakəndə şəkildə isə Xoy şəhərində (kürəsünnülər) məskunlaşmışdırlar . Xoy şəhristanında Səfaiyə və Qotur bəxşlərində əhalinin çoxluğunu kürd dilinin kurmanc ləhcəsinin şəkak şivəsində danışan, sünni müsəlmanlar təşkil edir.
- Bu insanlar mamağanlı və kürəsünni tayfalarına mənsubdurlar. Mamağanlı tayfası kürd kökənlidir və ana dil olaraq kürd dilinin kurmanc ləhcəsinin şəkak şivəsində danışırlar. Kürəsünnilər kökən olaraq türk olub 24 oğuz boyunun Üçoxlar qolundan - Göyxan oğullarından biri olan Çepni/Çəpni/Cabanı boyundan törəmişdirlər. 1918-1921-ci illərdən başlayaraq son 90 ildə kürəsünnülərin müəyyən qismi yaşadıqları bölgələrdə köçəri kürd əhalinin təsiri (xüsusiylə silahlı təzyiqi) ilə adət ənənə və dil baxımından kürdləşmişdir. Hazırda İrandakı kürəsünnilər ev dili (ana dili) olaraq azərbaycan dilindən istifadə etsələr də əksəriyyəti kürd dilini bilir və belə demək münkünsə iki dillilik dövrünü yaşayırlar. Mamağanlılar köçəri, kürəsünnilər isə oturaq həyat sürürlər.[10] Şəhristandakı kürəsünnü kəndləri bunlardır[11]: Estiran, Yestikan, Babəkan, Dizə, Qaratəpə, Qotur, Mahalı, Məxin, Raviyan, Zeri, Gügürd, Almalı, Zeyvə, Hindivan ve Körpiran .[12]
- 2011-ci ildə yenidən əhalisiyahısı almaq aparılmışdır və indilik 2006 siyahısı əldədir. Çaypara Xoydan ayrılmış və özünə bir şəhristan olubdur.
Xoy şəhristanının inzibati bölgüsü
redaktə- Mərkəzi bəxşi
- İnzibati mərkəzi: Xoy; digər şəhəri: Firurəq
- DEHİSTANLARI
- Dizac dehistanı
- KƏNDLƏRİ: Ağdərə, Əyribucaq, Əhmədabad, Əkbərabad, Alquyruq, Əsgərabad, Bədəlabad, Bizac-i Cəmşidxan, İzzətabad, Hacətkədəh, Heydərabad, Cəfərabad, Kam, Katınlı-i Ülya, Katınlı-i Süfla, Xanəgah, Köşkzar / Adıyaman, Mamədəh, Meydan-i Ülya, Meydan-i Süfla, Parçı, Qırxyaşar, Qızqala, Qozluca, Rəvənd, Sərab, Söyüdlü, Yarımqaya, Zağa
- Firurəq dehistanı
- KƏNDLƏRİ: Əhmədabad/Xarababədlan, Ağasıkəndi, Badalan, Bağ-i Rəcəb, Batçı, Daşpəsək, Dizac-i Batçı, Həndovan, Hisar, Kiçik, Pəsək-i Süfla, Pirmusa, Qaradaş, Qaşqabulaq, Qışlaq, Şivankəndi, Sufikəndi, Vər, Zəviyə-i Həsənxan
- Gövhəran dehistanı
- KƏNDLƏRİ: Əminədeh, Gövhəran, Haşiyərud, Kürdnişin, Pəkəcik, Qaraşaban, Səidabad, Sərabdal, Şorab
- Qarasu dehistanı
- KƏNDLƏRİ: Ağcaqışlaq, Azab, Bayramkəndi, Bulamac, Dizacdiz, Dizac-i Herik, Dizac-i Murtuzakəndi, İsmayılkəndi, Fənayi, Görükkəndi / Cahangirabad, Xəkmərdan, Xəncərxan, Mollacünud, Qaracalı, Seyid Tac-ül Din (Seyid Tacəddin), Şirinkəndi, Şorbulaq
- Rahal dehistanı
- KƏNDLƏRİ: Abati, Ağdaş, Əmirbəy, Babəkan, Bəxtiyaran, Biyanlı, Bozquş, Buylapuş, Çavuşqulu, Dalcılı, İmamkəndi, İstiran, Günbəd, Gürpiran, Həndivan, Hisar-i Qaratəpə, Hisar-i Süfla, Xandizac, Xoyaman-i Cədid, Kurti, Qaratəpə, Karxana Əcurmaşini-i Qüds və Şəhrək-i Şan [Qüds kərpic fabrikası] (Qods Brick Factory), Quruq, Rahal, Salkədəh, Şabanlı-i Ülya, Şabanlı-i Süfla, Sinur, Sivan, Təglək, Yəzdikan, Zəviyə-i Şeyxlər
- Dizac dehistanı
- DEHİSTANLARI
- Evoğlu bəxşi
- İnzibati mərkəzi: Evoğlu
- DEHİSTANLARI
- Evoğlu dehistanı
- KƏNDLƏRİ: Ağbulaq, Biləvar, Bizandeh, İtizadiyə, Hüseynabad-i Mərəkan, Mərəkan, Müzəffərabad, Pirkəndi, Siyahbaz, Təpəbaşı
- Vəldiyan dehistanı
- KƏNDLƏRİ: Ağışlı, Bağdərə, Çeşmə, Ersi, Məhlizan, Nəvai, Vəldiyan, Vişləq-i Ülya, Vişləq-i Süfla, Zariyan
- Evoğlu dehistanı
- DEHİSTANLARI
- Qotur bəxşi
- İnzibati mərkəzi: Qotur
- DEHİSTANLARI
- Qotur dehistanı
- KƏNDLƏRİ: Balacıq, Gərnəvik, Givəran, Həbəş-i Ülya, Həbəş-i Süfla, Həstəcik, Kəlt-i Ülya, Kəlt-i Süfla, Kotanabad, Maxin, Mirömər, Nəcibabad, Razi, Şərifabad, Tərsabad, Yusifabad
- Zeri dehistanı
- KƏNDLƏRİ: Alsürmə, Almalı, Çaylan, Gügərd, Kəfəçerin, Qaragöl, Giləhlik, Ravyan, Salehabad, Tarımış, Zeri
- Qotur dehistanı
- DEHİSTANLARI
- Səfayyə bəxşi (Sökmənabad)
- İnzibati mərkəzi: Zöhrabad
- DEHİSTANLARI
- Ələnd dehistanı
- KƏNDLƏRİ: Balaban, Bələsur-i Ülya, Bələsur-i Süfla, Bərdərəş-i Ülya, Bərdərəş-i Süfla, Barjuk / Barıcıq, Çaxmaq, Çaxməzər, Dizac-i Ələnd, Cəng-i Sər, Kərküş, Mustafaabad, Qızılağıl, Qurşaqlı, Təvarə, Tudan, Yarpaqlı
- Sökmənabad dehistanı
- KƏNDLƏRİ: Ağbaş, Əlişeyx, Ağbulaq-i Ülya, Ağbulaq-i Süfla, Ağtopraq (Ağtorpaq), Arıqlı, Dəmdəm, Dibək, Dünbəki, Gəlləpiran, Gərmdərə, Gülədur, Hədər, Kalus, Kəlvanis, Kaput, Kilsə, Mamışxan, Məzrayə-i Kiçikməşək, Məhəmmədşəli, Mollaismayıl, Qaraağac, Qaraquş-i Ülya, Qaraquş-i Süfla, Qaranca, Qeris, Qızıldaş-i Ülya, Qızılca, Qaynar-i Ülya, Qaynar-i Süfla, Qızölən, Qurdərik-i Ülya, Qurdərik-i Süfla, Qurqan, Şegüfti, Şurik, Sünnət-i Ülya, Sünnət-i Süfla, Ortakənd, Zəviyə
- Ələnd dehistanı
- DEHİSTANLARI
Xoy şəhəri 5,548 km² genişliği ilə azərbaycan və İranın ən şumal-qərbində və İran - Türkiyə sərhəddində yerləşibdir. Xoyun Tehranla məsafəsi 780 km, Təbrizilə 165 km-dir və İran - Avropa tranzit yolu xoyun 30 km liyindən keçir. Xoy geniş bir sahədə və böyük dağların arasında yerləşibdir, buna görə də "Xoy çuxuru" da adlanır.
Xoyun ən böyük dağı Əvrin dağıdır ("əvrin" türk dilində 'böyük' və 'əzəmətli' məna verir). Dağın hündürlüyu 3650 metrədən çoxdur. Qoturçay, Ağçay və Qoduqboğan çayları Əvrin dağının ən önəmli axarsularıdırlar ki Xoyun münbit çölunu illər boyudur suvarırlar.
Xoyun iqlimi dağlıqdır, çox soyuq və qarlı qışları var. Gül-çiçəkli yazlar, yumşaq yayları var ki gahdan istiyə sarı yönəlir və boyalı payızları ilə görkəmli və gözəl doğa/təbiət səhnələrini yaradır.
Dil və mədəniyyət
redaktəXoy şəhristanı əhalisinin dili Azərbaycan türkcəsi, dini müsəlman - şiədir. İslamdan öncə və sonrakı sayaqlar Xoyun əhalisinin davranışlarında özünu göstərməkdədir. İslamdan öncə sayaqlar:
- İl bayramı (Novruz)
- Çərşənbə suru (Od çərşənbəsi)
- Çillə gecəsi
Aşıqlar (öncəki ozanlar) bu sahənin əsl mədəniyyət nişanəsidir ki hələ də xalqın içində gözəgəlim şəkildə görünürlər. Kosa, sayaçı, taxıl (buğda biçimi sayağı) və daha ayrı sayaqlar ki yavaş-yavaş modern yaşam səbəbindən unudulmaq üzərindədirlər.
Tarixi fenomenallar və doğal cazibələr
redaktə- Şəms Təbrizi qurğusu
- Xatın körpüsü
- Qala qapısı
- Üst örtülü bazar
- Kəbiri evi
- Mütəllib xan məscidi
- Qotur körpüsü (İranı Avropaya bağlıyan körpü ki 130 metrəyə yaxın ucalığı var)
- Bastam qalası
İldə ortaq 300–400 mm yağış və hündür dağların olması nədəni ilə bu şəhərin dörd bucağında çox görkəmli va gözəl görünşlər yaradılır.
Adlı-sanlı şəxslər
redaktəXoyun neçə adlı-sanlı şəxslərini aşağıda ad aparacayıq:
Əmir Salman xan Dünbüli (Çors və Xoy hakimi)
Əmir Əhməd xan Dünbili-Xoy hakimi
Əmir Hüsenqulu xan Dünbüli (Xoyun Fəthəli şah Qaçar dövründə hakimi)
- Cəfərqulu xan Dünbili (Xoy Fəthəli şah dövründə və Şəkinin rus üsul-idarəsi dövründə hakimi), (Xanxoyskilərin babası)
Əbülhəsən xan Dünbüli (Əbülhəsən xan Səba adli, İranın yeni musiqisinin banisi)
Əllamə Şeyx Şahabəddin Məhəmməd Xoylu (Şamın/Suriyanın Dəməşq şəhərinin baş qazisi və VII (hicri) yüzilliyin bilim adamlarından və ən önəmlilərdən biri Ayətullah üzma Seyid Əbülqasım Xoylu şiə məzhəbinin öz çağında birinci din bilik adamı idi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Xoya görə məlumat Arxivləşdirilib 2012-09-04 at the Wayback Machine Farsca
- Xoy Şəhristanın Rəsmi Saytı - Dövlət Saytı
- Qərbi Azərbaycan Ostanın Rəsmi Saytı - Dövlət Saytı
İstinadlar
redaktəMənbə
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
- ↑ Divani lüğati türk Mahmut Kaşğəri[ölü keçid]
- ↑ Türkcə sözlüklərdə eynən belə yazılıbdır Örnək:LingvoSoft Dictionary 2008 for Windows
- ↑ Azərbaycan şəhərlərinin adına bir baxış,istanbul türkcəsi,1958, təbriz kitabxanası, s.54,55
- ↑ "Xoy valiliyi". 2010-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-27.
- ↑ "Statistical centre of Iran". 2009-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-17.
- ↑ "Arxivlənmiş surət". 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-16.
- ↑ Guney Azerbaycan kürt sorunu :Hoy İlçesinin Demografik Durumu Arxivləşdirilib 2011-07-08 at the Wayback Machine
- ↑ 1 2 Kuresünniler Tarih ve Kültür Platformu :Güney Azerbaycan ve Kürt Sorununda ki Küresünniler[ölü keçid]
- ↑ Guney Azerbaycan kürt sorunu :Küresünniler ve 1921'de Türkiyeye Göçleri Arxivləşdirilib 2017-09-26 at the Wayback Machine
- ↑ Kuresünnülər Tarih ve Kültür Platformu :Küresünnilerin İranda Yaşadıkları Yerler Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine