Yeni Torpaq - Wikipedia
Yeni Torpaq — Şimal Buzlu okeanda yerləşən arxipelaq. Kara dənizi və Barens dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti «Novaya Zemlya» rayonuna daxildir.
Yeni Torpaq | |
---|---|
rus. Новая Земля | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 83000 km² |
Hündür nöqtəsi | 1547 m |
Əhalisi | 2.149 nəfər (2013-cü il) |
Yerləşməsi | |
74°00′00″ şm. e. 56°00′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya və iqlim
redaktəArxipelaq iki iri adadadan və bir sıra xırda adalardan ibarətdir. Şimal adası və Cənub adası ən iriləri olub aralarında ən ensiz yeri 2 km olan Matoçkin Şar boğazı yerləşir. Kiçik adalar arasında ən irisi Mejduşarski adasıdır. Şimal adasının şərq qutaracağında Avropanın adada yerləşən ən ucqar nöqtəsi olan Flissinqski burnu yerləşir.
Arxipelaq cənub-qərbdən şimal-şərq qutaracağına qədər 925 km məsafədə uzanır. Arxipelaqın ucqar şimalı Böyük Oranski adalarıdır. Cənub qutaracağı Petuxov arxipelaqı, şərq qutracağı Qusinaya Zemlya yarımadasında yerləşən adsız burun, şərq qutaracağı isə Şimal adasında yerləşən Flissinqski burnunda yerləşir. Adaların ümumi sahəsi 83 min. km²; Şimal adasının eni 123 km, Cənub adasının eni isə 143 km təşkil edir.
Arxipelaq cənubdan Kara Darvazası boğazı (eni 50 km) ilə Vayqaç adasından ayrılır.
Arktik iqlimə malikdir və soyuqdur. Küləklər davamlı olur. Küləklərin sürəti 40–50 m/s təşkil edir. Bəzən ədəbiyyatda «Küləklər ölkəsi» adlandırılır. Şaxtalar daimidir və tempetaur −40 °S olur. Ən isti ayların orta temperaturu şimalda 2,5 °S, cənubda isə 6,5 °S təşkil edir. Burada Kara dənizin suyu ilə Barens dənizinin suyu arasında temperatur fərqi 5° təşkil edir. Adalarda çoxlu sayda kiçik göllər vardır. Cənub hissələrdə göllərin suyu 18 °S qədər qıza bilir.
Şimal adasında 20 000 km² sahəsi olan Ledyanaya şapka buzlağı yerləşir. Onun uzunluğu 400 km, eni 70–75 km məsafədə yerləşir. Buzlaqların qalınlığı bəzən 300 m təşkil edir. Arxipelaqda yerləşən buzlaqların ümumi sahəsi 29 767 km², bunun isə 92 % səth buzlağıdırsa, 7,9 % dağ buzlağıdır. Cənub adasının böyük qismi Arktik tundradır.
Faydalı qazıntıları
redaktəArxipelaqda faydalı qazıntıların olması məlumdur. Burada qara və əlvan metal filizləri aşkarlanmışdır. Burada Rusiyada əb böyük marqans yatağı vardır. Marqansın ümumi ehtiyatları 260 milyon t olaraq qiymətləndirilir. Üstəlik ərazi zəngin Gümüş ehtiyyalarına sahibdir. Bu filizi ancaq açıq üsulla hasil etmək olar. Arxipelaqın şelf sularında zəngin neft və qaz yataqları vardır. Hələ də bu ehtiyatlarla bağlı araşdırmalar aparılır.
Tarixi
redaktəYeni Torpaq adasında elmə məlum olmayan qəbilənin izləri aşkarlanmışdır. Bu tapıntılar Ust-Poluy mədəniyyətinə aid edilir. Nenlərlin mifologiyasında onlar sirtya adlandırılır.
Yeni Torpaq arxipelaqı XII—XIII əsrlərdə Novqorod taçirləri tərəfindən aşkarkanması ehtimal redilir. Bunu sübüt edən sənədli faktlar yoxdur. Skandinaviyalıların adaları kəşf etməsi haqqında da belə məlumat yoxdur.
1594-ci ildə Barensin ekspedisiyası Stoqanovoy körfəzində sinka xəstəliyindən tələf olmuş rus yaşayış məntəqəsi aşkarlayır. Ekspedisiya üzvləri arxipelaqın qərb sahillərində bir necə yaşayış məntəqəsinin qalıqlarını aşkarlayırlar. Görünür XV—XVI əsrlərdə Yeni Sibir adalarında ruslar tərəfindən dəniz canlılarının ovu həyata keçirilirdi[1].
Qərbi Avropa ölkələrindən olan səyyahlarda ilk gələn ingilis dənizçi Hyo Uillobi VI Eduardun göstərişi ilə (1547—1553) Şimal dəniz yolunun aşkarlanması məqsədi ilə bölgəyə ekspedisiya təşkil etmişdir. Herard Merkatorun tərtib etdiyi (1595) xəritədə arxipelaq yarımada kimi və bitişik formada təsfir edilir. Holland səyyahı Villem Barens 1596-ci ildə Şimal adasının şimal qutaracağını keçərək adanın şərq sahilində qışlayır. 1871-ci ildə norveç Ellinq Karlsen Şimal Qütbünə ekspedisiya təşkil edərkən qışlama daxmasını aşkarlayır və burada naviqasiya alətləri, dəmir pullar, qab-qacaq, divar saatı və silahlar aşkarlayır.
Holland alim və araşdırmaçısı Nikolaas Vitsen «Şimali və Şərqi Tatarıstan» (1692) kitabında arxipelaq haqqında məlumat vermiş və I Pyotrun burada hərbi baza inşa etməsini düşündüyünü bildirirdi. Adalarda ilk rus araşdırmaçısı şturman Fedor Rozmıslov (1768—1769) olmuşdur.
XIX əsrdə Yeni Torpaq faktiki olaraq heç kəs tərəfindən məskunlaşılmır. Ancaq Pomorlar və Norveçlər adaların sahillərində balıqçılıqla məşğul olurdular. Daimi yaşayış məntəqələri isə olmamışdır. Bununla belə adaya qonşu dövlətlər iddiа edirdilər. Hətta dəfələrlə siyası konfliktrə gətirib çıxarırdı. Bununla belə Rusiya imperiyası dəfələrlə ərazinin ona mənsub olduğunu bildirirdi.
Ruslar adada yaşaya bilmirdilər bu səbəbdən əraziyə almanlar köçürülür. 1869 ildə ilk əhali yerləşdirilir. 1877-ci ildə Cənub adasında Malıye Karmakul yaşayış məntəqəsi salınmışdır.
1901-ci ildə Yeni Torpaq arxipelaqına arktika təsirlərini çəkən rəssam Aleksandr Aleksandr Borisoviç gəlir. Onun köməkçisi nenes Tıko Vilka onunla birlikdə hərəkət edirdi. Bir müddət sonra Boris köməkçisinin böyük yetənəyə sahib olduğunu müəyyənləşdirir. Sonradan adalara (1903) digər rəssam Stepan Pisaxov gəlir və Tıkonun bacarığını qiymətləndirir. Geri qayıdarkən isə ona rənglər və karandaş verir.
1909-ci ildə qütb araşdırmaçısı Vladimir Rusanov, Tıko Vilka və Qriqori Pospelov arxipelaqın dəqiq kartoqrafik xəritəsini tərtib edirlər. 1961-ci ilin 30 oktyabırında dünya tarixinin bu vaxta qədər test elədiyi ən dəhşətli,ən təhlükəli,ən ölümcül silah test edildi adı Çar bombası əvvəl 100 meqaton gücdə idi ama çox təhlükəli və zərərli olacağı üçün yarı yəni 50 meqatona düşürüldü test vaxtı onan uzaqda olan evlərin şüşələr qırılmışdır tərkibi azotdan idi.[2][3]
Əhalisi
redaktəİnzibati cəhətdən Arxangelsk vilayəti ərazisində yerləşir. Arxipelaqın yerli əhalisi Nenlər olmuşdur. Atom poliqonu yaradılarkən onlar köçürülmüşdür[4][5][6].
2010-ci il siyahıya alınmasına görə arxipelaqda 2429 nəfər yaşayır. Onlar əsasən Beluşya Quba və Roqaçevo qəsəbələrində yaşayırlar[7].
Flora və fauna
redaktəƏrazi əsasən arktik səhralardan ibarətdir. Cənub adasında isə Artik tundradır[8].
Əsasən mamır və şibyələrlə örtülü olur. Onların hündürlüyü bəzən 3-4 sm olur.
Burada bir illik bitkilərə rast gəlinir. Burada Sürünən söyüd (Salix polaris), Saxifraga oppositifolia və b yayılmışdır. Cənub ərazilərdə Betula nana, Mamır, Ot bitir. Göl və körfəzlərin sahillərində göbələklərə rast gəlinir. Ən böyük gölü olan Qusinoyedə bir çox balıq növlərini görmək olar. Burada heyvanlar aləminin qütb tülküsü, lemminq, ağ kәklik, şimal maralı, ağ ayı, pagophilus, halqaşəkilli suiti, adi saqqallı suiti, morj, balina kimilərə rast gəlinir.
Adalarda quş koloniyaları çoxdur. Onların çoxu Qağayılar[9] kimi quşlardan təşkil olunmuşdur.
Atom paliqonu
redaktə17 sentyabr 1954-cü ildə adalarda Beluşya körfəsində atom paliqonu yaradılır. Paliqon üç ərazidə həyata keçirilmişdir:
- Çornaya körfəzi — 1955—1962 illər.
- Matoçkin Şar boğazı — 1964—1990 illər.(yeraltı sınaq)
- Suxoy Nos yarımadasında — 1957—1962 illər.
Arxipelaqın digər ərazilərində də sınaqlar həyata keçirilmişdir.
1963-cü ildə SSRİ və ABŞ arasında Kosmos, su məkanlarında və açıq havada atom sınaqlarını qadağan edən müqavilə imzalanmışdır.
80-ci illərdə siyasətdə aşkarlıqdan sonra arxipelaqda həyata keçirilən atom sınaqları haqqında məlumat hamıya məlum olur. Qrinpisin fəalları oktyabr 1990 ildə arxipelaqda həyata keçirilən atom sınaqlarına qarşı etiraz aksiyası həyata keçirirlər[10]. 1990 8 oktyabr tarixli gecə saatlarında fəallar «Qrinpis» gəmisində SSRİ sərhəddini keçərək əraziyə daxil olurlar. Sonradan onlar həbs edilir və Murmanska gətirilirlər. Sonradan isə onlar azad edilmişdir[11][12][13].
Radioaktiv tullantılar
redaktəƏrazidə xüsusi ilə şərq sahillərində 1957—1992-ci illərdə həyata keçirilən atom sınaqları səbəbindən sonradan radioktiv tullantıların qəbirsanlığına çevrilir. İstər maye istərsə bərk atom tullantıları adalara yerləşdirilmişdir.[14]
Bu tip tullantı qəbistanlıqları əsasən Sedov, Oqa, Sivolki, Stepovoq, Abrosimov, Blaqopoluçnaya, Yeçeniya körfəzləridir. 1981-ci ildə «K-27» (Stepovok körfəzi), 1967-ci ildə Lelin atom buzqıran gəmisinin atom bölməsi (Sivolki körfəzi)[15][16] və digər sualtı qayıqların atom bölmələri atılmışdır.
Bu bölgədə 2002 ildən Rusiya Fövqəladə Nazirliyi tərəfindən monitorinq aparılır[17]. 1992—1994 illərdə Rusiya və Norveçin bölgədəki ekoloji vəziyyətlə bağlı ekspedisiyaları təşkil edilmişdir[18].
İstinadlar
redaktə- ↑ "Физико-географический очерк Новой Земли В. Д. Александрова и А. И. Зубков". 2021-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
- ↑ "Новая Земля — история заселения". arhangelsk.allnw.ru. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-30.
- ↑ "Географическая характеристика Новой земли". arhangelsk.allnw.ru. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-30.
- ↑ Музыкина В. "Отец Иннокентий, монах-полярник. Житие на Новой Земле". pravda.ru. 2004-12-31. 2013-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-30.
- ↑ "Численность населения населённых пунктов Архангельской области] по результатам Всероссийская перепись населения (2010), Архангельскстат". Архангельскстат (arhangelskstat.ru). 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-30.
- ↑ "Экосистемы полярных пустынь, тундр и лесотундр". Информационные ресурсы BioDat. biodat.ru. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-30.
- ↑ "Звери Европы. Колгуев, Вайгач и Новая Земля". evrozveri.ru. Archived from the original on 2009-07-27. İstifadə tarixi: 2009-07-27.
- ↑ "The early history of Greenpeace Russia" (ingilis). greenpeace.org. Archived from the original on 2011-08-25. İstifadə tarixi: 2011-08-25.
- ↑ "Ядерные испытания в Арктике". 2011-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "Идем на Новую Землю. Часть I". 2013-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "Идем на Новую Землю.. Часть II". 2013-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "А. А. Саркисов, В. Л. Высоцкий, Ю. В. Сивинцев, В. С. Никитин. «Проблемы радиационной реабилитации арктических морей, способы и пути их решения»" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-07.
- ↑ "Радиоактивный след «Ленина»". 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "На ледоколе «Ленин» случилось как минимум две аварии". 2014-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "МЧС России — Федеральное государственное казённое учреждение «Аварийно-спасательная служба по проведению подводных работ специального назначения» (ГОСАКВАСПАС)". 2014-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "Российско-норвежская экспедиция изучит радиацию в Карском море". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
Ədəbiyyat
redaktə- Сакс В. Н. Четвертичные отложения Новой Земли. / Геология СССР. — Т. XXVI, Острова Советской Арктики. 1947.
- Робуш М. С. По Ледовитому океану. (Из путевых заметок) Arxivləşdirilib 2019-04-15 at the Wayback Machine // Исторический вестник. — 1890. — Т. 42. — № 10. — С. 83—118, № 12 Arxivləşdirilib 2019-04-15 at the Wayback Machine. — С. 671—709.
- Югаров И. С. Журнал для Новой Земли (климату) на 1881 год и на 1882 год Arxivləşdirilib 2019-09-16 at the Wayback Machine / Извлеч. и коммент. М. С. Робуша // Исторический вестник. — 1889. — Т. 36. — № 4. — С. 117—151. — Под загл.: Год на Новой Земле.