Ebedi Ezamiyyet Film 2016 - Wikipedia
Əbədi ezamiyyət — 2016-cı ildə çəkilmiş Azərbaycan filmi. Rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film.[1] Film AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur.[2]
Əbədi ezamiyyət | |
---|---|
Janr |
Sənədli Bioqrafik Tarixi |
Rejissorlar |
Vüqar İslamzadə Fariz Əhmədov |
Prodüser | Orman Əliyev |
Ssenari müəllifi | Müsəllim Həsənov |
Baş rollarda |
Kamran İsrafilov — Əlimərdan bəy Topçubaşov Tahir Əliyev — Məhəmməd Məhərrəmov Yusif Dadaşov — Məmmədhəsən Hacınski Vüqar Quluzadə — Ceyhun bəy Hacıbəyli Mehman Məmmədov — Əkbər ağa Şeyxülislamov Anar Əliyev — Miryaqub Mirmehdiyev |
Operatorlar |
Rəşad Nuriyev Camal Atakişiyev |
Bəstəkar | Orxan Bağırov |
Rəssam | Şahin Həsənli (rəssam) |
İstehsalçı | Baku Media Center |
İlk baxış tarixi | 22 yanvar 2016 |
Filmin növü | Tammetrajlı sənədli-bədii film |
Müddət | 60 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2016 |
Rəng | Rəngli |
Çəkiliş yeri |
Bakı Paris Versal sarayı Monparnas qəbiristanlığı Sen-Klu qəbiristanlığı Bobini qəbiristanlığı |
Məzmun
redaktəFilm 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.[3]
Film haqqında
redaktə- Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib.
- "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir.[4]
- Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.
- “Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur.
- Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.
- Bu ekran əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır.
- Filmin hazırlanması zamanı Fransa Ali İctimai Tədqiqatlar Məktəbinin Rusiya, Şərqi Avropa və Qafqaz Araşdırmaları Mərkəzinin Arxivində, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Təhlükəsizlik Nazirliyinin Arxivində, Azərbaycan Respublikasının Dövlət Arxivində, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Film Fondunda saxlanılan sənəd və materiallardan istifadə edilmişdir.
- Çəkilişlərin təşkilində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu, Fransanın "Philobates production" və Rusiyanın "Tritona" şirkətləri köməklik göstərib.
- Filmdə Molla Pənah Vaqifin, Məhəmməd Hadinin, Almas İldırımın, Əhməd Cavadın, Sənanın və Səməd Vurğunun şeirlərindən parçalar səsləndirilmişdir.
- 2016-cı ildə “Əbədi ezamiyyət” sənədli filminin Naxçıvanda Gənclik Mərkəzində təqdimat mərasimi olub.[5]
Filmin heyəti
redaktəMəhəmməd Məhərrəmov və filmdə onun obrazını canlandıran Tahir Əliyev
|
Film üzərində işləyənlər
redaktəQuruluşçu rejissorlar : Vüqar İslamzadə, Fariz Əhmədov
Ssenari müəllifi : Müsəllim Həsənov
Quruluşçu operatorlar : Rəşad Nuriyev, Camal Atakişiyev
Baş prodüser : Arzu Əliyeva
Prodüser : Orman Əliyev
Quruluşçu rəssam : Şahin Həsənli (rəssam)
Bəstəkar : Orxan Bağırov
Montaj rejissoru : İlham Bərxudar
Rejissor assistenti : Emin Qasımov
Rejissor köməkçisi : Cəbrayıl Ələsgərov
İcraçı prodüser : Heydər Dadaşov
Xətt prodüseri: Nəzrin Qaracayeva
Məsləhətçi : Tahir Əliyev
Qrim rəssamı : Eldar İsrafilov
Geyim üzrə rəssam assistenti : Aygün Əliyeva
Əlbəsə ustası : Gülxar Sadıqova
Kompüter qrafikası : Riyad Qasımov, Rasim Manafov
İnzibatçı : Məhəmməd Ağabəyov
İnzibatçı assistenti : Həsən Seyidbəyli
Focus Puller : Mətləb Yusifli
Kamera assistentləri : Qafar Qafarlı, Ceyhun Quliyev
Kran operatoru : Fərrux Həsənov
Dolly Grip : Cümşüd Qurbanov, Bəhruz Abbasov, Namiq Rüstəmov
İşıqçılar : Samsor Manqal, Əlizadə Rüstəmov, Rəşad İlyasov
Lightwagen : Vüqar Hüseynzadə
Camerwagen : Elnur Mürsəlov
Sürücülər : Orxan Həsənov, Elvin Quliyev
Fotoqraflar : Vüqar İbadov, Elmar Əzimli
İdeya müəllifi və baş məsləhətçi : Ramiz Abutalıbov
Rollarda
redaktəKamran İsrafilov — Əlimərdan bəy Topçubaşov
Tahir Əliyev — Məhəmməd Məhərrəmov
Yusif Dadaşov — Məmmədhəsən Hacınski
Vüqar Quluzadə — Ceyhun bəy Hacıbəyli
Mehman Məmmədov — Əkbər ağa Şeyxülislamov
Anar Əliyev — Miryaqub Mirmehdiyev
Ağazadə Həsənov — Abbas bəy Atamalıbəyov
Əjdər Zeynalov — Ramiz Abutalıbovun cavanlığı
Ayşad Məmmədov — Emmanuel Nobel
Elçin Əlizadə — Vudro Vilson
Epizodlarda
redaktəPalina Kotsiashava (Fransa)
Penelopa Judie (Fransa)
Gregoire Koulbanis (Fransa)
Qasım Nağı
Şahin Sərkərov
Sevər Məmmədova
Aleksey Saprıkin
Sergey Kostin
Aleksandr Hacıyev
Aysel Cəfərova
Samid Əbilov
Əliyar Məmmədov
Dmitriy Kalmıkov
Azər Əkbərov
Dmitriy Kosolapov
Lyubov Vasilyeva
Mariya Abdullayeva
Cavid Kiçibəyov
Andrey Yakovlev
Yelena Rekun
Qulu Əsgərov
Ziya Dolxanov
Musa Xasməmmədov
Əli Eyvazov
Oleq Əsgərov
Vüqar İslamzadə
Fərrux Həsənov
Elmar Əzimli
Filmi səsləndirənlər
redaktəElxan Cəfərov — Ramiz Abutalıbovun cavanlığı (Əjdər Zeynalov)
Eldəniz Rəsulov — Əlimərdan bəy Topçubaşov (Kamran İsrafilov)
Sabir Məmmədov — Məhəmməd Məhərrəmov (Tahir Əliyev )
Məmməd Səfa — Ceyhun Hacıbəyli (Vüqar Quluzadə)
Rəşad Bayramov
Pərviz Məmmədrzayev — Abbas bəy Atamalıbəyov (Ağazadə Həsənov)
Mahir Mirişov — Miryaqub Mirmehdiyev (Anar Əliyev )
Mehman Məmmədov — Əkbər ağa Şeyxülislamov
Qorxmaz Əlilicanzadə — Məhəmməd həsən Hacınski (Yusif Dadaşov)
Səməd Hətəmov
Rövşən Məmmədli
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Əhmədova, F. “Əbədi ezamiyyət”in hesabatı: [Fariz Əhmədovun eyniadlı filmi haqqında] //Azərbaycan.- 2016.- 19 fevral.- S. 7.
- ↑ Oruc, Z. Əbədi ehtirama layiq “Əbədi ezamiyyət”: [ADR xadimlərinin fəaliyyətinə həsr olunmuş sənədli film haqqında] //Xalq qəzeti.- 2016.- 31 yanvar.- S.7.
- ↑ "Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Əbədi ezamiyyət" sənədli filminin təqdimatı olub" (az.). AzərTAc. 22.01.2016. 2016-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
- ↑ Nəbioğlu, N. “Əbədi ezamiyyət”dəkilərin sorağı: [layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Fariz Əhmədovun eyniadlı filmi haqqında] //525-ci qəzet.- 2016.- 9 fevral.- S. 8.
- ↑ “Əbədi ezamiyyət” sənədli filminin Naxçıvanda təqdimat mərasimi olub: [Fariz Əhmədovun eyniadlı filminin Gənclik Mərkəzində təqdimatı haqqında] //Azərbaycan.- 2016.- 6 fevral.- S. 7.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Rəsmi sayt Arxivləşdirilib 2017-05-30 at the Wayback Machine (az.)
- YouTubeda Baku Media Center kanalında Filmi izlə (az.)
- YouTubeda Heydar Aliyev Foundation kanalında Filmi izlə (az.)
- Filmi izlə (ing.)
- Filmi izlə (fr.)
- Filmin treylerini izlə
- APA TV, “Əbədi ezamiyyət”də materialları azaltmalı olduq”